Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

Nizami Muradoğlu 
 
106
Alxan kişinin ortancıl oğlu idi. Rövşən zarafat etmək 
istədi: 
-Qapıları nə bərk-bərk bağlayıbsan... 
-Neyniyim,  e,  ay  Rovşən  dadaş,  son  vaxtlar 
yenə  bu  hayların  arasında  pıçhapıç  başlayıb.  Pıç-
hapıç ev yıxar deyirlər, gərək ayıq-sayıq olaq. 
-Deyirəm axı... 
Rövşən  fikirləşdi  ki,  Hayriki  onun  yanında 
görən haylar  da  onlara  birtəhər baxırdılar.  Elə  Hay-
rik özü də bir qədər narahat kimi görünürdü. Axıra 
qədər Rövşəni tək buraxmasa da, hər halda nədənsə 
ehtiyatlandığı hiss edilirdi. 
 Yenidən  intiligent  yadına  düşdü.  Mizin 
arxasında saatlarla oturan, bir bardaq çaxırı qurtum-
qurtum  içib  ondan  həzz  alan  intiligent  yenə  guşə 
gəlmişdi.  Onun  söylədiklərindən  huşunda  qalan 
misralar Rövşənin qulaqlarında cingildəyirdi: 
 
Gör necə lərzə gəlib bütün bu meydan oynuyur. 
Meydanın ortasında bir sarı şeytan oynuyur. 
  
İntiligent  Qarabağ  hakimi  İbrahimxəlil  xanı  da 
lənətləyirdi: Bilirsən, Dadaş, gorbagor olmuş İbrahim 
xan gətirdi bunları. Əslində, bilirsən nə var? İbrahim 
xan  da,  Cavad  xan  da  şah  olmaq  istəyirdi.  Hər  iki 
xan rus imperiyası tərəfindən aldadılmış və sonra da 
məhv  edilmiş  bədbəxtlərdi.  Bəlkə  də  o  vaxt  Ağa 
Məhəmməd Şah Qacarın ətrafında birləşsəydilər, heç 


 Baba ocağı 
 
107
bu  müsibətlər  də  başlarına  gəlməzdi.  Hələ  bəzi 
tarixçilərin  yazdığına  görə  Ağa  Məhəmməd  Şah 
Qacarın ölümü də İbrahimxəlil xanın təşkilatçılığı ilə 
həyata keçirilmişdir.  
İbrahim  xan  1805-ci  ilin  may  ayının  14-də 
Gəncənin  20  verstliyində  Rusiyanın  Qafqazdakı 
Ordu  komandanı  general  Sisianovun  Kürəkçay 
sahilindəki  düşərgəsində  bir  bədnam  himayə  mü-
qaviləsi  bağlayaraq,  rus  imperatoruna  sədaqət  andı 
içib öhdəlik götürdü. Halbuki, Ağa Məhəmməd Şah 
Qacarın  ölümündən  sonra  Fətəli  Şah  müxtəlif 
güzəştlər  hesabına  da  olsa,  Qarabağ  xanlığını  Rusi-
yanın  himayəsi  altına  keçməkdən  çəkindirməyə 
çalışırdı. Fətəli Şah o vaxta qədər heç kəsə etmədiyi 
güzəştləri İbrahim xana təklif edir, Qarabağ mahalını 
şah xəzinəsinə çatmalı olan mədaxil ilə birlikdə əbədi 
olaraq İbrahimxəlil  xana verməyi öhdəsinə  götürür-
dü.  Bütün  bunların  müqabilində  isə  Tiflis  və  Gəncə 
yolunun  üstündə  olan  Əskəranın  hər  iki  qalası  və 
Şuşa  qalasının  ətrafında  qazılmış  səngərlərin  şahlıq 
qoşunları  tərəfindən  idarə  olunmasını  istəyirdi. 
Amma  İbrahimxəlil  xan,  bilirsən,  nə  etdi?  Bədnam 
“Kürəkçay  müqaviləsi”  ilə  Qarabağın  taleyini  qu-
mara qoydu.  
Məmləkətin  görəcək  günləri  hələ  qabaqdadır. 
Bu  Qarabağ  var  ha;  o  Qarabağ  yox,  qarabattağıdır 
məmləkətin. Dadaş, sən məndən cavansan,  inşallah, 
yaşayarsan,  görərsən,  hələ  qara  günləri  var  bu 


Nizami Muradoğlu 
 
108
yurdun,  bilirsən,  elə  sizin  Əylisin  də...  bir  məm-
ləkətdə ki, kimsə gələ otura, sən də ona tabe olasan, 
daha o məmləkətdə, demək, sənə yer yoxdu, Dadaş. 
Qonağı mindirərik çiynimizə, sonra deyərik düşmür. 
Babam  gərək  oni  çiyninə  mindirmədən  düşünə-
ydin... Amma  qəm  eləmə,  Dadaş,  vur  getsin,  onsuz 
da dünya fanidir. Çox fikir eləmə, sözdü deyirəm də. 
Sözə qaldı, bizə qaldı... 
 Amma  çoxdan  intiligentin  dediklərini  bu  gün 
Mirzə Tahir Əfəndi də demişdi. Elə bil bir-birilərinə 
dil vermişdilər.  
 
 
 
Səhər  oyananda  gün  dağlara  yayılmışdı,  dağ-
ların  üzü  gülürdü.  Əylisin  dağları  çılpaq  olsa  da, 
mehriban idi, isti idi. Həmişə dağları belə gülərüzlü 
görmüşdü. Bu gün də dağlar gülümsəyir, sanki ona 
“gəl-gəl”  deyirdi.  Qəlbində  çoxdan  çıxmadığı 
qayaların üstünə çıxmaq, gəzmədiyi dağları gəzmək 
istəyi  baş  qaldırmışdı.  Bir  vaxt  Qaçaq  Səmədin 
məskəni olmuşdu bu dağlar.  
Bir  gecə  bir  sürü  canavar  Əlbaba  qayasında 
Qaçaq Səmədin üzərinə hücuma keçirlər. Səməd bir 
daşa söykənib əlindəki xəncər ilə səhər açılana qədər 
canavarlarla mübarizə aparmışdı. Hava işıqlanandan 
sonra  canavarlar  Səmədi  buraxıb  getmişdilər. 
Canavarlar işıqda insana hücum etməkdən qorxarlar. 


 Baba ocağı 
 
109
Bu  əhvalatı  Rövşənə  Qaçaq  Səməd  özü  söyləmişdi. 
Bir də söyləmişdi ki, gərək canavardan qorxmayasan
onlar  çox  hissiyatlıdırlar.  Qorxduğunu  hiss  etsələr, 
hücum  edib  parçalayacaqlar,  ancaq  qorxmadınsa, 
mübarizə  apardığını  görüncə,  özləri  də  ehtiyatla-
nırlar. 
Rövşən  qarmaqarışıq  fikirlər  və  xəyallar  ilə 
başını  bir  xeyli  yordu.  Başında  bir  keylik  vardı,  tut 
arağının təsiri özünü göstərirdi. Özü özünü bir xeyli 
danladı.  O,  bura  bütün  pis  əməllərə  son  qoymağa, 
tövbə  etməyə  gəlmişdi.  İndi  nə  oldu  bəs?  Hələ 
tövbəyə başlamamış yenidən içkiyəmi qurşanacaqdı? 
Yaraşardımı?  Yox,  belə  getməz,  amma  bu  dindarlar 
da  heç  adama  əməlli-başlı  bir  yol  göstərə  bilmirdi. 
Əgər Mikayıl keşiş də bir yol göstərə bilməsə, daha 
onda kimə inanmaq olar, nəyə etibar etmək olar. Axı, 
hər  işin  bir  nəticəsi  olmalıdır.  Tövbənin  də  nəticəsi 
olmalıdır,  ya  yox?  Bax,  bir  ağac  əkərsən,  ağac 
böyüyüb meyvə gətirər. Bəs tövbə də belə olmalıdır. 
Tövbə edib nəticəsini görməlisən. Mən tövbə etməyə 
gəlmişəm.  Düzdür,  mən  çox  naqis  işlərlə  uğraşmı-
şam,  çox  adamları  döymüşəm,  incitmişəm.  Amma 
mən  bir  kasıbın  malına  göz  dikməmişəm,  bir  əlsiz-
ayaqsız adamı incitməmişəm, bir nəfər də olsun halal 
pul  qazanan  adamın  evini  aparmamışam.  Mən 
yetimin malını yeyənləri döymüşəm, millətin malını 
oğurlayıb  adını  “millət  atası”  qoyanların  pulunu 
əlindən  almışam,  axı  deyirlər  oğrudan  oğruya 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə