10
meylini doğurur.
«Neytral pullar» və «xüsusi pullar» nəzəriyyələri liberal utopiya konsepsiyaları ilə
bağlıdır.
«Neytral pul» nəzəriyyəsi. Pul dövriyyəsində islahatlar aparmaqla makroiqtisadi
vəziyyətin kökündən dəyişdirlməsinə əmin edən vədlərdən biri «azad pullar» və ya
«neytral pullar» konsepsiyası ilə bağlıdır.
Silvio Qezel (1862-1930) «Təbii iqtisadi qaydalar» kitabında faizdən azad olan
pulları «azad pullar» adalndırmışdır. D. Zur «neytral pullar» anlayışım gətirdi, belə
ki, onlar hamıya eyni dərəcədə xidmət göstərir, müasir pul sistemində olduğu kimi
kimsələrə birtərəfli imtiyazlar vermir. Marqrit Kennedi də faizsiz mübadilə
vasitəsindən söz açarkən «neytral pullar» anlayışmdan istifadə etmişdi.
Öz mahiyyətinə görə «neytral pullar» nəzəriyyəsi Foma Akvinskinin pul
nəzəriyyəsindən qaynaqlanır. «Ədalətli qiymət» konsepsiyasının inkişaf etdirən F.
Akvinski hesab edir ki, əmtəələrin alınıb-satılması varlanma mənbəyi olmamalıdır.
Pullar cəmiyyətdə «ədalətli mübadilə» prosesini» yüngülləşdirməsində rol alır,
puldan pul əldə etmək məqsədi ilə istifadə edilməməlidir. Faiz almaq cəmiyyətdə
qeyri-bərabərlik yaradan və əmtəənin «ədalətli» qiymətinə zidd olan bir günahdır.
«Neytral pullar» nəzəriyyəsinə görə puldan yığım vasitəsi kimi istifadə olunması,
onun borckapitalına çevrilməsi iqtisadi böhranlara səbəb olur.
«Neytral pullar» nəzəriyyəsinə görə hökumət pul yığımının baş verməməsi və
borc faizinin minimuma endirilməsi üçün bütün tədbirləri görməlidir. Yalnız o halda
investisiya qoyuluşunun və istehlak tələbinin artması və demokratik cəmiyyətin
çiçəklənməsi mümkündür.
Faizlərin eksponensial artımı nəticəsində yaranan problemlərin həlli keyfıyyət
artımı dinamikasma uyğun gələn pul sisteminin yaradılmasmdadır. Bu lıalda faizlər
digər pul tədavülü mexanizmi ilə əvəz edilməlidir. Hər bir əmtəə üçün ödədiyimiz
qiymətə faiz qismi də daxil olur.
Gündəlik tələbat malları və xidmətlərin qiymətlərində faizlərin və ya kapital
xərclərinin payı orta hesabla 50 % təşkil edir. Beləliklə, əgər biz faizi ləğv edib onu
daha mükəmməl mexanizm ilə əvəz etsək, onda nəzəri olaraq bizim əksəriyyətimiz
11
ə
n azı olduğumuzdän 2 dəfə varlı olardıq və ya mövcud yaşayış səviyyəsini yalnız
yarım iş günü işləməklə təmin etmiş olardıq.
Beləliklə, «neytral pullar» nəzəriyyəsinə görə elə bir şəraitin yaradılması təklif
olunur ki, bu şəraitdə pullar «paslansm», yəni ondan istifadəyə görə pul ödənilsin.
«Neytral pullar» nəzəriyyəsi məntiqi olaraq «xüsusi pullar» nəzəriyyəsi ilə sıx
bağlıdır.
«Xüsusi pullar» nəzəriyyəsi. Nominalist pul nəzəriyyəsi bir dövlət pul nəzəriyyəsi
kimi inkişaf edirdi. Bu nəzəriyyənin özəyini belə bir müddəa təşkil edir ki, pul -
dövlət hakimiyyətinin məhsuludur. Bu zaman dövlət ilk önjə, pulu yaradır, ikinjisi,
onun alıcılıq qabiliyyətini müəyyən edir. Bir çox hallarda pulun dövlət nəzəriyyəsini
ayrıja müstəqil konsepsiya kimi nəzərdən keçirirlər və bu nəzəriyyə daha geniş
şə
kildə alman iqtisadçısı Q. F. Knappm (1842-1926) əsərlərində yer almışdır.
Bu cür yanaşmanın əksinə olaraq milli xüsu-siyyətlərini itirmiş pul sistemləri
nəzəriyyəsi və liberalizm və azad rəqabət prinsipləri əsasında xüsusi pulların
yaradılması ideyası irəli sürüldü. Xüsusi pullar nəzəriyyəsinin ilkin yaradıjıları
sırasma alman iqtisadçısı S. Qezel və amerikalı iqtisadçı E. Rigel aid edilir. Belə ki,
li. Rigel «Xüsusi müəssisələrin pulları: neopolitik pul sistemi» kitabmda pul
eınissiyasını xalqın əlinə verməyi irəli sürür.
Sonra isə pulun milli xüsusiyyətlərdən azad olması ideyası bir-birindən asılı
olmayaraq 1974-jü ildə Klayn və 1976-jı ildə iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı F. A. Xayek tərəfindən irəli sürülmüşdür.
M. Fridmanm 1986-jı ildə çapdan çıxmış «Has Government Any Role in
Money?» məqaləsi xüsusi pullar haqqında elmi müzakirələrdə xüsusi bir hadisə oldu.
ABŞ-da pul nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis olan, həm də iqtisadiyyat
üzrə A. Nobel mükafatı laureatı olan M. Fridman bu məqalədə xüsusi rəqabət
qabiliyyətli valyutalar sisteminin tətbiq edilməsi təklifinə öz mənfı münasibətini
bildirmiş və F. A. Xayekin mövqeyi ilə əsasən razılaşmışdır.
F. A. Xayek Özünün elmi fəaliyyətinə yekun vuraraq hesab edirdi ki, bir kəşf və
iki ixtira etmişdir. Bu ixtiralardm biri pul sisteminin milli xüsusiyyətlərindən azad
edilməsi nəzəriyyəsi və xüsusi pulların tətbiq edilməsidir. Ödəniş vasitəsinin
12
emissiyası üzərində dövlət inhisarının aradan qaldırılmasının zəruriliyini irəli
sürməklə F. A. Xayek dövlətlərin ictimai etimaddan sui-istifadə etmələrinin
mexanizmi və nəticələrinin mahiyyətini açmağa çalışmışdır.
F. A. Xayekin xüsusi pulların geniş yayılması barədə ideyası bazar
konsepsiyasmdan irəli gəlir. Bu ideyaya görə hər bir təsərrüfat sahibinin özünün
istehsal fəailyyətinin imkanları və istehlak ehtiyacları barədə bildikləri yalnız onun
özünə məlumdur. Bu məlumatlardan iqtisadi sistemin bütün iştirakçılarımn
fəaiiyyətinin koordinasiyası (əlaqələndirilməsi) məqsədilə istifadə edilir. Ona görə,
bu məlumatlardan tam dolğunluğu ilə istifadə etməyi bacaran iqtisadi sistem ən
yüksək nailiyyətə malik olajaqdır. Bu məlumatlardan istifdaə edilməsi bazar
iqtisadiyyatımn həm planlı iqtisadiyyat, həm də təsərrüfat fəaliyyətinin digər
üsullarla əlaqələndirilməsi qarşısmda başlıja üstünlüyüdür.
Bazar iqtisadiyyatın fəaliyyəti qiymətlərin liberallaşması və rəqabət vasitəsilə
həyata keçirilir. Bazar iqtisädiyyatı bazar qiymətləri vasitəsilə sahibkarlarm işinin
koordinasiyasmı və səmərəli fəaliyyətini təmin edir. Qərarlarm qəbul edilməsində
istifadə edilən bu bazar qiymətləri barəsində məlumatlar iqtisadi agentlərə ötürülür.
Bazarm digər mühüm alətlərindən biri də rəqabətdir və bu rəqabət nəticəsində bazar
iştirakçılarının fərdi qərarlarının təbii seçmə prosesi həyata keçirilir. Qiymətlərin
bərqərar olması və rəqabət bazardakı vəziyyət haqqında təhrif olunmayan
məlumatların alınmasını yalnız o zaman təmin etmiş olur ki, bazarda maksimal
azadlıq olsun, dövlət təsərrüfat fəaliyyətindən doğan təhrifolmalar olmasın. qtisadi
azadlıq səmərəliliklə birbaşa bağlıdır: iqtisadiyyat nə qədər azaddırsa, insanların azad
yaradıcılığı da bir o qədər iqtisadi kəşflərə gətirib çıxara bilər.
Onların fikrinjə, milli valyuta adi ticarət əmtəəsi hesab edilməlidir və buna görə
də bazar qaydaları ilə rəqabət əsasında istehsal olunmalıdır. Dövlət pullarının
emissiyası dayandırılmalı, mərkəzi banklar bağlanmalı və paralel olaraq xüsusi
valyutalar daxil edilməlidir.
Xüsusi pullara keçidlə bağlı islahatlar aşağıdakı tədbirlərdən ibarət ola bilər:
1.
Artıq
istifadədə
olan
bütün
valyutaların,
o
jümlədən
xaricivalyutalarınbərabərhüquqlu olmasını qəbul etmək. Bununla da mövcud işgüzar
Dostları ilə paylaş: |