Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

 
139
 
N TQ N  EKSPESS VL Y   VƏ  EMOS ONALLIĞI.  Ekspressivlik  (mənalılıq,  təsirlilik,  ifadəlilik)  nitqin 
obrazlığı, emosional keyfiyyəti, təsirliliyi deməkdir. Emosionallıq (həyəcan) emosiyanın ifadə edilməsi, emosiya 
ilə dolu olan, həyəcanlı, tez təsirlənən, tez mütəəssir olan mənadır. 
Ekspressivlik, emosionallıq və obrazlılıq bir-bir ilə əlaqədardır, onlar birgə təzahür edir. Emosionallıq ancaq 
patetik çıxışlarda, qızğın və coşqun nitqlərdə, məntiqi ardıcıllıq və təmkinlə söylənilən mühazirələrdə özünü 
göstərir. 
Ekspressivlik dilin bütün səviyyələrində müxtəlif vasitələrin köməyi ilə əldə edilir: fonetika, intonasiyanın 
ünsürləri (ton, vurğu, temp, fasilə və s.); leksika (sinonim, antonim, frazeologizm və s.); morfologiya (zaman, növ, 
şə
kil, nida və s.); sintaksis (nəqli, əmr, elliptik, ritorik sual və s. cümlələrlə); ekspressivliyə xidmət edən vasitələrlə. 
Emosionallıq yaradan başlıca dil vahidləri bunlardır: 1) hiss adları olan sözlər (təəssüf, kinayə, sevinc və s.); 
2) deyilən fikrə danışanın emosional münasibətini ifadə edən səciyyələndirici sözlər (alçaq, şərəfsiz, dələduz, 
fırıldaq, əziz); 3) neytral sözlərdə emosional qiymətləndirici sinonim kimi işlənən sözlər (qaçmaq-əkilmək, getmək 
- sürüşmək, ölmək-gəbərmək, cəhənnəmə vasil olmaq və s.); 4) məcazi mənalı sözlər və birləşmələr; 5) sintaktik və 
morfoloji ekspressiv vasitələr (ritorik fiqurlar, emosional qiymətləndirici şəkillər və s.; 6) emosional nidalar və 
ə
datlar (heyhat, əfsus, yazdı ki, ay gəldi ha). Emosional boya əlavə məna çalarıdır. Emosional boya dil faktı, dil 
hadisəsidir. Emosionallığın “rəngli” növləri üslubi cəhətdən neytral olan nitq fonunda təzahür edir. Sözün bütün 
emosional boyalarını iki böyük qrupda əks etdirmək olar: a) müsbət çalarlı emosional boyalar (təntənəli, dəbdəbəli, 
adi və s.); b) mənfi çalarlı emosional boyalar (etinasızlıq, dolama, həqarət və s). 
 
 
 
 
 
 


 
140
N TQ MƏDƏN YYƏT N N BAŞQA ELMLƏRLƏ ƏLAQƏS  
 
Hər bir insana bəllidir ki, yaşad
ığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu 
m
ürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin 
də  m
üxtəlif  şaxələrə  bölünməsinə  gətirib  çıxarır.  Nitq  mədəniyyəti  də  bu  elmlərdən  biridir.  Başqa  elm 
sahələrində  olduğu  kimi,  bu  sahədə  də  cəmiyyətin  tələblərindən  doğan  zəruri  məsələlər  diqqət  mərkəzində 
durmal
ıdır.  Cəmiyyətin inkişafı  ilə bərabər  inkişaf  edib bu günümüzə gəlib  çatan bir çox  elmlər kimi,  nitq 
mədəniyyəti  elmində  də  həllini  g
özləyən  məsələlər  mövcuddur.  Çünki  nitq  mədəniyyəti  uzun  illər  başqa 
elmlərin tərkibində formalaşm
ışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış 
nitq  mədəniyyəti  bu  g
ün  də  müxtəlif  elmlərlə  əlaqəli  şəkildə  inkişafını  davam  etdirir.  Nitq  mədəniyyətinin 
aşağ
ıdakı elmlərlə əlaqəsi mövcuddur: 
1.
  Dilçilik  
2.
  Ədəbiyyat 
3.
  Üslubiyyat  
4.
  Psixologiya  
5.
  Pedaqogika  
6.
  Tarixlə  
7.
  Etika 
8.
  Estetika 
9.
  Fiziologiya 
10. Məntiq və s. 


 
141
Qeyd edək ki, bu b
ölgü şərti xarakter daşıyır. Burada əsas elmlər nəzərdən keçirilir. Siyahıya fəlsəfəni, 
mətnş
ünaslığı, ədəbiyyatşünaslığı, fizikanı, hətta riyaziyyatı da əlavə etmək olar. 
Nitq mədəniyyətinin b
ütün elmlərin açarı olan dillə əlaqəsi haqqında I fəsildə ətraflı məlumat vermişik. 
Onun ədəbiyyatla əlaqəsindən dan
ışanda birinci növbədə yadda saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii 
obrazlarla əks etdirən s
öz sənətidir. Deməli, həm nitqin, həm də ədəbiyyatın materialı sözdür. Ədəbiyyat xalq 
aras
ında  ən  geniş  yayılmış  elm  sahələrindən  biridir.  Bu  sənət  hamının  (qocaların,  cavanların,  ziyalıların, 
uşaqlar
ın, böyüklərin və başqalarının) diqqətini cəlb edib. Ədəbiyyat böyük auditoriyanı əhatə edir. Ona görə 
də  şair  və  yaz
ıçılarımız  əsəri  yazarkən, hər  bir  söz  haqqında,  cümlə  haqqında  dərindən  düşünüb,  ona  yeni 
rəng, 
çalar,  məna  verib  sonra  işlədirlər.  Beləliklə,  yazıçı  özü  bilmədən,  natiqlik  sənətinə  xidmət  edir.  Yəni 
nitqin  g
özəlliyinə  xidmət  edən  bu  ifadələr  bədii  təsvir  və  ifadə  vasitələrinin,  bədii  üslubun  yaranmasına, 
inkişaf  etməsinə  gətirib 
çıxarır.  Bədii  ədəbiyyatda  istifadə  olunan  məcazi  mənalı  sözlər,  sinonimlər,  cinas 
qafiyənin yarad
ılmasında işlənən omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır. Bədii əsərlərin 
dilinin  tədqiqində  dil
çi  dil  vahidlərini  təhlil  edərkən  yazıçının  nitq  qabiliyyətini,  dildən  istifadə  yollarını 
ayd
ınlaşdırmağa  çalışır.  Bu  da  ədəbiyyatın  nitq    mədəniyyəti    ilə    əlaqəsi,      elmi    nailiyyətlərin  qarşılıqlı 
istifadə olunmas
ı nəticəsində əldə edilir. 
Nitq  mədəniyyətinin 
üslubiyyatla  əlaqəsi  daha  geniş  şəkildə  özünü  göstərir.  Belə  ki,  hər  bir  yaradıcı 
adam nitqini 
öz səviyyəsinə uyğun qurur, müvafiq funksional üsluba müraciət edir. Üslubiyyat nitqin bütün 
məna 
çalarlarını,  fonetik,  leksik,  qrammatik  cəhətlərini  əhatə  edir.  Üslubiyyat  həm  də  kamil  nitqin 
prinsiplərini araşd
ırır, təhlil edir. Üslubiyyat elmi varlığını nə qədər gec təsdiq etsə də, müstəqil elm kimi çox 
geniş  şəkildə  təbliğ  olunmaqdad
ır.  Bu  haqda  alimlərin  (prof.  Ə.  Dəmirçizadə,  prof.  A.Qurbanov)  dəyərli 
tədqiqat işləri, kitablar
ı, məqalələri diqqəti cəlb edir. 
Ümumiyyətlə, üslubiyyat dilin təzahürü olan nitqi hərtərəfli öyrənib tədqiq edir. 
Nitq  mədəniyyətinin  psixologiya  ilə  əlaqəsi  də  araşd
ırılmağa  ehtiyacı  olan  problem  kimi  öz  həllinin 
təhlilini  g
özləyir.  Psixologiya  insan  xarakterlərini,  hər  bir  xarakterin  spesifik  xüsusiyyətlərini  öyrənir. 
Professor  A.Qurbanov  yaz
ır:  «Bu  mexanizmlər  içərisində  nitq,  ünsiyyət  və  təfəkkür  proseslərinin  tədqiqi 
dil
çilik  və  psixologiya  elmlərini  hansı  nöqtədə  isə  birləşdirir  və  əlaqələndirir».  Fikrini  davam  etdirən 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə