40
modernizasiyası, bu istiqamətdə daha müasir sahələrin inkişaf etdirilməsi ( KT,
kosmos sənayesi və s.) prosesləri intensivləşdirilmişdir. Əvvəllərdə qeyd etdiyimiz
kimi, bir-birinin ardınca ölkənin bütün iqtisadiyyat sahələrini və regionlarını əhatə
edən I, II və III Dövlət Proqramları qəbul edilmişdir. Bu proqramlardan ikisi uğurla
icra olunmuş, III Dövlət Proqramı isə icra edilməkdədir. Bu dövlət proqramları ilə
yanaşı, qeyri-neft sektorunun hərtərəfli inkişafı üçün digər zəruri təşkilati tədbirlərin
siyahısı və coğrafiyası xeyli genişləndirilmişdir. Prezident lham Əliyev qeyri-neft
sektorunun inkişaf konsepsiyasının formalaşmasının və şaxələndirilməsinin baş
tutması üçün çoxlu sayda Sərəncamlar, Fərmanlar vermiş, bu sahənin inkişaf
prosesləri daim ciddi səviyyələrdə müzakirə edilmiş, müvafiq qərarlar qəbul
olunmuşdur. lham Əliyev bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı və kənd
təsərrüfatının inkişafı Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Mən
hökümət üzvlərinə müraciət edərək demişdim ki, gərək biz hamımız neft amilini
kənara qoyaq. Orada işlər çox uğurla davam edir və bu sahə Azərbaycana böyük
həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki
Azərbaycanda neft yoxdur. Iqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft
sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı inkişaf etmiş
ölkəyə çevirə bilərik. Professor C. Stiqlitz də Azərbaycanda neft 25 il və yaxud daha
artıq müddətdə olacağını bildirmişdir. O, qeyd etmişdir ki, bu imkan bir dəfə verilir
və ondan maksimum istifadə edib digər sahələri inkişaf etdirmək lazımdır . Biz
əvvəlki paraqrafda Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası və əldə etdiyi
nailiyyətlərin bir sıra xüsusiyyətləri barədə tədqiqat materialları verdiyimizdən və
təhlil etdiyimiz göstəricilərdən çıxış etsək, qeyd etmək olar, ölkə iqtisadiyyatı qeyri-
neft sektorunun inkişafı istiqamətində güclü potensialının reallaşdırılması dövrü
mərhələsindədir. Bunlarla belə, bizə görə, Azərbaycanda qeyri-neft sektorunun
potensialından daha səmərəli istifadə edilməsi üçün bir qrup prioritet istiqamətlərin
reallaşdırılmasının həll edilməsi zəruridir və bunlar barədə irəlidə materialları
verəcəyik.
Azərbaycan iqtisadiyyatı müasir dövrdə, qeyd etdiyimiz kimi şaxələndirmə,
başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Diversifikasiya sözünün
41
müasir forması ingilis dilində işlədilən “diversification” termininə əsaslanır və əsasən
məhsul çeşidinin genişləndirilməsi kimi başa düşülür. Bununla yanaşı müasir dövrdə
diversifikasiya anlayışı milli iqtisadiyyatın inkişaf xüsusiyyətini və istiqamətlərini
xarakterizə etməkdə, şirkət və birliklərin fəaliyyət xarakterlərinə görə
qruplaşdırılmasında vacib elementlərdən biri kimi özünü biruzə verir. Məsələn,
iqtisadi fəaliyyətin çoxsahəliliyi və müxtəlifliliyi, çoxprofilli şirkət və s. Tədqiqatçı
. Aslanzadə qeyd edir ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafının başlıca
istiqamətlərindən biri iqtisadiyyatın və onun ayrı-ayrı istehsal sahələrinin
diversifikasiyasıdır. Emal sənayesinin müasir iqtisadi və texniki durumu
diversifikasiya meylinin hər vasitə ilə gücləndirilməsini tələb edir. Bu məqsədlə
beynəlxalq miqyasda qazanılmış təcrübədən istifadə etmək lazımdır. Həmin
təcrübədən bəhrələnərək yaxın dövrlərdə Azərbaycanda əvvəla, inkişaf etmiş bazar
infrastrukturunun yaradılması; ikincisi, iqtisadiyyatın diversifikasiyasına kömək edən
dövlət maliyyə institutlarının yaradılması; üçüncüsü, qeyri-neft sektorunun iqtisadi
stimullaşdırılması sisteminin işlənməsi (vergilər, tariflər və s.) və dördüncüsü, milli
iqtisadiyyatın diversifikasiyası və sanayenin qeyri-neft sektorunun inkişafının dövlət
indikativ planlarının (proqramlarının) qəbul edilməsidir. Müəllif sənayenin ayrı-ayrı
sahələrinin sürətli inkişafının təmin edilməsini vacib saymışdır . Tədqiqatçı C.
Yusifov bildirir ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti-
milli istehsalçıların məhsullarına olan tələbatın daxili bazarda ciddi artırılmasının
təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi qəbul
olunmalıdır . Bu tədqiqatçıların mülahizələrini ümumiləşdirsək, görərik ki, ölkənin
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində əsas element kimi-sənayenin
kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müxtəlif sektorlarının potensialından
səmərəli istifadə olunması, yüksək standartlara cavab verən milli məhsulların və
malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixrac yönümlü malların çeşidinin
artırılması və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsi həcminin
yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi
çıxış edir.
42
Professor Q. Səfərov qeyd edir ki, artıq iri enerji layihələrinin əksəriyyəti başa
çatdırılıb və yaxud icra edilməkdədir. Artıq qeyri-neft sektorunda iri həcmli layihələr
başlanılıb, ölkənin iqtisadi inkişafının neftdən asılılığının azaldılması prosesləri
müşahidə
olunur.
Tədqiqatçı
Ş.
Əliyev
Azərbaycan
iqtisadiyyatının
diversifikasiyalaşdırılmasının, ÜDM-də özəl sektorun və xidmət sahəsinin payının
artırılmasının, sənaye sahələrində, o cümlədən neftqaz maşınqayırması, neftkimya,
metallurgiya, cihazqayırma, tikinti materialları istehsalı, aqrar sektor və kənd
təsərrüfatı məhsulları istehsalı sahələrində inkişafın sürətləndirilməsinin, yeni
iqtisadiyyat sahələrinin –
KT, turizm və kosmik sənayesinin rolunun
gücləndirilməsinin,
xarici
ticarət
dövriyyəsi
strukturunun
diversifikasiyalaşdırılmasının vacibliyini qeyd etmişdir .
2003-cü ilin sonlarından başlayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın
dinamikasının sürətləndirilməsində qeyri-neft sektorunun roluna ciddi önəm diqqəti
cəlb edir. Ölkə ÜDM-nin ümumi həcmində qeyri-neft sektorunun payı Cədvəl 2.3.-də
verilmişdir.
Cədvəl 2.3.
Azərbaycan Respublikasının ÜDM-də qeyri-neft sektorunun payı (mlrd.
manatla)
s/s Gösrəricilər
2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
1
Cəmi ÜDM
8,5
12,5
18,7
28,4
40,1
35,6
42,5
52,1
54,0
57,7
2
O cümlədən:
3
Qeyri-neft
sektoru
5,6
7,0
8,2
11,7
17,1
18,6
21,4
25,4
28,5
32,6
4
Qeyri-neft
sektorunun
ÜDM-xüsusi
çəkisi %-lə
65,9
56,0
43,9
41,2
42,6
52,2
50,4
48,8
52,8
56,6
Qeyd: Cədvəl 2.3. ARDSK-nin materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Cədvəl 2.3.-dən göründüyü kimi, 2004-2005-ci illərdə ÜDM-in real həcmi 6,8
dəfə, o cümlədən qeyri-neft sektorunun həcmi 5,8 dəfə artmışdır. Əgər 2004-cü ildə
qeyri-neft sektorunun ölkə ÜDM-də xüsusi çəkisi 65,9 % idisə, bu rəqəm 2007-ci ildə
41,2 %-ə kimi enmiş, 2009-2012-ci illərdə demək olar ki, eyni səviyyədə qalmış,
yalnız 2013-cü ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər
Dostları ilə paylaş: |