10
Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması
da nəzərə alınacaqdır.
Mərkəzi Bank 2015-ci ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının
çevik ödənilməsini təmin edəcəkdir. Bunun üçün iqtisadiyyata pul təklifinin
məqbul səviyyəsi təmin ediləcək, sistem əhəmiyyətli banklar və real sektor
müəssisələrinin fəaliyyətini stabilləşdirmək üçün pul siyasəti alətlərindən çevik
istifadə ediləcəkdir. Real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri
yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində də tədbirlər həyata
keçiriləcəkdir.
Ortamüddətli dövrdə Mərkəzi Bank postböhran dövrünün tələblərinə uyğun
olaraq yeni pul siyasəti çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaqdır.
Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər
və buna adekvat tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda
sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək kontr-tsiklik xarakterli
makroprudensial alətlər arsenalı dayanacaqdır. Son qlobal konsensus ondan
ibarətdir ki, yalnız klassik pul siyasəti alətlərinin tətbiqinin yeni makro-prudensial
alətlərin tətbiqi ilə sinxronlaşması makroiqtisadi-maliyyə sabitliyinin daha effektiv
idarə olunmasına imkan verə bilər. Pul siyasətinin yeni çərçivəsinin effektiv tətbiqi
üçün sərbəst məzənnə rejiminə tədrici keçidin təmin olunması, banklararası pul
bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi mühüm
ə
saslardır.
Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri
arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac
sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və
tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan
Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq
hazırlanmış "Azərbaycan - 2020: gələcəyə baxış" nkişaf Konsepsiyası bütün bu
prioritetləri əhatə edir.
11
Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri
makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki
orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft
məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının
profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin
tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda manatın məzənnəsi də
ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir.
Bütövlükdə, 2015-ci ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək
riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr im-
kanlarına və adekvat strategiyaya malikdir.
Mərkəzi Bank 2015-ci ildə pul siyasətinin həyata keçirilməsi prinsiplərinin
irsiliyini saxlayacaq, pul siyasətinin strateji və əməliyyat çərçivəsinin
təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, makroiqtisadi
sabitliyin idarə olunması potensialını gücləndirəcəkdir.
2015-ci ildə pul siyasətinin əsas hədəfini inflyasiyanın birrəqəmli səviyyədə
təmin olunması təşkil edəcəkdir. Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə
alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaqdır.
Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir
baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində
zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə
saxlanacaqdır.
Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik
məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar
nəzarəti təmin edir. qtisadiyyatın və ixracın şaxələnməsi fiskal dayanıqlığın daha
da güclənməsi, maliyyə bazarının inkişafı və faiz dərəcəsinin inflyasiya üzərində
ə
sas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir.
2015-ci ildə də məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında
tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı
məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcəkdir.
12
Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişimi isə qlobal valyuta
bazarındakı proseslərdən asılı olacaqdır. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən
məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır.
Məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank
sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin
qorunması vəzifəsi nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Ümumən, manatın
məzənnəsinin fundamental sabitliyi makroiqtisadi və maliyyə sabitliyinin əsas
amillarindən biridir.
Mərkəzi Bank özünün pul proqramında birbaşa və dolayı monetar alətlər
vasitəsilə pul kütləsinin artım tempinin inflyasiya hədəfinə adekvat olan səviyyədə
tənzimlənməsini nəzərdə tutur.
Pul siyasəti alətlərinin parametrləri, о cümlədən faiz dəhlizi və məcburi
ehtiyat normaları iqtisadi fəallıq tsiklindən, maliyyə bazarlarındakı vəziyyətdən
asılı olaraq müəyyənləşdiriləcəkdir. Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi
səmərəsinin yüksəlməsinə şərait yaratmaq üçün qarşıdakı ildə də Mərkəzi Bank
maliyyə bazarlarının inkişafını dəstəkləməkdə davam edəcəkdir.
Makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialının daha da
artırılması, bunun üçün empirik tədqiqatlar, modelləşdirmə və proqnozlaşdırma,
maliyyə sistemində risklərin simulyasiyası bazasının ən son qlobal çağırışlara
adaptasiyası təmin olunacaqdır. Əhalinin maliyyə savadlığının gücləndirilməsi
(maliyyə savadlığı portalının fəaliyyətə başlaması, bilik mübadiləsi və virtual
mərkəzi bank layihələrinin reallaşması və s.) sahəsində də sistemli tədbirlərin
davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda insan kapitalının və kompetensiyaların inkişafı, korporativ
idarəetmənin, bütün biznes proseslərin və başlıca funksiyaların yerinə
yetirilməsinin yüksək keyfiyyət və səmərəlilik nəticələri ilə əlaqələnməsinin təmin
olunması, elektronlaşma (elektron idarəetmə), avtomatlaşma və KT sahəsində son
nailiyyətlərin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcəkdir.
Dostları ilə paylaş: |