68
keçsə də gəlirlərini uçotdan gizlətmiş fəaliyyət növləri aiddir.
Üçüncü, qeyri formal fəaliyyət növü daxil edilir. Bura ev
təsərrüfatı ilə məşğul olanların kənd təsərrüfatı məhsulları
istehsalı və satışı üzrə fəaliyyəti nəzərdə tutulur.
Gizli iqtisadiyyatın həcmi iqtisadi siyasətin muxtəlifli-
yindən, iqtisadi fərdi sektorun çəkisindən, qeyri qanuni
fəaliyyətin yayılma intensivliyindən asılıdır. Bu hal uzun
müddət davam edərsə iqtisadiyyat formalarına təsiri ola bilər.
Buna misal olaraq qiymətlərin dövlət tərəfindən nizamlanması
zamanı ayrı-ayrı əmtəə və xidmətlərin azalması aid edilə bilər.
Bu da öz növbəsində xəlvəti iqtisadiyyatda alverçiliyin geniş
yayılmasına gətirib çıxarır. Qanuni yolla fərdi iqtisadi
fəaliyyətlə məşqul olanların sayı azalan yerlərdə, qeyri qanuni
yolla fərdi xidmət göstərənlərin sayının kəskin artması prosesi
sürətlənə bilər.
Bazar iqtisadiyyatına keçid prosesində rəsmi qeydiy-
yatdan keçmiş iştirakçıların artması ilə yanaşı vergi
ödənişlərindən yayınanların, istehsal olunmuş məhsulun tam,
yaxud qismən rəsmi uçotdan gizlədilməsi, mənfəətin qismən
aşağı salınması kimi neqativ halların çoxalması özünü
ğöstərir.
37
Bazar iqtisadiyyatı mürəkkəb anlayış olub, idarəetmənin
müstəqil, azad və demokratik formasıdır. Burada hər bir şəxsin
iqtisadi azadlığı, müstəqil alıb-satmaq hüququ öz əksini tapır.
Bütün bunlar obyektiv qanunlara əsaslanır. Cəmiyyətin bütün
üzvüləri, dövlət strukturları və hüquqi şəxslər bərabər hüquqlu
subyektlər olurlar. Tarixi praktikaya əsaslanaraq onu qeyd
etmək olar ki, butün hallarda əmtəə-pul münasibətləri obyektiv
qanunlar olan dəyər qanunu, tələb-təklif qanunu, pul tədavülü
qanunu və s. kateqoriya və prinsiblərlə fəaliyyət göstərdikdə və
qanunlara qarşı hec bir məhdudiyyət və qadağa qoyulmadıqda
yaxşı nəticə verilə bilər.
37
“Respublika” qəzeti. 22 dekabr 1998-ci il.
69
Bazar iqtisadi münasibətlərinin subyektləri olan alıcı və
satıcı, əmtəələrin və pulun mübadiləsi əsasında tələblə-təklif
yəni, istehlakla istehsal arasında qarşılıqlı əlaqəni yaradırlar.
Məlum olduğu kimi əmtəə istehsalcılarının fəaliyyəti bazarla
bağlıdır. Cünki həm əmtəənin satılması və həm də alınması
prosesi burada həyata kecirilir.
Hələ kecid dövrünün başlanğıcında istehsalın istehsal
vasitələrindən ayrı düşməsi, planlı təsərrüfatın hələ də
mövcudlüğu, qiymətlərin istənilən vaxtda inzibatcılıq yolu ilə
təyin edilməsi və s. kimi iqtisadi münasibətlər bazar iqtisadi
münasibətlərinin formalaşmasına əngəl törədirdi. Ölkədə əmtəə
istehsalcıları sayılan müəssələr ücün plan əsas vasitə idi və o
nəyin bahasına olursa olsun yerinə yetirilməli idi. Planda
istehsal ediləcək məhsulun ümumi həcmi və çeşidləri diqqət
mərkəzində idi.
Bazar münasibətlərinin formalaşması bir sıra tədbirlərin
həyata kecirilməsi ilə bağlıdır. Burada əsas məsələ istehsal
bazarının genişləndirilməsidi. Bildiyimiz kimi əqər kifayət
qədər bazar ücün əmtəə istehsal edilməzsə, bazar iqtisadi
münasibətləri öz mahiyyətinə görə formal xarakter daşımış
olar. Ona görə də əmtəə-bazar mühasibətlərinin maddi
bazasının genişləndirilməsi planlı şəkildə tənzim edilməlidir.
Respublikamızda mövcud xammala əsaslanan istehlak
şeylərinin artırılması istiqamətində iş görülməlidir. Məlumdur
ki, istehsal edən bazar iqdisadiyyatını təşkil etmədən məhsul
bolluğunu yaratmaq mümkün deyildir.
Regionlarda bazar ücün əmtəə istehsalını genişləndirmək
ücün aşağıdakı məsələləri həll etmək lazımdır: bəzi istehsal
sahələrində səhimdar cəmiyətlərinin və şirkətlərin yaradılması;
müəyyən müəssələrin icarəyə verilməsi və ya satılması; başqa
pespublikalarla istehsal münasibətləri yaratmaq, firma və
şirkətlərlə müştərək istehlak malları istehsalı təşkil etmək
lazımdır. Eyni zamanda bazar iqtisadiyyatı şəraitində əmtəə
qıtlığını aradan qaldırmaq üçün istehsal edən kooperativ tipli
70
müəssisələrin, fermer təsərrüfatlarının yaradılmasına kömək
edilməlidir. Əmtəə istehsalını lazımi səviyyəyə çatdırmaq
məqsədi ilə xırda və eyni zamanda birgə sahibkarlıgı
gücləndirmək də əsas məqsədə xidmət edə bilər. Əmtəə
istehsal edən orta və xırda müəssisələrin təşkilinə diqqətin
artırılması bazar iqtisadi münasibətlərinin inkişafına təsir
göstərən amillərdəndir. Respublika miqyasında əmtəə bazar
münasibətlərini daha intensiv şəkildə gücləndirmək üçün
istehsalın kombinasiyalaşdırılması üsulu çox səmərəlidir.
Hazırda Azərbaycanın xarici ölkələrə ixracatında əsas yeri
xammal və yarımfabrikatlar tutur. Xammal ilkin və ya ikinci
emaldan sonra, hazır məhsul formasına salınmadan başqa
ölkələrə göndərilir. O cümlədən pambıq, təmizlənmiş yun,
spirt, göndəri, tütün və s. tam hazır məhsul formasına
salınmamış halda xarici ölkələrə ixrac edilir. Ancaq bazar
iqtisadi münasibətlərinin formalaşdığı şəraitdə yüksək gəlir
gətirə bilən müəssisələrdə istehsalın kombinasiyalaşdırılması
üsuluna keçmək düzgün olardı. Hazırda mövcud müəssisələrdə
istehsalın kombinasiya-laşması yolu ilə işləməsi nisbətən az
vəsait qoyuluşu tələb edir və hazır əmtəə istehsal olunur, əmək
məhsuldarlığı və rentabelliyin səviyyəsi artır.
Hazırda respublikamızda istehsalin kombinasiyalaşdırıl-
ması sahəsində müəyyən müvəffəqiyyətlər vardır. Əmtəə-bazar
münasibətlərinin inkişaf etdirilməsi
şəraitində belə
nümunələrin sayı artırılmalıdır. Istehsal elə qurulmalıdır ki,
xammalın daha çox hissəsi son məhsula çevrilsin, buraxılan
məhsulun çeşidi artırılsın, keyfiyyəti və rəqabətə davamlılığı
yüksək səviyyəyə çatsın. Beləliklə, yeni iqtisadi münasibətlərin
maddi bazasini genişləndirmək üçün mövcud istehsal
münasibətlərinin bütün imkanlarından və qeyd edilən
vasitələrin köməyindən istifadə edilməlidir. Eyni zamanda yeni
iqtisadi münasibətlərin reallaşdırılması üçün həvəsləndirici
tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur.
Dostları ilə paylaş: |