Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

 
136
Íèòãèí ìöíàñèáëèéè ö÷öí ìèñàëëàð âÿ ñèòàòëàð åëÿ ñå÷èëìÿëèäèð êè, êîíêðåò äèë ñèòóàñèéàëàðûíûí, ÿäÿáè 
öñëóáëàðûí, çÿðóðè ñþç âÿ èôàäÿëÿðèí èøëÿäèëìÿ ãàíóíàóéüóíëóüó íÿçÿðÿ àëûíñûí. 
Íèòãèí ìöíàñèáëèéèíè øÿðòëÿíäèðÿí àìèëëÿð è÷ÿðèñèíäÿ àøàüûäàêûëàð äàùà þíÿìëèäèð: 1) Ìþâçóíóí (ôèêðèí) 
ìÿçìóíóíà óéüóí äèë ìàòåðèàëûíûí ñå÷èëìÿñè; 2) Äèë âàñèòÿëÿðèíèí íèòãèí ìÿãàì âÿ øÿðàèòèíÿ óéüóíëóüó; 3) Íèòã 
öñëóáóíäàí àñûëû îëàðàã äèë âàñèòÿëÿðèíèí ìÿãñÿäÿóéüóíëóüó; 4) Äèë ìàòåðèàëûíûí íàòèãèí øÿõñèééÿòèíÿ, éàøûíà, 
ñàâàäûíà, äöíéàýþðöøöíÿ, ñÿíÿòèíÿ óéüóíëóüó. 
 
N TQ N RAB TƏL L Y . Íèòã  ïðîñåñèíäÿ ÿýÿð ñþçëÿð éåðëè-éåðèíäÿäèðñÿ, cöìëÿëÿð äöçýöí ãóðóëìóøñà, 
ìþâçó ðàáèòÿëè, ÿëàãÿëè øÿêèëäÿ øÿðù îëóíóðñà, äåìÿëè, èíôîðìàñèéà âåðÿí èôàäÿ åòäèéè ôèêðè éàõøû áèëèð, îíóí 
ìàùèééÿòèíè ùÿðòÿðÿôëè äÿðê åäèð. Áu âàõò ùàäèñÿíèí, ôàêòûí èçàùîëóíìà àðäûcûëëûüû ìÿíòèãÿ ÿñàñëàíûð. 
Öìóìèééÿòëÿ, àðäûcûëëûãëà øÿðù îëóíàí ìàòåðèàë éàõøû àíëàøûëûð, ìÿíèìñÿíèëèð. 
 
Natiq  fikrini  sərbəst,  aydın,  ardıcıl,  yığcam  və  təsirli  ifadə  edə  bilmək  üçün  ədəbi  tələffüz  qaydalarını 
gözləmək,  cümlələri  düzgün  qurmaq,  sözləri  yerli-yerində  işlətməklə  yanaşı,  nəzərdə  tutduğu  məzmunu 
özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.   
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 
      1.  Nitq  məzmunca  dolğun  olmalıdır.  Bunun  üçün  natiq  nitqin  predmetini  –haqqında  danışacağı  (və  ya 
yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər 
şə
rhçi  beynəlxalq  aləmdə  baş  verən  hadisəni,  onu  doğuran  səbəbləri  özü  yaxşı  bilmir,  aydın  təsəvvür  etmirsə, 
həmin  hadisənin  nə  ilə  nəticələnəcəyi  proqnozunu  verə  bilmirsə,  onun  söhbəti,  şübhəsiz  ki,  dinləyici  üçün 
qənaətləndirici  ola  bilməz.  Başqa  bir  misal.  Əgər  müəllim  təhlil  edəcəyi  bədii  əsəri  oxumayıb,  onun  haqda 
başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz. 


 
137
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. 
Başqa  cür  desək,  fikrin  izah  olunması  ardıcıllığı  məntiqə  əsaslanmalıdır.  Məsələn,  tutaq  ki,  mühazirəçi 
Azərbaycan dilinin orfoqrafiyası  barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla 
şə
rh etməlidir. 
 1) Orfoqrafiya haqqında məlumat, orfoepiya anlayışı 
2) Orfoqrafik qaydalara əməl olunmasının vacibliyi. 
3) Orfoqrafiyanın orfoepiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri. 
4) Azərbaycan dili orfoqrafiyasının tarixi, onun formalaşması və inkişafı. 
5) Müasir Azərbaycan dili orfoqrafiyasının əsas qaydaları: 
a) saitlərin təsnifatı; 
b) samitlərin təsnifatı; 
c) bəzi qrammatik formaların yazılış qaydaları. 
Belə  bir  ardıcıllıqla  şərh  olunan  material,  söylənilən  fikir  yaxşı  dinlənilir,  asan  başa  düşülür.  Əks  halda 
nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır. 
3.  Danışan  (yazan)  əsas  və  ikinci  dərəcəli  məsələləri  bir-birindən  ayırmağı  bacarmalıdır.  Natiq  şərhində  əsas 
məsələ  üzərində  xüsusi  dayanmalı,  söhbətin  mahiyyətini  dinləyiciyə  çatdırmalıdır.  Onun    nəzərində  tutduğu 
məsələdə ikinci dərəcəli fikirlər əsas  fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb 
gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə 
nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici 
belə söhbətdən tez can qurtarmağa çalışır.  
4.  Natiq  öz  sözü,  cümləsi,  düşüncəsi,  üslubu  ilə  danışmalıdır.    Özgə  dili  ilə,  hazır  cümlələrlə  danışmaq  nitqin 
keyfiyyətini  aşağı  salır,  onu  canlılıqdan  məhrum  edir.  Natiq    məlum  olanları  şərh  etdikdə  belə onları  öz  dili  – 
ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.  


 
138
 
 
N TQ N OR J NALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, 
bir  şəxsin  başqalarından  fərqli  danışması  və  yazmasıdır.  Nitqin  orijinallığı  bir  neçə  cəhətdən  özünü  göstərir  ki, 
bunlardan  birincisi  fərdi  tələffüz  tərzidir.  Nitqin  tələffüz    baxımından  fərqlənməsi,  nəzərə  çarpması  aşağıdakı 
amillərlə daha çox bağlı olur: 
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 
4.  Bir  qədər  astadan  danışmaq,  nitq  fasilələrində  daha  münasib  sözlər  fikirləşib  tapmaq  və  nitqini    davam 
etdirmək. 
5.  Danışıq  və  xüsusən  oxu  prosesində  intonasiya  çalarlarından  daha  bacarıqla,  məzmuna  uyğun    şəkildə 
istifadə edə bilmək. 
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, 
zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması. 
Nitqin  orijinallığını  təmin  edən  vasitələrdən  biri  də  bədii  təsvir  vasitələridir.  Bədii  təsvir  vasitələrindən 
(məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar – sözlərin 
təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi 
təsirli,  parlaq,  obrazlı  etməklə  bərabər,  ona  orijinallıq  da  gətirir.  Həmin  vasitələrdən  nitqdə  istifadə  bacarığına 
yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti 
baxımından  daha  yararlı  və  münasib  söz  və  ifadələrə,  digər  təsvir  vasitələrinə  diqqət  yetirməli,  onlardan  yeri 
gəldikcə  istifadə  etməyə  çalışmalıdır.  Volterin  təbirincə  desək,  “adamlar  yaxşı  yazıçıları  mütaliə  etdikcə,  yaxşı 
danışmağa vərdiş edirlər”. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə