Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   20   21   22   23   24   25   26   27   28

 

53 


valideynləri  kimi  yazılarsa,  eləcə  də  övladlığa  götürülənin  doğulduğu  yer  dəyişdirilərsə, 

övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən  dəyişikliklər  edilir  və  bu  dəyişikliklər  nəzərə  alınmaqla  doğum  haqqında  yeni 

şəhadətnamə verilir. 

Maddə  178.  Akt  yazılarının  ləğv  edilməsi  və  övladlığa  götürmə  haqqında  yazılarda 

qeydlər  

178.1.  Məhkəmə  övladlığa  götürməni  etibarsız  hesab  etdikdə  müvafiq  icra  hakimiyyəti 

orqanı  övladlığa  götürmə  haqqında  qeydi  ləğv  edir,  övladlığa  götürmə  məhkəmə  tərəfindən 

ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında 

qeydlər  aparır.  Belə  hallarda  övladlığa  götürülənin  doğulması  haqqında  qeydlərdə  övladlığa 

götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. 

178.2.  Övladlığa  götürmə  uşağın  valideynlərinin  xahişi  ilə  ləğv  edilmişsə,  uşağın 

valideynləri, övladlığa götürmə müvafiq icra hakimiyyəti orqanının tələbi ilə ləğv edilmişsə, bu 

orqan övladlığa götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər. 

 

 

 



 

25-ci fəsil 

NİKAHIN POZULMASININ QEYDƏ ALINMASI 

Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri  

Ərizə  əsasında  nikahın  pozulmasını  ər-arvaddan  və  ya  onlardan  birinin  yaşadığı  və  ya 

nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu 

barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.

xlv[45]


 

Maddə 180. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması  

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, 

həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 

180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah 

xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah 

bağlaya bilər.

xlvi[46]


 

Maddə 181. Ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması  

181.1.  Qarşılıqlı  razılıq  üzrə  nikahın  pozulması  (bu  Məcəllənin  17.1-ci  maddəsi)  haqqında 

ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə 

borcludurlar. 

181.2. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır. 

Maddə 182. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması  

182.1.  Bu  Məcəllənin  17.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  nikahı  pozmaq 

haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi 

xəstəlik,  yaxud  kəmağıllılıq  nəticəsində  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməsinə  dair 




 

54 


məhkəmə  qətnaməsini,  yaxud  da  arvadın  (ərin)  azı  3  il  müddətinə  azadlıqdan  məhrum 

edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir. 

182.2.  Bu  Məcəllənin  17.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  nikahı  pozmaq 

haqqında  ərizə  təqdim  edildikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  nikahın  pozulmasını  ərizə 

verilən  gün  ərizəçinin  iştirakı  ilə  qeydə  alır,  3  gün  müddətində  bu  barədə  azadlıqdan 

məhrumetmə  növündə  cəza  çəkən  ərə  (arvada)  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  ərin 

(arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə 

edənə  məlumat  göndərir.  Müəyyən  edilmiş  qaydada  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 

edilmiş  şəxsə  qəyyum  təyin  edilməmişdirsə,  məlumat  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 

edilmiş  şəxsin  yaşadığı  yerin  qəyyumluq  və  himayə  orqanına  göndərilir.  Məlumatda  uşaqlar 

haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət 

qabiliyyəti  olmayan  və  yardıma  ehtiyacı  olan  ərə  (arvada)  aliment  verilməsinə  dair  mübahisə 

olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir.

xlvii[47]

 

Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki soyadının 



verilməsi  

Ər (arvad)  ona  nikahdan  əvvəlki  soyadının  verilməsini  arzu edirsə, nikahın  pozulmasının 

qeydə  alınması  zamanı  bunu  müvafiq  icra  hakimiyyəti  orqanına  bildirməlidir.  Ərə  (arvada) 

nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. 

Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi  

Nikahın 


pozulması  haqqında  qeyd 

aparıldıqda 

nikahın 

pozulması 

haqqında 

şəhadətnamələr verilir. 

Maddə  185.  Nikahın  pozulmasının  qeydə  alınması  haqqında  ərə  (arvada)  və  nikahın 

qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi  

Müvafiq  icra  hakimiyyəti  orqanı  ərin  (arvadın)  yaşayış  yeri  məlum  olduqda  ona,  habelə 

nikahın  qeydə  alındığı  yerdə  müvafiq  icra  hakimiyyəti  orqanına  nikahın  pozulmasının  qeydə 

alınması haqqında məlumat verməyə borcludur. 

 

26-ci fəsil 



ATALIĞIN MÜƏYYƏN EDİLMƏSİNİN QEYDƏ ALINMASI 

Maddə 186. Atalığın müəyyən edilməsinin qeydə alınması yeri  

Ərizə  əsasında  atalığın  müəyyən  edilməsi  valideynlərdən  birinin  yaşadığı  yerdə  ,  atalıq 

məhkəmə  tərəfindən  müəyyən  edildikdə  isə  məhkəmə  qətnaməsinin  çıxarıldığı  yerdə  qeydə 

alınır.

xlviii[48]



 

Maddə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası  

187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi 

əsasında,  ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  valideynlik 

hüquqlarından  məhrum  olunduqda  və  ya  onun  yaşayış  yerini  müəyyən  etmək  mümkün 

olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə