169
Samı qıran kar deyir:
– Biri bir abbasıya.
Yolötən deyir:
– Ay qandın ha.
Samı qıran da acıqlı – acıqlı deyir:
– Almırsan alma, qoy işimizi görək də.
Bizim Zöhravanı kimi...
Qaraqoyunlu Dədəm Oruc xəstəxanada yatan arvadı Zöhra-
vanıya baş çəkmək üçün Şəkiyə gedir. Günorta vaxtı çörək yemək
üçün bir “istolovaya”girir. Xarco istəyir, “povur” (pover) deyir
“yoxdu”, “suf” istəyir, yenə də xidmətçi deyir: “yoxdu, qurtardı”.
Əlacsız qalan Dədəm deyir: “a bala, görürsən ki, qoja kişiyəm, di-
şim də yoxdu, sulu xörək nəyin varsa birini ver da”.
“Padavatçı” tərs-tərs Oruc kişiyə baxıb deyir:
– A kişi, sən nə qanmaz adamsan, bəyaxdandı saa diyirəm
“pervi” qutarıtdı. Oruc da deyir:
– Bajıoğlu, daha sənnən bizim Zöhravanı arvadın nə tafotu,
onnanda nə istəyəndə deyir: “yoxdu”.
Suyumuz bulanıxdı
Bir dövlətli adam heç vaxt kasıb qonşusunu məclisinə
çağırmazmış.
Bir dəfə gecə vaxtı dövlətlinin evi yanır. O, hovuzdan su
götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək
istəməyən kasıb qonşu gec hay verir. Dövlətli qonşu onun
hovuzundan su götürmək istədiyini bildirir.
Kasıb qonşu qapının arxasından deyir:
– A bala, suyumuz bulanıxdı, saa layıx döyül. Hayındı özün
bax, işinə yarıyırsa, gəlim qapını açım.
170
Sən molladan çox bilmirsən ki…
Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim bax-
mır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün ana-
sını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını
düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı sə-
bətə qoyub evə qaytarır.
Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:
– Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən?
Oğlan deyir:
– Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sa-
ğalmır ki, sağalmır.
Molla deyir:
– Anan sağalmırsa, onda onu ərə ver.
Oğlan cavab verir:
– Ona heç bir şey kar eləməz.
Ana tələsik səbətdən əlini çıxarır, oğlunun başına bir qapaz
vurub deyir:
– Sən o kişidən çox bilmirsən ki…
Dodaq dəyməyən qabda su
Şəhərdə oxuyan bir nəfər anasından dodaq dəyməyən qabda
su gətirməsini xahiş edir.
Ana təzə stəkanda, kasada və başqa qablarda su gətirir, ancaq
oğlunu razı sala bilmir. Axırda hövsələdən çıxıb çağasının “qarşo-
ğuna” su töküb aparır və deyir:
– Evdə bunnan başqa dodaq dəyməyən qab yoxdur.
Heç utanırsanmı, aaz!
Bir dəhnəli arvad bazarda bir təndir əppəyini (dəhnəlicə-
“eppek”) parça-parça qoparıb gövşəliyə-gövşəliyə gəzirmiş. Onu
görən yerlisi bir arvad deyir:
171
– Beey. Heç utanırsanmı aaz, camaatın içində belə eppek
yiyərlərmi, heç. Kəs parçasını maa də vər, acınnan ölürəm.
Əlborcu tərif
Bir Dəhnəli xoşlamadigi ati Şəki bazarında satmaq istəyir. At
almaq istəyənlər bir-bir gəlib atın nişanlarına baxır, bazarda dəl-
lallıq edən baytarla məsləhətləşir, sonra da at satandan atın xasiy-
yətini xəbər alırlar. At satanın qonşusu eşşək satırmış.
At satan Dəhnəli qonşusunu tapıb ona deyir.
– A qonşu, niyə gəlif atı tərifləmirsən. Ata müşdəri gələndə
sən də atın yanına gəl, atı təriflə. Əlborcu olsun. Mən də sənin eş-
şəyoo tərifliyərəm, borclu qalmaram.
Müştərilər gəlib at haqda soruşurlar. At satan qonşusuna deyir:
– Ə… papağoo yerə soxum, sən bu atı tanımırsan? Niyə atı
tərifləmirsən?
Qonşu javab verir:
– Ə… sən xəsisin, simijin birisən. Sən o atınan ceyran qovub
tutanda o ətdən birjə tikə mənə vermisən? Heç bir söz deyən
döyləm. Alan o, satan sən. Mənim nə xeyrim var ki, sənin atoo
başqa hünərlərini də bazarda car çəkim. Diyəsən hayındı yadaa
düşüf ki, mən saa qonşu olmuşam.
Şirinəmi Şəki bazarında satılasını satıb, alınasını alandan
sonra restorana gedir, küncdəki stolun arxasında əyləşir. Elə bu
vaxt içəri girən bir oğlanla bir qız gəlib onun stolunun dövrəsində
otururlar. Şirinəmiyə məhəl qoymadan deyib-gülür, bir-birlərinə
tez-tez “sənin dilini yeyim, ay sənin dodağını yeyim” deyirlər.
Xörək paylayan yaxınlaşıb onların sözlərini dinləyir. Şirinəmi xö-
rək paylayana deyir:
- Bunların yeməkləri məlumdur, soruş gör, nə içəcəklər?
Sizi tanımaq olmur
Bir neçə günlüyə Bakıya gələn Şirinəmi Sahil bağında Azər-
baycan dilini bilən bir zənci tələbə ilə tanış olur, xeyli söhbət edir-
172
lər. Xudahafizləşərkən zənciyə bir şey bağışlamaq istəyən Şirinə-
mi üstündə ona layiq bir şey olmadığından, əcnəbiyə deyir:
– Afrikalı qardaş, təvəqqe edirəm sabah saat onda “28 May”
metrosunun qabağında görüşək. sizə adıma layiq hədiyyə verəcə-
yəm.
Sevincdən gözləri şüşətək parıldayan ağ dişli zənci qara, qıv-
rım saçlı başını bulayır:
– Ay aman, metronun qabağında, o qədər adamın içində mən
sizi tanıya bilmərəm. Siz hamınız bir-birinizə oxşayırsınız.
Yoxlamışıq
Şirinəmi küçədə stol qoyub “Şans” lotereyası satan oğlana
yanaşır:
– Pulunu verib bundan yüz dənə götürüb, aparıb rentgenə
salım, otuz milyonluq uduşu tapsam, pulun yarısı sənin, yarısı mə-
nim. Əgər tapmasam, lotereyanı qaytarıb pulumu səndən alacam.
Bu şərtə razısanmı.
– Zəhmət çəkmə, Şirinəmi, biz o işi səndən qabaq sınaqdan
keçirmişik, rentgen nömrələri göstərmir.
Mənə həvalə edin
Şirinəmi bir gün Bakının bulvarında gəzərkən ağlını başından
aparan gözəl bir qızla rastlaşır.
– Qəşəng qız, heyranam sizə. Gözəlliyiniz valeh edib məni.
Siz lap bizim Dəhnə şaftalısına oxşayırsız.
Qız gülümsünür:
– Yanbızımı qaşıyım, gözünüz dəyər.
Şirinəmi cəsarətlənir:
– Sizə zəhmət olar, ceyran qız, o ağır işi mənə həvalə edin.
Fərqlənirlər
– Şirinəmi, qızların hamısı eyni ağıldadır, yoxsa bir-birindən
fərqlənirlər?
Dostları ilə paylaş: |