Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   2   3   4   5   6   7   8   9   10   ...   23

 

21

ehtimal olunur ki, nemətin verdiyi fayda bütün fərdlər üçün eynidir və onun bazar 



qiyməti  ilə ifadə  edilir.  Bu  zaman    kapitalın  utilitarist  nəzəriyyəsi,  əslində,  dəyər 

nəzəriyyəsinin içərisində «əriyir» və iqtisadi nəzəriyyədə müstəqil mənasını itirir. 



Natural-maddi

 yanaşma kapitalla onun yaratdığı nemətlərin yekcins olmasına 

dair  ehtimala  əsaslanır.  Belə  bir  hal  nəzərdən  keçirilir:  kapital  hər  biri  müstəqil 

nemət mənbəyi olan müəyyən miqdarda eyni vahidlərdən (məsələn, dəzgahlardan) 

ibarətdir, bundan başqa, yalnız bir növ nemət (məsələn, tavalar) istehsal olunur. Bu 

zaman kapitalın həcmi kapital vahidlərinin miqdarı ilə, nemətlər axını isə istehsal 

edilmiş məmulatın məcmu miqdarı ilə ölçülür. 

Kapitalın  tərifinin  verilməsinə  bu  yanaşmanın  iki  çatışmazlığı  vardır. 

Birincisi,  tətbiq  edilən  kapital  vasitələrinin  və  istehsal  olunan  nemətlərin  yeganə 

növlü  olması  haqqında  ehtimal  tamamilə  qeyri-realdır.  kincisi,  kapitalın  və 

nemətin  ölçülməsi  üçün  müxtəlif  vahidlərdən  istifadə  edilməsi  kapitalın 

məhsuldarlığının  qiymətləndirilməsini  qeyri-mümkün  edir.  Əgər  kapital  və  onun 

yaratdığı  nemətlər  axını  üçün  vahid  natura  göstəricisini  müəyyənləşdirmək 

mümkün  olsaydı,  hər  iki  çatışmazlıq  aradan  qaldırılardı.  Bu  problem  aşağıda 

kapitalın  tərifinin  verilməsinə    natura-zaman  yanaşması  çərçivəsində  həll 

ediləcəkdir. 

Kapitalın  tərifinin  verilməsinə  natura-zaman  yanaşmasından  insanın  daxili 

kapitalının  qiymətləndirilməsi  üçün  istifadə  edilir.  Bu  yanaşma  belə  bir  ehtimala 

ə

saslanır  ki,  insanın  ali  yaradıcılıq  fəaliyyəti  mütləq  nemətdir.  Mütləq  nemətin 



dəyəri  insanın  yaradıcılıqla  məşğul  olduğu  müddətin  uzunluğu  kimi  zaman 

vahidləri ilə ölçülə bilər. 

nsanın kreativ kapitalı ona ali fəaliyyəti həyata keçirmək imkanı verən şəxsi 

keyfiyyətlərinin  məcmusudur.  Kreativ  kapital  nemətlər  axınının  −  ali  fəaliyyətlə 

keçən  dövrlərin  mənbəyidir.  Beləliklə,  kreativ kapital  və onun  yaratdığı nemətlər 

axını eyni vahidlərlə − zaman vahidləri ilə ölçülür.  

Kreativ  kapitalın  potensial  və  istifadə  olunan  həcmlərini  fərqləndirirlər. 

Kreativ  kapitalın  potensial  həcmi  və  ya  yaradıcılıq  hüdudu  müəyyən  vaxt 

(məsələn,  bir  gün)  ərzində  yaradıcılıq  fəaliyyətinin  ən  əlverişli  kənar  şəraitdə 



 

22

maksimum mümkün olan müddətinə bərabərdir. Kreativ kapitalın potensial həcmi 



yalnız  fərdin  şəxsi  keyfiyyətlərindən  asılıdır  və  onun  həyat  fəaliyyəti  şəraitindən 

asılı  deyildir.  Kreativ  kapitalın istifadə  olunan  həcmi  fərdin  real   həyat  fəaliyyəti 

şə

raitində  müəyyən  sabit  dövr  ərzində  yaradıcılıq  fəaliyyətinin  faktiki  müddətinə 



bərabərdir.  Kreativ  kapitalın  istifadə  olunan  həcmi  onun  potensial  həcmindən 

kiçikdir ki, bu da kənar amillərin əlverişsiz təsiri ilə bağlıdır.



  

Bu amillərin ən mühümləri aşağıdakılardır:



 

•  maddi nemətlərin çatışmazlığı və pul gəlirinin azlığı; 

•  ailədə, işdə və i.a. ahəngdar olmayan sosial qarşılıqlı əlaqələr; 

•  sosial  infrastrukturların  −  ictimai  təhlükəsizlik  sisteminin,  mənzil-

kommunal sahəsinin, nəqliyyatın və i.a. inkişaf etməməsi; 

•  cəmiyyətdə mənfi sosial-siyasi mühitin mövcudluğu. 



Pul  gəliri

 istifadə olunan kreativ kapitalın həcminə təsir göstərən ən mühüm 

amildir.  Ona  görə  də  çox  vaxt  bu  amili  yeganə  amil  kimi  nəzərdən  keçirir  və 

istifadə  olunan  kreativ  kapitalı  pul  gəlirinin  artan  funksiyası  kimi  təfsir  edirlər. 

Gəlirin  sonsuzluğa  meyl  etdiyi  şəraitdə  istifadə  olunan  kreativ  kapital  fərdin 

yaradıcılıq hüduduna meyl edir və gəlir hüdud qiyməti deyilən müəyyən qiymətə 

bərabər  olduqda  fərdin  yaradıcılıq  hüduduna  çatır.  Kreativ  kapitaldan  istifadənin 

səmərəliyi 

istifadə  edilmiş  kreativ  kapital  həcminin  fərdin  yaradıcılıq  hüdudunun 

kəmiyyətinə olan nisbətinə bərabərdir. Gəlir artdıqca səmərəlik də artır və gəlirin 

hüdud qiymətində yüz faizə çatır. 

Kreativ  kapital  konsepsiyası  Q.  Bekkerin  insan  kapitalı  konsepsiyasından 

aşağıdakı aspektlərdə fərqlənir: 

• ölçü  vahidləri.  nsan  kapitalı  dəyər  vahidləri  ilə,  kreativ  kapital  isə 

zaman 


vahidləri ilə ölçülür;

 

• kapitalın  yaradılması.  nsan  kapitalı  təhsilə,  sağlamlığa  və  s.  investisiyalar 

qoyulması  nəticəsində,  kreativ  kapital  isə  fərdin  yaradıcılıq  fəaliyyəti 

prosesində yaradılır; 

• gəlirin  rolu.  Pul  gəliri  insan  kapitalının  fəaliyyətinin  məqsədidir.  Eyni 

zamanda, gəlir kreativ kapitalın fəaliyyətinin zəruri şərti və ya vasitəsidir; 




 

23

• zamanla dəyişməElm və texnika inkişaf etdikcə insanın təhsili köhnəlir, ona 



görə  də  bərpa  olunmasını  tələb  edir.  Başqa  sözlə,  insan  kapitalı 

köhnəlməyə  və  ya  amortizasiyaya  məruz  qalır.  nsanın  yaradıcılıq 

qabiliyyəti, əksinə, ali fəaliyyət prosesində inkişaf edir, yəni kreativ kapital 

öz-özünə artma xassəsinə malikdir.  



Sosial  kreativ  kapital

  və  ya  şəxslərarası  kapital  fərdin  digər  fərdlərlə 

saxladığı, onun istifadə etdiyi kreativ kapitalın həcminə təsir göstərən şəxslərarası 

ə

laqələri  sistemidir.  Əgər  şəxslərarası  əlaqənin  itməsi  istifadə  edilən  kreativ 



kapitalın  həcminin  azalmasına  səbəb  olursa,  həmin  əlaqə  kreativ  əlaqə  adlanır. 

Ə

laqənin kreativliyi həmin əlaqənin itməsi nəticəsində fərdin istifadə etdiyi kreativ 



kapitalın  həcminin  azalması  kəmiyyətinə  bərabərdir.  Kreativ  əlaqənin  yaranması 

şə

rti  iki  fərddən  hər  birinin  digər  fərdin  şəxsiyyəti  haqqında  müəyyən  bilik  əldə 



etməsidir.  Əlaqənin  kreativliyi  adətən  bu  spesifik  biliyin  həcmi  ilə  sıx  bağlıdır. 

Kreativ əlaqəyə misal  kimi dostluğu və sevgini göstərmək olar. 

 

Şə

xslərarası  kapitalın  həcmi



  fərdin  bütün  kreativ  əlaqələrini  eyni  vaxtda 

itirməsi  nəticəsində  onun  istifadə  etdiyi  kreativ  kapitalın  azalması  kəmiyyətinə 

bərabərdir.  Bu  xəyali  hadisədən  sonra  fərdin  saxladığı  kreativ  kapitalın  həcmi 

muxtar  kreativ  kapitalın

  həcminə  bərabərdir.  Beləliklə,  fərdin  kreativ  kapitalı 

şə

xslərarası  kapital  ilə  muxtar  kreativ  kapitalın  cəminə  bərabərdir.  Kreativ 



kapitalın bağlılıq dərəcəsi kreativ kapitalın ümumi həcmində şəxslərarası kapitalın 

xüsusi  çəkisinə  bərabərdir.  Kreativ  kapitalın  muxtarlıq  dərəcəsi  kreativ  kapitalın 

ümumi  həcmində  muxtar  kreativ  kapitalın  xüsusi  çəkisinə  bərabərdir.  Kreativ 

kapitalın bağlılıq dərəcəsi ilə  muxtarlıq dərəcəsinin cəmi vahidə bərabərdir.  



 

 

 

 

 

Cədvəl 2 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə