55
-müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət
verən sığorta ehtiyalarının mövcud olması,
-xüsusi kapitalın kifayət etmısi,
-təkrarsığorta sistemindən istifadə edilməsi,
-sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və
öhdəçilikləri arasında normativ nisbətə əməl olunması,
-sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət
normativinə əməl olunması.
Anderrayter siyasəti-bu sığorta təşkilatının fəaliyyəti ilə bağlı sığorta
müqavilələrinin bağlanması ilə əlaqədardır.Maliyyə sabitliyinin təmin edilməsi
məqsədləri ilə sığortaçılar bağlanılacaq müqavilələr üzrə sığorta riskinin
dərəcəsini diqqətlə qiymətləndirməli ,sığorta hadisəsinin baş vermə
ehtimalını,gözlənilən zərərin maksimum məbləğlərini hesablamalı və
bunlardan asılı olaraq verilmiş obyektin sığorta edilməsinin, bu cür sığortanın
şə
rtlərinin mümkünlüyü və ya qeyri-mümkün olması barədə qərar qəbul
etməlidirlər.
Tariflərin müəyyən edilməsi sahəsindəki siyasət bağlanılacaq müqavilə üzrə
sığorta riski dərəcəsinin sığorta tarifləri kəmiyyətinə müvafiq olmasından
ibarətdir.Sığortaçının maliyyə sabiliyi üçün bu siyasətin rolu onun maliyyə
ehtiyatlarının əsas mənbəyinin sığorta haqlarının olmasıdır ki, onların da həcmi
sığorta müqavilələrinin sayından,sığorta məbləğlərinin miqdarından və sığorta
tariflərinin kəmiyyətindən asılıdır.Beləliklə,bir çox hallarda sığorta təşkilatının
gəlirlərinin kəmiyyəti sığorta tariflərinin miqdarından asılıdır.Sığortaçının
sığortalıları cəlb etmək məqsədilə mütəmadi olaraq tarifləri aşağı salarsa, onda
onun topladığı sığorta haqları ödəyəcəyi sığorta ödənişləri miqdarındanxeyli
aşağı olar ki,bu da sığorta fəaliyyətinin zərərlə həyata keçirilməsinə səbəb
olar.Digər tərəfdən də sığortaçı tariflərin miqdarını artdırdıqda başqa sığorta
təşkilatlarında sığortalanmaq istəyən bir çox müştərilərini itirə bilər.
56
Sığorta ehtiyatları sığortaçının sığorta ödənişlərini həyata keçirməyin əsas
mənbəyidir və bağlanmış sığorta müqavilələri üzrə onun öhdəliklərinin
kəmiyyətini əks etdirir.Ona görə də sığorta ehtiyatlarının miqdarı və strukturu
sığorta təşkilatının götürdüyü öhdəliklərə ciddi surətdə müvafiq olmalıdır
ki,gələcəkdə veriləcək sığorta ödənişlərini təmin edə bilsin.Sığorta
ehtiyatlarının kifayət etməyən həcmdə formalaşdırılması sığorta təşkilatının
ehtiyatlarının artırılması ilə onun vergiyə cəlb etmə mənfətinin azaldılmasına
səbəb olur.
Xüsusi (məcmu) kapital sığortaçının sığorta ehtiyatları vəsaitləri çatışmadıqda
öz öhdəliklərini təmin etmək qabiliyyətinin əlavə mənbəyi hesab edilir.Belə
ki,sığorta şirkətlərinin kapitalı nə qədər böyük olarsa ,şirkət bir o qədər likvid,
dayanıqlı,ödəniş qabiliyyətli olar,müştərilərin etimadını qazanar,güvənli
sığortaçı kimi tanınar.Kapitalın çox olması şirkətin hər müqavilə üzrə öz
üzərində saxladığı risk məbləğini artırmağa və beləliklə də,sığorta haqlarının
böyük qismini özündə saxlamaqla gəlir əldə etməyə imkan verər.Kapitalın
çoxluğu sığortaçıya başqa sığorta şirkətlərinin bağladıqları müqavilələrdə
təkrarsığortaçı kimi iştirak etməyə də əsas verir.Kapitalın çoxluğu,ən nəhayət,
bu kapitalı investisiyaya ,o cümlədən bank depozitlərinə ,qiymətli kağızlara və
s.yönəltməyə və gəlir əldə etməyə imkan verir. Xüsusi vəsaitə ödənilmiş
nizamnamə kapitalı,əlavə kapital,ehtiyat kapitalı,bölüşdürülməmiş mənfəət
,yığım fondu ,istehlak fondu aid edilir.
Sığortaçının öz vəsaitinin əsas tərkib hissəsi nizamnamə kapitalıdır.Sığortaçı
olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun
nizamnamə kapitalı tələb olunaa kapitalın sığorta nəzarəti orqanı tərəfindən
müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə
ödənilməlidir.Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün
kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən ,girov götürülmüş və
ya qanunsuz yolla əldə edilmiş əmlakdan ,habelə qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla ,dövlət və bələdiyyə büdcələrinin
57
,büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının
sərəncamında olan digər vəsaitdən istifadə edə bilməz.
Nizamnamə kapitalının minimum məbləği sığorta nəzarəti orqanı tərəfindən
müəyyən edilir.
Bir qayda olaraq nizamnamə kapitalının minimum miqdarının müəyyən
edilməsinin əsas səbəbəri aşağıdakılardır:
1)
Sığortaçının fəaliyyətinin başlanğıcında bağlanmış sığorta
müqavavilələri üzrə daxil olan sığorta haqları az məbləğ təşkil
etdiyindən həmin müqavilələr üzrə qəbul edilmiş öhdəlikləri yerinə
yetirmək üçün digər vəsaitlərin olmaması,
2)
Nizamnamə kapitalının böyük həcmdə olmasının sığortaçıya öz
fəaliyyyətini daha inamla təşkil etməyə imkan verməsi və nəticədə
sığorta bazarında onun rəqabət qabiliyyətinin olması,
3)
Sığorta haqlarının sığorta ehtiyatlarının yaradılmasınınəsas mənbəyini
təşkil etməsi və bu ehtiyatların sığorta müqavilələrinin qüvvədəolma
müddətləri ilə əlaqədar olması(sığortaçı isə qeyri-müəyyən müddətə
yaradılır).
2011-2015-ci illər ərzində sığorta haqlarının artım dinamikasının
yüksək olması öz növbəsində sığortaçıların sığorta portfeli üzrə risklərinin
də həcmini sürətlə artırmışdır.Bu cür artım tempi sığorta sektorunda
maliyyə sabitliyinin təmin olunması üçün adekvat tədbirlərin görülməsini
zəruri etmiş,maliyyə sabitliyinin təmin edilməsinin əsas elementlərinin-
tələb olunan kapitalın minimum məbləğinin,sığortaçıların və
təkrarsığortaçıların investisiya siyasətinin və sığorta ehtiyatlarının
formalaşdırılmasının sözügedən artım dinamikasına uyğun şəkildə
tənzimlənməsi üçün müvafiq tədbirlər görülmüşdür.Belə ki,Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli
,Q-09 nömrəli Qərarı ilə fəaliyyət göstərən sığortaçıların və
Dostları ilə paylaş: |