Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   25   26   27   28   29   30   31   32   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
81
düşməmək  üçün  müəllimlərə  heç  vaxt  özləri  baxmayan  filmləri  tələbələrə 
nümayiş  etdirmək  tövsiyyə  olunmur.  Dramatik  filmlərin  nümayişində  əsas 
məqsəd tələbələrin verilmiş yazılı mətnlə bağlı biliklərini genişləndirmək və 
hekayəni bir də söyləməkdir. Biznes və ya tarix öyrənən tələbələr üçün isə 
ingilis dili dərslərində sənədli filmlərdən istifadə daha faydalı və effekli ola 
bilər.  
  Film  baxışı  zamanı  istifadə  olunan  tapşırıqlar  üç  əsas  mərhələyə 
bölünürlər: 
1.  Baxışdan öncəki (pre-viewing) tapşırıqlar.  
Baxışdan  öncəki  vaxt  təlimatçıya  və  ya  müəllimə  film  haqqında  bəzi 
məlumatlar  vermək  imkanı  yaradır.  (  məsələn,  aktyorlar,  filmin  musiqisi, 
prodüseri və s) Həmçinin bu vaxt baxışdan sonra cavablandırılacaq sualların 
qoyulması üçün də istifadə oluna bilər. (1, 53) 
2.  Baxış ərzində olan (while viewing) tapşırıqlar  
Baxış ərzində olan (while viewing) tapşırıqlar filmin başa düşülməsini 
dərinləşdirmək imkanı verir. Məsələn, müəllim istənilən film parçasını səssiz 
və ya alt yazılı nümayiş etdirə bilər (bu zaman əgər tələbələrin dil səviyyəsi 
tələb etsə, ana dilində də alt yazılar istifadə oluna bilər). Daha sonra müəllim 
həmin səhnəni həm alt yazılı, həm də səsli nümayiş etdirir. Üçüncü dəfə isə 
alt yazısız, yalnız səsli nümayiş etdirir. Bu metod dramatik səhnələrin, slənq 
və dialekt sözlərin olduğu səhnələrdə daha əlverişlidir. Rol belə hesab edir 
ki, bu tələbələrin başa düşmələrini asanlaşdırırvə onları daha inamlı edir( 4, 
12) 
3.  Baxışdan sonrakı (post-viewing) tapşırıqlar  
Baxışdan  sonrakı  (post-viewing)  tapşırıqlar  tələbələrin  anlamalarını 
yoxlamağa, öyrəndikləri dili istifadə etməklərinə imkan verir. Öz təsviretmə 
bacarıqlarını  gücləndirmək  üçün  onlar  filmdəki  qəhrəmanları  təhlil  edə, 
onların  xarici  görünüşlərini,  təhsil,  peşə  və  digər  keyfiyyətlərinin  təsviri 
portretlərini yarada bilərlər. (5). 
Film istifadə olunan İngilis dili dərslərindəki çalışmalar yazılı, yazılı və 
şifahi olaraq tətbiq oluna bilərlər.  
  Yazılı  çalışmalar  -  Kinofilm  istifadə  olunan  İngilis  dili  dərslərində 
lüğət tərkibinə əsaslanan yazılı çalışmalar daha çox məşhurdur. Məsələn, hər 
tələbəyə  kinofilmdən  suallar  olar  kartoçkalar  və  cavablar  verilir  və  tələbələr 
onların üzərində işləyirlər. 
Digər bir çalışma növündə isə dialoqlara əsaslanan suallar qoymaq tələb 
olunur.  
  Yazılı və şifahi calışmalar- Tələbələr filmi səssiz izləyirlər və orada nə 
baş  verdiyini  güman  etməyə  çalışırlar.  Bu  cür  tapşırıq  xüsusən  indiki 
davamedici zamanın mənimsənilməsində mükəmməl effekt verə bilər.  


Filologiya məsələləri, № 7, 2017 
 
82
  Başqa bir çalışma tipində isə müəllim tələbələrə filmdən hər hansı bir 
səhnənin  şəklini  göstərir  və  onlara  həmin  şəklə  uyğun  öz  hekayələrini 
yazmağı  tapşırır.  Daha  sonra  tələbələr  filmdə  həmin  səhnəni  izləyib  öz 
hekayələri ilə real hekayə arasındakı fərqi və oxşarlıqları tapmağa çalışırlar. 
Bu çalışmanı onlar qrup şəklində də edə bilərlər.  
  Ayrı  bir  çalışma  kimi  isə  filmin  istənilən  dialoqunun  cümlələri 
tələbələrə  qarışıq  şəkildə  verilir,  onlar  dialoqu  qururlar  və  daha  sonra 
yoxlamaq üçün filmdə həmin dialoqa baxırlar. 
  Tələbələri cüt şəkildə işlətmək üçün isə onlar cütlüklərə bölünür. Bir 
tələbə  arxası  ekrana  tərəf  oturur,  filmin  səsi  alınır,  digər  tələbə  isə  ona 
ekranda  nə  baş  verdiyini  anlatmağa  çalışır.  Hər  cütlüyə  1-2dəqiqə  vaxt 
verilir və beləliklə də hamının sinifdə aktivliyi təmin olunur. 
  Beləliklə, illərdir öz siniflərində filmlərdən istifadə edən müəllimlərə 
görə aşağıdakı səbəblərdən dolayı filmlər həm mükəmməl tədris aləti, həm 
də mükəmməl öyrənmə vasitəsi sayılır: 
1.  Filmlərlə öyrənmək motivasiya edici və zövqvericidir.  
Ikinci  dilin  mənimsənilməsini  müəyyənləşdirən  ən  vacib  faktorlardan 
biri motivasiyadır. Film və televiziya şouları bizim həyatımızın ayrılmaz bir 
hissəsi olduğundan onların dil dərslərinə gətirilməsi mühüm məna kəsb edir. 
Film  motivasiya  edici  vasitə  kimi  dilin  öyrənilməsini  daha  əyləncəli  və 
zövqverici edir.  
2.  Filmlər orijinal və çeşidli dil mənbəyidir.  
Filmlərdən  istifadənin  digər  bir  faydası  odur  ki,  onlar  dil  dərslərini 
orijinal  və  çeşidli  dil  materialları  ilə  təchiz  etməyə  də  xidmət  edə  bilirlər. 
Film  öyrəncini  sinifdənkənar  real  situasiyalarda  işlənən  dil  misalları  ilə 
təmin edir, xüsusən buraya interaktiv dil, yəni real həyat danışıqlarının dili 
aiddir. Film tələbələrə nitqin təbii axınını və təbii ifadələri nümayiş etdirir. 
Əgər tələbə ingilis dilində danışan bir mühitdə yaşamırsa, deməli, yalnız film 
və televiziya onu real həyat dil informasiyası ilə təchiz edə bilər.  
3.  Film vizual kontekst verir.  
Filmin vizuallığı onu çox dəyərli dil tədrisi vasitəsinə çevirir, çünki bu 
tələbələrin  dili  tam  vizual  kontekstlərdə  daha  çox  başa  düşmələrinə  imkan 
yaradır.  Film  tələbələrin  qavramalarına  onların  dil  mübadiləsinə  qulaq 
asmaqla  imkan  verməklə  yanaşı,  eyni  zamanda  üz  ifadələri  və  jestlər  kimi 
vizual  dəstəklə  də  kömək  edir.  Bu  cür  vizual  açarlar  sözlü  mesajı 
dəstəkləməklə bərabər, həmçinin diqqətin mərkəzləşməsini də təmin edir.  
4.  Filmlər müxtəliflik və dəyişkənlik yaradır.  
Filmlər tədris texnikası və mənbələrinin silsiləsini genişləndirməklə dil 
dərslərinə müxtəliflik və dəyişkənlik gətirə bilərlər ki, bu da tələbələrin dörd 
ünsiyyət  bacarığının  hamısını  inkişaf  etdirmələrinə  kömək  edir.  Məsələn, 
tam  film  və  ya  qisa  film  dinləmə  və  oxuma  bacarıqlarını  məşq  etdirməklə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə