13
1.2. «MALİYYƏ BÖHRANI» ANLAYIŞININ ELMİ ŞƏRHİ
Maliyyə böhranları həmən - həmən bütün ölkələrdə izlənilir
ki, bu da həmin böhranların inkişaf xüsusiyyətləri, iqtisadi və
maliyyə sistemlərinin strukturu ilə şərtləndirilmiş olur.
Dünyada yaşanan başlıca maliyyə böhranlarını açıqlayan
nəzəriyyələri əsasən altı başlıq altında toplaya bilərik:
• Dövri borc yığımı. Fişer, Minski kimi iqtisadçıların
araşdırmalarına görə istər şirkətlərin, istərsə də ölkələrin sürətli
artım dönəmlərində dövri bir borc yığımına rast gəlinir. Bu borc
yığımı maliyyə böhranlarının meydana gəlməsində başlıca faktor
rolunu oynayır;
• Bankçılıqda yaşanan böhran. Fridman, Kaqan kimi mone-
taristlər tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə yüksək inflya-
siya bankçılıq sektorunda təşvişə yol açmışdır. Bu durumda
aparılan daralmış pul siyasətinin iqtisadi aktivliyə təsiri azalır;
• Rasional nəzəriyyə. Flud, Qerber, Uotson və Kriqman ki-
mi iqtisadçılara görə ən önəmli faktor olaraq qiymət dəyişmələrinə
yönələn gözləmələrdir;
• Qeyri-müəyyənlik nəzəriyyəsi. Bu nəzəriyyə gələcəkdəki
ə
ldə ediləcək gəlirlə risk arasında qərar almanın vacibliyini açıq-
layır. Bu məktəbin iqtisadçıları – Molozer, Nerrinqə görə maliyyə
böhranlarına səbəb gələcəyə yönəlik qərarsızlıq və qeyri-müəyyən-
likdir;
• Kredit nəzəriyyəsi. Kredit miqdarındakı azalmalar kredit
tələbində ani bir artıma səbəb olur;
• Maliyyə bazarı strukturu nəzəriyyəsi, Davis tərəfindən in-
kişaf etdirilən bu nəzəriyyə qeyri tənzimləmədən qaynaqlanan,
bazara girişdə qarşılaşan maneçiliklərin aradan qaldırılması, yeni
bazarların inkişafı və digər faktorlar üzərində durmaqdadır. Bazara
giriş maneçiliklərin azaldılması rəqabət artımına, bu artım isə
14
kredit tələbində bir artıma və kredit standartlarının azalmasına yol
açaraq böhrana səbəb ola bilir
3
.
Böhran ictimai inkişafın istənilən hadisəsi kimi müəyyən
xüsusiyyətlərə malikdir. İqtisadi böhranın mahiyyəti istehsalın və
istehlakın kəskin uyğunlaşmamağı ilə ifadə olunur. Bu bütün iqti-
sadi sistemin normal fəaliyyətini pozur və ödəmə qabiliyyətli məc-
mu tələbat, ictimai kapitalın təkrar istifadəsi şəraitinin prosesinin
pozulması baxımından malların təkrar istehsalında, firmaların küt-
ləvi şəkildə iflasa uğramasında, işsizliyin artmasında və digər so-
sial-iqtisadi sarsıntılarda öz əksini tapır. İqtisadi böhranın yaranma
dövriliyi və onun ifadə fazaları iqtisadi inkişafın dövri xarakterini
səciyyələndirirlər, bu da öz növbəsinə təkrar istehsalın inkişaf qa-
nununu, istehsalın eniş və yüksəlişlərinin bir-birini əvəzləməsini
ə
ks etdirir.
Bu problem daha dərin və ətraflı şəkildə K.Marks tərəfindən
tədqiq olunmuşdur. İqtisadi böhran adətən maliyyə böhranının
yaranmasını şərtləndirir. İqtisadi böhranın səbəbləri kimi təkrar
istehsal prosesində, yəni istehsal, bölgü, mübadilə və istehlak sahə-
sində yaranan ziddiyyətlər çıxış edirlər. K.Marks böhranların
səbəblərini aşkara çıxartmış, onların labüdlüyünü əsaslandırmış, və
böhranların inkişaf nəzəriyyəsinin əsasını qoymuşdur.
İ
qtisadi böhran haqqında mövcud nəzəriyyələr onun yaran-
masının bir çox səbəb və amillərini əks etdirirlər. Belə ki, neoklas-
sisizm və liberalizm cərəyanlarının nümayəndələri böhranların
ə
sas səbəbini kimi həddindən artıq istehsal edilən məhsulların tam
istehlak etməməsini hesab edirlər. Bunun əlacını onlar istehlakın
stimullaşdırılmasında görürlər.
K. Marksa görə kapitalizm iqtisadiyyatının və iqtisadi böh-
ranların dövriliyinin əsas səbəbi istehsalın ictimai xarakteri ilə
onun nəticələrinin şəxsi mənimsənilməsi arasında olan və aradan
3
Z.F.Məmmədov. Pul , kredit və banklar. Bakı, 2009.
15
qaldırılmayan ziddiyyətlərdir. Onun fikrincə bu kapitalizm şərai-
tində böhranların aradan qaldırılmasını çətinləşdirir.
Tanınmış alim-iqtisadçı, Nobel mükafatı laureatı V.Leontyev
yazırdı: “Rəsmi dövr nəzəriyyəsi şübhəsiz olaraq Marksın siyasi iq-
tisadiyyatına borcludur. Məhz “Kapitalın” üç cildinin bu problemin
iqtisadi müzakirələrin ön hüdudlarına çıxmasına istənilən digər
ə
sərdən olduqca daha çox səbəb olduğunu söyləsək yanılmarıq”.
4
İ
qtisadi nəzəriyyənin neoklassisizm və liberalizm cərə-
yanlarının nümayəndələri böhranların mənbə və səbəblərini kapita-
lizmin təbiəti ilə əlaqələndirmirlər. Onların bir çoxu böhranların
səbəbini əhalinin məhsulların tam istehlak etməməsində görürlər.
Böhranın səbəbini iqtisadi inkişafın nisbətsizliyində yaxud
bazarın “qeyri-tarazlılığında” görən iqtisadçılar marksizm mövqe-
yinə daha yaxındırlar. Onların fikrincə böhranlar sahələr, sahibkar-
ların gözlənilməz hərəkətləri arasında düz nisbətin olmaması ilə
şə
rtləndirilmişdir və bu qeyri-mükəmməl, qeyri-peşəkar idarəçili-
yin nəticəsidir.
“Qeyri-tarazlıq” nəzəriyyəsi böhranlara xarici (siyasi, de-
moqrafik, təbii) şəraitin törəməsi kimi digər geniş yayılmış baxışla
uyğunlaşır. Bazar azadlığının tərəfdarı və dövlət müdaxiləsinin az-
ğ
ın əleyhdarı olan iqtisadçı F.Hayyek hesab edir ki, həddindən
artıq istehsalın böhranları dövlət tərəfindən artıq maliyyələşdirmə
(ucuz kreditlər, tələbatın olması və s.) səbəbindən baş verirlər.
Böhranların həmçinin psixoloji nəzəriyyəsi mövcuddur.
Y.Şumpeterin fikrincə hər bir baza üçün investisiyalara münasibəti
formalaşdıran özünün psixoloji təsviri səciyyəvidir.
Böhran vəziyyətinin çaxnaşması və nizamsızlığı kapital qo-
yuluşlarının durğunluğuna gətirib çıxarır, tərəqqi şəraitində eyfo-
riya “dəyişən vəziyyət” həyəcanını stimullaşdırır və bunlar investi-
siya dövrünün qeyri-müntəzəmliyini təşkil edirlər.
4
Леонтьев В. Экономическое эссе. Теории, исследования, факты и
политика
. М.: Политиздат, 1990, s. 102.
Dostları ilə paylaş: |