Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

Iskəndər  Misirdən  çıxaraq  kiçayarasına  doğru  hərəkət  etdi.  III  Dara  döyüşə 

ciddi  hazırlaşmış,  100  mindən  artıq  hərbi  qüvvə  toplamışdı.  Əhəməni  dövlətinin 

tərkibinə  daxil  olan  və  onu  tanıyan  ölkələr  kömək  məqsədi  ilə  hərbi  dəstələr 

göndərmişdilər. Əhəməni  ordusunun tərkibinə daxil olan midiyalılara Atropat başçılıq 

edirdi. 

Qavqamela  (cancal)  döyüşünə  Azərbaycanda  yaşayan  tayfalarda  cəlb 

olunmuşdu.  Kursi  Rufun  məlumatına  görə  kaspilər,  mardlar,  skitlər,  kadusilər  bu 

döyüşdə  iştirak  edirdilər.  Arrianın  məlumatına  görə,  alanlar,  sakesinlər,  həmçinin 

midiyalılar,  saklar  və  b.  sağ  cinahda,  kadusilər  sol  cinahda  düzülmüşdülər.  beləliklə, 

Cancal döyüşündə Azərbaycanda yaşayan tayfalar alban, sakesin, kaspi, kadusi, mard, 

sak və qafqazlı adı altında III Daranın tərəfində iştirak edirdilər. 

E.ə. 331-ci il oktyabr ayının 1-də Cancal (Qavqamela) düzənliyində qanlı döyüş 

başlandı. Dara döyüşün gedişində qorxuya düşərək Midiyaya qaçdı. Başsız qalmış ordu 

darmadağın  edildi.  Cancal  döyüşü  skəndərin  Şərqdə  udduğu  ən  böyük  döyüş  idi.  Bu 

döyüş  əhəməni  dövlətinin  süqutunu  başa  çatdırdı.  Qələbədən  sonra  skəndər 

müqavimətsiz  Babil  və  Elamın  paytaxtı  Suz  şəhərini  zəbt  etdi  və  şah  xəzinəsini  ələ 

keçirdi. Daha sonra  skəndər Əhəməni şahlarının vətəni Persidiya (Parsua) yola düşdü, 

Persepol şəhərini tutdu və Persepolun 120 min talant (1 talant 40 kq.-a qədər) qızıl və 

gümüşdən ibarət  xəzinəsinə  sahib oldu.  Persepol  yandırıldı.  Güman  edirlər ki, 12 min 

dananın  gönü  üzərində  yazılmış  müqəddəs  Avesta  həmin  yanğın  zamanı  məhv 

edilmişdir. 

E.ə. 330-cu ildə  sgəndər Midiyanın paytaxtı Ekbatana şəhərinə gəldi. III Dara 

ranın şərqinə qaçdı. Lakin Xəzər dənizinin cənubunda, Orta Asiyaya gedən yolda Dara 

(e.ə.  330-cu  ildə)  öldürüldü,  bununla  da  əhəməni  sülaləsinin  hakimiyyətinə  son 

qoyuldu.  sgəndər özünü əhəməni şahlarının varisi elan etdi.  

Iskəndərin  10  il  davam  edən  (e.ə.  334-324-cü  illər)  hərbi  yürüşü  qərbi 

Hindistanda sona yetdi. Isgəndər həmişəlik şərqdə qalmaq qərarına gəlir, döyüşçülərin 

yerli  əhali  ilə  yaxınlaşması  üçün  xüsusi  tədbirlər  keçirir,  onların  yerli  qızlarla 

evlənməsinə  və  şərqdə  məskunlaşmasına  şərait  yaradırdı.  O  köhnə  idarə  üsulunu 

saxlayır,  makedoniyalılarla  və  yunanlarla  yanaşı,  yerli  zadəgan  nümayəndələrinə, 




ə

sasən farslara ali vəzifələr tapşırırdı. Isgəndər yunan alimlərini, mədəniyyət sahəsinin 

nümayəndələrini,  bacarıqlı  insanlarını  şərq  ölkələrinə  aparır,  yunan  mədəniyyətinin 

şə

rqə  yol  açmasına  şərait  yaradırdı.  O,  bu  ölkələrdə  ellin  mədəniyyətini  yaymaq 



məqsədini güdürdü.  

Isgəndər  “Bütün  dünyanı”  zəbt  etmək  arzusunu  həyata  keçirə  bilmədi  və  e.ə. 

323-cü ildə 33 yaşında vəfat etdi.    

 

9. Atropatena dövlətinin yaranması. Əhalisi, ərazisi və təsərrüfatı. 

Makedoniyalı  sgəndərin  şərqə  yürüşü  nəticəsində  e.ə.  330-cu  ildə  əhəməni 

dövləti süquta uğradı. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e.ə. 331) 

antiq  müəlliflərin  Kiçik  Mada  adlandırdığı  Satraplığın  başçısı  Atropatın  rəhbərliyi 

altında  kadusilərin,  albanların  və  sakasinlərin  sgəndərə  qarşı  vuruşmaları  tarixi 

mənbələrdə əksini tapmışdır. Strabon yazırdı ki, Atropat öz ölkəsinin makedoniyalılara 

tabe  olmasına  yol  vermədi.  Isgəndərə  tabe  olmadığına  görə  əvvəl  satrap  vəzifəsindən 

uzaqlaşdırılan Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E.ə. 328-

ci  ildə  o,  Makedoniyalı  sgəndər  tərəfindən  Kiçik  Midiyanın  Satrapı  vəzifəsinə  təyin 

edildi. Nəticədə Kiçik Midiya adlandırılan gələcək Atropatena  torpaqları Makedoniya 

işğalından xilas oldu. E.ə. 324-cü ildə  sgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş 

üsyanı öz gücü ilə yatıran Atropat qızını  sgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə 

ə

rə  verərək  öz  mövqeyini  daha  da  möhkəmləndirdi.  E.ə.  323-cü  ildə  Makedoniyalı 



sgəndərin  ölümü  ilə  onun  imperiyası  sərkərdələri  arasında  bölüşdürüldü.  Perdikki 

dövlət  regenti  təyin  edilərək  əslində  sgəndərin  yerini  tutdu.  Görünür,  onun  səyləri 

nəticəsində  sgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı 

çəkilməmişdir.  E.ə.  321-ci  ildə  Perdikkinin  ölümündən  sonra  imperiya  yenidən 

bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e.ə. 321-ci ildə Küçük Mada, 

yəni  Atropatena  müstəqil  dövlətə  çevrildi.  Strabona  görə  yeni  dövlət  onun  qurucusu 

olan Atropatın adı ilə Atropatena adlandırılmışdır.  

Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətin siyasi, hərbi və iqtisadi 

qüdrətini  möhkəmləndirməyə  çalışırdılar.  E.ə.  III  əsrin  20-ci  illərində  Atropatena 

hökmdarı  Artabazan  Araz  çayından  nəinki  cənubda,  hətta  şimala  doğru  çox  geniş 




ə

razilərə malik olmuşdur.  

Selevki  hökmdarı  III  Antioxun  (e.ə.  223-187)  şərq  yürüşü  zamanı  selevkilərlə 

savaşda  məğlubiyyətə  uğrayan  Atropatena  hökmdarı  Artabazan  sülh  bağlayaraq 

onlardan asılılığı qəbul etdi. E.ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub 

olan selevkilərin mövqeləri zəiflədikdə Atropatena asılılıqdan çıxıb tam müstəqil oldu.  

E.ə.  III  əsrdə  yaranmış  Parfiya  dövləti  şərqdə  işğalçılıq  planlarını  həyata 

keçirməyə  çalışan  Roma  ilə  rəqabət  aparırdı.  E.ə.  53-cü  ildə  Parfiya  –Atropatena 

müttəfiq  qoşunlarının  Romaya  qarşı  apardıqları  Karr  döyüşündə  romalılar  ağır 

məğlubiyyətə  uğradılar.  E.ə.  36-cı  ildə  Mark  Antoni  Parfiya  və  onun  müttəfiqi 

Atropatena üzərinə böyük yürüşə başladı. Bu dəfə də romalılar məğlubiyyətə uğradılar. 

Atropatena  hökmdarı  I  Artabazd  (e.ə.  59-20)  bu  qələbəni  təntənə  ilə  qeyd  etdi.  Lakin 

Parfiyanın  Atropatenanı  özünə  tabe  etmək  cəhdi  Artabazdın  Roma  ilə  yaxınlaşmasına 

səbəb oldu.  

Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e.ə. 20-ci ilədək eyni 

zamanda Ermənistanı da idarə etmişdir. II Ariobarzanın dövründə (e.ə. 20 – b.e. 2-ci ili) 

də  Ermənistan  ərazisi  Atropatenanın  tabeliyində  olmuşdur.  Eramızın  20-ci  illərində 

Atropatena  ərazisi  Parfiya  tərəfindən  ələ  keçirilmişdi.  Nəticədə  350  ilə  qədər  mövcud 

olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdır.  

Atropatenanın  əhalisi  etnik  baxımdan  yekcins  deyildi.  Burada  matienlər, 

saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqaları yaşayırdılar.  

Atropatena  əlverişli  təbii-coğrafi  mövqeyə  və  iqlim  şəraitinə  əsaslanan  zəngin 

təsərrüfata malik olmuşdur. Əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Atropatenada 

heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. 

Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub, 

müxtəlif  sənət  sahələrinin  inkişafı  üçün  çox  zəngin  faydalı  qazıntılara  malik  idi. 

Dulusçuluq  geniş  inkişaf  etmişdi.  Atropatena  sənətkarları  yüksək  keyfiyyətli  metal  və 

gil  qablar,  müxtəlif  silah  növləri,  toxuculuq  məmulatı,  bəzək  şeyləri,  təsərrüfat  və 

məişət əşyaları istehsal edirdilər. 

 

 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə