Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə54/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   50   51   52   53   54   55   56   57   ...   147

 

169 


Samı qıran kar deyir: 

– Biri bir abbasıya. 

Yolötən deyir: 

– Ay qandın ha. 

Samı qıran da acıqlı – acıqlı deyir: 

– Almırsan alma, qoy işimizi görək də.  

 

Bizim Zöhravanı kimi... 

 

Qaraqoyunlu Dədəm Oruc  xəstəxanada  yatan  arvadı   Zöhra-



vanıya baş çəkmək üçün Şəkiyə gedir. Günorta vaxtı çörək yemək 

üçün  bir  “istolovaya”girir.  Xarco  istəyir,  “povur”  (pover)  deyir 

“yoxdu”, “suf” istəyir, yenə də xidmətçi deyir: “yoxdu, qurtardı”. 

Əlacsız qalan Dədəm deyir: “a bala, görürsən ki, qoja kişiyəm, di-

şim də yoxdu, sulu xörək nəyin varsa birini ver da”.  

“Padavatçı” tərs-tərs Oruc kişiyə baxıb deyir: 

–  A  kişi,  sən  nə  qanmaz  adamsan,  bəyaxdandı  saa  diyirəm 

“pervi” qutarıtdı. Oruc da deyir:  

–  Bajıoğlu,  daha  sənnən  bizim  Zöhravanı  arvadın  nə  tafotu, 

onnanda nə istəyəndə deyir: “yoxdu”. 



 

Suyumuz bulanıxdı 

 

Bir  dövlətli  adam  heç  vaxt  kasıb  qonşusunu  məclisinə 



çağırmazmış. 

Bir  dəfə  gecə  vaxtı  dövlətlinin  evi  yanır.  O,  hovuzdan  su 

götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək 

istəməyən  kasıb  qonşu  gec  hay  verir.  Dövlətli  qonşu  onun 

hovuzundan su götürmək istədiyini bildirir. 

Kasıb qonşu qapının arxasından deyir: 

– A  bala, suyumuz  bulanıxdı, saa  layıx döyül. Hayındı özün 

bax, işinə yarıyırsa, gəlim qapını açım. 



 

 


 

170 


Sən molladan çox bilmirsən ki… 

 

 



Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim bax-

mır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün ana-

sını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını 

düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı sə-

bətə qoyub evə qaytarır.  

Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:  

– Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən? 

 Oğlan deyir: 

– Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sa-

ğalmır ki, sağalmır. 

 Molla deyir:  

– Anan sağalmırsa, onda onu ərə ver. 

 Oğlan cavab verir: 

– Ona heç bir şey kar eləməz. 

 Ana  tələsik  səbətdən  əlini  çıxarır,  oğlunun  başına  bir  qapaz 

vurub deyir:  

– Sən o kişidən çox bilmirsən ki… 

 

Dodaq dəyməyən qabda su 

 

 

 Şəhərdə oxuyan bir nəfər anasından dodaq dəyməyən qabda 



su gətirməsini xahiş edir.  

Ana təzə stəkanda, kasada və başqa qablarda su gətirir, ancaq 

oğlunu razı sala bilmir. Axırda hövsələdən çıxıb çağasının “qarşo-

ğuna” su töküb aparır və deyir:  

– Evdə bunnan başqa dodaq dəyməyən qab yoxdur. 

 

Heç utanırsanmı, aaz! 



 

Bir  dəhnəli  arvad  bazarda  bir  təndir  əppəyini  (dəhnəlicə-

“eppek”)  parça-parça  qoparıb  gövşəliyə-gövşəliyə  gəzirmiş.  Onu 

görən yerlisi bir arvad deyir: 




 

171 


–  Beey.  Heç  utanırsanmı  aaz,  camaatın  içində  belə  eppek 

yiyərlərmi, heç. Kəs parçasını maa də vər, acınnan ölürəm. 

 

Əlborcu tərif 

 

 

Bir Dəhnəli xoşlamadigi ati Şəki bazarında satmaq istəyir. At 

almaq  istəyənlər  bir-bir  gəlib  atın  nişanlarına  baxır,  bazarda  dəl-

lallıq edən baytarla məsləhətləşir, sonra da at satandan atın xasiy-

yətini xəbər alırlar. At satanın qonşusu eşşək satırmış.  

At satan Dəhnəli qonşusunu tapıb ona deyir. 

–  A  qonşu,  niyə  gəlif  atı  tərifləmirsən.  Ata  müşdəri  gələndə 

sən də atın yanına gəl, atı təriflə. Əlborcu olsun. Mən də sənin eş-

şəyoo tərifliyərəm, borclu qalmaram. 

Müştərilər gəlib at haqda soruşurlar. At satan qonşusuna deyir:  

–  Ə…  papağoo  yerə  soxum,  sən  bu  atı  tanımırsan?  Niyə  atı 

tərifləmirsən? 

Qonşu javab verir: 

– Ə… sən xəsisin, simijin birisən. Sən o atınan ceyran qovub 

tutanda  o  ətdən  birjə  tikə  mənə  vermisən?  Heç  bir  söz  deyən 

döyləm.  Alan  o,  satan  sən.  Mənim  nə  xeyrim  var  ki,  sənin  atoo 

başqa  hünərlərini  də  bazarda  car  çəkim.  Diyəsən  hayındı  yadaa 

düşüf ki, mən saa qonşu olmuşam.  

Şirinəmi  Şəki  bazarında  satılasını  satıb,  alınasını  alandan 

sonra  restorana  gedir,  küncdəki  stolun  arxasında  əyləşir.  Elə  bu 

vaxt içəri girən bir oğlanla bir qız gəlib onun stolunun dövrəsində 

otururlar.  Şirinəmiyə  məhəl  qoymadan  deyib-gülür,  bir-birlərinə 

tez-tez  “sənin  dilini  yeyim,  ay  sənin  dodağını  yeyim”  deyirlər. 

Xörək paylayan yaxınlaşıb onların sözlərini dinləyir. Şirinəmi xö-

rək paylayana deyir:  

- Bunların yeməkləri məlumdur, soruş gör, nə içəcəklər? 

 

Sizi tanımaq olmur 

 

Bir neçə günlüyə Bakıya gələn Şirinəmi Sahil bağında Azər-



baycan dilini bilən bir zənci tələbə ilə tanış olur, xeyli söhbət edir-


 

172 


lər. Xudahafizləşərkən zənciyə bir şey bağışlamaq istəyən Şirinə-

mi üstündə ona layiq bir şey olmadığından, əcnəbiyə deyir: 

– Afrikalı qardaş, təvəqqe edirəm sabah saat onda “28 May” 

metrosunun qabağında görüşək. sizə adıma  layiq  hədiyyə  verəcə-

yəm. 

Sevincdən gözləri şüşətək parıldayan ağ dişli zənci qara, qıv-



rım saçlı başını bulayır: 

– Ay aman, metronun qabağında, o qədər adamın içində mən 

sizi tanıya bilmərəm. Siz hamınız bir-birinizə oxşayırsınız.          

 

Yoxlamışıq 

 

Şirinəmi  küçədə  stol  qoyub  “Şans”  lotereyası  satan  oğlana 



yanaşır:  

–  Pulunu  verib  bundan  yüz  dənə  götürüb,  aparıb  rentgenə 

salım, otuz milyonluq uduşu tapsam, pulun yarısı sənin, yarısı mə-

nim.  Əgər tapmasam,  lotereyanı qaytarıb pulumu səndən alacam. 

Bu şərtə razısanmı.  

–  Zəhmət  çəkmə,  Şirinəmi,  biz  o  işi  səndən  qabaq  sınaqdan 

keçirmişik, rentgen nömrələri göstərmir.     

 

Mənə həvalə edin 

 

Şirinəmi bir gün Bakının bulvarında gəzərkən ağlını başından 



aparan gözəl bir qızla rastlaşır.    

–  Qəşəng  qız,  heyranam  sizə.  Gözəlliyiniz  valeh  edib  məni. 

Siz lap bizim Dəhnə şaftalısına oxşayırsız.  

Qız gülümsünür: 

– Yanbızımı qaşıyım, gözünüz dəyər.  

Şirinəmi cəsarətlənir:  

– Sizə zəhmət olar, ceyran qız, o ağır işi mənə həvalə edin.  

 

Fərqlənirlər 

 

– Şirinəmi, qızların hamısı eyni ağıldadır, yoxsa bir-birindən 

fərqlənirlər? 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə