xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 minlik ərəb ordusundan
30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə Məhəmməd ibn Hümeyd
öldürüldü.Xürrəmilər 830-cu ildə qələbə çalaraq böyük strateji əhəmiyyəti olan
Həmədanı tutdular (birinci Həmədan döyüşü). Bu üsyançıların nizami ərəb orduları
üzərində beşinci parlaq qələbəsi idi. IX əsrin 30-cu illərin əvvəlləri azadlıq
müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar.
Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi ilə bir
vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan
yaxınlığında şiddətli döyüş başlandı (ikinci Həməmdan döyüşü). Bu döyüşdə xürrəmilər
ilk dəfə olaraq ağır məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə
Mötəsimə öz sələfinin üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı.
Bizansla müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı
mübarizəyə sərf etdi. Afşin Heydər ibn Kavus 832-ci ildə xürrəmilərə qarşı vuruşan
ə
rəb ordusuna baş komandan təyin edildi. Müharibə uzandıqca qüvvələr nisbətindəki
fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlı-sanlı sərkərdə Buğa
ə
l-Kəbirlə 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüşdə xürrəmilər onun
ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin avqustunda ərəb qoşunu Bəzz
qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş daha yaxşı silahlanmış və təchiz
olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il avqustun 26-dabaşlandı. Bu döyüşdə
yaralananlardan və itkin düşənlərdən əlavə, ərəblərdən 100 min nəfər, üsyançılardan 80
min nəfər həlak olmuşdu. Bəzzin süqutundan və ailə üzvlərini itirdikdən sonra Babək
qardaşı Abdulla ilə birlikdə Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun
yanına getmək yeni qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin
Babək xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin
hökmü ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət
Azərbaycan xalqının mübarizə əzmini söndürə bilmədi.
16. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-Məzyədilər,
Sacilər, Salarilər)
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil
feodal dövlətləri meydana gəldi. IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal
dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail
olurdular.
Ş
irvanş ahlar. Bu dövlətin yaradıcısı Heysəm ibn Xalid Şirvanın birinci rəsmi
məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər (861-1538)
adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan istifadə edən
Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və mərkəzi hökümətlə
ə
laqəni kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti bərpa edildi. Məzyədilər sülaləsinin
hakimyyətinin ilk dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda
Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə edilirdi.
Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə Şəki, Beyləqan və Bərdə
Ş
irvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci
rübündən etibarən Yəzidiyyə (Şamaxı) şəhəri olmuşdu. Məzyədi sülaləsinin uğurlu
siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında
Məzyədilər öz vassaları ilə birlikdə əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinə tabe
idilər. Daxili idarə işini öz əllərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI
ə
srin 60-70-ci illərində Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha
da ağırlaşdı. Şəddadilər hakimi Şavurun Şirvana hücumları başlandı. Şavur Şirvanda bir
sıra qalaları ələ keçirdi və 40 min dinar xərac alıb geri qayıtdı. Ön Qafqazda
hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan Məlikşahın
dövründə Dərbənd iqta şəklində raq hakiminə bağışlandı. Şirvanşah Məzyədilər daxili
istiqlaliyyətlərini saxlamaq şərtilə səlcuqların vassalına çevrildi və hər il sultanın
xəzinəsinə 40 min dinar xərac verməli oldu.Şirvanşahlar titulu ləğv edildi.Məzyədilərin
də iki növ qoşunu vardı. Əsas qoşun şahın xüsusi qvardiyasından ibarət idi. Bundan
ə
lavə iri feodalların və vilayət hakimlərinin xüsusi qoşun dəstələri olurdu.
Sacilə r dövlə ti. IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda
meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti
(889-942-ci illər ) idi. Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri
Məhəmməd və Yusif müxtəlif vaxtlarda xilafətin əyalət hakimləri olmuş, Abbasilər
hakimyyətinə qarşı baş baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişlər.
Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət onun
ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə yaranmışdı.
Xidmətləri ilə xəlifənin rəğbətini qazandığına görə 889-cu ildə Məhəmməd
Azərbaycanın hakimi təyin olundu. 901-ci ilin martında Məhəmmədin ölümündən
sonra hakimiyyətə oğlu Divdad keçdi. Həmin ilin avqustunda əmisi Yusif Divdadı
hakimyyətdən salıb özü xəlifənin Azərbaycan hakimi və canişini oldu. Azərbaycan
bütövlüklə onun hakimiyyəti altında birləşmişdi. Yusif hər il Xilafətin xəzinəsinə 120
min dinar xərac verirdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri yaxınlığındakı döyüş
zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü. Yusifin
ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə
Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin
hakimyyətini Salarilər əvəz etdilər.
Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn MəhəmmədGilan
vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlandırıldı.O,
942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən
hakimyyət onun təmsil etdiyi Salarilər sülaləsinin (942-981) əlinə keçdi. Salarilər
dövlətinin də paytaxtı Ərdəbil idi. Salari hakimi Mərzuban ibn Məhəmməd çətin
mübarizə şəraitində Sacilər dövlətinin hakimyyəti altında olan Azərbaycan torpaqılarına
sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Azərbaycanın şimal-qərb
vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu
kimi, Şirvanşahlar Məzyədilərin dövləti Salarilərə tabe edildi. Bununla da Salarilərin
ş
imal sərhədi Dərbəndə qədər uzandı. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə,
Zəncanın, Əbhərin və Qəzvinin sfahan hakiminin asılılığında qalması Mərzubanı
narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail
olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Savaş
Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Lakin
Mərzuban anasının və yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən qaçıb
Ə
rdəbilə gələrək hakimyyəti ələ keçirdi. 957-ci ilin dekabrında Mərzuban ibn
Məhəmmədin ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arasında hakimyyət
Dostları ilə paylaş: |