16
İ
qtisadiyyat elmi iqtisadi dövrlərin (sikl) və böhranların sə-
bəblərini izah edən bir sıra müxtəlif nəzəriyyələr işləyib hazırla-
mışdır.
Tanınmış iqtisadçı P.Samuelson həmin nəzəriyyələri ümumi-
ləşdirərək dövrlər və böhranlar nəzəriyyələrindən daha vaciblərini
qeyd edir:
5
1. Dövrü bank kreditinin ekspansiyası (yayılması) ilə izah
edən pul böhran nəzəriyyəsi və s.;
2. Dövrü istehsalatda mühüm yeniliklərin tətbiqi ilə izah
edən yeniliklər nəzəriyyəsi (Şumpeter, Hansen);
3. Dövrü əhalinin bədbinlik və nikbinlik baxımından quruluş
dalğalarının nəticəsi kimi şərh edən psixoloji nəzəriyyə (Piqu,
Becqot və s.);
4. Dövrün səbəbini zəngin və qənaətcil insanların aldığı
gəlirin, investisiya şəklində qoyulacaq məbləğlə müqayisədə, həd-
dindən artıq böyük payında görən tam istehlak etməmə nəzəriyyəsi
(Qobson, Foster, Kitiips və s.);
5. Həddindən artıq investisiya qoyma nəzəriyyəsi–(Mizes və s.);
6. Günəş ləkələri – hava – məhsul nəzəriyyəsi (Cevlis, Mur).
Güclü qeyri-sabitlik, xarici amillərdən asılılıq, risklərin yük-
sək səviyyəsi və inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olan
digər xüsusiyyətlər P.Kruqmanın və M.Obstfeldin
6
, Dünya bankı-
nın
7
, S.A.Bılinyakın
8
, Z. F.Məmmədovun
9
və digər müəlliflərin
elmi əsərlərində tədqiq olunmuşdur.
Müasir rus və xarici ədəbiyyatlarda maliyyə böhranı definisi-
5
Baxın: Самуэльсон П. Экономика. М., 1992, т. 1, s. 244.
6
Кругман П.Р., Обстфельд М. Международная экономика. Теория и
политика
: учебник для вузов: пер. с англ. /под ред. В.П.Колесова – М.:
Экономический
факультет МГУ, ЮНИТИ, 1997. – S. 799.
7
Finance for Growth Policy Choices in a Volatile World. – Washington D.C.:
The World Bank, Oxford University Press, 2001.
8
Былиняк С.А. Адаптация к мировому хозяйству: опыт Азии и российские
проблемы
. – М.: Институт Востоковедения РАН, 1999. – s. 176.
9
Мамедов З.Ф. Анатомия финансового кризиса. СПбГУ, 2005. 320 с.
17
yasının bir mənalı izahı yoxdur. Maliyyə böhranı sadəcə olaraq iq-
tisadi böhranın bir parçasıdır və iqtisadiyyatın ümumi böhranı za-
manı yaranır. “Maliyyə böhranı” termininin son vaxtlar istifadəsi
genişlənib. Adətən əvvəllər “pul böhranı” termini istifadə olunurdu.
Bir çox iqtisadçı alimlər maliyyə böhranını maliyyə siste-
mindəki böhran kimi qələmə verirlər, başqa sözlə, onu maliyyə sis-
teminin böhranı kimi adlandırırlar.
A.Q.Qryaznova 2002-ci ildə kollektiv surətdə işlənib
hazırlanmış “Maliyyə-kredit ensiklopediya lüğətində” maliyyə
sistem böhranını maliyyə sisteminin əsas tərkib hissələrinin fəaliy-
yətinin dərin pozğunluğu kimi izah edir. Onun fikrincə, maliyyə
sisteminin böhranı əsasən maliyyə institutlarının borcunu ödəmə
bilməməsi ilə ifadə olunur və “maliyyə çaxnaşması” ilə müşayiət
olunur
10
.
Bir çox Qərb alimlərinin həmfikir olduğu maliyyə sisteminin
bu cür institusional anlayışı maliyyə böhranının çox vaxt kredit
müəssisələrinin müflisləşməsi ilə təsəvvür edilir və bank böhranı
ilə əvəz olunur.
Bizim fikrimizcə, bu cür yanaşma hər zaman doğru deyil,
çünki o, maliyyənin qeyri-sabitliyini onların sisteminin çərçivələri
ilə məhdudlaşdırır.
Amerikanın “Bank işi və maliyyəsi ensiklopediyası”nda böh-
rana “tərəqqi dövrünün başa çatması, yəni qiymət artımı tendensi-
yasının, ümumi nikbinlik, inflyasiya və möhtəkarlıq dövrünün bit-
məsi” tərifi verilir. Böhran məqsədli dövrün ən inkişaf etmiş mər-
hələsində dönüş nöqtəsi yaxud həlledici andır, bu zaman aydın
olur ki, qiymətlərin strukturu ən yüksək inkişaf nöqtəsinə çatır və
inkişaf irəli yox, yalnız geri ola bilər. Böhran qiymətlərin anidən
həddindən artıq qalxması (alıcıların tətilləri), kredit təklifinin
gözlənilmədən məhdudlaşdırılması ilə sürətləndirilə bilər.
11
10
Финансово- кредитый энциклопедический словарь. Под общей
редакцией
А. Г. Грязновой.- М: Финансы и статистика,2002. - 1044 c.
11
Вулфел И.Дж. Энциклопедия банковского дела и финансов. М., 2001.
18
BVF elmi işlərində böhranların onların təzahür sahələri üzrə
təsnifatı təklif edilir, maliyyə sisteminin bank, borc və valyuta sek-
torlarında olan böhranları müzakirə edilir. Böhranların alternativ
təsnifatı Radeletin və Saksın əsərlərində təklif edilmişdir.
12
BVF-
nun təsnifatından fərqli olaraq müəlliflər böhranları onların ehti-
mal olunan inkişaf mexanizmləri üzrə ayırırlar:
1. böhran potensialının yığılmasına səbəb olan makroiqtisadi
siyasətin yürüdülməsi zamanı yol verilən səhvlər nəticəsində baş
verən və tədricən inkişaf edən böhran (P.Krugman tərəfindən
tədqiq olunmuşdur);
2. maliyyə çaxnaşması;
3. aktivlərin qiymətinin kəskin aşağı düşməsi;
4. yüksək riskli layihələrin kreditləşməsinin mənəvi riski;
5. hətta qənaətbəxş cari göstəricilərə malik olan borc alanla-
rın satıla bilən aktivlərini qəfildən satmağa başlayan kreditorların
razılaşdırılmamış hərəkətləri.
Bu təsnifatda maliyyə böhranının bir çox seqmentləri üçün
səciyyəvi olan böhranların həyata keçirilmə mexanizmləri birləş-
mişdir. Görünür, burada maliyyə bazarının qloballaşması və onun
aktivlərin ticarətlə bağlı olan bütün elementlərinin bir-birindən ası-
lılığının güclənməsi şəraitində böhranların inkişafının təhlilinə uni-
versal yanaşma təklif edilmişdir. Bu mənada “borc” (böhran yaxud
bazar) sözünü qiymətli kağızlarla bağlı olan aktivlərin daha geniş
seçimini birləşdirən “fond” termini ilə əvəz etmək məqsədəuyğun-
dur. Maliyyə bazarının hissələrindən birində böhranların yaranma
səbəblərinin və nəticələrinin tədqiqi zamanı əvvəlki təsnifatlardan
yararlanmaq olar.
Bir sıra müəlliflər böhranların səbəbini sahələrlə sahib-
karların kor-təbii hərəkətləri arasında düzgün nisbətin olmaması ilə
ifadə olunan tarazlıqsızda görürlər. Tarazlıqsızlıq nəzəriyyəsi
12
Rudelet S., Sachs J. The on set of the East Asian financial crisis // HIID
working paper – Massachusetts. Harvard Institute for International
Development. March, 1918.
Dostları ilə paylaş: |