272
adət üzrə gəlinin başına şirniyyat, gümüş pul tökür. Bəyin dostu,
Yevlağın Qarxun kəndinin sakini Əşrəf bunu görüb gəlinin başina
bir ovuc qızıl səpir.
Sovetlər gələndə Ədil xan bütün var-dövlətini, ilxısını döv-
lətə təhvil verir. Sovet dövləti Şəkidəki varlıları, mollaları tutub
öldürürmüş, sürgün edirmiş, dustaqxanalarda saxlayırmış. Amma
Ədil xana heç bir acı söz deməyibmiş.
İtin məharəti
Bu vaxta qədər itin canavara qalib gəlməsinə heç bir nağılda
da rast gəlməmişik. Deyirlər ki, Qəssab Əşrəfin ət kombinatından
götürdüyü (küçük) qoyun sürüsüylə birlikdə bir quçik də məhləyə
gəlir. Quçiyi nə qədər qovurlar, çıxıb getmir. Qapıdan çıxardırlar,
qonşunun məhləsindən həyətə girib yenə də sürünün içində yatır.
Cürbəcür möcüzəli işlərinə görə itlə maraqlananlar çox olur.
Yağışlı, qaranlıx bir gecədə canavar ağıldan bir qoyunu qapıb
metr yarım hündürlüyündə hasardan çölə aşırır. İt ağılın hasarın-
dan atılıb onun ardınca gedir.
Bir azdan məhlənin axırında it boğuşması eşidilir. Sonra it 4-
5 dəfə bir evin eyvanının qavağına gəlib adamlara hürür, uzaqlaş-
dıqca onun hamıltısı gəlir.
Ev sakini Şirəli baba deyir:
– Ay bala, bu it nəsə bildirmək istəyir.
Fanar götürüb yola çıxırlar, gəlib it hürən yerə çatırlar. Orda
nə görələr yaxşidi? Canavar bir qoyunun xirtdəyini çıxardıb, it bu
yerdə canavara çataraq, qoyunu canavardan necə alıbsa, canavar
yoxdur. İt ordan evin qabağına gələndə də canavar qoyuna sarı gə-
lə bilməyib. Deyirlər ki, it canavarı nə hala salıbsa, bir də ora qa-
yıda bilməyib.
Bu əhvalatdan sonra itdə təəccüb eləməli bir neçə iş də olub.
Çobanlar sürünü kölgəyə yatdırıb özləri də yuxlayarlar. Qoyunun
bir hissəsini aparırlar. İt kəsinti yerindən qayıdır, duyur ki, qoyu-
nun bir hissəsi yoxdu. İt iynəyə-iynəyə gedib qoyuna çatar. Qoyu-
273
nu aparan iki nəfər qaçaraq gücnən canını qurtarır. İt qoyunu qay-
tarıb sürüyə qatır.
Qoyun sürüsünün arasına başqa adam girə bilməzdi. Sürüyə
girən adama hücum edib, paltarlarını cırardı, amma özünə xəta
verməzdi.
Sallağın bəslədiyi çox eybəcər, iri itlə bu iti boğuşdurarlar.
Həmin iti “pələng” adı verilən bu it məğlub edər.
İstər evdə olsun, istərsə də sallaqxanada it ona verilməyən ətə
dəyməz, başqa itləri də yaxın qoymazdı.
Yataqlarda 4-5 qoyun iti sürüyə gələn canavara yaxın düşə
bilmirlər. Səsləriylə çobanları ayıldaraq canavarları uzaqlaşdırır-
lar. Sürüdə it təkdirsə, canavarın iyini duyan kimi ulamağa başla-
yır.
“Pələng” adlandırılan it, sürünü canavarlardan, oğrulardan
təkbaşina qoruya bilirdi.
Qiyamət günü canavarın arzusu
Deyilənə görə, qiyamət günü elə güclü külək olacax ki,
dağlar, dərələr də düm-düz düzələcək. Külək canavarların dərisini
boğazından çıxardacax. Canavar yenə yıxılası döylü. Canavar öz
gücünü onda da göstərib diyəsidi:
– Mən özümdə belə bir gücün olduğunu bilsəydim, yer üzün-
də sağ-salamat bir canlı qoymazdım.
Xanabad körpüsü
79
Deyirlər ki, Yevlağın Xaldan kəndində maraqlı hadisələr baş
verib. Şəki tərəfə ancaq Xanabad kəndindəki körpüdən keçmək
olurdu. Sonralar nə vaxtsa, sel gələndə su istiqamətini dəyişib,
körpü suyun o tayında qalıb.
Körpünü tikdirən kişi çox varlı adam olub. Bir gün ogluna
pul verir ki, get kənddən yumurta al. Oğlu xeyli keçəndən sonra
gəlir. Ata yumurtaları qabağına qoyub, cibindən bir halqa çıxardır.
274
Halqadan keçən xırda yumurtaları oğluna verib deyir:
– Apar, bunları qaytar.
Ustalar yerbəyerdən dillənirlər:
– Ay, xəzeyin, sən belə bir bahalı körpü tikdirirsən, 10-15
dənə xırda yumurtanın fərqi nə olar ki, uşagı bir də kəndə qayta-
rırsan.
Xozeyin bütün usta-fəhlələri çayın qırağına aparır, hamının
gözü görə-görə cibindən bir ovüc qızıl çıxarıb suya ataraq deyir:
– Mən yumurtanın xırda-irisinə görə yox, gözü açıx
böyüməsi, alveri öyrənə bilməsi üçün uşagi təzədən kəndə
qaytardım. Pul qazanmağı, xərcləməyi, alqı-satqıda düzlüyü, səli-
qə-sahmanı - gərək hər şeyi uşaga öyrədəsən. Mənim niyyətim pu-
la qıymamaq döylü. Bu tikdiyiniz körpü dağılsa, bilin ki, onun tə-
mirinin də pulunu bünövrəsinə qoydurmuşam. Insana da hər şeyi
uşaq ikən öyrətmək lazımdır.
100 qoyun
Yazda, mal-qara yaylağa çıxan vaxt imkanlı adamlardan bir
nəfər 100 baş toğlu alıb yaylağa göndərər. Mal-qara yaylaqdan
düşəndə toğlular böyüyüb kökəlir. Bu kişi beləcə qazanar, çobanın
saxlama haqqını da bəri başdan verərmiş. Növbəti dəfə çoban yay-
laxdan qayıdan kimi kişiyə xəbər yollayır ki, gəl, qoyunlarını təh-
vil götür. Qoyunların sahibi neçə dəfə sayırsa, sürüdə 99 baş qo-
yun olur. Çobanla birlikdə sayırlar. Yenə 99 baş alinir. Axırda ço-
ban sayılan qoyunlardan birini göstərib deyir:
– Əşi, biri də bu olsun.
Təzədən saymağa başlayırlar. Amma yenə 99 çıxır. Çoban da
tərslik edib deyir ki, “Yox, bu qoyunu da üstünə gələndə olur 100
qoyun”.
Qoyunların sahibi gedib 100 nəfər adam gətirir, onlara tapşı-
rır ki, hərə bir qoyun tutsun.
Bir nəfərə qoyun qalmır. Kişi deyir:
– Gördünmü, bu adama qoyun çalmadı.
Dostları ilə paylaş: |