86
qaydalarının təkmilləşdirilməsi yolu ilə sığorta resurslarının hərəkətinin səmərəli
dövlət tənzimlənməsi mexanizminin işlənib hazırlanması,
-beynəlxalq sığorta münasibətlərinin və dünya sığorta bazarının qloballaşması
meyllərinin təhlili əsasında milli sığorta şirkətlərinin maliyyə sabitliyinin amili
kimi təkrarsığorta institutunun inkişaf prespektivlərinin müəyyənləşdirilməsi,
-liaenziyalaşdırma və cari nəzarət funksiyalarının bir-birindən ayrılması,eləcə də
sığorta,investisiya və təkrarsığorta fəaliyyətinə dövlət zəmanəti verilməsini
nəzərdə tutan Milli Sığorta Ehtiyatlarını yaradılması,
-Milli sığorta təşkilatalarının maliyyə strategiyası,planlaşdırılması və
büdcələşdirilməsi sisteminin işlənib hazırlanması,uçot və hesabatın beynəlxalq
standartlara uyğunlaşdırılması ,
- beynəlxalq sığorta və sığorta nəzarəti təşkilatları ilə inteqrasiyanın dərinləşməsi
üçün tədbirlərin görülməsi ,
-sığorta ehtiyatlarının və nizamnamə kapitalarının investisiyaya yönəldilməsinin
artımı və səmərəliliyinin yüksəldilməsi,
- sığorta təşkilatlarında qanunvericiliklə müəyyən olunmuş müddətdə və
səviyyədə daxili audit yoxlamalarının aparılmasının təmin edilməsi,
-sığorta ödənişlərinin vaxtında verilməsi,dəymiş zərərin düzgün müəyyən
edilməsi,sığorta təşkilatlarında süründürməçiliyə yol verilməməsi üçün radikal
tədbirlərin görülməsi,
- əhali arasında sığorta sahəsində maarifləndirmə işlərinin aparılması,
- sığorta şirkətlərinə lisenziyanın müddətsiz verilməsi.
- ipoteka kreditinin inkişafı üçün ipoteka sığortasının həyata keçirilməsi
məqsədilə lazımi tədbirlərin görülməsinin sürətləndirilməsi,
- icbari sığorta növləri üzrə fəaliyyətin aparılmasında inhisarçılığa yol
verilməməsi,özəl şirkətlərin də iştirakına əlverişli şəraitin yaradılması,
- sığorta bazarını inkişaf etdirmək məqsədilə Azərbaycanın Beynəlxalq Sığorta
Nəzarəti Assosiasiyasına üzv qəbul edilməsi və bu yolla xarici təcrübənin
öyrənilməsinə daha əlverişli şəraitin yaradılması,
87
- Azərbaycan Respublikasının Beynəlxalq Yaşıl Kart bürosuna tam hüquqlu
üzvlüyü ilə əlaqədar təşkilati məsələlərin həll edilməsi ,
- Vergi Məcəlləsinin və sosial sığorta ayırmalarının sığorta fəaliyyəti ilə
ə
laqələndirilməsi,
- sığorta sahəsində əhalinin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində
vergi güzəştlərinin nəzərdə tutulması,
- milli təkrarsığorta şirkətlərinin yaradılması,
- milli sığorta bazarının inkişafı məqsədilə xaricdən təkrarsığortaya risklər qəbul
edilməsi praktikasına başlanması,
- əhalinin sığorta sahəsində maarifləndirilməsinin təmin edilməsi məqsədilə
kütləvi informasiya vasitələri ilə təbliğat və izahat işlərinin daha intensiv
aparılması.
- sığorta işi üzrə tədris mərkəzlərinin yaradılması,
- mütəxəssislər tərəfindən sığorta sahəsi üzrə elmi tədqiqat işlərinin müdafiə
edilməsi,Azərbaycan dilində sığortaya dair dərsliklərin , metodiki vəsaitləri və
digər dərs vəsaitlərinin hazırlanması ,tədris istiqamətində tədbirlərin həyata
keçirilməsi,
- sığorta və sığorta-broker fəaliyyətinin lisenziyalaşdırılması prosedurlarının
dəqiqləşdirilməsini,sadələşdirilməsini,şəffaflığın artırılmasını ,lisenziya
verilməsinin sığorta fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilməsini
isisna edən mexanizmlər yaradılmasının təmin edilməsi.
88
stifadə edilmiş ə də biyyat siyahısı
1.”Sığorta fəaliyyəti haqqında “ Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il
tarixli N 519-III Q saylı Qanunu.
2.Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı Hüquq ədəbiyyatı 2010.
3. Azərbaycanın statistik göstəriciləri 2010. Azərbaycan Dövlət Statistika
Komitəsi.
4. Bağırov D.A. Vergi nəzarəti . dərslik. Bakı , 2006, 412s
5. B.A.Xankişiyev Sığorta hamı üçün .Bakı ,2005, 73s
6. B.A.Xankişiyev Sığorta fəaliyyətinin əsasları Bakı,2006 , 274s
7.B.A.Xankişiyev,P.N.Abdullayev Sığorta işi (dərs vəsaiti) Bakı,2004, 185s
8.Kərimov A.Ə.Sığorta (sığortaçının stolüstü kitabı) Bakı,2000
9.Həsənli M.X və başqaları. Maliyyə.Bakı,2006
10. Məmmədov S.M. Maliyyə .Bakı,1997
11.Xudiyev N.N. Sığorta işi .Bakı ,2003
12.Xudiyev N.N. Dövlət sığortası və sığorta münasibətlərinin
təkmilləşdirilməsi.Bakı,1993
13.Sığorta jurnalı “Azərbaycan Qarant”N 4.2004, N5.2005
14.Finans jurnalı . N1-12.2006,N3-4.2007
15.Sığorta bələdçisi .Azərbaycan Respublikası Maliyyə Nazirliyi .Bakı-2009
89
16.Гвозденко А.А. Финансово-экономические методы страхования .Учебник.
Москва
,2000
16.Сплетухов Ю.А.,Дюжиков Е.Ф. Страхование .Учебное пособие.Москва
,2002.
17.Г.В.Чернова. Страхование.Учебник. Москва,2009
18.www.allinsurance.ru
19.exo-az.com
20.www.maliyye.gov.az
21.www.taxes.gov.az
22.www.economy.gov.az
Az.D U-nun MM-nin magistrantı Ə L YEVA GÜLŞƏ N ELŞƏ N qızının maliyyə
ixtisası üzrə yazdığ ı
“Sığorta təşkilatlarının maliyyə resursları və onların
artırılması yolları” mövzusunda
dissertasiya iş inin
REFERATI
Mövzunun aktuallığ ı. Bazar iqtisadiyyatı şəraitində sığorta fəaliyyəti bir
sahibkarlıq obyekti kimi nəinki gəlirlər hesabına xərclərin örtülməsi ,eyni
zamanda müəyyən mənfəət yaradılmasını nəzərdə tutur.Lakin sığorta şirkətləri
eyni sosial mahiyyət daşıdığından onlar yüksək mənfəət ardınca
qaçmamalıdırlar.Çünki bu sığortaçı ilə sığortalılar arasında ekvivalentlik
prinsipinin pozulması olardı. kinci tərəfdən sığorta təşkilatlarında yaranan
mənfəət şərti xarakter daşıyır.Çünki sığorta sistemində mənfəət yaradılmır,ancaq
bölüşdürülür.Məhz buna görə də sığorta sistemində mənfəət dedikdə müsbət
maliyyə nəticələri başa düşülür.
Sığorta şirkətləri nəinki sığorta fəaliyyətindən ,eyni zamanda qeyri-sığorta
fəaliyyətindən mənfəət əldə edə bilərlər.Yəni sığorta ehtiyatlarını və öz xüsusi
vəsaitlərini investisiyaya yönəldə bilərlər. Onu da qeyd edək ki,sığortaçının
sığorta fəliyyətinin məqsədi yalnız böyük sosial mahiyyət kəsb edən xidmət
göstərilməsindən ,investisiya fəaliyyətinin məqsədinin isə ancaq mənfəət əldə
90
edilməsindən ibarət olmayaraq onlar arasında qarşılıqı əlaqə vardır. Belə ki,bir
tərəfdən əgər investisiya fəaliyyətinin mənbəyi kimi mənfəət çıxış edirsə,digər
tərəfdən investisiya fəaliyyətindən əldə edilən mənfəət sığorta əməliyyatlarının
maliyyələşdirilməsinə yönəldilə bilinər.Yəni yeni sığorta növlərinin və
məhsullarının mənimsənilməsinə,kadr hazırlığına yönəldilə bilinər.
Beləliklə,bazar iqtisadiyyatı şəraitində sığorta təşkilatları iqtisadi və sosial həyatın
başlıca təminatıçısı kimi böyük əhəmiyyətə malikdirlər. Məhz bu baxımdan
müasir dövrə sığorta təşkilatlarının maliyyəsinin formalaşması istiqamətləri aktual
olub dissertasiya işinin mövzusunun seçilməsini şərtləndirmişdir.
Mövzunun öyrə nilmə və ziyyə ti.Tədqiqat göstərir ki, keçid iqtisadiyyatı
şə
raitində sığorta təşkilatlarının maliyyəsinin formalaşması
istiqamətləri,N.N.Xudiyev və başqaları tərəfindən araşdırılmışdır. Lakin bütün
bunlara baxmayaraq sığorta, o cümlədən sığorta təşkilatlarının maliyyəsi
respublikamızda hələ də kifayət qədər tədqiq olunmamışdır.
Tədqiqatın məqsəd və vəzifələri.Tədqiqatın əsas məqsədi keçid iqtisadiyatı
şə
raitində sığorta təşkilatlarının maliyyəsinin formalaşması əsas istiqamətlərinin
müəyyən edilməsi,sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dövlət
tənzimlənməsi və dünya təcrübəsi istiqamətləri əsasında elmi cəhətdən
ə
saslandırılmış təklif hazırlamaqdan ibarətdir.
Dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr
yerinə yetirilmişdir:
-Azərbaycan iqtisadiyyatında sığortanın yeri və rolu ,sığortanın mahiyyəti və
prinsipləri,sığorta xidməti qiymətlərinin və tariflərini hesablanması
metodları,sığorta münasibətlərinin təşkili formaları araşdırılır,
- Sığorta təşkilatlarının gəlir və xərcləri təhlil edilir,
-Sığorta təşkilatlarının maliyyə fəaliyyətinin nəticələrinin mövcud vəziyyəti
təhlil edilir,
-Sığorta təşkilatlarının ödəmə qabiliyyəti və onun mövcud vəziyyəti təhlil edilir,
91
- Müasir dövrdə sığorta ehtiyatlarının formalaşması və onların yerləşdirilməsi
istiqamətləri araşdırılır,
-Bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi və dünya təcrübəsi əsasında
sığorta təşkilatlarının maliyyəsinin formalaşması və təkmilləşdirilməsi
istiqamətləri müəyyən edilir.
Tə dqiqatın predmeti.Keçid iqtisadiyyatında sığorta təşkilatlarının
maliyyəsinin formalaşması istiqamətləridir.
Tə dqiqatın obyekti.Sığorta təşkilatlarının maliyyə münasibətləri seçilmişdir.
Tə dqiqat iş inin informasiya bazası.Tədqiqatın informasiya bazasını “ Sığorta
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Dövlət Statistika
Komitəsinin ,Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta
təşkilatlarının materialları,Nazirlər Kabinetinin və Milli Məclisin sığorta bazarı
haqqında normativ –hüquqi aktları, sığorta haqqında dərsliklər (azərbaycan və rus
dillərində) təşkil etmişdir.Tədqiqat işində internet şəbəkəsininin informasiya
bazasından da istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti.Tədqiqatın elmi yeniliyi
aşağıdakılardan ibarətdir:
-Müstəqillik əldə etdikdən sonra respublikada sığorta işinin inkişafı mərhələli
şə
kildə təhlil edilir,
- ölkə iqtisadiyyatının spesifik xüsusiyyəti nəzərə alınaraq sığorta təşkilatlarının
maliyyəsinin formalaşmasının nəzəri-metodoloji məsələləri araşdırılır,
-sığorta təşkilatlarının maliyyə fəaliyyətinin nəticələri və onlardan istifadə
istiqamətləri təhlil edilir,
-sığorta təşkilatlarının ödəmə qabiliyyətinin təmin edilməsində xüsusi vəsaitlərinin
və sığorta ehtiyatlarının rolu araşdırılır,
- sığorta ehtiyatlarının investisiya yönəldilməsi prinsipləri və hədləri araşdırılır,
-sığorta təşkilatlarının maliyyəsinin formalaşması sahəsində dövlət tənzimlənməsi
istiqamətləri təhlil edilir,
92
- ölkəmizin sığorta sisteminin dünya sığorta sisteminə harmonik inteqrasiyasına
nail olunması, sığorta təşkilatlarının maliyyəsinin beynəxalq standartlara
uyğunlaşdırılması üçün təkliflər verilir.
Tədqiqatın təcrübi əhəmiyyəti tədqiqatın nəticələrindən və təkliflərindən sığorta
təşkilatlarının maliyyəsinin formalaşmasında istifadə etməkdən ibarətdir.
şin həcmi və strukturu.Dissertasiya işi giriş , üç fəsil, nəticə və 22 istifadə
edilmi ədəbiyyat siyahısından ibarət olmaqla 94 səhifədir.Dissertasiya işində 9
cəvdəl verilmişdir.
Dissertasiya işi giriş, üç fəsil və hər fəsildəüç sualdan ibarətdir.Birinci fəsildə
sığorta işinin nəzəri-metodoloji əsasları yəni, sığortanın iqtisadi mahiyyətindən
və iqtisadiyyatda rolundan, Respublikada sığorta işinin təşkilindən və sığorta
sektorunun koorporativ idarə edilməsindən, Azərbaycan Respublikasında
fəaliyyət göstərən sığorta şirkətlərindən bəhs olunur.
İkinci fəsildə sığorta təşkilatlarının maliyyəsinin müasir vəziyyətindən yəni,
gəlirlərinin formalaşma mənbələri və xərclərinin əsas istiqamətlərindən və sığorta
təşkilatlarının maliyyə sabitliyini şərtləndirən amillərdən bəhs olunur.
Üçüncü fəsilə gəldikdə isə buradabazar iqtisadiyyatışəraitində sığorta
təşkilatları maliyyəsinin yaxşılaşdırılması yollarından yəni, qlobal maliyyə
böhranının sığorta təşkilatlarına təsirindən, sığorta təşkilatlarının fəaliyyətinə
dövlət nəzarətindən, sığorta təşkilatları maliyyəsinin təkmilləşdirilməsi və
Azərbaycanda sığorta bazarının inkişaf etdirilməsi yollarından bəhs olunur.
93
РЕЗЮМЕ
Уровень
развития сферы страхования в нашей стране пока нельзя считать
удовлетворяющим
. Существует большая необходимость в усовершенствовании
этого
уровня количественно и качественно. С этой точки зрения изучение
вопросов
, системы страхования и страховой рынок является актуальном.
Разные
авторы исследовали аспекты страхования в нашей стране. Основным
объектом
исследования в данных исследовательских работах являются разные
виды
страхования, проблема управления страховых ресурсов, но вопросы
регулирования
страховых отношений в целом и в комплексе не исследовались.
Следовательно
, представляемая диссертационная работа может считаться
актуальной
в этой сфере.
Цель
исследовательской работы является, на базе исследования научно-
методологических
и
практических
основ
страховой
деятельности
представление
предложений и рекомендаций для развития страхового дела и
усовершенствование
его законодательной базы в условиях формирования
национальной
экономики. Для достижения поставленной цели в работе:
94
определены
роль и место страхования в формировании национальной модели
развития
экономики; была изучена практика в области проблем в системе
деятельности
страхования зарубежных стран; была изучена законодательная
база
системы страховой деятельности; определен и оценен процесс
формирования
и специфические особенности регулирования национального
страхового
рынка.
SUMMARY
The current development level of insurance sector in our country is not
satisfactory. There is a big necessity of qualitatively and quantitatively improvement
of this sector and therefore the study of issues regulating the insurance market are
considered an actual. Some aspects of insurance were researched by various authors.
The problem of the management of insurance resources, some types of insurance
were researched in those works, but the matters of insurance relations in general and
in the complex were not researched.
The purpose of the dissertation work is of the basis of research of scientific
methodology and practical base of insurance activity to provide proposals and
recommendations for the development of insurance and improvement its legal basis
within the conditions of the foundation of the national economy.
In order to achieve this aim the following works were done: the role and
position of insurance in the formation of the national model of development of
economy were determined; the practice of regulation of insurance activity in the
95
foreign countries was studied; the legal basis of insurance activity was studied; the
process of the establishment of the national insurance market and its specific features
of regulation was identified and assessed.
Dostları ilə paylaş: |