Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə52/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   48   49   50   51   52   53   54   55   ...   147

 

163 


Ev  sahibi  özünü  saxlaya  bilmir,  deyir:  “Ay  oğul,  ucuz  ətin 

şorbası  olmaz.  Elə  qızdan  sənin  kimi  oğul  törəyər,  belə  qızdan 

mənim oğlum kimi oğul”. 

 

Get istə, axmaqsa verəcək 

 

Deyilənə görə Əzəddin məhləsindən iki qonşu: Habil dayı ilə 

oğlu və Göybər İsgəndərlə də oğlu cüt sürür, yer şumlayırdılar. İs-

gəndərgilin öküzü xəstələnir, işləri yarımçıq qalır. Kişi oğluna de-

yir ki, get qonşudan öküzləri  istə. Uşaq getmək  istəmir. Deyir ay 

dədə, axı onlar da  yer  əkirlər, heç  verərlərmi?  Atası deyir ki, sən 

get istə. Ağıllıdırsa verməz, axmaqdırsa verəcək. 

Uşaq gedib deyir ki, ay Habil dayı, bizim öküzümüz xəstələ-

nib, dədəm deyir ki öküzü bizə versinlər. Söz uşağın ağzından çı-

xan  kimi  kişi  “ho-ha”  deyib  öküzləri  saxlayır,  açıb  uşağa  verir. 

Uşağın öküzləri gətirəni görüb atası deyir: “Gördün bala, mən de-

mədimmi ki, axmaqsa verəcək?”.  



 

Arpanın dadı 

 

Şəkinin  Kiş  kəndinin  sakini  Şəmi  kişi  müharibə  dövrü  qəssab 



dükanından  başayaq

63

  almaq  istəyir.  Dükanın  yanında  “toqquş-toq-

quş” deyir, amma eşşək dayanmır. Kişi yüyəni darta-darta yalvarır: 

–  Toqquş,  sənin  ağzoo  yiyim,  dur.  Axı  gej  də  olsa,  sən  bizə 

arpanın dadını öyrətmisən. Arpanın nə gözəl dadı varmış. Hayındı 

qoy ət alım, ətin də dadını mən saa öyrədım. 

 

 

1. İçində də Bədəl lələmlə Müdəl lələm* 



 

Bir  yay günü Bədəllə Müdəl qardaşları (Təpəcənnət kəndi)

64

 

yaylaqdan arana ailəyə baş çəkməyə gəlirlər.Gətirdikləri davarları                 



Şəki bazarında satıb yaxşı bir bazarlıq edirlər və qərara alırlar ki, 

o vaxt şəhərdə lap yenicə görünən, kənd adamlarının çoxunun hə-

lə görmədikləri “Moskviç” maşınla kəndə getsinlər. Maşın kəndin

 

__________________ 



*Bu  lətifədən  başlayaraq  “Suyumuz  bulandı”  lətifəsinədək  Qaraqoyunlu 

kəndlərindən toplanmış lətifələrdir. 




 

164 


əsas  küçəsində  görünən  kimi  adamlar  küçəyə  tökülüşüb  heyrətlə 

bu balaca maşına  tamaşa edir və deyirlər:  

– Ayə, kəndimizə maşın balası gəldi! İçində də Bədəl lələmlə 

Müdəl lələm.  



 

2.  Bacı “qeyrəti” çəkən qardaş 

 

Qaraqoyunlu Məzə Mədəd Şəkinin mal bazarına satmaq üçün 



5-6  davar  aparır.  Kiçik  oğlu  “Nütüş”  də  (Nütəli)  onun  yanında 

imiş. Kişinin başı qəssablarla çənə-boğaza qarışır. Bir də görür ki, 

şəkili uşaqlar Nütüşü çırpırlar. Kişi tez qaçıb uşaqları qovur və oğ-

lundan niyə boğuşduqlarını  soruşduqda Nütüş deyir: 

– Ay dədə, olar məni kəntdi görüb sataşır,bajıma söyürdülər. 

Unnan ötəri dalaşdım.  

Mədədin də heç qızı yox imiş, üç oğlu var idi. Onların da kiçiyi 

Nütüş idi. Odur ki, əsəbləşib oğlunun başına bir qapaz vurub deyir: 

– Ayə, ay köpəyoğlu, sənin  bajın  var? Sən hansı  bajının qir-

yatini çəkirsən? 

Nütüş də dodağaltı mızıldayır: 

– Bəlkə olajax... 



 

3.  Dədəm Orucun vəziyyəti 

 

Dərəcənnətli  Dədəm  Oruc  son  nəfəsində  oğlanlarını  yanına 

çağırır ki, vəsiyyətini etsin. Oğlanları da maraq və diqqətlə ataları-

na  qulaq  asırlar  ki,  bəlkə  atalarının  puldan,  qızıldan  ehtiyatı  var, 

onun yerini deyəcək.  

Xəstə dərindən nəfəs alıb deyir: 

– Balalarım,  taa  mən gedirəm, salamat qalın. Bir-birinizdən 

muğayat olun, ciyinizin sözünə baxın. Məni də urvatlı götürün. 

Kişi bunları deyib gözünü yumur. Oğlanları peşiman-peşiman 

biri-birinin üzünə baxdılar. Kiçik qardaş tez ağzını atasının qulağı-

na dirəyib bərkdən deyir: 

– Ay dədə, elə bu? Bizə deməyə daha başqa sözün yoxeydi ki? 




 

165 


4. Heylədisə, binörəni basmax olar 

 

Tikinti  materiallarının  (qum,  taxta,  sement  və  s.)  Yevlaxdan 

rayonların  bir  çoxuna  daşınan  vaxtlarda  qaraqoyunlu  gimdəsində 

kənddə  tikilən  yeni  evlərdən  söhbət  düşür.  Dəli  arıx  da  burada 

imiş. Ordakılardan deyir: 

– Ay Dəli, sən niyə külfətə bir koma tikmirsən? Havağa kimi 

ayləni o torpax damın altında qırajaxsan? 

Arıx  da  keyfini  pozmadan  deyir  ki,  daha  o  da  sabaha,  birisi 

günə işə başlayajax.   

  Deyillər ki: 

–  Ay  Dəli,  nəyin  var  ki,  işə  başlayasan?  Axı  qapında  bircə 

çöpün yoxdu. 

Arıx deyir:  

– Niyə ki, hər şeyim hazırdı. Odey: 

– Qojum yeylaxda, 

Daşım  çeylaxda,  

Qumum Yevlaxda. 

Ordakılardan biri deyir: 

–  A  balam,  daha  savaxdan  binörəni  qaza  bilərik,  kişinin  hər 

şeyi hazıreymiş ki... 

 

5.  Qutu da bizə bir Allahmı oldu 

 

Dərəqaraqoyunlu Məcid kişi  çox qaraqabaq, acıdil bir adam 

imiş.  Ömrü-günü  qoyun-quzu  dalında,  dağda-daşda  keçən  bu 

adama qız-gəlin, oğul-uşaq yaxın düşə bilməzmiş. Köntöy və acı-

dilliyinə görə ona “Öd Məcid” deyərdilər. 

Bir  gün  səhər-səhər  sürünü  örüşə  aparanda  gəlini  Züleyxa 

əlində palto qaçıb özünü qaynatasına çatdırır və paltonu ona uza-

dıb deyir: 

– Əmi, baldumıyı da (qaraqoyunluların çoxu indi də palto və 

pencəyə “baldum”deyirlər) götür, bərk yağış yağacaq.  

Məcid tərs-tərs onun üzünə baxıb deyir: 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə