Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

48 

 

-



  metallurgiya sənayesi 

1,8 


0,9 

03.


 

Elektrik 

enerjisi, qaz və 

buxar istehsalı, bölüşdürülməsi və təchizatı 

5,2 

5,2 


Qeyd: Cədvəl 2.6. ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır . 

 

Cədvəl  2.6.-dan  bu  nəticəyə  gəlmək  olar  ki,  hazırda  Azərbaycanın  real  sənaye 



sahələrinin  potensialından  zəif  istifadə  edilməsi  davam  etməkdədir.  Çünki,  qida  və 

neft məhsullarının istehsalı istisna olmaqla, heç bir real emal sənayesi sahəsi ümumi 

istihsalın  strukturunda  1  %-lik  belə  xüsusi  çəkiyə  malik  deyillər.  Kimya  və 

metallurgiya sənaye sahələri isə 2005-ci ildəki mövqelərini itiriblər və s. 

2005-2013-cü  illərdə  iqtisadi  fəaliyyət  növləri  üzrə  sənaye  istehsalının 

indekslərində  də  azalma  müşahidə  edilmişdir  və  bu  göstəricilər  Cədvəl  2.7.-də 

verilmişdir. 

Cədvəl 2.7. 

Azərbaycan Respublikasında iqtisadi fəaliyyət növləri üzrə sənaye istehsalının 

indeksləri (əvvəlki ilə nisbətən, %lə) 

 

2005 


2010 

2011 


2012 

2013 


Bütün sənaye, o cümlədən: 

133,5 


102,6 

95,0 


97,8 

101,8 


01.

 Mədənçıxarma sənayesi 

141,5 

101,2 


91,6 

95,8 


100,7 

02.


 Emal sənayesi, o cümlədən: 

116,0 


109,4 

107,1 


105,4 

105,8 


03.

 Elektrik enerjisi, qaz və 

buxar istehsalı, bölüşdürülməsi və 

təchizatı 

105,3 

108,1 


108,4 

111,7 


103,2 

04.


 Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı 

88,4 

98,5 


112,0 

101,3 


111,7 

Qeyd: Cədvəl 2.7. ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır . 

 

Cədvəl 2.7.-dən bu mülahizəni irəli sürmək olar ki, 2005-2013-cü illərdə ölkədə 



sənaye  istehsalının  indekslərinin  sabit  dinamikasını  təmin  etmək  mümkün 

olmamışdır.  Əksinə,  2010-cü  ildən  başlayaraq  bütün  sənaye  üzrə,  əsasən 

mədənçıxarma  sənayesində  indekslər  azalmağa  doğru  istiqamətlənmişdir.  Emal 

sənayesinin  2012-2013-cü  illərdə  müvafiq  olaraq,  105,4  %  və  105,8  %  indekslərə 

malik  olması  belə,  ümumi  sənayenin  azalma  tendensiyasının  qarşısını  ala 

bilməmişdir.  Bu  baxımdan  tədqiqat  işində  qeyri-neft  sektoru  sahələrinin  istehsal 

potensialının  artırılması  ilə  bağlı  aparılan  araşdırmaların,  söylənilən  fikir  və 



49 

 

mülahizələrin,  irəlidə  veriləcək  təklif  və  tövsiyyələrin  nə  dərəcədə  mühümlüyünü 



təsəvvür  etmək  bir  qədər  asanlaşır.  Çünki,  emal  sənayesinin  sürətli  inkişafına  nail 

olmadan, qeyri-neft sektoru sahələrinin rəqabət qabiliyyətini təmin etmədən ölkə üzrə 

güclü  sənaye  potensialını  formalaşdırmaq  vəzifəsinin  öhdəsindən  gəlinməsi  real 

görünmür.  Ölkənin  emal  sənayesinin işinin bir  sıra  əsas  göstəriciləri  Cədvəl 2.8.-də 

verilmişdir. 

Cədvəl 2.8. 

Azərbaycan Respublikasında emal sənayesinin işinin əsas göstəriciləri  

 

2005 



2013 

01.


 Məhsulun həcmi (qüvvədə olan faktiki 

qiymətlərlə), mln. manat 

3073,1 

6777,2 


02.

 Natural ifadəsində istehsal: 

 

 

polad borular, min ton 



1,3 

60,9 


polietilen, min ton 

53,0 


76,0 

bərk polietilen borular, şlanqlar, qollar, ton 

1895 

26162 


sement, min ton 

1537,9 


2120,3 

ət, cəmi, min ton 

130,7 

284,5 


qənd və şəkər tozu, min ton 

3,6 


414,1 

bitki yağları, min ton 

64,1 

100,2 


üzüm şərabı, min dkl 

400,5 


753,1 

Qeyd: Cədvəl 2.8. ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır . 

 

Cədvəl  2.8.-in  təhlili  göstərir  ki,  hazırda  qeyri-neft  sektorunda,  o  cümlədən 



sənaye  sahələrində  rəqabətqabiliyyətli  sənaye  potensialının  artırılmasına  ciddi  təsir 

göstərə  biləcək  məhsulların  çeşidi  məhduddur  və  onların  genişləndirilməsi  zərurəti 

strateji vəzifə kimi çıxış edir. 

Son illərdə  Azərbaycanda  dinamik  inkişaf  tendensiyası  ilə  fərqlənən qeyri-neft 

sektorlarından  biri  də  -tikinti  sənayesidir.  Əgər  2005-ci  ildə  tikinti  işlərinin  ümumi 

həcmi  1558,0  mln.  manat  idisə,  bu  rəqəm  2013-cü  ildə  8227,1  mln.  manat  təşkil 

etmişdir.  2005-2013-cü  illlərdə  62  mlrd.  manata  yaxın  vəsait  əsas  kapitala 

yönəldilmişdir. 2013-cü il ərzində əsas kapitala yönəldilmiş 17,9 mlrd. manat vəsaitin 

73,0  %-i  qeyri-neft  sektorunun  inkişafına  istiqamətlənmişdir  .  Digər  bir  dinamik 

inkişaf  tempi  nümayiş  etdirən  qeyri-neft  sektoru  kimi  –  nəqliyyat  sahəsini  qeyd 

etmək  olar.  2013-cü  ildə  nəqliyyat  sektorunda  yükdaşımaların  ümumi  həcmi  218,0 

mln. ton təşkil etmişdir ki, bu da 2005-ci illə müqayisədə 1,7 dəfə çoxdur. Nəqliyyat 




50 

 

sektorunda yük dövriyyəsinin ümumi həcmi 2013-cü ildə 90,9 mln. ton səviyyəsinə 



çatmışdır  ki,  bu  da  2005-ci  ilə  nisbətən  3,4  dəfə  artıqdır.  Avropa-Qafqaz-Asiya 

nəqliyyat dəhlizində yük daşımaların ümumi həcmi 2005-ci ildəki 46,7 mln. tondan 

2013-cü ildə 59,0 mln. ton səviyyəsinə qədər artmışdır . Başqa bir qeyri-neft sektoru 

sahəsi olan – Rabitə sahəsində informasiya və rabitə xidmətlərinin həcmi 2005-2013-

cü illərdə 3,2 dəfə artaraq, 2013-cü ildə 1528,1 mln. manat təşkil etmişdir.  KT-nin 

inkişaf  indeksi  2005-ci  ildə  2,58  olmuşdursa,  bu  göstərici  2013-cü  ildə  8,32-yə 

yüksəlmişdir.  KT  sektorunun  sürətli  inkişafı  qeyri-neft  sektorunun  prioritet 

sahələrindən  biri  statusunu  almağa  imkan  verib.  Ölkədə  KT-nin  inkişafı  ilə  bağlı 

Strategiyalar və Dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramlardan AR-da 

rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət 

Proqramı  (Elektron  Azərbaycan),  AR-nın  nkişafı  Naminə  nformasiya  və 

Kommunikasiya  Texnologiyaları  üzrə  Milli  Stategiya  (2003-2012-ci  illər)  və 

digərlərini  qeyd  etmək  olar.  Akademik  Ə.  Abbasov  qeyd  etmişdir  ki,  görülmüş 

tədbirlər  nəticəsində  KT  infrastrukturu  genişləndirilib,  müasir  xidmətlərə  və  bəzi 

KT məhsullarının ixrac edilməsinə başlanılıb . Azərbaycanın ilk telekommunikasiya 

peykinin fəaliyyəti artıq ölkəmizə gəlir gətirməyə və qeyri-neft ixracının potensialını 

genişləndirməkdədir. 

Qeyri-neft  sektorunun  mövcud  vəziyyətinin  təhlilində  bu  sahənin  inkişafında 

mühüm əhəmiyyət kəsb edən sahibkarlığın inkişafı dinamikası göstəriciləri də diqqəti 

cəlb  etmişdir.  Sənəddə  qeyd  olunur  ki,  hazırda  özəl  sektor  ÜDM-də  85  %,  vergi 

daxilolmalarında  72,4  %  təşkil  edir.  Özəl  bölmədə  istehsalın  həcmi  sənaye 

məhsulunun 81,4 %-i səviyyəsindədir. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və 

iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət 

bölməsinin  payı  70-99  %  arasında  dəyişir.  2013-cü  il  ərzində  müəssisə  və 

təşkilatların sayı 2012-ci ilə nisbətən 8,9 % artaraq, 86 min vahiddən çox olmuşdur. 

2013-cü  ildə  kiçik  müəssisələrin  sayı  10  %  artmış  və  hazırda  62,2  min  vahiddən 

çoxdur.  Fiziki  şəxslərin  sayı  isə  5,2  %  artaraq  455  min  vahidə  çatmışdır. 

Ümumyyətlə,  Azərbaycanda  iqtisadiyyatın  fəaliyyət  növləri  üzrə  müəssisələrin 

tərkibi  və  yeni  yaradılmış  müəssisələr  üzrə  01.01.2014-cü  il  vəziyyətə  emal 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə