Microsoft Word 2016 bcc media kit az short docx



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix28.06.2018
ölçüsü2,89 Mb.
#52072
1   ...   9   10   11   12   13   14   15   16   17

 

39 


 

2018 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI – 2018-Cİ İLİN REQLAMENTİ 

 

Cərimələr – güc qurğusu dəyişikliklərinə görə sadələşdirilmiş cərimələr: 

 

Mühərrikin sayının azaldılması ilə 2018-ci ildə daha çox cərimələr olacağı gözlənilir. Buna baxmayaraq, bu 



cərimələrin start mövqeyinənecə təsir etməsi F1 həvəskarlarında daha az çaşqınlıq yaradacaq. Bu mövsüm 15 

və daha artıq yerlə cəzalandırılmış pilot son yerdən start alacaq.  

 

Əgər bir neçə sürücü belə cərimə alarsa, onda onların start mövqeyi cərimənin tətbiq olunduğu andan asılı olacaq. 



Bu isə həm tamaşaçılar, həm dəFIA əməkdaşları üçün daha az başağrısı deməkdir!  

 

Daha geniş təkər tərkibi seçimləri: 



 

2017-ci ildə olduğu kimi bu mövsüm də F1-in rəsmi təkər təchizatçısı olan Pirelli komandalara hər Qran Pri üçün 

3  dəst  quru  hava  təkərləri  hazırlayacaq.  Lakin,  keçən  ildən  fərqli  olaraq,  bu  3  təkər  dəsti  daha  geniş  tərkib 

seçimləri arasından seçiləcək. Bura çəhrayı rənglə işarələnmiş yeni HyperSoft  tərkibdən tutmuş  narıncı rənglə 

işarələnmiş SuperHard tərkib daxildir.   

 

Bu o deməkdir ki, yeni mövsüm üçün Pirelli ümumi 7 növ slik hazırlayıb. Tərkiblərin yumşaqlığı bir addım irəli 

çəkilib, yəni bir il əvvəl istifadə olunan tərkiblər daha yumşaq hazırlanıblar. Bu isə Formula 1 tarixinin ən sürətli 

tərkibidir. İlkin məlumatlara əsaslanan hesabatlara görə bolidlər hər döngəni 1 saniyə daha tez başa vuracaqlar.  

 

2018-ci  ilin  daha  bir  yeniliyi 



mavi 

rənglə  işarələnmiş  bərk  tərkibdir.  Yuxarıda  qeyd  edilən  SuperHard



 

tərkib 


narıncı 

rənglə  işarələnəcək.  Bu  isə  Pirellinin  təkərləri  arasında  ən  bərk  tərkibdir.  2018-ci  ilin  tərkib  siyahısı: 



HyperSoft (çəhrayı),

 

UltraSoft (bənövşəyi),

 

SuperSoft (qırmızı),

 

Soft (sarı)



Medium (ağ)

, 

Hard (göy),

 

Superhard (narıncı)

 

Pirelli-nin hansı tərkibləri seçəcəyindən asılı olaraq, daha yumşaq şinə keçid çoxlu sayda pit-stopa səbəb olaraq 



2018-ci il yarışlarına əlavə həyəcan qatacaq.  

 

Mühərrik yağı: 

 

Ötən  mövsüm  mühərrik  yağı  ilə  bağlı  mübahisəli  məsələlərdən  sonra  bu  il  bu  sahə  ciddi  nəzarət  altındadır. 



İddialara görə bəzi istehsalçılar mühərrik yağının yanacaq kamerasına daxil olmasına qəsdən icazə verərək, ciddi 

nəzarət altında olan yanacaq ehtiyatı üzərində öz nəticələrini artırmışlar.   

 

Bu  hiylənin  çoxdan  qadağan  olmasına  baxmayaraq,  onu  müəyyən  etmək  çətin  idi.  Güc  qurğusunun  gücünü 



artırmaqdan ötrü mühərrik yağının yanacaq kimi istifadəsini məhdudlaşdırmaq üçün kataloq hazırlanıb. Komanda 

bütün həftəsonu ərzində yalnız bir yağ nümunəsindən istifadə edə bilər. 

 

Bununla yanaşı, gələcəkdə bakda olan yağın həcmi real vaxtda ölçüləcək və nəticələr birbaşa FIA-a göndəriləcək. 



Yarışın başlamasına 1 saat qalmış bütün digər yağlar barədə FIA-a hesabat verilməlidir. Yanacaq bakı ilədaxili 

yanma mühərriki arasında aktiv nəzarət klapanlarının istifadəsi qadağandır. 

 

Test məhdudiyyətləri:

 

 



2018-ci  ilin  reqlamentinə  edilən  dəyişikliklərdən  biri  də  test  məhdudiyyətlərinə  edilən  istisnadır.  Komandalar 

müəyyən  şərtlər  altında  cari  bolidləri  ilə  kommersiya  hüququ  sahibləri  tərəfindən  təşkil  olunan  reklam 

kompaniyalarında iştirak edə bilər. Sonuncu mövsüm Britaniya Qran Prisi ərəfəsindəLiberty Media ilk dəfə olaraq 

Londonun mərkəzində bir tədbirə ev sahibliyi etdi. 



  

 

 

 

 

 

 

 


 

40 


 

2018 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI – 2018-Cİ İLİN REQLAMENTİ 

 

Təhlükəsizlik – 3 mm qalınlığında yeni xüsusi sensorlu yarış əlcəyinin təqdimatı:  

 

Bu,  yarış  vaxtı  pilotun  vəziyyətini  müşahidə  etmək  üçün  idman  sahəsində  hazırlanmış  ilk  biometrik  müşahidə 



qurğusudur.  Bütün  əlcək  istehsalçıları  bu  texnologiyadan  istifadə  edə  bilər.  Qurğu  ilk  olaraq  optik  sensordan 

istifadə etməklə nəbzlə yanaşı, qandakı oksigen səviyyəsini ölçəcək. Qəza zamanı pilotlar tənəffüs sistemi ilə bağlı 

zədə ala bilər və qandakı oksigen səviyyəsi dərhal aşağı düşə bilər. Qəza anında pilotun vəziyyəti tibbi maşındakı 

monitorlarda  əks  olunacaq.  Həkimlər  pilotun  vəziyyətini  bildikdə,  buna  uyğun  davrana  bilərcəklər.  Sensor 

məlumatları Bluetooth-un yeni versiyası vasitəsilə 500 m radiusda ötürə bilir. Cihaz saniyədə 20 məlumat paketi 

göndərə  bilir  və  müstəqil  enerji  mənbəyi  olan  kiçik  akkumulyatora  sahibdir.  Bu  akkumulyator  induktiv  olaraq 

enerji yığır. Belə ki, pilot əlcəyi çıxardıqdan sonra onu enerji toplayıcı səthin üstünə qoyur, beləcə əlcək avtomatik 

olaraq enerji yığır.   

 

Formula  1  yarışlarında  təhlükəsizliyin  artırılması  istiqamətində  işlər  həmişə  davam  edir.  Halo  ilə  yanaşı  əlavə 



optimallaşdırma tədbirləri də mövcuddur: bu il təkər ikiqat deyil, üçqat montaj olmalıdır. Təkər montajının yeri 

dəqiqləşdirilib. Təkər qaykalarının boşalmasının qarşısı daha yaxşı şəkildə alınmalıdır. 

 

XALLAR, TƏSNİFAT və YARIŞ MƏSAFƏSİ 

 

Yarış Məsafəsi: 

 

Formula 1 yarışlarının hamısında yarış məsafəsi demək olar ki, eynidir. Reqlamentdə yarış məsafəsi minimum 



dövrə  sayının  305  kilometrdən  çox  olması  tələbi  əsasında  hesablanır.  Bəzi  yarışlarda  məsafəhalqanın  orta 

sürətindən  asılı  olaraq,  digər  yarışlardakından  bir  qədər  fərqlənir.  Yeganə  istisna  Monakodur.  Burada  yarış 

məsafəsi minimum dövrə sayının 260 kilometrdən çox olması tələbi əsasında hesablanır.  

 

Xallar və Təsnifat: 

 

Hər  Qran  Prini  ilk  onluqda  başa  vurmuş  pilotlar  aşağıda  verilmiş  cədvələ  əsasən  pilot  və  mühəndislər 



çempionatında xal toplayırlar: 

 

Mövqe 

1-ci 

2-ci 


3-cü 

4-cü 


5-ci 

6-cı 


7-ci 

8-ci 


9-cu 

10-cu 


Xallar 

25 


18 

15 


12 

10 




 



Yeganə istisna isə yarışın dayandırılması və davam etdirilməməsi halıdır. Bu zaman yarış məsafəsinin 75%-i qət 

olunmayıbsa, pilotlara tutduqları yerə görə xalların yarısı verilir. Əgər qət olunmuş dövrələrin sayı ikidən azdırsa, 

heç bir xal verilmir. Yarışın 90%-i tamamlamış istənilən pilot yarışın finalisti elan olunur.  

 

Əgər yarış bütün məsafə qət olunmadan öncə dayandırılıbsa, yekun protokol yarış dayandırılmamışdan iki dövrə 



əvvəlki nəticələrə görə tərtib olunur (“Yarışın dayandırılması və davam etdirilməsi”-ə bax). Məsələn, əgər yarış 

60-cı dövrədə dayandırılarsa, yekun protokol 58-ci dövrəyə uyğun tərtib olunacaq.   

 

Mövsümün  sonunda  bütün  yarışların  nəticələri  toplanır  və  ən  çox  xal  toplayan  pilot  dünya  çempionu  titulunu 



qazanır, mövsüm ərzində eyni komandada çıxış edən sürücülərin topladığı xalların cəminə əsasən isə Mühəndislər 

Kubokunun sahibi müəyyən olunur. 

 

Yarış mövqeyinə gəldikdə isə ən yaxşı nəticə göstərmiş pilot və mühəndis (azalan qaydada, əvvəl 1-ci yer, sonra 



2-ci yer sıralanması əsasında) yarış mövqeyinə yiyələnir.  

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə