Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   59   60   61   62   63   64   65   66   67

213 
isə saçlarının uzanması, könüllərinin gənc qalması inancı ilə 
başlarına Novruz çiçəkləri taxırlar (70, 61). Balkan türklərində 
Novruz mevris adlandırılır. Həmin gün çəmənlik törənləri daha 
geniş keçirilir. Balkan türkləri də törənləri, bir qaydada olaraq, 
ağaclıq, yaşıllıq bol olan yerlərdə, bulaq və çay kənarında 
keçirirlər. Bunun üçün bir gün əvvəlcədən hazırlıq görülür. Xüsusi 
hazırlanmış yeməklər də  mərasim keçiriləcək yerə  gətirilir. 
Mərasimdə rəngarəng əyləncəli tədbirlər, çeşidli oyun və mahnılar 
ifa olunur. Törən başa çatan vaxtı, evə dönüş ərəfəsində iştirakçılar 
bulaq və çay suyu ilə bir-birinin üstünə su səpirlər. Bu adəti yerinə 
yetirənlərdə yazın yağmurlu keçəcəyinə, bol məhsul olacağına 
daxili bir inam var idi.  
Yuqoslaviya türkləri Novruz bayramına «Sultani Navruz» 
deyirlər. Yuqoslaviya türkləri ümumi türk dünyasına xas olan 
Novruz özəlliklərini hifz etməklə yanaşı, xarakterik adət və 
inancların da yaradıcılarıdır. Bayram üçün məxsusi olan «kravay» 
və «kol börek» adlı yeməklər hazırlayırlar. Kravay bayram ərəfəsi 
hazırlanır. Bu xörək hazırlanarkən onun içinə qədim gümüş pul da 
qarışdırılır. Kol börek də bayram günü hazırlanır. Xörək hazır 
olanda evin xanımı sidqi ürəkdən deyir: «Bu kollar bir-birinə 
sarıldığı kimi, ailəmizdə bir -birinə bağlı olsun. İnşallah!» 
Bayramın sabahısı evin ağsaqqalı kravayı parçalayıb bütün ailə 
üzvlərinə paylayır. Gümüş pul kimə düşərsə, həmin adam daha 
şanslı sayılır.  
Kravay və kol börek kimi yeməklərin yanında süfrəyə soyutma 
yumurta da qoyulur.  
Həmin gün qızlar öz aralarında martufal oyunu keçirirlər. Bu 
törən digər türk xalqlarında olan falabaxma mərasiminin eynidir 
(70, 64-65).  
Kıbrıs (Quzey Kipr) türklərində Novruz ənənələri «Mart doq-
quzu» adlandırılır. Məlumdur ki, əski təqvimlə ilin-günün təzələn-
məsi martın 9-na təsadüf edirdi.  


214 
«Kıbrıs türk alt kültüründə inanc kurumu» adı altında keçirilən 
toplantıda ixtiyar bir kişi Novruzla bağlı  kəndlərində keçirilən 
törənlərdən söhbət açıbdır.  
O, söhbətində «çox əskidən türklərin dağa çıxmağı ilə ilgili bir 
əfsanə dolaşır» söyləyib. Martın 9-nu bayram etdiklərini xatırladıb. 
Bu ifadə, həqiqətən, türklərin Ergenekondan çıxması ilə daha çox 
səsləşir. Yaxın tarixə kimi əski təqvimlə türklər martın 9-nu 
bayram edirdilər. Bayram törənləri təbiətin qoynunda, çəmənlik-
lərdə keçirilirdi. Əski çağların bir çox adəti davam etdirilirdi. Qə-
dimdə olduğu kimi, ipçəkmə, tullanma, qaçış, güləş  və s. xalq 
oyunları oynanılırdı (70, 68).  
Ümumən, türk xalqlarında Novruz sisteminin məna və mahiy-
yəti eyni olduğundan adlandırılmasında da elə ciddi fərqlər 
duyulmur. Anadolu türkləri də bu törənə «Sultan Nevrüz», «Nevruz 
Sultanı», «Mart dokuzu», «Mart bozumu» deyirlər. Bu müxtəliflik 
daha çox dini təriqət fərqindən yaranmışdır. Anadolu bölgəsində 
Novruz çox geniş şəkildə qeyd olunur. Anadolunun Mersin Silifke 
bölgəsində Novruz bayramı çeşidli adətlərlə  sıralanır. Martın 
başlanğıcından camaat Novruza hazırlaşır. Martın ilk günlərində 
camaat qoyun sürülərini qarlı dağların  ətəklərinə sürürlər. «Döl» 
dedikləri, qoyunların quzulama dövrü artıq arxada qalmış olur. 
Ağartı və süd məhsulları bollaşır, oğlaq-quzu çol-çəmənliyə yayılır. 
Bu bölgədə Novruz iki ayrı-ayrı vaxtlarda qeyd olunur. Şəhər 
camaatı, Novruz günü bazara təsadüf etməzsə, Novruz həftəsinin 
bazar günündə bayramı təntənə ilə qeyd edirlər. Silifke bölgəsində 
Novruz, adətən, mart ayının üçüncü həftəsinin bazar günü keçirilir. 
Ancaq kənd və yaylalarda Novruz martın 22-də keçirilir.  
Kənd camaatı 22 mart səhəri dəstə-dəstə piyada və atlı formada 
özlərinə yaxın olan yaylaların yolunu tutub gedirlər. Həmin ərəfədə 
yaylalarda oba evləri və davar evləri çoxdan yerləşmiş olurlar. 
Davar evlərində  məskunlaşanlar kənddən gələn qohum-əqrə-
balarını, dost-tanışlarını, qonşularını qonaq kimi qarşılayırlar. 
Kənddən yaylaya gəlmiş insanlar gəldiklərini havaya atəş açmaqla 


215 
bildirirlər. Davar evlərində  məskunlaşmış obaların ağsaqqalı da 
gələnləri qəbul etməsini göyə bir atəş açmaqla cavablayır. Bundan 
sonra gələnlərlə bir yerdə yayla camaatı  tək-tək silahlardan atəş 
açırlar. Sonra qarşılıqlı bir güllə atmaqla salamlaşırlar. Bir-birlərinə 
«Novruzunuz kutlu, dölünüz hayırlı ve bereketli olsun!» deyə 
təbrik edirlər. Gələn qonaqlar çadırlarda yerləşdirilir. Söz-söhbətə 
başlanılır. Bu vaxt süd və ayran içilir. Döl dövründə 20 quzu və ya 
oğlaq olmuş sürü sahibi həmin gün qurban kəsir. Bu mərasim hər 
obada və hər çadırda eyni şəkildə icra olunur. Kəsilmiş qurban elə 
meydanda bişirilib yeyilir.  
Sünni məzhəbinin daşıyıcıları bu bayram törəninə öz imam-
larını da dəvət edirlər. Törəndə iştirak edən imamlar dualar edirlər 
Mərasim iştirakçıları xor halında «Amin» deyib imamların dua-
larına həmrəyliyini bildirərək səs verir, şükürlər edirlər.  
Bu törənlərdə  gənclər də  fəal iştirak edirlər. Bayram süfrəsi 
arxasında  əyləşirlər. Davul, zurna, qaval və digər musiqi alətləri 
altında gənclər oynayır, şərqi və türkülər söyləyərlər. Gənclərin bu 
törəninə bir qədər sonra yaşlı kişilər, qız və gəlinlər də qoşulurlar. 
Axşamdan xeyli keçənə  qədər bayram törəni davam edir. Törən 
başa çatandan sonra kəndlərdən gələn dəstələr doğma evlərinə 
qayıdırlar (70, 72). Yuxarıda göstərdik ki, ümumən, türk xalq-
larında, o cümlədən Anadolu mahalının ayrı-ayrı bölgələrində 
Novruzla bağlı müxtəlif adət-ənənə və inanclar mövcuddur.  
Güney doğu Anadolu bölgəsində 22 marta «Sultan Nevruz» 
deyilir. Xalq arasında yayılmış inanca görə, 21 martdan 22-nə 
keçən gecə Sultan Novruz dəqiq məlum olmayan bir saatda göydə 
ayaqlarında halqaları cingildədərək, batıdan doğuya (qərbdən 
şərqə) köç edən gözəl bir qızdır.  İnanca görə Novruz gecəsi 
sübhədək yatmayıb oyaq qalanların bütün arzu-diləkləri hasil olar. 
Bir qabı su ilə doldurub ay işığının altında qoyur, yatmayıb, səhərə 
qədər ibadət eləyir, suyun qızıla dönəcəyinə inanardılar. Ertəsi gün 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə