110
Görünür, yuxarıda qeyd olunan Əlyazmasının qazı Hacı
Əbdüllətifin evində olmasının səbəbi onun Kərim ağa Fatehlə
yaxınlığı olmuş, ya da Qasım Zakir bu əsəri Kərim ağa Fatehdən
götürərək oxumaq üçün götürmüşdür. Qazı isə əlyazmasını çap
etdirmək üçün Xanıkova etibar etmişdir.
Rəvayətə görə Qazı Hacı Əbdüllətif xeyirxah, tərəqqipərvər
bir adam olmuşdur. O, öz pulu hesabına oğlu Rza ilə bərabər iki
nəfəri İstanbula oxumağa göndərmişdir. Onun haqqında Rusiyada
çap olunan kitablarda da məlumat verilmişdir.
Qasım Zakirin nəvələrindən Yunis Hacı Zəkəriyyənin qızı ilə
evlənmişdir. Hacı Zəkəriyyə Şəkidə kiçik fabrika sahibi olmuşdur.
Molla Cumanın ölümü ilə bağlı tarixi rəvayət
Şura
37
20-ci ildə gəlif, (1920-ci il nəzərdə tutulur. H.Ə.) mü-
haribə oluf, Qax rayonu keşmağa qoymadı qırmızı qoşunu. Bunnan
sora caamat Şuranı qoymadılar gəlmağa. Şuranın qoşunu da bizim
kəndlərin hampalarını, böyüklərini tutub qırdılar. Bu səbəbdən biz də
qaşdıx, getdıx Baş Göynüyə, üç gün dağda qaldıx, bular (Molla
Cuma və yaxın dostları. H.Ə.) qaşmadılar. Üç günnən sora didilər ki,
irəhatdıxdı, gəlin kəndə. Gəldox, gördox ki, Molla Cumagili; yəni
Molla Cumanı, Abbası, Məhəmmədi, Hüseyni - 50 metr aralıda
qılıncınan qırıtdılar. Ədyala bir-bir qoyuf gətirif basdırdox.
Molla Cumanın meyitini öylərinə qoyanda urus əsgərləri eşiyh-
də dəyanmışdılar. Molla Cumanın arvadı əlində balta vay-şivən
qışqırırdı ki, hanı o kafirlər, oların təpəsini yarıcəm, öldürucəm. Bu
vaxt onu da əsgərlər gülliynən atdılar. Belə əhvalatlar olmuşdu.
Oryat kəndi ilə bağlı tarixi rəvayət
Rəvayətə görə Oryat kəndinin sakinləri Əmir Teymurun
39
ordusuyla Şəkiyə gəlib bu yerlərdə qalmış moğol
40
tayfasının qa-
lıqlarıdır. Kəndin adının Əmir Teymurun adı ilə bağlı olmasını
fərz etmək olar (Əmir Teymura Oryat, bəzi mənbələrdə Oyrat
111
Teymur da deyirdilər). Oryat kəndi vaxtilə Şəki qəzasının 2-ci
dairəsinə daxil idi. Bu kənd Şəki şəhərinin yaxınlığında yerləşir
(bu ad ilə iki kənd də Salyan qəzasının Xıllı dairəsində, Kür qıra-
ğında mövcuddur).
Topal Teymurun tək əyax qaza qonaq edilməsi
Rəvayətə görə Göynüklü bir kəndli eşidir ki, Əmir Teymur
(Topal Teymur) hər yeri qarət edə-edə gəlib bu kəndə çatıtdı. Nə
edəcəyini bilmir. İstəyir ki, onu əli boş yox, əli dolu, urvatdı qar-
şılasın. Arvadına deyir ki, eşikdəki qazlardan birini kəs, bişir, apa-
rım gedim Teymuru görüm. Arvad qazı bişirərkən özünü saxlaya
bilməyib onun bir əyağını (budunu) yeyir. Qalan hissəsini bir boş-
qaba yığıb ərinə verir. Kəndli sovqatı götürüb Teymurun görüşünə
gedir. Teymur yaylığı açıb görür ki, boşqabda bişmiş qaz var.
Ancaq qazın bir budu yoxdur. Sərkərdənin rəngi tutulur, o bunu
kəndlinin ona sataşması kimi, onun əyağının şikəst olmasına işarə
kimi anlayır. Qazın bir budunun olmamasını görən kəndli də
yerində donub qalır. Teymur qəzəbini saxlaya bilmir, kəndliyə
acıqlanır ki, sən nə cürətlə məni ələ salırsan, qazın bir əyağı hanı.
Özünü bir təhər ələ alan kəndli də, sən demə, hazırcavab imiş. O
da qayıdır ki, hökmüdar sağ olsun, buralarda qazın bir əyağı olur.
Bu sözdən hökmdar daha da hirslənir, deyir ki, bu ola bilməz,
qazın iki əyağı olur. Kəndli isə təkid edir ki, bu tərəflərdəki qazlar
bir əyaqlı olur. Kəndli bu çəkişmə zamanı eşikdə hovuzun üstündə
bir qazın tək əyax durduğunu görür. Tez Teymura deyir ki,
hökmdar, bir baxın, mənə inanmırdınız, hovuzun üstündəki qazın
da bir əyağı var. Bu anda bir ovçu ox atır. Qaz iki əyağı ilə qaçır.
Topal hirslənərək deyir ki, səni asdıracam, gördün ki, qazın iki
əyağı var. Kəndli rəngini pozmadan dillənir: - Hökmdar sağ ol-
sun, əgər o ox sənə dəysəydi dörd əyağın olardı.
112
P
P
Ə
Ə
H
H
L
L
İ
İ
V
V
A
A
N
N
R
R
Ə
Ə
V
V
A
A
Y
Y
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
Pəhlivanın qızı
Günlərin bir günü Şamaxıda özünə gümanı gələn bir pəhlivan
Şəkiyə gəlir. Bir tanışıgilə düşür, 2-3 gün qonaq olur. İsa pəh-
livanın şəhərdə bir tükanı vardı. Şamaxılı qonaq hər gün ora baş
çəkib soruşardi:
– Şəki pəhlivanı tükənə gəlibmi?
Nəhayət, şamaxılı pəhlivan faytona oturub Şəki pəhlivanı
Məhərrəmgilə gəlir.
Pəhlivan Məhərrəmin evi şəhərin yuxarı hissəsində imiş.
Qonaq Məhərrəm kişinin qapısında düşür, faytonu qaytarır. Sonra
qapını döyür. Qabağa bir yeniyetmə qız çıxır. Ondan soruşur:
– Qızım, Məhərrəmin evi buradı?
– Bəli.
– Məhərrəm evdədi?
– Yaylağa geyitdi. Bir-iki saata qayıdacax.
Qız qonağı içəri dəvət edir. Kişi pilləkanın ağzında çarıqlarını
çıxardanda deyir:
– A qızım, bunnarı elə yerə qoy it aparammasın.
Qız seyvanda püşdü, mitəkkə, döşşək qoyur. Adət üzrə, qona-
ğın ayağını yuyur. Süfrə açır, samovar gətirir. Yeməkdən sonra
qonaq xeyli dincəlir. Məhlədə axan bulağa düşüb yuyunmaq
istəyir. Pilləkəndən enir, amma ayaqqabısını tapmır. Deyir:
– Qızım, mənim çarıxlarım hanı?
Qız mətbəxdən dillənir:
– Tirin altındadı.
Şamaxılı pəhlivan bu işə məəttəl qalır: qız balkonun tirini qal-
dırıb çarıxları altına qoymuşdu. Qonaq nə qədər dartır çarığı ordan
çıxardammır. İstəyir tiri qaldırsın, bacarmır. Axırda hirslənib deyir:
– Ay qız, bu nə işdi başıma açmısan? Çarıxları bərk dartsam,
cırılacaq.
Qız gəlir, çiynini verib seyvanın tirini qaldırır. Deyir:
– Burda nə var ki, sən onu qaldırammırsan? Di, əyil, götür.
Dostları ilə paylaş: |