Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   2   3   4   5   6   7   8   9   ...   23

 

17

aşağıdakıları birləşdirir. 



1.  nformasiya texnologiyalarının istehsala daxil olması. 

2.  nformasiya  texnologiyalarının  kütləvi  tətbiqi  və  standartlaşdırılmış 

sistemlərin üstünlüyü. 

3. 


nformasiya  istehsalı  və  informasiya  texnologiyaları  sahəsində 

məhsuldarlığın digər sahələrdən artıq yüksəldilməsi. 

4. Üstünlüyü ələ almış informasiya və biliklər istehsalına keçid. 

Bütün  bunlar  onu  göstərir  ki,  informasiya  və  informasiya  texnologiyaları 

standartlaşma  kecərək  istehsala  daxil  olmuş  və  buradakı  məhsuldarlıq 

iqtisadiyyatın  digər  sektorlarında  da  davamlı  inkişafı  təmin  etmişlər.  Hazırda 

informasiya  iqtisadiyyatının  mühüm  elementi  informasiya  amilli  texnologiyalar 

qismində  dünya  bazarında  yerini  möhkəmləndirir.  Tədqiqatlar  gostərir  ki, 

informasiya texnologiyaları bazarlarında iki ölkələr qrupu səmərəli işləyir: 

1.  nkişaf  etmiş  fundamental  elmi  potensialı  olan  qabaqcıl  ölkələr  (ABŞ



Boyuk Britaniya, AFR, Yaponiya və bəzi başqaları

); 


2.  Birinci  qrup  ölkələrin  innovasiya  və  texnologiyalarından  istifadə  edən 

ölkələr (Tayvan, Cin, Cənubi Koreya və başqaları). 

Bu  iki  qrup  hələlik  bir-birini  effektiv  tamamlayır  və  dünya  informasiya 

texnologiyaları  bazarının  əsas  hissəsinə  malikdirlər.  Lakin  yeni  inkişaf 

mərhələsində  üçüncü  ölkələr  qrupu  da  meydana  gəlmişlər.  Bu  sıraya  özlərinin 

rəqabətqabiliyyətli  yüksək  texnologiyaları  ilə  dünya  bazarlarına  çıxa  bilən 

Finlandiya,  Norveç  və  srail  daxil  edilir.  Bu  imkanı  onlar  təlim,  elm  və  təhsil 

sahəsindəki  nailiyyətləri  və  informasiya  texnologiyaları  sistemlərinin  fövqəladə 

effektiv modernləşməsi ilə təmin etmişdir. 

Aparılan  təhlilin  nəticəsi  olaraq  belə  bir  qənaət  hasil  edilir  ki,  informasiya 

cəmiyyətinin  üstünlüyü  ələ  aldığı  hazırkı  məqamda  informasiya  iqtisadiyyatı 

sürətli  atrım  templəri  ilə  irəliləyir,  dunya  bazarının  seqmental  sistemini 

təbədullatlara  uğradaraq  qlobal  xarakter  alır.  Bu  əsnada  bəşər  sivilizasiyasının 

muasir  inkişaf  mərhələsində  iqtisadi  münasibətlərin  yeni  tipi  formalaşır.  Yeni 

iqtisadiyyat  tipini  ənənəvi  iqtisadiyyatdan  fərqləndirən  mühüm  özəllik  isə  onun 



 

18

məhsulun  maya  dəyərindəki,  ayrıca  informasiya  adlı  xərc  komponenti  ilə  təmsil 



olunmasındadır.  stehsal amili, mühüm bazar mexanizmi elementi olmaqla həm də, 

iqtisadi  fəaliyyətin  ayrıca  növüdür.  Əmtəə  kimi  istehlak  olunan  ictimai  rifahdır. 

qtisadi  informasiya  işgüzar  və  hakimiyyət  dairələrinin  tərəfindən  qərarlar  qəbul 

olunması  və  ictimai  rəy  formalaşdırılarkən  istifadə  edilən  resurs  və  ehtiyatdır.




 

19

 



1.2.  nformasiya iqtisadiyyatında kapital və onun əsas xüsusiyyətləri 

 

Kapital

 fərdə gələcəkdə nemətlər axınını təmin edən vasitədir. Nemət anlayışı 

subyektiv  olduğundan  kapital  anlayışı  da  subyektivdir  və  onun  hamılıqla  qəbul 

edilmiş  təfsiri  ola  bilməz.  Kapitalın  məhsuldarlığı  (səmərəliyi,  effektivliyi)  

kapitalın  həcminin  kəmiyyət  qiyməti  ilə  onun  doğurduğu  nemətlər  axınının 

nisbətidir.  Kapitalın  məhsuldarlığına  onun  fərd  tərəfindən  əldə  edilən  nemətlər 

axınına təsir göstərmək qabiliyyəti kimi tərif verirlər. Nəzəriyyələr kapitalı adətən 

iki üsulla təsnif edir.  

Birinci təsnifat

 çərçivəsində kapital zahiri, daxili və sosial kapitala bölünür.  



Zahiri  kapital

  kapital  sahibinin  bilavasitə  iştirakı  olmadan  nemətlər  axını 

yarada  bilən  obyektlərin  məcmusudur.  Zahiri  kapital  adətən  maddi  formada  olur, 

bir  şəxsdən  digərinə  verilə,  satıla,  vəsiyyət  edilə  bilər  və  s.  Başqa  sözlə,  zahiri 

kapital  likvidlik  xassəsinə  malikdir.  Zahiri  kapitala  dəzgah,  bina,  istiqraz  və  i.a. 

nümunə ola bilər. 



Daxili  kapital 

fərdin  əldə  etdiyi  nemətlər  axınına  təsir  göstərən 

keyfiyyətləridir.  Daxili  kapital  sahibindən  ayrılmazdır  və  yalnız  onun  bilavasitə 

iştirakı  ilə  fəaliyyət  göstərə  bilər.  O,  verilə,  satıla,  vəsiyyət  edilə  bilməz.  Daxili 

kapitala musiqi istedadı, insanın cazibədar görkəmi, sağlamlığı, təhsili nümunə ola 

bilər.  


Sosial  kapital 

fərdin  digər  insanlarla  saxladığı  və  onun  əldə  etdiyi  nemətlər 

axınına təsir göstərən əlaqələri sistemidir. Sosial kapital həm zahiri, həm də daxili 

kapitalın  xüsusiyyətlərinə  malikdir.  Zahiri  kapital  kimi  sosial  kapital  da  fərdə 

münasibətdə zahiri olan obyektləri − digər fərdləri əhatə edir. Buna görə də sosial 

kapitalın  məhsuldarlığı  onun  zahiri  insani  komponentlərinin  tərkibindən  və 

keyfiyyətindən  asılıdır.  Daxili  kapital  kimi  sosial  kapital  da  sahibinin  bilavasitə 

iştirakı ilə fəaliyyət göstərir. Buna görə də sosial kapitalın məhsuldarlığı sahibinin 

şə

xsi  keyfiyyətlərindən  asılıdır.  Sosial  kapitala  misal  kimi  fərdin  dostluq,  ailə  və 



işgüzar əlaqələrini göstərmək olar.   


 

20

Kapitalın  təsnif  edilməsinin  ikinci  üsulu

  nemətlərin  dəyərinin  ölçülməsinə 

ə

sas  yanaşmaların  −  dəyər,  utilitarist,  natural-maddi  və  natural-zaman 



yanaşmalarının təhlilinə əsaslanır.  

Dəyər yanaşması

 belə bir ehtimalı əsas götürür ki, nemətin dəyəri onun bazar 

qiyməti  ilə  eynidir.  Belə  olduqda  kapitala  pul  gəlirlərinin  mənbəyi  kimi  tərif 

verilir. Pul gəlirlərinin axını verilmiş faiz dərəcəsi ilə diskontlaşdırma vasitəsi ilə 

bir dəyər göstəricisi şəklində ifadə edilir.  

Kapitalın  dəyər  təfsiri  ənənəvi  olaraq  iqtisad  elmində  hakim  mövqe 

tutmuşdur. Kapital termini altında iqtisadçılar pul formasında ifadə olunmuş zahiri 

kapitalı  başa  düşürdülər.  Kapitala  qiymətli  kağızları,  istehsal  avadanlığını,  pul 

vəsaitlərini aid edirdilər. Lakin XX əsrin ikinci yarısında T. Şultsun və Q. Bekkerin 

ə

sərləri sayəsində «insan kapitalı» nəzəriyyəsi hamılıqla qəbul olundu. Bununla da 



daxili  dəyər  kapitalının  iqtisadiyyatda  rolu  təsdiq  edildi.  Bekkerə  görə  insan 

kapitalı 

  insanın  əldə  etdiyi  pul  gəlirləri  axınına  təsir  göstərən  şəxsi 

keyfiyyətləridir.  nsan  kapitalının  həcmi  insana  bu  keyfiyyətlərin  verilməsi 

məqsədi  ilə  çəkilmiş  pul  məsrəflərinin  həcmi  ilə  eyniləşdirilir.  Bu  nəzəriyyə 

yuxarıda,    Dəyər sosial  kapitalı    abzasında  daha  ətraflı şərh  olunmuşdur  − sosial 

kapital fərdin digər insanlarla saxladığı və onun əldə etdiyi nemətlər axınına təsir 

göstərən əlaqələri sistemidir.  

Cədvəl 1 

 

Utilitarist  yanaşma 

bunu  əsas  götürür  ki,  nemətin  dəyəri  onun  həmin  fərdə 

təmin  etdiyi  faydalılıq  və  ya  məmnunluq  ilə  eynidir.  Kapitala  subyektiv 

faydalılığın  mənbəyi  kimi  tərif  verilir.  nsanların  zövqləri  müxtəlif  olduğundan 

kapital  subyektiv  kateqoriya  kimi  çıxış  edir  ki,  bu  da  utilitarist  yanaşma 

çərçivəsində  ağlabatan  kapital  nəzəriyyəsi  qurmağa  imkan  vermir.  Buna  görə  də 



 

Kapital 

Kapitalın ölçülməsi üsulu 

dəyə

natural-maddi 

natural-zaman 

Daxili 

nsan kapitalı 



Kreativ kapital 



Sosial 

Dəyər sosial kapitalı 



Şə

xslərarası 



Zahiri 

Maliyyə kapitalı, 

istehsal kapitalı 

Fiziki 





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə