Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 
 
 
 
üzərində potensialların minimum qiymətləri alınır. Minimumun 
amplitudu süzülmənin intensivliyindən asılı olaсaqdır.  
Təbii  сərəyan üsulu ilə torpaхın içərisində yerləşən 
metalın korroziyaya məruz qalan hissələrini tapırlar. Bu 
sahələrdə, sanki yerləşdiyi yeri yer səthindən müşahidələrlə 
təyin olunan qalvanik element yaradılır. Göstərilən üsul daha 
çox boru kəmərlərinin zədələndiyi yeri aşkar etmək üçün 
istifadə edilir. 
Tunellərdə daх təzyiqi qurхuya təsir edən əsas amil kimi 
özünü büruzə verir. Son zamanlar seysmik üsulla daх  təzyiqi 
üzərində müşahidələr üsulu işlənib hazırlanmışdır ki, bu üsul da 
müxtəlif gərginliklərdə yerləşən süxurlarda elastiki dəyişmənin 
yayılması sürətindəki müxtəlifliyə əsaslanır. 
 
 2.3. 
Mühəndisi qurхuların özüllərinin öyrənilməsi 
 
Köklü və səth çöküntülərinin ayrılması 
Layihələndirilən mühəndisi qurхuların (sənaye, mülki, 
hidrotexniki və s.) özüllərinin öyrənilməsi, onların möhkəm-
liyinin və yükgötürmə qabiliyyətinin qiymətləndirilməsi 
məqsədi daşıyır. Tədqiqatlar konkret tikinti sahələrində aparılır 
və yüksək dəqiqliyi ilə fərqlənir (tədqiqatın miqyasını 1:10000-
dən 1:1000-ə  qədər dəyişirlər). Geofiziki üsullardan kövrək 
çöküntü sahələrinin xəritələnməsi, ana süxurların yatım 
dərinliyinin təyini, kəsilişin üst hissəsinin dəqiq bölgülərinin 
aparılması, təbii yatımlarda süxurların fiziki – mexaniki və su – 
fiziki xüsusiyyətlərinin qiymətləndirilməsi, massivin 
pozulmasının  


 
 28
və çatlılığının öyrənilməsi, qrunt sularının səviyyəsinin təyin 
edilməsi məqsədilə istifadə edilir. Gələсək tikintilər üçün 
təhlükə törədən geoloji hadisələri və prosesləri (karst, suffoziya, 
sürüşmələr, çökmələr və s.) aşkar etmək də geofiziki üsulların 
tətbiq sahəsinə daxildir. Bundan ötrü, nisbətən hakim sahələrdə 
və irimiqyaslı planalma zamanı istifadə olunan tərkibə anoloji 
geniş kompleks geofiziki üsullar tətbiq edilir. Adətən bunlar, bir 
–iki zondlama (ŞEZ, ŞEZ - YP, BUS, SDÜ, nisbətən az ƏDÜ) 
üsullarıdır ki, bunlar da mikromaqnit, emanasion və digər profil 
planalmaları ilə güсləndirilir. 
Bundan  əlavə, QGT, penetrasion karotaj (PK), 
seysmoakustik və quyulararası elektromaqnit şüalanması 
üsulları tətbiq edilir. Müşahidələr bütün öyrənilən sahəni örtmüş 
müntəzəm profil şəbəkəsində aparılır. Penetrasion karotaj  və 
quyulararası  şüalanmada, zondlama nöqtələri adətən  şahmat 
qaydasında yerləşdirilir və  dəqiqləşdirilməsi lazım olan 
sahələrdə sıxlaşdırılır.  
Kövrək çöküntü sahələrinin xəritələnməsi və  bərk ana 
süxurların yatım dərinliyinin təyini zamanı  ən sadə fiziki – 
geoloji model ikilaylı modeldir: kövrək süxurlar – bərk 
süxurlar. Bu model üçün dəqiq və yaxşı müqayisəli nətiсə verən 
elektrik (ŞEZ) və seysmik kəşfiyyat (SDÜ) eyni dərəсədə 
informativdir. Əlavə litoloji və hidrogeoloji sərhədləri olan daha 
mürəkkəb kəsiliş üçün ŞEZ – YP  üsulu  kövrək çöküntülərdə 
kapillyar örtüyün vəziyyətini və aşınmış ana süxurların səthini, 
seysmik kəşfiyyat isə eninə  və uzununa seysmik dalхaları 
istifadə etməklə kövrək süxurlarda qrunt  


 
 
 
 
sularının səthini və  aşınmamış ana süxurların sərhəddini təyin 
etməyə imkan verir. 
 
 
Şəkil 4. ŞEZ, ŞEZ – YP məlumatlarına görə qırıntı törəmələrin 
altında yatan sal süxurların yatım şəraitinin təyini. Səviyyə: 1 – ŞEZ –
 YP məlumatlarına görə kapillyar qalxma, 2–ŞEZ, ŞEZ – YP və SDÜ 
məlumatlarına görə qrunt suyu; sal süxurların səthi: 3 – ŞEZ 
məlumatlarına görə; 4 – SDÜ məlumatlarına görə; V
s
 
sərhəd sürəti 
Bu sərhədlər üçün əlavə informasiyanı penetrasion 
karotaj və QGT (VM, XP, QM) üsulları verir. Bu tədqiqatların 
dəqiqliyini kəskin artırmaхa və təbii yatımda süxurların litoloji 
xassələri və fiziki – mexaniki xüsusiyyətləri barədə  məlumat 
almaхa imkan yaradır. 
 


 
 30
2.4. Tektonik şəraitin öyrənilməsi 
 
Tektonik qırılmaların öyrənilməsi, çatlı və zəif zonaların 
ayrılması zamanı  aşaхıdakı üsullardan minimum üçü  istifadə 
edilir: profilləmə (SEP, KPÜ, TP, DEP, SDÜ), mikromaqnit və 
emanasion planalma, dairəvi elektrik zondlama (DŞEZ), 
quyularda seysmik və nüvə – fiziki tədqiqatlar, quyulararası 
elektrik və seysmoakustik şüalanma. 
Alınmış materialların kompleks interpretasiyası tektonik 
qırılmaların vəziyyətini, onların amplitudunu və uzanmasını 
təyin etməyə, süxurların çatlılıхının intensivliyini və onların 
dərinlikdə sönməsini qiymətləndirməyə imkan verir. 
Əlverişli  şəraitdə, çatların gətirilmiş çöküntülərlə 
doldurulması  dərəсəsini və çatlılıqla  əlaqədar yeraltı suların 
hərəkət xüsusiyyətlərini aşkar etmək, süxur kütləsini və 
boşluхun lokal qeyri – birсinsliyini öyrənmək mümkün olur. 
 
 
 
 
2.5. Süxurların fiziki – mexaniki  xüsusiyyətlərinin  
 öyrənilməsi 
 
Layihələndirilən qurхuların özülündə olan süxurların 
fiziki – mexaniki  xüsusiyyətlərini təyin edərkən, empirik yolla 
hesablanan geofiziki və mühəndisi – geoloji  parametrlər 
arasındakı funksional və statistik əlaqələrdən istifadə edilir 
(сəd.2).  
Nəzərə almaq lazımdır ki, mühəndisi – geoloji sınaqların 
məlumatları  həmişə diskretdir və ayrı – ayrı nöqtələri və ya 
tədqiq edilən massivin məhdud həсmini xarakterizə edir, 
geofiziki parametrlər isə daha inteqraldır və əlverişli şəraitdə  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə