Microsoft Word 5MVaz (T) (Восстановлен)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix08.04.2018
ölçüsü0,9 Mb.
#36607
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 

18

Burada 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri 



göstərir. Ümumi qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsə-

dəuyğundur; məsələn: 3–5 arası “Zəif”, 6–7 arası “Orta”,  8–9 arası isə “Yaxşı”. 



Fərdi özünüqiymətləndirmə.  Şagirdlər hər tədris vahidinin sonunda dərslikdə 

verilmiş “Özümüzü yoxlayaq” səhifəsindəki tapşırıqları yerinə yetirir. Bu, müəlli-

min  şagirdlərə düzgün istiqamət göstərməsi üçün bir vasitədir. Formativ qiymət-

ləndirmə məqsədilə müəllim müəyyən meyarlar əsasında müxtəlif özünüqiymətlən-

dirmə formalarını da tərtib edə bilər. 

Qrup diskussiyaları üçün özünüqiymətləndirmə. Şagirdlər qruplar şəklində işləyər-

kən dərsin sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün 

vaxt verilir.  

 

№ Meyarlar  Həmiş



ə 

Adətən Bəzən Heç 

vaxt 

1. Diskussiyaya 



başlamazdan əvvəl biz tapşırığı 

dəqiqləşdiririk 

 

 

 



 

2. Biz 


verilmiş tapşırıqdan yayınmırıq  

 

 



 

3. Müzakirədə hamı iştirak edir 

 

 

 



 

4. Cavab 

verməzdən əvvəl həmsöhbətimizi dinləyirik  

 

 



 

5. Hansısa nəticəyə gəlməzdən əvvəl müəyyən 

mülahizələr söyləyirik 

 

 



 

 

6. Diskussiyanın sonunda vahid rəyə gəlirik  



 

 

 



7. Söylənilən bütün yaxşı fikirləri birimiz qeydə alır  

 

 



 

 

Qrup və cütlərin fəaliyyətinin qiymətləndirilməsi.  

Şagirdləri qiymətləndirmək üçün müəllim meyarlar üzrə qrup qiymətləndirməsini 

həyata keçirə bilər. Qiymətləndirmə ballarını ulduzlardan, müxtəlif işarələrdən, 

simvollardan (smayliklərdən) istifadə etməklə göstərmək olar. Nəticədə isə  hər 

qrupun topladığı ulduz, simvol (smayliklər) sayılır.  

 

Qrupun 



№-si 

Əməkdaşlıq Dinləmə Nizam-

intizam 

Çıxış edən qrupun 

təqdimatına edilən 

əlavə və düzəlişlər

İşin düzgün yerinə 

yetirilməsi və   

tamamlanması 

Ümumi 


nəticə 

     I 


 

 

 



 

 

 



     II 

 

 



 

 

 



 

    III 


 

 

 



 

 

 



    IV 

 

 



 

 

 



 

 

Şagirdləri cütlərə ayırdıqdan sonra onların işini qiymətləndirmək üçün cədvəl təq-



dim edilir (vaxt məhdudiyyəti olduqda müəllim bir neçə cütlüyü dinləyir, qalanla-

rın isə iş vərəqlərini yığıb sonra qiymətləndirir).   

 

 

Cütlər üzrə işləyən 



şagirdlərin adı 

Meyarlar 

Əməkdaşlıq Dinləmə Nizam-

intizam 


Tapşırığın 

düzgünlüyü

Tapşırığın 

çətinliyi 

İşin 

tamlığı 


Ümumi 

nəticə 


Anar və Lalə 

 

 



 

 

 



 

 

Alpay və Nigar 



 

 

 



 

 

 



 

3. Yekun (summativ) qiymətləndirmə. Summativ qiymətləndirmə kiçik və böyük 

summativ qiymətləndirmədən ibarətdir.  

Kiçik və böyük summativ qiymətləndirmə  təlim prosesində müəyyən mərhələlərə 

(bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun 




 

 

19



standartlarına uyğun qiymətləndirmə standartları  əsasında hazırlanmış vasitələrlə 

şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. 

Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 

Summativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə 

olunur: 

Üsullar 

Vasitələr 

Yoxlama yazı işləri Yoxlama 

yazı işləri üzrə  qeydiyyat vərəqi 

Layihə 


Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar 

cədvəli 


Şifahi sorğu 

Şifahi sorğu üzrə  qeydiyyat vərəqi 

Test Test 

 

tapşırıqları 



Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri 

Yaradıcılıq və əl işləri 

Fənlərə müvafiq olaraq  rəsmlər, hazırlanan məmulatlar və digər əl 

işləri 


Metodik vəsaitdə orta məktəblərdə qiymətləndirmə qaydalarına  əsasən hər tədris 

vahidinin sonunda kiçik, hər yarımilin sonunda isə böyük summativ qiymətləndirmə 

vasitələrinin nümunələri verilmişdir. Təqdim olunan nümunələr tədris vahidləri və 

yarımillər  ərzində reallaşdırılması  nəzərdə tutulan bacarıqların qiymətləndirilməsi 

üçün nəzərdə tutulur. Müəllim bu nümunələr  əsasında öz variantlarını da hazırlaya 

bilər. Şagirdlərin summativ qiymətləndirməyə hazırlıq məqsədi ilə dərslikdə hər təd-

ris vahidinin  sonunda “Özümüzü yoxlayaq” adı ilə tapşırıqlar verilmişdir. Bu tapşı-

rıqlar summativ qiymətləndirmədən əvvəlki dərsdə yerinə yetirilə bilər.  



 

Toplum halında qiymətləndirmə (portfolio) 

Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkil-

də qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına 

nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər  şagirdə 

bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən 

bu qovluğun içinə yığılır. Bu materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıq-

lardan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, 

özünüqiymətləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s.-dən 

ibarət ola bilər.  

İnformatika dərslərində portfolioların başqa bir formasından – elektron portfoli-

olardan da geniş istifadə edilməsi tövsiyə olunur. Bunun üçün hər bir şagird üçün 

kompyuterdə öz adı ilə qovluq yaradılır və kompyuterdə icra etdiyi bütün işlər ora 

yerləşdirilir. Bu portfolionun ən üstün cəhəti ondadır ki, şagird istədiyi zaman onun 

surətini  şəxsi fləş-yaddaşına yazıb evdə  işini davam etdirsə, yaxud valideynlərinə 

göstərə bilər.  

  

  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə