Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

Son paleolit dövrünün əmək alətləri içərisində uclu qaşovlar, biz, kəsici, dairəvi, 

yarımdairəvi  və  uzun  qaşovlar,  gəzli  və  üçbucaq  alətlər,  prizmatik  nukleuslar,  habelə 

istehsal tullantıları əsas yer tuturdu.  

Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin formalaşması 

başa  çatmış  və  ibtidai  icma  quruluşunun  ilkin  pilləsi  yaranmışdır.  Bu  dövrdə  əqli  və 

fiziki  cəhətdən  daha  da  inkişaf  etmiş  insan  kollektivi  birgə  fəaliyyət  göstərə  biləcək 

daimi qruplarda birləşmiş, ibtidai sürü icması nəsli qəbilə quruluşu ilə əvəz olunmuşdu. 

Nəsli qəbilə quruluşunun əsasını qan qohumluğuna malik insanların qəbilə birliyi təşkil 

edirdi.  Nəsli  qəbilə  quruluşu  dövründə  insanlar  ana  xətti  üzrə  qohumluq  əlaqələri 

ə

sasında birləşmişdi. 



 

3. Azərbaycan ərazisində qədim  tayfa ittifaqları və ilk sinifli cəmiyyətlər. 

 

    



E. ə . III minillikdə Azərbaycan ərazisində qədim  tayfa ittifaqları və erkən dövlət 

qurumları  yaranmağa  başladı.Qədim  tayfa  ittifaqları  və  dövlət  qurumları  haqqında  ilk 

məlumatlar Şumer -  Akkad mixi yazılarında əks olunmuşdur.  Bu məlumatlara əsəsən 

Cənubi  Azərbaycan  ərazisində  yaşayan  tayfalar  kiçayarasında  mövcud  olmuş  şəhər 

dövlətləri ilə iqtisadi və erkən siyasi münasibətlər saxlamışlar. 

   


lk dövlət qurumu  e.ə.III minilliyin I  yarısında Urmiya gölünün cənub və cənub 

– şərq hissəsini əhatə edən Arrata  olmuşdur. Şumer qaynaqlarında “saf ənənələr ölkəsi” 

adlandırılan Arrata e. ə. XXVIII – XXVII  əsrlərdə mövcud olmuş Uruk şəhər dövləti 

ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdir. Aratta hökmarı En - Sukuşsiranın Uruk 

dövlətinin başçısı En – Merkar arasında baş vermiş siyasi rəqabət və qismən də dostluq 

münasibətləri Şumer – Arrata əlaqələri  haqqında geniş məlumatlar verir. E. ə. XXVII 

ə

srdə    Arattada  hökmdara  məxsus  vahid  hakimiyyət  və  dövlət  idarələri  mövcud 



olmuşdur.  Dini  görüşləri  çoxallahlıq  olan  Arattada  bərəkət  və  məhəbbət  allahı  olan 

nnanaya ibadət geniş yayılmışdı. 

       Arattanın    siyasi  səhnədən    çıxmasından  sonra  Azərbaycanda  yaranmış  ikinci 

dövlət  qurumu  Lullubi  olmuşdur.  E.ə.  XXIII  əsrdə  Urmiya  gölünün  cənubunda 

yaranmış Lullubi dövlət qurumu e.ə. XXIV – XXII əsrlərdə  kiçayarasında hakimiyyəti 



ə

lə  keçirmiş  Akkad  dövləti  ilə    mübarizə  apararaq  öz  mövcudluğunu  təsdiq  etməyə 

çalışmışdır. Lullubi hökmdarı Satuni (e.ə. 2230 – 2200) və  mmaşqun (e.ə.2200-2170) 

mərkəzi  Lullubi  dövlətini  möhkəmləndirməyə  çalışmış  və  buna  nail  olmuşlar.  Lullubi 

hökmdarı  Annubaninin  (e.ə.2170-2150)    dövründə  artıq  lulubilərin  ölkəsi  cənubda 

Diyala çayına, şimalda Urmiya gölünə qədər uzanırdı. 

  E. ə. III minillikdə  Urmiya gölünün qərb və cənub qərb torpaqlarında yaranmış 

kuti  tayfalarının  dövləti  formalaşmağa    başladı.  Kutilər  Akkad  dövlətinin  işğalçılıq  

siyasətinə qarşı çıxaraq hətta  kiçayarası ərazisinə müdaxilə  edirdilər. Kuti hökmdarları 

mta  (e.ə.2204-2197),  nqeşauş  (e.ə  2198-2192),  Sarlaq  (e.ə.2191-  2185),  Yarlaqaş 

(e.ə.2184-2178)  akkadlarla  mübarizədə  məglub  olsalarda,  onların  sələfi  Elulumeş 

(e.ə.2177-2171)  bu  vəzifənin  öhdəsindən  gəlmiş  və  e.ə.  2175–ci  ildə  Kutilər 

kiçayarasına  sahib  olmuşlar.  Lakin  sonradan  zəifləyən  kuti  etnik  birliyi  e.ə.  2104–cü 

ildə  hökmdar Tirikanın dövründə onların  kiçayarasındakı hakimiyyəti ləğv edilmişdir. 

Kutilərin  hakimiyyətinə  asanlıqla  son  qoyulması  onunla  bağlı  idi  ki,  onlar 

kiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. Ikiçayarasında kutilərin ağalığına son 

qoyulduqdan sonra kuti dövləti də süquta uğrayır, xırda hakimiyyətlər yaranır.  

 

4.  Manna dövləti. Yaranması, dövlət quruluşu və təsərrüfat həyatı 

Azərbaycan  dünyada  qədim  dövlətçilik  ənənələrinə  malik  olan  bir  ölkə  kimi 

tanınır. E.ə. III minillikdə erkən dövlət yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan 

türkləri  e.ə.  I  minilliyin  əvvəllərində  Azərbaycanın  cənubunda  Manna  adlı  yeni  bir 

dövlətin  əsasını  qoymuşdular.  Mannanın  adı  ilk  dəfə  e.ə.  843-cü  ildə  Assur  mixi 

kitabəsində  “Munna”  kimi  çəkilmişdir.  Urartu  yazılarında  bu  dövlətin  adı  Mana, 

Tövratda  isə  Minni  kimi  verilmişdir.  Urmiya  gölündən  cənubda  ç  Zamuada  yaşayan 

mannalılar  bu  bölgədə  mövcud  olan  siyasi  qurumları  –  “ölkələri”  öz  dövlətlərinin 

tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi. 

Urmiya  gölu  hövzəsində  yerləşən  bu  vilayətlərin  (Zamua,  Mazamua  Gilzan,Gizil- 

bunda,  Meişta  -  Mesi    və  s.)  vahid  dövlət  şəklində  birləşməsi  e.ə  .IX-  VIII  əsrlərin 

hüdudunda  baş  vermişdir.  Manna  hökmdarı  qeyri  –  məhdud  hakimiyyətə  malik  idi. 

Xarici  siyasəti    müstəqil  şəkildə  müəyyənləşdirmək  səlahiyyətinə  malik  olan  Manna 




hökmdarının idarəetmə sisteminə məşvərətçi orqan olan ağsaqqallar şurası da daxil idi. 

Hökmdardan  asılı  şəkildə  fəaliiyət  göstərən  əyanlar  və  dövlət  məmurları  ölkənin 

idarəçilik  sistemində  mühüm  rol  oynayırdılar.  Bütövlükdə  Mannada  canişinlik  sistemi 

yaradılmışdı. 

      Mannanın yüksəlişi isə  ranzunun(e.ə. 740 -719) hakimiyyətə gəldiyi dövrə  təsadüf 

edir.  ranzu  müstəqil  hakimləri  mərkəzi  hakimiyyətə  tabe  etdi  və  canişinlik  sistemi 

yaratdı.  Onun  dövründə  Cənubi  Azərbaycanın  demək  olar  ki,  bütün  torpaqları  Manna 

dövlətinin  tərkibində  idi  və  dövlətin  Şimal  hüdudları  Araz  çayına  çatmışdı.  Nəticədə 

Manna  qədim  Şərqin  dörd  qüdrətli  dövlətindən  biri  olmuşdu.  Iranzu  mərkəzləşmə 

siyasəti  yeridərək  bütün  vilayətlərin  hakimlərini  özünə  tabe  edə  bilmişdi.  Təxmini 

məlumatlara  əsasən,  Manna    dövləti  şimalda  Araz  çayı,cənub  və  cənub  şərqdə  Kassi 

ölkəsi,  qərbdə  Urartunun  cənubuna  qədər  uzanırdı.  Manna  dövlətinin  paytaxtı  zirtu 

şə

həri  idi.  E.ə.  VIII  –VII  əsrlərdə  Mannada  hakimiyyət  irsən  ötürülürdü.  Iranzudan 



sonar taxta onun böyük oğlu Aza (e.ə. 718-716), sonar digər oğlu Ullusunu (e.ə. 716-

680) oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Dövlətin ərazisi vilayətlərdən ibarət 

idi. Vilayətləri hökmdarın təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. Mannanın 

sərhədboyu  və  ucqar  vilayətlərinin  hakimləri  bəzən  mərkəzi  hakimiyyətə  tabe  olmaq 

istəmir, separatçılıq hərəkətlərinə yol verirdilər. E.ə. VII əsrin 70-50-ci illərində Manna 

hökmdarı  Ahşerinin  (e.ə.  675-650)  tam  müstəqilləşməsi  və  Assuriyaya  qarşı  çıxması 

yeni  savaşlara  səbəb  oldu.  E.ə.  660-659-cu  illərdə  assurlarla  mannalılar  arasında  baş 

verən  savaşda  Ahşeri  məğlub  oldu.  Bu  məğlubiyyətdən  sonar  Mannada  daxili 

çəkişmələr  başlamış  və  Ahşeri  e.ə.  650-ci  ildə  üsyan  nəticəsində  öldürülmüşdü. 

Hakimiyyətə  oğlu  Ualli  (e.ə.  650-630)  gəlmişdir.  E.ə.  VII  əsrin  sonlarında  Assuriya 

Babilistanla  ölüm-dirim  savaşına  çıxanda  Manna  müttəfiqlik  borcuna  sadiq  qalıb,  ona 

hərbi qüvvə ilə yardım göstərmişdi.  

Mannanın adı e.ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna iskitlər və 

Urartu  ilə  birlikdə  Babilə  qarşı  mübarizəyə  çağrılmışdır.  E.ə.  590-cı  ildə  Manna 

torpaqları Midiya ordusu tərəfindən işğal olunmuş və Manna dövləti süquta uğramışdı.  

Ə

lverişli  təbii–coğrafi  mövqeyi  Mannada  əkinçiliyin  və  maldarlığın  inkişafına 



şə

rait  yaratmışdı.  Burada  dəmyə  əkinçiliyi  ilə  yanaşı,  süni  suvarma  əkinçiliyi 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə