Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə62/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   58   59   60   61   62   63   64   65   ...   147

 

200 


Xarab ola bilməz 

 

Bir idarə müdiri uzun müddət tikinti sahəsində çalışdığından 

yorulur  və  başında,  bədənində  ağrılar  hiss  edir.  Yetim  oğlu  qara 

Niyazi  ilə  onu  tanış  bir  həkimin  yanına  aparırlar  və  əvvəlcədən 

sözləşirlər  ki,  həkimlə  məzələnsinlər.  Həkim  müayinədən  sonra 

qətiyyətlə deyir ki, səndə qorxulu heç nə yoxdur, təkcə istirahət et 

və  vitamin  iç,  keçib  gedər.  Yetim  oğlu  hamının  eşidəcəyi  kimi 

hündürdən deyir: 

– Ay doxtur, habı xərçəngdən şübhələnir. 

Həkim mərhəm adam kimi idarə müdirini məzəmmət edir:  

– Ə, vallah sənin başın xarab olub.  

Müdir cəld həkimi pərt edir:  

–  Onda  sənin  bildiyin  heç  nə  yoxdur.  Bu    baş  əvvəldən  iş-

ləməyib  və  son  illərdə  özüm  də  onu  işlətməyə  səy  göstərməmi-

şəm. İşləməyən bir şey nədən xarab olsun axı? 

 

Qaşığın qızmağı 



 

Ovçu  doktorun  anasının  hüzr  mərasimi  imiş.  Yaxından  və 

uzaqdan, o cümlədən  Dağıstandan  qonaqlar varmış. Ehsan, yəni 

plov  ortaya  gələn  kimi  qaşıq  və  boşqab  səsindən  başqa  heç  nə 

eşidilmir.  Qonaqlar  yorğun  və  ac  olduqlarından  danışmadan  elə 

sürətlə  yeyirlər  ki,  yetim  oğlu  dostu  Ramizə  göz  burub  üzünü 

Ovçu doktora tutur: 

– Ay doxtur, uşaxlara di qaşıxları dəyişdirsinlər. Sürətlə işlə-

diyindən bərk qızıtdı, qorxuram qonaxların ağzını yandıra.  

 

Şeş yek 



 

Yetimoğlu  Nurəddin  zərgər  mağazasında  Küngütlü  Əfsərlə 

Xancan  oğlu  Tehranın  söhbətləşdiyini  görür.  Küngütlü  Əfsər 

(Allah  ona  rəhmət  eləsin)  uca  boy,  150  kq  çəkisi  olan  nəhəng, 




 

201 


Tehran  isə  qısa  boylu  oğlan.  Yetimoğlu  onların  hər  ikisinə  ani 

nəzər salaraq zarafatyana deyir:  

– Ə, sən öl, lap şeşlə yekə oxşayırsınız.  

 

Tapdığın zarafatları 

 

Tapdıq qaz idarəsində qaynaqçı işləyirdi. Başqalarından fərq-

li olaraq dəmir boruları elə zövqlə, səliqə ilə qaynaq edirdi ki, elə 

bilərdin naxış vurub. İşi zarafat edə-edə gördüyündən vaxt da tez 

keçərdi. Heç kim nə onun özündən, nə də işindən narazı olmazdı. 

Altı bacının bir qardaşı idi, yeznələri Abdulla, Ələsgər, Ramiz və 

b.  ilə  bərk  zarafat  edər,  zarafatları  da  tutardı.  Onun  xatirəsini  bir 

daha əbədiləşdirmək üçün zarafatlarını qeydə aldım. 



 

Ağır səfər 

 

Yeznələrindən  biri  Bakıya  gedirmiş.  Tapdıqdan  soruşur  ki, 

Bakıya  bir  qulluğun  varmı?  Tapdıq  fövrən  bir  zarafat  fikirləşir, 

deyir  ki,  Ramizgilə  bir  sovqatım  var,  xahiş  edirəm  sabah  verim 

onu da çatdır. 

Səhər tezdən yeznəyə ağır bir yeşik verir və deyir ki, mürəb-

bə  və  ağ  xiyarın  şorbasıdır,  ehtiyatlı  olsun.  Yeznə  hıqqana-hıq-

qana ağır yeşiyi avtobusdan taksiyə, oradan da Əhmədliyə daşıyır. 

Qan-tər  içində  tələsən  bacanağından  sovqatın  kimdən  göndəril-

diyini  soruşan  Ramiz  Tapdıq  adını  eşidəndə  gülməyə  başlayır. 

Bacanaq pərt halda soruşur: 

– Niyə gülürsən, aç bax da, mürəbbədir.  

–  Özün  aç  bax-deyə  Ramiz  daha  bərkdən  gülür  və:  -  o  bizə 

heç nə göndərməli deyil-deyə əlavə edir. 

Bacanaq  yeşiyin  iplərini  açır,  yeşikdən  iki  kubik  parçası  və 

sınıq kərpiclər çıxarır. 



 

 

 


 

202 


Daha qiymətli yük 

 

Bir  nəfər Tapdıq  ilə  zarafat etmək  fikrinə düşür.  Onu  çəkin-

dirirlər  ki,  sən  onun  zarafatına  dözməzsən,  qoşulma.  Fikrindən 

dönməyən koxa oğlu Tapdığın darvazası ağzına bir maşın çay daşı  

tökdürür.  Səhər  maşını  həyətdən  çıxarmaq  istəyən  Tapdıq  yol 

bağlı  olduğundan  işə  piyada  gəlir  və  yol  boyu  zarafatın  cavabını 

fikirləşir. 

Az  vaxtdan sonra payız düşür, yağışlar başlayır, Tapdıq kər-

pic zavodundan  bir  “Kamaz”  maşın  sarı torpaq alır  və  “koxa oğ-

lu”nun qapılarının lap ağzına səhər alatoranda tökdürür. Səhər ev-

dən çıxan “koxa oğlu”nun ayağı gilə batanda bilir ki, bu Tapdığın 

işidir.  Deyirlər  gil  palçığını  “koxa  oğlu”  düz  bir  aya  təmizlətdirə 

bilmir. 

 

Kapron corab 



 

Tapdıq  dayısı  oğlunun  hər  bazar  günü  evlərinin  yanındakı 

hamama  getdiyini  bilirdi.  Çıxıb  yol  üstündə  durur  və  hamamdan 

çıxan kimi dayoğlusunu zorla nahara aparır. Yeməyi bir az ləngidir 

və onu yaxşı içirdir. Sonra hamam çamadanına qadın corabı qoyur. 

Səhər evdən çıxan dayoğlu evə axşam dönür, özü də kefli. Arvadı 

ilə  harasa  gedəcəklərini  də  unudur.  Arvad  deyinə-deyinə,  hirsli 

halda  çamadanı  açıb  kirli  paltarları  yumaq  üçün  götürəndə  qadın 

corabı  görüb  lap  dəli  olur.  Kişi  nə  qədər  and-aman  edirsə  qadın 

inanmır,  yubanmağın  səbəbini  buna  bağlayıb  iki  körpə  uşağını  da 

götürüb  gedir  atası  evinə.  Tapdığın  anası  bir-neçə  gündən  sonra 

xəbər  tutub  bunun  oğlunun  fırıldağı  olduğunu  başa  düşür  və  onu 

xeyli  danlayır,  sonra  Quranı  götürüb  gəlinin  yanına  gedir  və  əl 

basıb deyir ki, bu Tapdığın zarafatıdır. Gəlin inanıb geri qayıdır. 

 

Qış zarafatı 

 

Qar dizə çıxan vaxt gecə saat 12-də Ələsgər Tapdıqgilin zən-

gini basıb iri pul xırdalamasını xahiş edir. Gecə zəngindən narahat 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə