13
Elektron statistikanın tətbiqi təmin olunacaq, bazar konyukturunun daha
dolğun qiymətləndirilməsi üçün mikroiqtisadi monitorinq genişləndiriləcəkdir.
Mərkəzi Bankın fəaliyyətinin ictimai kommunikasiyası gücləndiriləcəkdir.
Növbəti illərdə də iqtisadiyyatın şaxələnməsinə dəstək vermək məqsədilə
Mərkəzi Bank maliyyə sektorunun fəaliyyətinin dayanıqlığının təmin edilməsi
istiqamətində tədbirlərini gücləndirəcək, maliyyə vasitəçiliyinin diversifikasiyası
və "inklüzivliyini" təşviq edəcəkdir. Maliyyə sektorunda dərinliyin, effektivliyin,
sabitliyin və resurslara geniş çıxışın təmin olunması başlıca prioritetlər olacaqdır.
Bazel-III standartları ilə harmonizasiya məqsədilə risk əsaslı prudenisal
nəzarətin yeni çərçivəsinin formalaşdırılması istiqamətində fəaliyyət davam
etdiriləcəkdir. Bu çərçivə daha çevik və effektiv nəzarət siyasətinin həyata
keçirilməsi və analitik nəzarət alətlərinin təkmilləşdirilməsinə imkan verəcəkdir.
Bankların məcmu kapitalının minimum məbləğinə dair Mərkəzi Bankın
müəyyən etdiyi yeni tələbə uyğunlaşması təmin ediləcəkdir. Bu proses bankların
kapital
mövqeyinin
möhkəmləndirilməsinə
və
kapitalın
keyfiyyətinin
yaxşılaşdırılmasına şərait yaradacaqdır. Yeni kapital tələbi sektorun konsoli-
dasiyası və restrukturizasiyasına imkan verməklə, iqtisadiyyata daha ucuz və
çeşidli bank məhsullarının ötürülməsinə, əmanətçilər və investorların maraqlarının
daha effektiv qorunmasına xidmət edəcəkdir.
Bununla bağlı xüsusi kommunikasiya strategiyası həyata keçiriləcəkdir.
Bank sisteminin dayanıqlığının, problemli aktivlərlə işin səmərəliliyinin
artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə əsasən ixtisaslaşdırılmış
qurumun yaradılması imkanları da araşdırılacaqdır. Banklarda risklərin idarə
edilməsi sistemlərinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr
potensialına tələblər yüksəldiləcəkdir. Maliyyə xidmətləri istehlakçılarının
maraqlarının müdafiəsi sisteminin gücləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Ə
halinin yığımlarının müdafiəsi məqsədilə əmanətlərin sığortalanması sisteminin
təkmilləşdirilməsi həyata keçiriləcəkdir.
14
Bank-maliyyə sektorunun dərinliyinin artırılması istiqamətində tədbirlər, о
cümlədən regionların maliyyə resurslarına çıxışı imkanlarını artırmaq
istiqamətində fəaliyyat davam etdiriləcəkdir. Maliyyə institutlarının regional
şə
bəkəsinin, о cümlədən qeyri-bank kredit institutlarının fəaliyyətinin genişlən-
dirilməsi təşviq olunacaqdır.
Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi də Mərkəzi Bankın
fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. Milli Ödəniş Sisteminin əsas
komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcəkdir. Vergi, rüsum,
icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin
təmin edilməsi məqsədilə yaradılmış "Hökumət Ödəniş Portalı"na növbəti ildə də
aidiyyatı qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir.
"Azərpoçt" MMC-nin xidmət şəbəkəsi vasitəsilə regionlarda elektron bank
xidmətlərinə çıxış imkanlarının daha da artırılması təmin olunacaqdır. nnovativ
ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması, elektron
ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması təşviq ediləcəkdir.
2014-cü ildə Mərkəzi Bank ölkədə makroiqtisadi sabitliyin qorunmasına və
qeyri-neft sektorunda artımın təşviqi siyasətinə hərtərəfli dəstək vermişdir.
inflyasiya təkrəqəmli səviyyədə olmuş, manatın məzənnəsi sabit qalmış, iqtisadiy-
yatın pula olan tələbatı ödənilmişdir. Bank sektorunun maliyyə dayanıqlığı qo-
runmuş və sektor sağlam əsasda genişlənməkdə davam etmişdir. Ödəniş sistemləri
inkişaf etdirilmiş və nağdsız ödənişlərin miqyası böyümüşdür.
2015-ci ildə də Mərkəzi Bank üçün makroiqtisadi və maliyyə sabitliyinin
qorunması, bu əsasda iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi əsas
prioritetlər
olacaqdır.
Mərkəzi
Bank
qarşıdakı
ildə
də
birrəqəmli
inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək, bank sektorunda maliyyə
dayanıqlığının qorunmasını təmin edəcək, sektorun maliyyə dərinliyinin artırılması
istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
15
1.2. Pul-kredit siyasətinin modernləşdirilməsi yolları
Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri pul-kredit siyasətidir.
Pul-kredit siyasəti dedikdə ölkədə pul-kredit münasibətlərinin təşkili sahəsində
mərkəzi bankın hökümət ilə birlikdə işləyib hazırladığı tədbirlərin məcmusu başa
düşülür. Bu tədbirlərin köməyi ilə pul-kredit sferasının təkrar istehsal prosesinə
təsiri təmin olunur. Bu tədbirlər hər bir ölkənin qarşısında duran vacib strateji
məsələlərin, iqtisadi artımın tənzimlənməsi, inflyasiyanın buxovlanması istehsalın
səmərəliliyinin yüksəldilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xarici
iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. təmin edilmiş olur.
Deməli, Mərkəzi Bankın pul-kredit siyasəti dedikdə:
- iqtisadi artımın tənzimlənməsi;
- inflyasiyanin buxovlanması;
- istehsalın səmərəliliyinin yüksəldilməsi;
- əhalinin məşğulluğunun təmin edilməsi;
- xarici iqtisadi əlaqələrin stabilləşdirilməsi və s. Yönəldilən pul tədavülü və
kredit üzrə Mərkəzi Bankın və hökümətin həyata keçirdiyi tədbirlərin məcmusu
başa düşülür.
Ümumilikdə iqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi ölkənin optimal
iqtisadi artım tempi şəraitində makroiqtisadi tarazılığa nail olmaqdır. Pul-kredit
siyasəti dövlətin iqtisadi siyasətinin bir sahəsi kimi özündə quruluş, maliyyə, sosial
və xarici iqtisadi siyasəti birləşdirir. Beləliklə, dövlətin pul-kredit siyasətinin ali
məqsədi stabil iqtisadi artımı təmin etməkdir. Bu məqsəd dövlətin iqtisadi
siyasətinin strateji məqsədinə tam uyğundur. Lakin bu məqsədə pul-kredit siyasəti
çərçivəsində həyata keçirilən tədbirlərin köməyi ilə nail olmaq olur. Bu tədbirlər
müəyyən xüsusiyyətlərə malik olmaqla nisbətən yavaş həyata keçirilir və ona
görədə mərhələlərlə həyata keçirilir. Cari pul-kredit siyasəti müəyyən konkret
məqsədlərə yönəldilir. Məsələn pul aqreqatlarının nizamlaşdırılması vasitəsilə
Dostları ilə paylaş: |