228
yin. Anam “kişi” deyəndə Bakıda beşmərtəbə evin qarşısında olan
Məhəmməd Füzulinin heykəlini nəzərdə tuturdu. Biz aydınlaşdırıb
deyirik ki, ay ana, sən narahat olma, o kişi “Beş yüz ildir yaşayır”,
hələ beş min il də yaşayacaq. Ömrü uzun olsun, siz də onun
üstünü və ətrafını təmiz saxlayıb, qayğısına qalsanız, onda onun
ömrü daha uzun olar-deyərdi.
Uşaqlıq dostum Fərman Cumay oğlunu Bala Dərədə dər-
yazla ot çalan görüb çox təəcübləndim. Hər məzuniyyətə gedəndə
adətən, onu öz oğlanları ilə ev tikən görürdüm. “Gah böyükdən
kiçik, gah kiçikdən böyük, gah da ortancıl oğluma ev tikirəm” -
deyirdi. Mən də onu yeni uşağın olması münasibəti ilə təbrik
edirdim. Ümumiyyətlə, Dodu sakinləri ev tikməyi və çox uşaqlı-
lığı sevirlər.
Dostumun dəryazının ağzından çıxan ot dəstəsini yaş-yaş bir-
birinin ardınca uşaqlar qucaqlayıb, çox da yaxında olmayan evə
daşıyırlar. Qurumamış otu kəndin uşaqlarlna daşırtdığı üçün
dostuma irad tutdum. “Kəndin uşaqları niyə olur, özümün doğma
balalarımdır, doqquz uşaq atasıyam” - dedi və işin çox, köməyin
isə az olmasından gileyləndi. Həyatda onun intensiv fəaliyyətinə
və böyük yaradıcılığa malik olduğunu bildirib, uğurlar arzuladım.
Bu əhvalatı axşam evdə danışanda əziz bacım Rəqiyyə: “Fər-
manın doqquz yox, on uşağı var” - dedi, Mən çox pərt olmuşdum
- nə üçün? Hörmətli dostum mənə yalan danışmışdır. Müxtəlif
yozmalar yozdular. “Göz dəyməsin deyə uşaqların sayını azaldır -
dedilər. Mən səhər ona öz gileyimi bildirdim. O isə “sən öl, uşaq-
ların sayını dəqiq bilmirəm”, - dedi. O, öz balalarının adlarını yed-
diyə qədər sayıb “Vallah qalanlarını unutmuşam” - dedi. Təəcüb-
lənib - “bəs axşam uşaqların hamısının evdə olmasını necə təyin
edirsiniz?” - deyib sual verdim. Axşam xörək dolu nimçəni və ya
yatacağı sahibsiz görəndə uşağın evdə olmamasını bilirik. Vallah
ailədə işgüzar uşaqlar nə qədər çox olsa valideynlərin iştahı bö-
yüyür, bir o qədər də uşağın olmasına çalışırlar.
229
Köşk satıcısı. Abdulla dayı malı 3 manat artıq satdığına görə
onu iki il həbs cəzasına məhkum edirlər. Məhkəmə öz qərarını
oxuduqdan sonra müttəhimə son söz deməyə icazə verilir. Abdulla
dayı: “Vallah dünyanın işinə məətdəl qalmışam, beş min manat
rüşvət alan üç manat rüşvət alanı ittiham edir, mənim heç sözüm
yoxdur”. Üç manat rüşvət alıb, beş min rüşvət vermədiyindən iki
il həbsxanada oturduğunu, hakimin ədalətsiz hərəkətini Abdulla
dayı özü Şəkidə mənə danışmışdır.
İkinci dünya müharibəsi iştirakçısı, hörmətli Abdulla dayı
sağdır, Allah ömrünü uzun eləsin! Amma hakimin həyat müqəd-
daratı məlum deyil.
Biləcik ixtilətləri
Çöldən evə tullanma oyunu və ya üzlü qonaq
Günlərin bir günündə bir ailəyə bir nəfər qonaq gəlir. Bu qo-
naq burada o qədər qalır ki, ev yiyəsi tamam bezir. Arvad-kişi otu-
rub plan cızırlar ki, necə edək, bu qonağı evdən bayıra çıxardaq.
Əvvəlcə arvad fəaliyyət göstərir.Bir səhər arvad su gətirəndə deyir
ki, ay qonaq qardaş pis xəbər var. Evinizdə arvad uşaq hamı
xəstələnib yatır, xəbər gəlib ki, tez gəlib çatsın.
Qonaq bir az fikirləşib deyir: “Ay aman, mən bu gün evə get-
mək istəyirdim, amma daha əməlli qalmalı oldum. Çünki xəs-
təlikdən qorxuram”.
Arvad dediyi sözdən peşiman olur.Sabahı gün tezdən qonağı
muştulluqlayır ki, ay qonaq qardaş,muştuluq, evdən şad xəbər
gəlib. Hamı sağalıb, sənin yolunu gözləyir.
Qonaq bu sözü eşidib, arxayınlaşır və deyir: “Ay səni şad
xəbər olasan.Yaman narahat idim. İstəyirdim gedib yoluxam, daha
ehtiyac qalmadı, ürəyim sakitləşdi”.
Ev sahibləri gördülər ki, qonağı beləliklə evdən çıxara bilmə-
yəcəklər, ayrı tədbirə qol qoydular. Kişi qonağa dedi ki, ay qo-
naq, gəl bir oyun oynayaq. Evdən çölə tullanma oyunu. Görək kim
230
qabağa çölə tullana bilər. Bu minvalla qonağı çölə çıxarıb qapını
bağlamaq istəyirlər. Qonaq onların fikrini başa düşür və deyir:
Xeyir, mən belə oyunu xoşlamıram. Gəl çöldən işəri tullanma
oyununu oynayaq.
İlana pul nəyə lazımdır?
Biləcik kəndində Rəhim adlı (ləqəbi mırıq Rəhimdir) bir
nəfər yaşayırdı.Günlərin bir günü bu kəndə ilan oynadan qaraçı
gəlir. Rəhim kişinin yanına gəlib ordan-burdan söhbətə başlayır.
Rəhim kişiyə deyir ki, gördüyün bu torbada ilan var. Ona nə desən
əməl edir. Rəhim kişi maraqlanır və deyir ki, göstər məharətini.
Qaraçı ilanı Rəhimin boğazına dolayıb deyir ki, Rəhim dayı, ilan
10 kq qoz istəyir. Rəhim arvadı Gülbaharı çağırıb tapşırır ki, 10
kq qoz gətirsin. Bir az keçir, yenə qaraçı deyir: Rəhim dayı, ilan
10 kq fındıq istəyir. Gülbahar onu da gətirib verir. Qaraçı görür nə
istəsə onu da verirlər, deyir:
– Rəhim dayı, ilan 10 manat pul istəyir. Rəhim dayı 10 manat
pulu da verir. Qaraçı ilanı Rəhimin boynundan açır, torbaya
qoyur. Torbanı yerə qoyur. Rəhim yaxınlıqdakı çəpərdən bir paya
çıxarıb ilana yaxşı bir paya çəkir. İlan bir dəfə ağzını açıb örtür.
Qaraçı hirslə deyir: - A kişi, sən nə edirsən? Rəhim kişi hirslə
cavab verir: qoz deyirsən verdim, fındıq deyirsın verdim. Bəs ilan
pulu neynir? İlan bəyəm bazarlığa gedəcək? İlan pul xərcləyəcək.
Bu kənddə ala qarğa bala çıxarmaz
Biləcik kəndində Seyid adlı bir nəfər fağır kişi yaşayırdı.Bu
kişinin evinin yaxınlığında böyük, qollu-budaqlı qoz ağacı vardı.
Bir qarğa bu qoz ağacının lap hündürlüyundə yuva qurmuşdur ki,
bala çıxarsın.Ancaq bu qarğa zəhlətökən idi. Seyid dayının həyə-
tində bir cücə qoymurdu ki, böyüsün. Bu iş hər il təkrar olunurdu.
Günlərun birində Seyid dayı belə qərara aldı ki, ya qarğanı məhv
etsin, ya da qozu kəssin. Axırda fikirləşib bunun əlacını tapır. Bir
Dostları ilə paylaş: |