Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

hücumlarından  xilas  edə  bildi.  Digər  tərəfdən  Qızıl  Orda  xanı  Toxtamışa  qarşı  özünə 

müttəfiq  yaratmış  oldu.  1387-ci  ildə  Toxtamış  yenidən  Şirvana  basqın  edərkən  I 

brahim Teymurun ordusunun köməyi ilə bu hücumun qarşısını aldı. 1395-ci ildə Əmir 

Teymur  Toxtamışınn  üzərinə  yürüş  etdiyi  zaman  I  İbrahimin  başçılıq  etdiyi  Şirvan 

qoşunları da bu yürüşdə iştirak etdi.

 

I  İbrahim    Əmir  Teymurla  Azərbaycanın  kiçik  feodal  hakimləri  arasındakı 



münasibətlərin  qaydaya  salınmasında  mühüm  rol  oynadı.  Əmir  Teymurun  III  yürüşü 

zamanı (1399) I  brahim Şəki hakimi Seyid Əlinin oğlu Seyid Əhmədlə onu barışdırdı 

və I  brahim Azərbaycanın bir hissəsini Teymur ordusundan xilas etdi.

 

Teymurun  ölümündən  sonra  onun  zəif  iqtisadi  əlaqəsi  olan  böyük  imperiyası 



tezliklə  dağıldı,  varisləri  arasında  hakimiyyət  uğrunda  mübarizə  başlandı.  Yaranmış 

vəziyyətdən  istifadə  edən  I  İbrahim  Kür  çayını  keçərək  Gəncəni  və  Qarabağın  xeyli 

hissəsini  tutdu.  1406-cı  ilin  yazında  Miranşahın  oğlu  Əbubəkir  Təbrizdə  müvəqqəti 

hakimiyyətdə  olan  Şeyx  Əli  Qəssabın  qüvvələrini  məğlub  etdi.  Buna  cavab  olaraq  elə 

həmin vaxt Təbrizlilər yenidən üsyan qaldırdılar. Şeyx Əli Qəssabın başçılığı ilə sənətkar 

emalatxanalarının  ustaları,  tacirlər  Əbubəkrin  hakimiyyətindən  imtina  edərək  kömək 

üçü

n I İbrahimə müraciət etdilər. Bundan istifadə edən I İbrahim 1406 –cı ilin mayında 



Arazı keçərək  Təbrizə qədər irəlilədi. Təbriz əhalisi I İbrahimi mehribanlıqla qarşıladı. 

O,  vergiləri  qaydaya  qaldı.  Beləliklə,  qısa  müddətə  olsa  da  Şirvanşah  I  İbrahim 

Azərbaycanın böyük bir hissəsini birləşdidi. Lakin, Misirdəki əsirlikdən qurtaran Calair 

Ə

hməd  və  Qaraqoyunlu  Qara  Yusifin  hərbi  qüvvələrinin  Təbrizə  yaxınlaşması  I 



İ

brahimin Şirvana qayırmasına səbəb oldu.

 

I  İbrahim  1412-cı  ilin  6  noyabrından-  4  dekabra  qədər,  Kür  çayı  sahilində  davam 



edən  Qara  Yusiflə  döyüşlərdə  məğlub  oldu.  O  və  oğlanları  əsir  kimi  Təbrizə  aparıldı. 

Coxlu  təzminat  müqabilində  azad  olaraq  Şirvana  qayıda  bildi.  Ibrahim  Qara  Yusifdən 

asılı vəziyyətə düşdü.

 

I İbrahim 1417-ci ildə vəfat etdi. Hakimiyyətə oğlu I Xəlilullah (1417-1462) gəldi. 



I  Xəlilullah  Qaraqoyunlu  hakimiyyətini  qəbul  etmək  istəmirdi.  O,  Teymuri  Şahruxla 

(1406-1447) yaxınlaşma mövqeyi tutdu.

 



12. 

Ağqoyunlu tayfa ittifaqı və Ağqoyunlu dövləti

Uzun Həsənin daxili və xarici siyasəti

Ağqoyunlu  tayfa  birliyi  Qafqaz  dağları  ilə  Araz  çayı  arasındakı  ərazidə,  habelə 

Göyçə  gölü  ətrafı,  Alagöz  yaylaqlarında,  Şərqi  Anadolu,  Qərbi  ran,  Dəclə  və  Fərat 

vadilərində  yurd  salmışdılar.  Bu  tayfa  birliyi  Bayandurlar  tayfası  tərəfindən  idarə 

olunurdular.  Pəhləvan  bəy  tərəfindən  (1370-1389)  siyasi  birlik  şəklinə  salınmış, 

Əlaəddin Türəli (1388-1392) və Fəxrəddin bəyin (1392-1394) dövründə müəyyən qədər 

zəifləsə də

 Qara Yuluq Osman bəy tərəfindən (1394-1434) möhkəmləndirilmişdi, Qara 

Yuluq  Osman  bəy  Diyarbəkri  mərkəz  seçdi,  öz  adına  pul  kəsdirdi,  feodal  çıxışlarını 

yatırtdı,  Ağqoyunlu  tayfa  ittifaqını  gücləndirdi.  Onun  ölümündən  sonra  feodal 

çə

kişmələri artdı. Tur Əli bəy (1434-1444), onun oğlu Cahangir bəy (1444-1453) xeyli 



mübarizədən  sonra  ittifaqı  möhkəmləndirə  bildilər.  Lakin  əsil  yüksəliş  Uzun  Həsənin 

dövrünə təsadüf edir (1453-1478).

 

1467-ci  ildə  Muş  döyüşündə  Ağqoyunlu  Uzun  Həsən  sonuncu  Qaraqoyunlu 



hökmdarı  Cahanşahı  məğlub  etdi,  beləliklə  Qaraqoyunlu  dövləti  süquta  uğradı. 

Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu.

 

Özünun  ən  qüdrətli  çağlarında  Ağqoyunlu  dövlətinin  ərazisinə  Kürdən  cənubdakı 



Azərbaycan torpaqları, Diyarbəkr, Şərqi Kürdüstan və bir çox başqa vilayətlər daxil idi.

 

Ağqoyunlu  dövlətinin  başlıca  düşməni  Fateh  Sultan  II  Mehmet  (1451-1481)  idi. 



Qara dənizin cənubundakı Trabzon yunan dövləti Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu 

dövlətinin  müttəfiqi  idi.  Uzun  Həsən  Trabzona  öz  mülkləri  kimi  baxırdı.  Məhz  buna 

görə  də  II  Mehmet  1461-ci  ildə  Uzun  Həsənə  qarşı  müharibəyə  başlamazdan  əvvəl 

Trabzon yunan imperiyası üzərinə qoşun göndərdi. Uzun Həsən bu imperiyanı müdafiə 

etdi. Beləliklə, Ağqoyunlu qüvvələri ilə Osmanlılar arasında ilk döyüş Köylühisar adlı 

yerdə  baş  verdi.  Döyüş  Uzun  Həsənin  üstünlüyü  ilə  bitsə  də  o,  Osmanlılarla  sülh 

bağlamağa  məcbur  oldu  və  bu  işi  Şərqdə  ilk  diplomat  qadın  olan  anası  Sara  Xatuna  

həvalə  etdi.  Sara  Xatun  II  Mehmetin  düşərgəsinə  iki  məsələ  ilə:  Osmanlı  Sultanını 

ağqoyunlular üzərinə hücum etmək fikrindən əl çəkməsini və mümkün qədər Trabzonu 

fəth  etmək  fikrindən  döndərməli  idi.  Lakin  II  Mehmet  bu  təkliflərin  heç  birini  yerinə 




yetirmədi. Trabzon 1461- cı il oktyabrın 26 - da Türklər tərəfindən zəbt olundu. 1461-ci 

ildə Osmanlı Türkiyəsi ilə Aqqoyunlu arasında Yassıcəmən sülhü bağlandı. 

 

Uzun  Həsən  Avropa  ölkələri  ilə,  xüsusilə  Venesiya  respublikaları  ilə  əlaqələri 



gücləndirdi.

 

1464-cü ildə Venesiya hökuməti Ağqoyunlu sarayına bir neçə diplomat göndərdi ( 



Katerino Zeno, İosofat Barbaro, Ambroco Kontarini və s.)

 

XV  əsrin  60-70-ci  illərində  Venesiya  diplomatı  Ambroco  Kontarini  Osmanlıya 



qarşı  əməliyyat  planını  Ağqoyunlu  padşahı  ilə  razılaşdırdı.  Nəticədə  1472-  ci  ilin 

yazında  Uzun  Həsənin  göndərdiyi  Mirzə  Yusif  xanın  başçılığı  altında  Ərzincandan 

Qaraman  istiqamətində  hücum  edərək  bir  neçə  parlaq  qələbə  qazansa  da,  Aralıq 

dənizində  silah-sursat  gətirən  Venesiya  gəmilərinə  rast  gəlmədi.  Beləliklə,  Avropa 

dövlətləri ilə İttifaqı baş tutmadı.

 

1  avqust  1473-cü  ildə  Uzun  Həsən  Malatyada  Osmanlı  ordusunun  ön  dəstələrini 



məğlub etdi.

 

Lakin 10 gün sonra 11 avqust 1473-cü ildə Otluqbeli (Tərcan döyüşündə) Osmanlı 



ordusu  Ağqoyunlu  ordusunu  geri  oturtdu.  Buna  səbəb  Qərb  ölkələrinin  Uzun  Həsənə 

vəd etdikləri odlu silahları çatdırmaması idi. 

 

Beləliklə,  ilkin  vaxtlar  təşəbbüsü  ələ  alsalar  da  Ağqoyunlular  nəticə  etibarilə 



Osmanlı Türkiyəsinə uduzdu.

 

Buna  baxmayaraq  Uzun  Həsən  dövləti  möhkəmləndirmək  üçün  həm  Avropa 



dövlətləri, həm də qonşu ərazılərlə, məsələn, Ərdəbil şeyxləri ilə (Cüneyd, Heydər) və 

Ş

irvanşahlarla (I Xəlilulla, Fərrux Yassar) münasibətlər qura bilmişdir.



 

Uzun Həsənin ölümündən sonra (1478) oğlu Yaqub sultanın vaxtında (1478-1490) 

Ağqoyunlu  dövləti  müəyyən  qədər  inkişaf  etsə  də  1490-cı  ildən  başlanan  sülalə 

mübarizələrində  bir-birini  əvəz  edən  Baysunqur,  Rüstəm,  gödək  Əhməd,  Əlvənd, 

Muradın  dövründə  dövlət  zəiflədi.  Səfəvilərin  zərbəsi  nəticəsində  1501-ci  ildə  süqut 

etdi.


 

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə