Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   2   3   4   5   6   7   8   9   ...   75

 
12
        
 
        Şəkil 5. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək alətləri 
 
 
Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının 
aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu göstərir. Ocaq birbaşa 
girişdə yox, qapıdan 20-25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur. 
O dövrdə Azıx mağarasını  əhatə edən bitki örtüyü də  fərqli olmuşdur. 
Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə 
etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı, 
göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki 
qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid 
olduğunu deməyə  əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes 
dövrünə, erkən Pleystocen, yaxud Tiraspol kompleksinin erkən inkişaf 
mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ 
uyğun gəlir. 


 
13
     
 
         Şəkil 6. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək alətləri 
 
 
Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə, 
rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel 
təbəqəsindən fərqlənir. Bu təbəqədən daş  məmulatı, qədim insanın çənə 
sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş 
məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş 
alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti 
ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş 
cinslərindən istifadə edilməmişdir. Daş alətlərin hazırlanmasında felzit, çaxmaq 
daşı, bazalt, çaxmaqdaşlı  əhəngdaşı, bəzən isə xalsedondan istifadə edilmişdir. 
Əmək alətləri çopper, çoppinq, əl çapacağı,  ərsin və itiuclularla təmsil 
olunmuşdur.  Əmək alətləri ilə  bərabər qəlpələr, parçalanmış  və bütöv təbii çay 
daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək 
alətləri ümumi əlamətlərinə görə altıncı  təbəqənin alətlərindən fərqlənmir, üst 


 
14
qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında 
da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol 
kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir. Мüxtəlif 
landşaftlarda  yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel 
dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel Azərbaycanda  Мindel-Ris  
buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna 
qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at, 
eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır. 
   
 
                
Şəkil 7. Orta Aşel mədəniyyətinin əmək alətləri 
 
1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün 
tapılması  Aşel insanlarının fiziki quruluşu haqqında müəyyən fikir yürütməyə 
imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və 
xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən 
qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif 
Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun 
preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının 
geoloji dövrü və  Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur. 
Azıxantropun çənə parçasına  əsasən demək olar ki, Aşel mədəniyyətinin 
daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla 


 
15
bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli 
insanlar yayılmışdır. 
Tədqiqatlar zamanı aşkar olunan ocaq qalıqları Aşel insanlarının odla tanış 
olduğunu və ondan istifadə etdiyini təsdiq edir. Ocaqların olduqca yaxşı 
saxlanması toplanan yanacaq materialı haqqında da müəyyən təsəvvür  əldə 
etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə, 
qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında 
yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə 
mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən 
kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının 
alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları  aşkar 
edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün 
əks tərəfində, mağaranın  şimal divarı yaxınlığında aşkar olunmuşdur. Burada 
həmçinin qədim evin təməlinin qalıqları  aşkar edilmişdir. Beşinci ocağın dibi 
əhəngdaşı lövhələri, ətrafı isə qaya  daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50 
sm olmuşdur. 
1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində 
gizlin guşə  aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu. 
Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri 
qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının 
həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri 
daşımışdır.  Мağaranın birinci zalı  qədim insanlar üçün yalnız mənzil rolunu 
oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur. Odun əhəmiyyətini 
görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir.  
Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrin-
də ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək 
Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş  və Azıxda rastlanmışdır. 
Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar. 
Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil, 
mənzilin istidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə, 
lakin müəyyən sahədə  aşkar olunması göstərir ki, daşın emalı mağaranın 
girişində, yaşayış sahəsi isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx 
mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın 
digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən 
dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss 
etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral 
buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir. 
Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir. 
Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən 
istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar. 
Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o 
dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən  fikir deməyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə