Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

65

onunla  əlaqədar  idi  ki,  böhranlar  Avropa  və  Şimali  Amerika  ölkələrinin 



iqtisadiyyatında hələ öz dağıdıcı təsirini göstərməmişdi. 

Onun başlıca məqsədi kredit verilməsinə və pul tədavülünə təsir, о cümlədən 

inflyasiya ilə fəal mübarizə vasitəsilə iqtisadi kəmiyyəti tənzimbməkdən ibarotdir. 

Pul-kredit  siyasəti  iki  isliqamətdə:  ya  pul  emissiyası  və  kreditin 

stimullaşdırılması  (kredit  ekspansiyası);  ya  da  onların  qarşısının  alınması  və 

məhdudlaşdırılması  (kredit  restriksiyası)  formasında  həyata  keçirilir.  stehsalın 

azaldığı  və  işsizlərin  artdığı  şəraitdə  Mərkəzi  Bank  konyunkturanı  canlandırmaq 

məqsədilə  kredit  verilməsini  artırır  və  faiz  normasını  aşağı  salır,  əksinə,  güclü 

iqtisadi artım zamanı təklif tələbi üstələdikdə isə kreditin məhdudlaşdırılması, faiz 

dərəcəsinin  yüksəldilməsi,  pul  emissiyasının  azaldılması  yolu  ilə  iqtisadiyyatda 

güclənən disproporsiyaların qarşısını alır. 

Müasir  dövrdə,  əksər  iqtisadçıların  fıkrincə,  istehsalın  həcmi  və  pul 

dövriyyəsinin sürəti təbii mexanizmlərlə səciyyələnir və pul siyasətinin təsirindən 

asılı deyildir. 

Tədavüldəki  pul  kütləsinin  həcminin  dəyişməsi  əsasən  daxili  qiymətlərin 

səviyyəsinə  öz  təsirini  göstərir.  Neoklassiklər  isə  əsaslandırmağa  çalışırdılar  ki, 

pulun  nominal  kəmiyyətinin  proporsional  olaraq  dəyişməsi  qiymətlərin  mütləq 

səviyyəsinin dəyişməsinə gətirib çıxardığı üçün pul siyasəti əslində qeyri-səmərəli 

xarakter  daşıyır  və  hökumət  balanslaşdırılmış  dövlət  büdcəsinə,  xüsusən  büdcə 

kəsirinin  qarşısının  alınmasma  və  tədiyyə  balansında  sabitliyin  təmin  edilməsinə 

ilk növbədə diqqət yetirməlidir. 

Məlümdur  ki,  dövlət  tərəfındən  bazar  iqtisadiyyatının  genişmiqyaslı  dövlət 

tənzimlənməsinin  nəzəri  əsasları  1936-cı  ildə  Con  Meynard  Keynsin 

"Məşğulluğun,  pulun  və  faizin  ümumi  nəzəriyyəsi"  adlı  kitabında  işlənmişdir. 

Keynsin  fikrincə,  iqtisadiyyatda böhranın aradan qaldırılması  və  iqtisadi  fəallığın 

stimullaşdırılmasında  pul-kredit  və  büdcə-vergi  siyasətindən  istifadə  edilməsi 

mühüm  əhəmiyyət  kəsb  cdir.  Keynsin  nəzəriyyəsində  investisiya  yönümlü 

tədbirlərin həyata kcçirilməsi məcmu tələbə əhəmiyyətli dərəcədə təsir edən vasitə 




 

66

kimi xüsusilə qabardılır.  nvestisiya proseslərinin genişləndirilməsi nəticə etibarilə 



istehsalın və məşğulluğun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarır və bu 

baxımdan  faiz  dərəcələrinin  xüsusi  rolu  vardır.  Qeyd  cdilir  ki,  digər  şərtlər  sabit 

qaldığı  şəraitdə  belə,  faiz  dərəcələrinin  artımı  iqtisadiyyatda  nəzərdə  tutulan 

investisiyaların azalması ilə nəticələnərək pul tədavülünə əhəmiyyətli təsir göstərir. 

Bütövlükdə  pul  tədavülü  sferasında  zəruri  müdaxilə  tədbirlərinin  həyata 

keçirilməsi  iqtisadi  inkişafın  stimullaşdırılmasının  başlıca  vasitəsi  sayılır. 

Iqtisadiyyatda  böhranlı  situasiyalar  baş  verən  zaman  pul  kütləsi  həcminin  artımı 

milli  gəlirin  dəyişməsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmir.  Pul  kütləsi  yalnız 

çevik  vergi  siyasətinin  həyata  keçirilməsi  nəticəsində  xüsıısi  investisiyaların 

reallaşdırılmasının aparıcı elementi ola bilir. 

Ümumiyyətlə,  iqtisadi  nəzəriyyədə  və  praktikada  pul-kredit  siyasətinin 

tənzimlənməsi  ilə  bağlı  monetarist  nəzəriyyə  də  kifayət  qədər  populyar  xarakter 

daşıyır.  Belə  ki,  II  Dünya  müharibəsindən  sonrakı  dövrdə  -  XX  əsrin  60-70-ci 

illərinə qədər inkişaf etmiş Avropa ölkələrində və ümumiyyətlə, dünyanın hazırkı 

sənaye  nəhənglərində  sosial-iqtisadi  inkişaf  prosesi  əlverişli  iqtisadi  mühitdə 

davam etmiş və hətta son 100 illə müqayisədə kifayət qədər yüksək göstəricilərlə 

nəticələnmişdi. Lakin bununla belə, XX əsrin 60-70-ci illərində dövlət büdcəsində 

xərclərin  artımı  nəticə  etibarilə  iqtisadiyyatın  tənzimlənməsində  Keyns 

konsepsiyasının  reallaşdırılmasında  bir  sıra  problemlərin  yaranmasına  gətirib 

çıxarır.  Belə ki,  iqtisadiyyatın  tənzimlənməsi  ilə  bağlı  Keyns  konsepsiyası  dövlət 

büdcəsinin  xərclərinin  kifayət  qədər  artımı  ilə  səciyyələndiyindən  bütün  bunlar 

inflyasiyanın  inkişafının  təhlükəli  hədlərinə,  büdcə  kəsiri  həcminin  artmasına 

gətirib  çıxarır  və  iqtisadiyyatda  işsizliyin  səviyyəsinə  də  neqativ  təsir  göstərirdi. 

Məhz həmin dövrdə, iqtisadi böhranın qarşısının alınması məqsədilə, pul kütləsinə 

xüsusi önəm verən monetarist nəzəriyyə yaranmağa başladı. 

XX  əsrin  sonlarında  baş  verən  iqtisadi  böhranın  qarşısının  alınması 

baxımından Fridmen tərəfındən irəli sürülən monetarist nəzəriyyə pul kütləsinə sərt 

nəzarətin  həyata  keçirilməsini  özündə  əks  etdirirdi.  Ümumiyyətlə  götürdükdə, 




 

67

monetarist  nəzəriyyə  ilə  Keynsçi  nəzəriyyə  arasında  fərqli  cəhətlər  təkcə 



iqtisadiyyatda pul kütləsinə nəzarətin həyata keçirilməsi ilə bağlı xarakter daşımır. 

Monetarist  nəzəriyyəni  əslində  kifayət  qədər  liberal  xarakter  daşıyan  klassik 

nəzəriyyə  kimi  də  xarakterizə  etmək  mümkündür.  Bu  baxımdan,  monetarist 

nəzəriyyə  hesab  edir  ki,  bazar  iqtisadiyyatı  davamlı  iqtisadi  mexanizmdir  və 

iqtisadi  tarazlığın  bərpa  olunması  üçün  geniş  imkanlara  malikdir.  Monetarist 

nəzəriyyə  iqtisadiyyata  dövlətin  fəal  müdaxiləsini  inkar  edir  və  dövlətin  sosial-

iqtisadi  proseslərə  müdaxiləsində  yalnız  azad  rəqabətin  dəstəklənməsi  və  pul 

tədavülü  sferasına  dövlət  təsirinin  saxlanmasinı  məqbul  sayır.  Monetaristlərin 

fikrincə, pul kütləsi istehsalın inkişafında həlledici amil kimi çıxış edir, pul-kredit 

siyasətinin  dövlət  tərəfindən  ifrat  tənzimlənməsi  son  nəticədə  iqtisadi  böhrana 

gətirib çıxarır. 

Monetarist nəzəriyyənin irəli sürdüyü müddəalar, istər XX əsrin 70-ci illərinin 

ortalarında,  istərsə  də  80-ci  illərin  əvvəllərində  baş  verən  iqtisadi  böhranlarla  da 

özünün  doğruluğunu  təsdiq  etmişdir.  Fridmenin  fikrincə,  pul-kredit  siyasəti  ilə 

bağlı  tədbirlərin  həyata  keçirilməsi  nəticə  etibarilə  iqtisadiyyatın  inkişafında 

ə

həmiyyətli  rol  oynayır,  lakin  bütövlükdə  iqtisadiyyatda  dövlət  xərcləri 



səviyyəsinin  yüksəlməsi  təsərrüfat  subyektlərinə  güclü  zərərlər  yetirir. 

Monetaristlərin  fikrincə,  pul  kütləsinin  artim  tempi  iqtisadiyyatda  istehsalm 

həcminə  və  qiymətlərin  səviyyəsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərdiyindən 

onun  artim  tempi  real  ÜDM-in  artim  tempinə  uyğun  olmalıdır.  Pul  kütləsinin 

artımı  UDM-in  artim  tcmpini  üstələdiyi  hallarda  iqtisadiyyatda  inflyasiya 

proseslərinin güclənməsinə gətirib çıxarır. 

Sosial-iqtisadi  proseslərə  dövlətin  tənzimləyici  müdaxiləsi  əsasən  pul-kredit 

və maliyyə resurslarından istifadə etməklə həyata keçirilir. Fiskal siyasət maliyyə-

büdcə  siyasətinin,  monetar  siyasət  isə  pul-kredit  siyasətinin  mahiyyətcə  sinonimi 

hesab  edilir.  Monetar  siyasət  ölkədə  pul  kütləsi  və  pul  tədavülünün  bilavasitə 

dövlətin  və  ölkənin  Mərkəzi  bankının  təsiri  vasitəsilə  tənzimlənməsidir,  o,  pul 

sistemi  və  pul  dövriyyəsinin  formalaşmasını  təmin  etməklə,  pul  və  qiymətə 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə