330
X
X
X
X
I
I
I
I
.
.
A
A
Ş
Ş
I
I
Q
Q
Y
Y
A
A
R
R
A
A
D
D
I
I
C
C
I
I
L
L
I
I
Ğ
Ğ
I
I
Molla Cuma
Dastan: Həsən əminin öküzü
83
Ustadnamə
Bir diləyim var dərgahımdan istərəm,
İsmi olan o minbirə
84
bağışla, Yarəb.
Dilim duadadır, üzüm də haqda,
Təbibim piri nurə bağışla, Yarəb.
* * *
Biz ona ümmətik, o bizə ağa,
Günahkar bəndəyik, düşdük ayağa.
Ol hürü qılmana, səkkiz uçmağa
85
,
Şərabən təhurə bağışla, Yarəb.
* * *
Şərabən təhurə axar cənnətə,
Qismət olsun bir günahkar ümmətə.
Beş vaxt qılınan fərzi sünnətə,
O, Leylətil Qədrə
86
bağışla, Yarəb.
* * *
Leylətil Qədrdir ildə bir gecə,
Dostun hüzuruna gələr meyraça
Ehsan üçün olan bir ay oruca,
Qur`anə, Zəburə bağışla, Yarəb.
* * *
Qur`anə, Zəburə, İncil, Tövrata,
Sureyi Yasinə, başsız barata.
331
Abi zəmzəm ilə abi həyata,
Ol ali kösərə bağışla, Yarəb.
* * *
Ali kösər içən olar şən,
Musa gündə min bir kəlmə danışan.
Eşqi tutub alovlanan, alışan,
Ol Turi-Sinayə bağışla, Yarəb.
* * *
Turi-Sina məsgən oldu Musaya,
Əvvəli Adəmə, sonra Həvvayə.
Yüz iyirmi dörd min gələn mövlaya
87
,
Xatəmül Muxtara bağışla, Yarəb.
* * *
Xatəmül Muxtar da şahdır İslama,
Hənifə məzhəbə, o dörd imama
Yığışıb gedərlər beytul həramə,
Ol beytul məmurə bağışla, Yarəb.
* * *
Beytul məmurda ziyarətkar məlaikə
Yığılıb gedərlər küllü diləyə
Yeddi qat yerlərə, yeddi fələyə,
Şəms ilə Qəmərə bağışla, Yarəb.
* * *
Səms ilə Qəmərə, gecə gündüzə,
Xeyri-şəri yazarlar, Lohu məhfuzə.
Qəriblikdə gəlib kim getsə bizə,
O Nəbiyi Xızıra bağışla, Yarəb.
332
* * *
Xızır çatsın qəriblərin dadına,
Hər kəsi yetirsin öz muradına.
Ənbiya məsgəni Məkkə, Mədinə,
Şamilə buxara bağışla, Yarəb.
* * *
Şamilə buxarda olan ərvaha,
Yığılıb gedilən o bəngargaha
Yunisi dəryada saxlayan mahata,
Yeddilər qırxlara bağışla, Yarəb.
* * *
Çağırram yeddi qırx ənbiyanı,
Siz amini deyin, mən də duanı
İki dözüm şöləsi ismi punhanı,
Molla Cumayı kəmtərə bağışla, Yarəb.
Sizə kimdən xəbər verim? Həsən əmidən. Həsən əmi qışlaq
gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvanı.
Fağır və kasıb bir adammış. Arvadı yumurta satıb pul yığarmış.
Fikirləşirlərmiş ki, bu pulu yığıb bir sağın alsınlar.
Arvadı on manat yığıb kişisinə verir ki, a kişi, get buna bir
inək al, yavan qırılırıq. Kişi pulu alıb tərpənir Göylük ilə La-
yisqinin arasındakı Tala kəndinə. Həsən əmi gedib çatar bu kəndə.
Deyər, qardaş, mən bir inək axtarıram, kimdə tapılar. Bu kəndin
camaatının hamısı baməzə, lotu və kinto adamdır. Deyirlər, aha,
Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var,
verək sənə, apar. Nə qədər pulun var? Həsən əmi deyir ki, on
manatım var, buna bir inək istəyirəm.
Demə, burada cütdən, kotandan yorulmuş bir öküz varmış.
Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir
öküz.
333
Lotular pulu alıb, bir ölüvay öküzü Həsən əmiyə verirlər. O
da öküzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu
üç gündə gedir. Öküzü otara-otara aparır. Arabaçılardan çörək alıb
dolanır.
Qərəz öküzü gətirib həyətə çıxardır. Öküz yorulduğundan hə-
yətə girən kimi çəpərə söykənir, yıxılmaq istəyir. Həsən əmi böy-
rünü öküzə söykəyərək onu yıxılmağa qoymayır. Öküzü bir təhər
həyətin ortasına gətirir. İstəyir ki, arvadı evdən çıxsın, ona baxıb
sevinsin. Görür ki, qabağına çıxan yoxdur. Aldı görək sözlə nə
deyiir:
(Qafiyə)
Çıxın qabağıma, xanım əfəndi;
Görün necə buğaca alıb gəlmişəm.
Qoca qeyrət, əsl əcəb camaldır,
Üç gün bundan ötrü qalıb gəlmişəm.
* * *
Çağırıram heç kim qabağa çııxmaz,
Əsl mal olduğun bir kimsə bilməz.
Heç kim bu qiymətə bir heyvan verməz,
Düşübdür, müftədir, çalıb gəlmişəm.
* * *
Həsənəm, qarşıda qalmıışam vallah,
Qabağıma çıxıb deyin: Maşallah!
Onca manat pula almışam, vallah!
Özüm bir tərlanam, çalıb gəlmişəm.
Bu səsə arvad eşiyə çıxır, görür ki əri öküzə söykənib söz
deyir. Deyir, a kişi, qırağa dursana, öküzə niyə söykənirsən? Hə-
sən qırağa çəkilir. Çəkilən kimi öküz yıxılır. Arvad deyir, başına
dəysin aldığın öküz də, özün də yerə girəsən.
Aldı arvad görək nə dedi:
Dostları ilə paylaş: |