Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

23 


67.3. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə 

baxılır. 

67.4.  Valideynlik  hüquqlarının  bərpası  ilə  bağlı  valideynlərin  ərizəsi  ilə  birlikdə  uşağın 

valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər. 

67.5.  Valideynlik  hüquqlarının  bərpası  uşağın  mənafeyinə  zidd  olarsa,  məhkəmə 

valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə 

almaqla rədd edə bilər. 

67.6. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. 

67.7.  Uşaq  övladlığa  götürülmüşsə  və  övladlığa  götürmə  ləğv  edilməmişsə,  valideynlik 

hüquqları bərpa edilə bilməz. 

Maddə 68. Valideynlik hüquqlarının məhdudlaşdırılması  

68.1.  Məhkəmə  valideynlik  hüquqlarından  məhrum  etmədən  uşağın  mənafeyini  nəzərə 

almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. 

68.2. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi 

pozğunluq  və  ya  başqa  xroniki  xəstəliklər,  ağır  vəziyyət  və  s.)  uşağın  həyatı  üçün  təhlükə 

yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. 

68.3.  Valideynlərin  davranışı  onlarla  qalan  uşaq  üçün  təhlükəlidirsə,  valideynlik 

hüquqlarından 

məhrumetmə 

üçün 


əsas 

yoxdursa, 

valideynlik 

hüquqlarının 

məhdudlaşdırılmasına  yol  verilir.  Valideynlər  öz  davranışını  dəyişməzlərsə,  valideynlik 

hüquqlarının  məhdudlaşdırılması  barədə  məhkəmə  qətnaməsinin  çıxarılmasından  6  ay 

keçdikdən  sonra  müvafiq  icra  hakimiyyəti  orqanı  uşaqların  mənafeyini  nəzərə  alaraq 

valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 

valideynləri  (onlardan  birini)  bu  müddətdən  də  tez  valideynlik  hüquqlarından  məhrumetmə 

barədə iddia qaldıra bilər. 

68.4.  Uşağın  yaxın  qohumları,  yetkinlik  yaşına  çatmayan  uşaqları  müdafiə  edən  orqanlar, 

məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması 

barədə iddia qaldıra bilərlər. 

68.5.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılması  işinə  müvafiq  icra  hakimiyyəti 

orqanının  iştirakı  ilə  baxılır.  Bu  zaman  məhkəmə  valideynlərdən  (onlardan  birindən)  aliment 

tutulması məsələsini də həll edir. 

68.6.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılması  haqqında  qətnamə  qanuni  qüvvəyə 

mindikdən  sonra  3  gündən  gec  olmayaraq  məhkəmə  bu  qətnamədən  çıxarışı  müvafiq  icra 

hakimiyyəti orqanına göndərməlidir. 

Maddə 69. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri  

69.1. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul 

olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər. 

69.2. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın saxlanmasını təmin etmək 

vəzifəsindən azad edilmirlər. 

69.3. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət 

hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa 

əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. 

69.4.  Hər  iki  valideynin  valideynlik  hüquqları  məhdudlaşdırılmışsa,  uşaq  müvafiq  icra 

hakimiyyəti orqanının himayəsinə verilir. 



 

24 


Maddə 70. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi  

70.1.  Məhkəmə  valideynlik  hüquqlarının  məhdudlaşdırılmasına  əsaslar  aradan  qalxdıqda, 

valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması 

və  bu  Məcəllənin  62-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  məhdudiyyətlərin  ləğv  olunması 

haqqında qətnamə qəbul edə bilər. 

70.2.  Uşağın  valideynə  qaytarılması  uşağın  mənafeyi  ilə  ziddiyyət  yaradarsa,  məhkəmə 

iddianı rədd edə bilər. 

Maddə  71.  Valideynlik  hüquqları  məhkəmə  tərəfindən  məhdudlaşdırılan  valideynlərin 

uşaqlarla əlaqələri  

71.1.  Valideynlik  hüquqları  məhkəmə  tərəfindən  məhdudlaşdırılan  valideynin  uşaqlarla 

əlaqə saxlamasına icazə verilir, bir şərtlə ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. 

71.2.  Valideynlərlə  uşaqların  əlaqəsinə  müvafiq  icra  hakimiyyəti  orqanının,  uşaqların 

qəyyumunun  (himayəçisinin),  himayədar  valideynlərin  və  ya  uşaqlar  yerləşdiyi  müəssisənin 

rəhbərliyinin razılığı ilə icazə verilir. 

Maddə  72.  Uşağın  sağlamlığı  və  ya  həyatı  üçün  birbaşa  təhlükə  olduqda  uşağın 

valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması  

72.1.  Uşağın  sağlamlığı  və  ya  həyatı  birbaşa  təhlükədə  olduqda,  müvafiq  icra  hakimiyyəti 

orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş 

şəxslərdən  təcili  olaraq  almaq  hüququna  malikdir.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bunu 

müvafiq akt əsasında həyata keçirir. 

72.2.  Uşağı  götürən  müvafiq  icra  hakimiyyəti  orqanı  dərhal  prokurora  məlumat  verməyə, 

uşağı  müvəqqəti  yerləşdirməyə  borcludur.  Həmin  orqan  uşağın  alınması  barədə  aktın 

çıxarılmasından  sonra  7  gün  ərzində  məhkəməyə  valideynləri  valideynlik  hüquqlarından 

məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər. 

Maddə 73. Məhkəmədə uşaqların tərbiyəsi ilə bağlı mübahisəyə baxıldıqda müvafiq icra 

hakimiyyəti orqanının iştirakı  

73.1.  Uşaqların  tərbiyəsi  ilə  əlaqədar  mübahisələrə  məhkəmədə  baxılarkən,  uşağın 

müdafiəsi  üçün  iddianın  kim  tərəfindən  qaldırılmasından  asılı  olmayaraq  müvafiq  icra 

hakimiyyəti orqanı işə cəlb edilir. 

73.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  mübahisə  ilə  bağlı  uşağın  və  onun  tərbiyəsi  ilə 

məşğul  olmaq  istəyən  şəxsin  (şəxslərin)  həyat  şəraitini  müayinə  etməyə,  müayinə  aktını  və 

mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 

Maddə 74. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmə qətnaməsinin icrası  

74.1. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmənin qətnaməsinin icrası mülki prosessual 

qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir. 

74.2. Valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, 

onlar barəsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tətbiq olunur. 

74.3.  Uşağın  alınıb  başqa  bir  şəxsə  verilməsi  ilə  əlaqədar  məhkəmə  qətnaməsinin  məcburi 

icrasında  müvafiq  icra  hakimiyyəti  orqanının,  uşağı  götürən  şəxsin,  zəruri  hallarda  isə  polis 

orqanı nümayəndəsinin iştirakı vacibdir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə