Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə60/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   56   57   58   59   60   61   62   63   ...   68

 
192
tinin mexanizminin yaradılması; 

  ofşor  malıiyyə  mərkəzlərində  beynəlxalq  standartların 
tətbiq olunmasının stimullaşdırılması; 
2.  İqtisadi  siyasət: 

 
daxili 
bazarın 
liberallaşdırılması 
şə
rtlərinin 
müəyyənləşdirilməsi və İEOÖ-də adekvat valyuta rejiminin tətbiq 
olunması,  beynəlxalq  kapitalın  hərəkət  metodlarının  işlənib 
hazırlanması; 

  dövlət  tərəfindən  özəl  sektorun  dəstəklənməsi  me-
xanizmlərinin  effektivliyinin  artırılması  və  sosial  ödənişlərin  bö-
lüşdürülməsi; 

  böhranlar  zamanı  əhalinin  itkilərinin  minimum  olmasını 
təmin etmək üçün  yolların axtarılması, əhalinin az təminatlı təbə-
qəsinin maraqlarını müdafiə edən siyasətin işlənib hazırlanması; 

  özəl  və  dövlət  sektorlarında,  o  cüümlədən  beynəlxalq 
maliyyə institutlarının fəaliyyətində şəffaflığın artırılması.   
3. Beynəlxalq  maliyyə  institutlarının  fəaliyyəti.  

 BMS-də islahatların həyata keçirilməsi; 

  böhranların  aradan  qaldırılması  mexanizmlərinin  təkmil-
ləşdirilməsi, özəl sektorun maliyyə  böhranlarının proqnozlaşdırıl-
ması və aradan qaldırılmasına cəlb etməyin yollarının axtarılması; 

 BVF tərəfindən üzv ölkələrin müxtəlif sahələrdə, xüsusən 
də  maliyyə  sektoru  və  kapital  hərəkəti  sahəsindəki  siyasətinə 
nəzarətin gücləndirilməsi; 

  beynəlxalq  səviyyədə  makroiqtisadi  siyasətin  effektivliyi-
nin artırılması. 
BMS-də islahatların həyata keçirilməsinin yolları. 
1.  Ayrı - ayrı  ölkələr  üzrə  siyasət. 

 İEOÖ-də kapital axınında gözlənilməz  dəyişikliklər zama-
nı  maliyyə  sisteminin  həssaslığının  azaldılmasına  yönəldilmiş  da-
xili  bazarın  liberallaşdırılması  prinsiplərinin  hazırlanması.  Bu 
tədbirlərə birbaşa xarici investisiyaların və bank sistemində ehtiyat 
norması  tələbini  tətbiq  edərək  qısa  müddətli  kapital  axınının 
(cross-border) stimullaşdırılması daxil edilə bilər. 


 
193

 Dövlət zəmanətinin təqdim edilməsi imkanlarının məhdud-
laşdırılması  (o cümlədən maliyyə institutlarının öhdəliklərinin ye-
rinə yetirilməsi üzrə) onların təqdim olunmasını daha açıq şəkildə 
həyata keçirmək və özəl sektorun vasitələrini cəlb etmək mexaniz-
mindən  istifadə  etmək  (məsələn,  depozitlərin  sığortalanması  sis-
temi  üzrə),  dövlət  səviyyəsində  dövlət  borclarının  idarə  olun-
masının vahid sisteminin yaradılması.  

 Hökumət tərəfindən maliyyə və korporativ sektorun xarici 
öhdəlikləri,  o  cümlədən,  özündə  ehtiyat  və  öhdəlikləri  etdirməli 
olan  dövlətin  valyuta  vəziyyəti  haqqında,  daimi,  vaxtında  və 
hərtərəfli informasiyanın nəşr olunmasını təmin etmək. 

  Dövlətin  aktiv  iştirakı  ilə  özəl  debitorlar  və  onların 
kreditorları  arasında  məhkəmədən  kənar  tənzimləmə  sisteminin 
inkişaf etdirilməsi. 

  Səhiyyənin,  təhsilin,  kiçik  və  orta  biznesin,  işsizlikdən 
sığortalanma  proqramlarının,  özəl  pensiya  fondlarının  dəstəklən-
məsini  özündə  əks  etdirən  sosial  siaysətin  vahid  prinsiplərinin 
müəyyənləşdirilməsi.  Sosial  müavinatların  ayrılmasına  ehtiyacın 
olub olmamasının araşdırılması.  
   2.  Maliyyə  bazarları  və  institutları. 

  Bank  fəaliyyətinin  effektivliyinin  prinsipləri  və  fond 
bazarının  tənzimlənməsini  əhatə  edən  Bazel  prinsiplərini  əks 
etdirən  güclü  prudensial  nəzarətə  əsaslsnan  maliyyə  bazarlarının, 
xüsusi fond bazarların inkişafına şərait  yaratmaq. Bunlar İOSCO-
nun  “fond  bazarının  tənzimlənməsinin  məqsəd  və  prinsipləri” 
məruzəsində əks olunub. İnvestisiyalaşmanın bazar mexanizminin 
gələcək  inkişafı  üçün  korporativ  idarəetmənin  prinsipləriin  tək-
milləşdirilməsi. 

 Pul siyasəti, mühasibat  uçotu və özəl maliyyə  institutları 
vasitəsilə  informasiyanın  açıqlanması  sahəsində  şəffaflığın  təmin 
olunmasının  beynəlxalq  standartlarının  hazırlanması.  İnvestisiya 
bankları,  institusional  və  hedging  fondları  üzrə  informasiyanın 
açıqlanmasına tələbi artırmaq. 

  Banklar  tərəfindən  təqdim  olunan  əlaqəli  kreditlərə 


 
194
məhdudiyyət  qoymaq.  Bu  kreditlər  bir  qatda  olaraq  borc  alanın 
lazımi  qədər  qiymətləndirilməməsi  və  kredit  ödəmə  qabiliyyəti 
haqqında  monitorinq  keçirmədən  təqdim  olunan  və  böhran 
şə
raitində  müddəti  uzadılmış  borcların  səviyyəsinin  azalmasına 
gətirib çıxarır. 

  Bank  depozitlərinin,  iflasın,  maliyyə  institutlarının 
restrukturizasiyasının  effektiv  sığorta  mexanizminin  hazırlanması 
və  tətbiq  olunması,  maliyyə  çətinlikləri  olan  müəssəsələrin  borc 
problemlərinin həlli. 

  Bank  və  digər  maliyyə  qurumlarının  daxili  nəzarət  və 
riskləriu idarəetmə sisteminin dəstəklənməsi. 
3.  Borc  böhranının  aradan  qaldırılması. 

  Kreditorlar  və  borcalanlar  arasında,  xüsusən  də  maliyyə 
bazarında  vəziyyətin  qəflətən  pisləşməsi  və  kapital  axınlarının 
istiqamətlərinin kəskin şəkildə dəyişildiyi hallarda risklərin tərəflər 
arasında  daha  ədalətli  bölgüsünü  təmin  edən  vahid  şərtlərin 
müəyyənləşdirilməsi  və  tətbiq  olunması.  Beynəlxalq  kredit 
müqavilələrinə  bazar  şərtlərinin  kəskin  şəkildə  pisləşdiyi  hallarda 
borc  üzrə  ödənişlərin  müvəqqəti  dayandırılması  şərtini  əlavə 
etmək.  Bu  hal  müəyyən  dövr  ərzində  daxili  borcun  mütləq 
restrukturizasiyasının keçirilməsini şərtləndirir. 

  İstiqrazların  alınması  ilə  bağlı  müqavilələrə  əksər 
kreditorların  fəaliyyət  koordinasiyasının    yüngülləşdirilməsi 
(məsələn kreditorlar komitəsini yaradılması vasitəsilə kreditorların 
kollektiv  nümayəndiliyinə  icazə  verilməsi),  azlığın  maraqlarının 
müdafiəsi  (borcun  restrukturizasiya  edilməsi  zamanı  yalnız 
təcrübəli  kreditorlar  çoxluğuna  dəyişikliklər  etməyə  icazə 
verilməsi),  bütün  kreditorlara  borcun  restrukturizasiyası  üçün 
bərabər şəraitin yaradılması (kreditorlar arasında vasitlərin ədalətli 
bölgüsü yolu ilə), kimi bəndlərin daxil edilməsini təklif etmək. 

  Dövlət  və  ya  özəl  institutların  öz  öhdəliklərinin  yerinə 
yetirilməsini  gecikdirdiyi  hallarda  özəl  kreditorlar  tərəfindən 
kreditlərin  təqdim  olunmasını  stimullaşdırmaq  üçün  tədbirlərin 
görülməsi.  Məsələn,  borcun  restrukturizasiyası  zamanı  təqdim 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə