Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   49   50   51   52   53   54   55   56   57

 Baba ocağı 
 
233
yaxınlaşıb  onun  yanında  oturdu,  Rövşən  bəyin 
başını qaldırıb rahatlamaq istədi: 
      - Rövşən bəy... 
       Rövşən bəy Qulamın üzünə baxdı: 
      -    Qulam...-  deyib  bir  qədər  fasilə  verdi, 
danışmağa çətinlik çəkirdi, gözləri yumulurdu. 
       Qulam:-  Rövşən  bəy,  döz,  bir  az  da  döz,- 
dedi. 
       - Yox, Qulam, mənimki bura qədərdi. Məhər-
rəmi  Anastas  vurmuşdu,  mən  sənə  demirdim, 
istəmirdim qan tökülsün. 
       - Bilirdim, fürsət axtarırdım əlimə düşmürdü. 
       - Anastası vurdum. 
       - Bildim... 
       -  Mən  Əylisi  çox  sevirəm,  buradan  Araza 
baxırdım. Arazdan o yana da bizim ellərdi... 
       - Bilirəm... 
       - Qulam... 
       Rövşən bəyin üzü döndü, başı  yana düşdü. 
       Qulam  qışqırdı,  səsi  dağlara  dəyib  əks-səda 
verdi: 
- Rööövşəəənnn...  
Ədif  bəy  əsgəri  salam  verdi,  papağını  başından 
çıxartdı,  yanındakı  əsgərlər  də  papaqlarını 
çıxartdılar.  
Ağ  at  şahə  qalxdı,  kişnədi.  Qulamın  qonur  və 
Ədif  bəyin  qara  kəhəri  də  ağ  atın  dərdinə  şərik 
oldular, ona qoşulub kişnədilər.  


Nizami Muradoğlu 
 
234
 
 
 
Qəssab Yaqubun ət dükanının yanında dayanmış 
Nabatalı gördüyü mənzərədən şoka düşmüşdü. Hər 
şeyini  itirmiş  Nabatalının  yeganə  təsəllisi  Rövşən 
bəyin ümidli sözləriydi, indi Rövşən bəyi də itirirdi. 
Nabatalı  yaxşı  bilirdi  ki,  Rövşən  bəyin  yeganə 
düşməni Arakeldi. Qulamın qışqırıq səsini eşidəndə 
yuxudan  ayılan  kimi  oldu,  kimsə  “Rövşən  bəy 
öldü”-  dedi.  Nabatalı  daha  dözə  bilmədi,  əlini 
uzadıb Yaqubun ət baltasını götürdü, necə tulladısa 
Arakelin  başı  iki  yerə  parçalandı.  Erməni  dığaları 
saxladıqları  silahları  işə  salmağa  çalışdılar,  atəş 
açıldı.  Amma  əks  tərəflər  burun-buruna  dayan-
dığından  silahdan  istifadə  etmək  müşkül  məsələyə 
çevrildi,  aləm  qarışdı,  ermənilər  və  qaçqınlar 
əlbəyaxa  oldular.  Yerli  türklər  və  Ədif  bəyin  əsgər-
ləri  aranı  sakitləşdirməyə  çalışsalar  da,  mümkün 
olmadı. Qan su yerinə axırdı. 
    Petros  ayaqlar  altında  fəci  şəkildə  can  verdi, 
Arakel  öz  cəzasına  çatdı,  ölüm  onu  daha  ağır 
cəzalardan  qurtardı,  çünki  Əylisdə  hadisələrin  bu 
şəkildə  cərəyan  etməsinin  əsas  baiskarı  o  idi.  Saşa 
ağır  yaralandı  və  o  gündən  sonra  Əylisi  tərk  etdi. 
Keşiş  Mikayıla  heç  kim  əl  qaldırmadı,  hamı  onun 
gözəl  insan,  qayğıkeş  bir  ruhani  olduğunu  bilirdi,  
bir  neçə  il  sonra  Əylisdə  də  ömrünü  başa  vurdu.  


 Baba ocağı 
 
235
Petrosun  ölümündən  sonra  qaçaq  Səməd  ortalığa 
çıxdı, təsərrüfat işləriylə məşğul olmağa başladı.  
 Nabatalı  həddən  artıq  qəzəbliydi,  atdığı  balta 
Arakelin  başını  parçalayanda  erməni  dığaları  onun 
üstünə  hücum  etdilər.  Amma  Nabatalı  çox  güclü 
olduğundan  erməniləri  şil-küt  edib  sağ-salamat 
qurtardı. Nabatalıya “qırdı-çatdı” dedilər. O vaxtdan 
Nabatalının adı “Qırçat” qaldı, sonralar bu ad təhrif 
olnub “Qıcat” kimi formalaşdı.  
 Baba  Əylis  bazarının  arxasında  Dırnıs  aşırımına 
keçən yerdə, Səbətkeçməz çığırında keşik çəkirdi. Bir 
neçə  gün  öncə  Rövşən  bəyin  toplantı  zamanı 
sayıqlığı  artırmaq  haqqında  könüllülərə  verdiyi 
təlimatdan  sonra  Səbətkeçməzdə  post  qurulmuşdu. 
Səhərdən  postda  dayanmış  Teymuru  Baba 
əvəzləmişdi, Teymur toplantıdan bir xəbər bilmək və  
yemək  gətirmək  məqsədilə  mərkəzi  meydana 
enmişdi. Baba səbətkeçməz daşının arxasında oturub 
gözləyirdi.  
İlk  güllə  səsindən  Baba  güllənin  lap  yaxında 
açıldığını  başa  düşdü.  Səngərdən  boylanıb  baxdı. 
Qarşıda parağalı Aşotun  silahlı quldur dəstəsi  görü-
ndü. 
   Baba postda tək olsa da, əlverişli mövqe tutması 
onu cəsarətləndirirdi. Düşməni xeyli yaxına buraxıb 
nişangaha  gətirdi,  arada  bir  güllə  məsafəsindən  də 
az  yer  qalırdı.    "Ya  Allah"  deyib  nişan  aldı.  Güllə 
açıldı.  Qarşıda  gələnlərdən  biri  yerə  sərildi.  “Bu, 


Nizami Muradoğlu 
 
236
atamın əvəzi”, - dedi ovçu Baba. Düşmən vəlvələyə 
düşdü.  Babanın  mövqeyinə  güllə  yağış  kimi  yağdı.  
Sərt  qayalara  dəyən  güllələr  əks-səda  verib  vahimə 
yaradırdı.  Babanın  ikinçi  gülləsi  açıldı.  Bu  dəfə  də 
əks  tərəfdən  dəhşətli  bir  qışqırıq  eşidildi.  “Bu, 
qardaşımın əvəzi”, - dedi  Baba. 
Atəş  daha  da  şiddətləndi.  Ovçu  Babanın  başını 
qaldırıb nişan almaq imkanı yoxdu. Hərdən boşuna 
atmaq məçburiyyətində qalırdı. 
Düşmən  ovçu  Babanın  arxasına  keçməyə  çalışır-
dı. Ovçu Baba isə arxadan təhlükə gözləmədiyindən 
özünü ançaq qarşıdan gələn güllələrdən qoruyurdu, 
kiminsə sıldırım qayanı aşıb ona yaxınlaşa biləçəyini 
heç  təsəvvürünə  də  gətirmirdi.  Elə  bu  zaman 
kürəyinə  söykənən  lülənin  soyuqluğu  bir  anda 
bütün  bədəninə  yayıldı,  qolları  boşaldı,  beşaçılan 
əlindən  yerə  düşdü.  Gicgahlarında  aramsız  olaraq 
bir  səs  duydu,  ölümdən  o  yana  yol  yoxdu.  Bütün 
çəsarətini  topladı.  Qılınçı  çəkməyi  ilə  yerində 
fırlanmağı bir oldu. Ançaq eyni zamanda düşmənin 
gülləsi də açıldı və Babanın kürəyini yaralayıb keçdi. 
Qılınçın  zərbəsi  isə  düşmənin  başını  bədənindən 
ayırıb yerə sərmişdi.  
Atışma  səsini  eşidib  Əylisdən  könüllü  türk 
əsgərləri köməyə yetişdi. Savaş daha da şiddətləndi. 
Erməni  quldurları  böyük  itki  verərək  darmadağın 
edildi, tək-tük salamat qurtaranlar qaçdılar. Gələnlər 


 Baba ocağı 
 
237
bədənindən  ayrılmış  başın  parağalı  Aşotun  oldu-
ğunu bildirdilər.    
Arakelin  məktubuna  əsasən  Əylis  ermənilərinə 
köməyə  gələn  Aşotun  silahlı  dəstəsini  görmək  Ara-
kelə qismət olmadı. Amma sağ qalan digər ermənilər 
Əylis  meydanında  Aşotun  nizəyə  keçirilmiş  başını 
uzun zaman gördülər.   
  Niydehin quldur dəstəsi Xorxat yüksəkliyini ələ 
keçirməyə  çalışırdı.  Ordubad  şəhərindən  gələn 
könüllülər,  Cəlil  paşanın    ətrafında  olan  qaçqınlar 
dəstəsi  və  Ədif  bəyin  tabeliyində  olan  təlimatçı 
əsgərlərdən bir qrupu və Nehrəmdən  köməyə gələn 
vətənpərvərlər 
Andranikin 
qoşununa 
qarşı 
vuruşurdular.  Şiddətli  və  qanlı  döyüşlər  gedirdi. 
Andranikin  qoşunu  Ordubada  girə  bilmədi.  Amma 
hər iki tərəfdən yüzlərlə adam həlak oldu.  
   Axşama  yaxın  ara  sakitləşdisə  də,  narın  qar 
yağmağa  başladı.  Ədif  bəy  əsgərləri  ilə  hər  iki 
tərəfdən  ölənlərin  meyitlərinin  dəfnini  təşkil  etdi. 
Rövşən  bəyi  və  savaş  zamanı  öldürülmüş  iki  türk 
əsgərini ilk şəhid Məhərrəmin yanında dəfn etdilər.  
    Xorxat  döyüşlərində  şəhid  olan  könüllülərin 
əksəriyyəti Xorxat dağında dəfn edildi. Cəlil paşa və 
Ədif bəyin  təlimatçılar bölüyündən  yeddi əsgər də 
bu döyüşdə şəhid oldu. Cəlil paşanın və yeddi türk 
əsgərinin nəşi Əylisə gətirildi və şəhidlərin yanında 
dəfn edildi. 


Nizami Muradoğlu 
 
238
    Əylisin şəhidlər məzarlığında on iki şəhid on iki 
qardaş kimi yan-yana uyudu. 
 Şəhidlər  məzarlığının  baş  tərəfinə  qardaş 
Azərbaycan  və  Türkiyə  cümhuriyyətlərinin  aylı-
ulduzlu bayraqlarını sancdılar.  
Ədif  bəy  şəhid olan  Rövşən bəyin,  Cəlil paşanın 
və  doqquz  türk  əsgərinin  şərəfinə  yaylım  atəşi 
açılması haqqında əmr verdi. Dalbadal açılan yaylım 
atəşləri  Əlbaba  qayasında  əks-səda  verib  Aladaşın 
üzərində  əsdi,  Arazın  o  biri  sahilinə  qədər  gedib 
çatdı.  
Anastası  düşdüyü  dərədə  it  ölüsü  kimi  sürüyüb 
bir  çuxura  quyladılar.  Daşnaklar  gecəynən  Arazı 
keçib  Əylisi  tərk  etdilər,  öz  günahları  ucundan 
qorxub  bir  daha  geri  qayıtmadılar.  Sahibsiz  evlərdə 
qaçqınlar  yerləşdi,  sahibsiz  qalan  dükan-bazar 
yağmalandı. 
 O  vaxtlar  Qarabağ  talanı  haqqında  çox  danışır-
dılar.  Qarabağ  müharibəsini  də  ermənilər  başlat-
mışdı. Mahnı da yazılmışdı: 
 
Qarabağda talan var, 
Zülfün üzə salan var. 
Gedirsən tez də qayıt, 
Gözü yolda qalan var. 
 
       Əylis savaşı bu ətrafda Qarabağ müharibəsini 
yaddan çıxartdı. Bir il Əylisin düzlərində ac-yalavac 


 Baba ocağı 
 
239
qalan  qaçqınlara  qarşı  ermənilərin  qeyri-insani 
rəftarı  onların  qəzəbini  coşdurmuşdu.  Ədif  bəyin 
onları  qoruyacağı  haqqında  verdiyi  sözə  görə  er-
mənilər  saymazlıq  göstərir,  bu  gün-sabah  And-
ranikin  müvəqqəti  hökümətinin  bu  yerlərdə  ha-
kimiyyətinin  qurulacağına  inanır,  qaçqınların  həyat 
səviyyəsinin  düzəldilməsinə  heç  bir  köməklik  gös-
tərmir, qiymətləri qaldırır, bir növ iqtisadi çətinliklər 
yaradırdılar.  
Qaçqınların  isə  artıq  səbir  kasası  dolub  daşırdı. 
Qaçqınların  himayədarı  Rövşən  bəyin  öldürülməsi 
qaçqınların hərakatına təkan verici qüvvəyə çevrildi. 
Əylis dağıldı, Əylisdə talan oldu, hətta Əylis talanına 
Nehrəmdən  belə  bütün  kəndlərdə  müvəqqəti 
məskunlaşan qaçqınlar qoşuldular. O vaxtlar belə bir 
bayatı yarandı: 
 
                           Əylisdə talan oldu, 
Qarabağ yalan oldu. 
Gedənlər qayıtmadı, 
Qalanlar nalan oldu. 
 
***


Nizami Muradoğlu 
 
240
 
EPİLOQ ƏVƏZİ 
 
 Əylisi  tərk  etməyən  sadə,  zəhmətkeş  ermə-
nilərə  heç  kəs  dəyib  toxunmadı,  onlar  ömürlərinin 
sonuna  qədər  burada  türklərlə  mehriban  bir  ailənin 
üzvləri kimi yaşadılar.  
 Erməni qızı Tamara Məmiyə iki ekiz oğul bəxş 
elədi, onlardan birinin adını Telman, digərinin adını 
Rövşən  qoydular.  Uşaqlar  böyüyüb  Əylisdə 
qalmadılar,  Rusiyanın  mərkəzi  şəhərinə-Moskvaya 
gedib orada bisnes qurub ticarət ilə məşğul oldular. 
Yaydan  -  yaya  Əylisə  gəlib  valideynlərinin  yanında 
dincələr,  Rövşən  bəyin  məzarını  sayğıyla  ziyarət 
edərlər.  
 Rövşən, Rövşən bəyin evini əsaslı şəkildə təmir 
etdirdi.  Rövşən  bəyin  çəkdiyi  portretlər  bu  evin 
daimi  eksponatlarıdır.  Selcanın  portreti  evin  yuxarı 
başında  əbədi  olaraq  özünə  məskən  salıbdı.  Selcan 
özü  də  ölənə  qədər  hər  yay  nəvəsi  ilə  Əylisə  gəlir, 
Rövşən bəyin məzarını ziyarət edirdi. 
Cəlil  paşanın  ölümündən  altı  ay  sonra  bir  qızı 
dünyaya gəldi və nəsli artıb çoxaldı. 
 Hərtün arvadı Haykanuş ilə yenə də öz köhnə 
evində yaşayırdı, axşamlar Fariz və Hidayət gəlirdi, 
yenə  də  çalıb  oxuyurdular.  Ması  arvadın  oynamağı 


 Baba ocağı 
 
241
gələndə  yenə  də  Hərtünün  qapısı  açıqdı.  Bu  evdən 
həmişə  musiqi  səsi  gələrdi.  Hərtünün  oğlu  Jora 
İrəvana daha yaxşı iş üçün getdi. 
 Erməni Minasın iki yetim qızı qalmışdı; Taniko 
və Arsenik. Taniko ilə kəndin müəllimi Mirzə Rahab 
evləndi.  Arsenik  ilə  qaçqınlardan  Mustafa  bəy  ailə 
qurdu,  sonra  köçüb  İrana  getdilər,  nəsilləri  artıb 
davam elədi.  
 Sovet hakimiyyəti kənd müəllimi Mirzə Rahabı 
yüksək vəzifəyə irəli çəkdi, o, maarif komissarı oldu, 
iqtisadi  imkanları  xeyli  genişləndi.  Taniko 
qonşuluqda böyüyən bir qarnı ac, bir qarnı tox olan 
azərbaycanlı uşaqlara hərdən ya bir tikə çörək, ya bir 
alma  verib  onların  məhəbbətini  qazandı.  Bütün 
gününü  bu  uşaqlara  erməni  mahnıları  öyrətməklə 
keçirən  Taniko  Əylisdə  baş  verən  hadisələri  təhrif 
edərək  danışır,  həm  də  onlarda  “məzlum”  erməni 
xalqına qarşı bir məhəbbət oyadırdı.  
 Nazar kişi bacısını, bacısı uşaqlarını yanına alıb 
Əylisi daimi yaşayış məskəni seçdi. 
 Nuhgədiyi  kəndindən  gələn  qaçqınlar  Əylisin 
yuxarı  başında  məskən  saldılar,  yaşadıqları  yeri 
Nuhgədiyi məhəlləsi adlandırdılar, bu gün də orada 
yaşayırlar.  Yaylağa  qalxanda  yollarını  qədim  Nu-
hgədiyi kəndindən salır, keçmiş günləri xatırlayırlar.  
 Zöhrənin  ərini  ermənilər  Oxçuda  yandır-
mışdılar.  Zöhrə  bir  yaşlı  oğlu  Savalanla  qaçqınlara 
qoşulub  Əylisə  gəlib  çıxmışdı.  Sahibsiz  və  tam 


Nizami Muradoğlu 
 
242
köməksiz  olduğundan  İman  həmişə  onun  işlərinə 
kömək edirdi. Sonra aralarında eşq macərası yarandı 
və evləndilər.  
 Zəngəzur qaçqınları qaçan daşnakların evlərinə 
yerləşdilər,  onların  da  evlərini  daşnaklar  zəbt 
etmişdi,  əvəz-əvəz  oldu.  Zəngəzur  Ermənistana 
veriləndən  sonra  öz  ata-baba  yurdlarına  qayıtmaq 
ümidini birdəfəlik itirdilər, yığcam halda yaşadıqları 
məhəlləni Qarabağ məhəlləsi adlandırdılar. 
 Yerli  türklər  öz  həyatlarını  davam  etdirdilər, 
yerli  türklərdən  heç  kəs  qaçan  erməni  evinə  yaxın 
düşmədi.  Hacı  Nəcəf  ağa,  Aslan  baba,  Qafar  kişi, 
Bəyməmməd,  Alxan  kişi,  Kəblə  Əhməd,  Məşədi 
Bağır,  Hayrik,  Zəkəriyyə,  Qurd  Ağamir  yenə  də 
yaxın və mehriban idilər, bir-birlərinin xeyir-şərində 
iştirak edirdilər.  
 Kəblə  Əhməd  nəvələrini,  arvadı  Heyran  xa-
nımı,  gəlinini  Arazın  o  tayından  yenidən  Əylisə 
qaytardı.  Kəblə  Əhmədin  ailəsi  bir  ildən  bir  qədər 
artıq Siyarı kəndində qalmışdı. Kəblə Əhməd tez-tez 
bir  neçə  günlüyə  yoxa  çıxırdı.  Sonralar  məlum 
olmuşdu  ki,  Kəblə  Əhməd  Əylisdə  qalan  oğlanları 
Məşədi  Bağır  və  Məsumla  görüşmək  üçün  kəndə 
qayıdırmış.  
Bir ildən  sonra Kəblə Əhməd  ailəsi  ilə  birlikdə 
kəndə  qayıdanda  Əylisin  əvvəlki  mənzərəsindən 
əsər-əlamət qalmamışdı. Əylisin xarabalığa çevrilmiş 
mənzərələrini görəndə Heyran nənə və Xanım ağladı. 


 Baba ocağı 
 
243
Balaca  Məleykə  də  anasına  qoşulub  ağladı.  Sonra 
Heyran  nənə  qara  təsbehini  çıxarıb  dəfələrlə  çevirdi, 
istixarə etdi, Allaha yalvarıb şükür dilədi. Heyran nənə 
övladlarının sağ-salamat olduğuna, evlərinin dağılma-
dığına şükür edirdi. 
Məşədi  Bağır  atası  Kəblə  Əhmədə  baş  verən 
hadisələrdən danışdı, qonşu erməni Şaqinyanın evinin 
zirzəmisindən  bir  böyük  sandıq  rus  beşaçılanı 
tapılmışdı. Silahları Ədif bəy öz əsgərlərinə və könüllü 
dəstənin üzvlərinə paylamışdı. 
Kəblə  Əhməd  oğlu  Məşədi  Bağırla  əl-ələ  verib 
dədə-baba  sənətini  davam  etdirməyə  başladı.  Kəblə 
Əhməd mahalın ən yaxşı dülgəriydi. Ata-balanın cəviz 
ağacından  düzəltdikləi  qapılar  bu  gün  də  qədim 
Əylisin darvazalarının bəzəyidir. 
 Kəblə Əhmədin oğlu Məsum ölənə qədər ticarət 
ilə məşğul oldu. Bir gün də sovet hökumətinə işləmədi
arada onu həbs edib Zaqatalaya sürgünə göndərdilər. 
 Ədif bəy bacardığı qədər erməniləri himayə etdi, 
xüsusən  varlı  ermənilərin  köçüb  getməsinə  köməklik 
göstərdi.  Bəzi  erməni  gəlinləri  doğulan  oğlan 
uşaqlarına  Ədif  adı  verdilər.  Ədif  bəy  Əylis  dağılan-
dan  sonra türk komandanlığı tərəfindən  geri  çağrıldı, 
deyirlər  ki,  yol  verdiyi  nöqsanlara  görə  komandanlıq 
tərəfindən cəzalandırıldı. 
 Qulam  qardaşı  Məhərrəmə  verdiyi  sözü  tutdu, 
Məhərrəmin də, Rövşən bəyin də qisasını aldı. Qulam 


Nizami Muradoğlu 
 
244
Qıcatın  bacısı  Şəfa  ilə  evləndi,  1925-ci  ildə  Qulamın 
oğlu oldu, adını Məhərrəm qoydu. 
 Molla  Nurməmmədi  sovet  rejimi  Qazaxıstana 
sürgün etdi. 
 Sovet rejiminin yaratdığı “Allahsızlar cəmiyyəti” 
kilsə,  məscid,  mədrəsə  və    məbədləri  xaraba  qoydu. 
Hulaki  xanın  baş  hərəmi  Doqquzxatun  xanımın 
tikdirdiyi kilsə də sovet rejiminin qəzəbinə gəldi, əvvəl 
anbara,  mal  tövləsinə  çevrildi,  sonra  da  sökülüb 
dağıdıldı,  qar-yağış sularından aşınıb getdi.  
İrandan Əylisə köçürülmüş, artıq iqtisadi imkan-
ları  məhdudlaşan  erməni  ailələri  Rus  imperiyasının 
çökməsi  ilə  maddi  yardımdan  məhrum  edildiyindən 
yenidən köçüb gəldikləri yerlərə getdilər. 
 Rövşən  bəyin  əkdiyi  kösəvdən  göyərən  söyüd 
yazda çiçəkləmədi,  qurudu. Cənnət guşəsində və Ala 
daşda qıpqırmızı lalələr açdı. 1906-cı ildə Rövşən  bəy 
Bakıdan  Əylisə  qayıdanda  Əylis  düzlərində  açılan 
lalələr  düz  on  dörd  ildən  sonra  təkrar  açdılar.  Sanki 
düzlər, dərələr, Ala daşın ətrafı Rövşən bəyin ölümünə 
ağı deyir, qanlı göz yaşı axıdırdı.  
 Ala  daşa  Qanlı  daş  dedilər.  Rövşən  bəyin 
məzarı  ziyarətgaha  döndü.  Erməni  daşnaklarının 
Ordubada  hücumları  zamanı  və  Əylis  döyüşlərində  
ölən  şəhidlərimizin  uyuduğu  həmən  məzarlıq  
“Şəhidlər xiyabanı” adlandırıldı. İndi  orada uyuyan 
on iki şəhidi Əylis camaatı sayğıyla xatırlayır, onlara 
Allahdan rəhmət diləyirlər.  


 Baba ocağı 
 
245
Bayram  günlərində  məktəblilər  “Şəhidlər  xiya-
banına”  gəlir,  şəhidlərin  məzarlarına  gül  dəstələri, 
gül  çələngləri  qoyurlar.  Məktəblilər    qəhrəmanlıq 
mahnıları  oxuyur,  Vətən  torpağını,  Vətən  sevgisini 
bir  tül  kimi  üzərinə  çəkmiş  şəhidlərə  həsr  edilmiş 
şeirlər söyləyirlər.  
Rövşən  bəyin  əkdiyi  kösəvdən  göyərən  söyüd 
ağacı hər on ildən bir yenidən göyərir, iki ildən sonra 
yenidən  quruyub  sıradan  çıxır.  Hər  on-on  iki  ildən 
bir düzlərdə qıpqırmızı lalələr göyərir. Amma Qanlı 
daşın  qan  rəngi  heç  vaxt  solmur,  bu  qan  rəngi 
insanları  ayıq-sayıq  olmağa  səsləyir,  nahaq  qan 
tökməməyə çağırır. 
 Qanlı  daş  adi  daş  deyil,  nəhəng  Təkəqaya 
dağına  söykənmiş  balaca  bir  dağdır.  Əylisdə  çox 
daşlar qana bulaşmışdı. Lakin yağan yağışlar, qarlar 
o  balaca  daşları  yuyub  təmizlədilər.  Qanlı  daşa  isə 
Rövşən  bəyin  qanı  axmışdı,  qərinələr  keçsə  də,  qar-
yağış suları o qanı yuyub təmizləyə bilmədi, o daşın 
üzərinə  tökülən  o  müqəddəs  qan  qayalara 
silinməyən izlər nəqş elədi.  
 Əylislilər Qanlı daşı əfsanələşdirdilər. Deyirlər 
ki,  hərdən  Qanlı  daşın  üzərində  bir  insan  gəzir, 
hərdən qayalara söykənib oturur, oradan uzaqlara – 
Araza  tərəf  baxır,  sanki,  nəsə    bir  xəbər  gözləyir, 
bəlkə də kiminsə yolunu gözləyir... 
 
Bakı-Əylis-Bakı 2014. 


Nizami Muradoğlu 
 
246
 
 
 
 
 
 
 
BABA OCAĞI 
(roman) 


 Baba ocağı 
 
247
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» няшриййатынын  директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Компцтер дизайнери: Zahid Məmmədov  
                       Техники редактор:      Yadigar Bağırova 
                       Korrektor:                  Məleykə Məmmədova  
 
Чапа имзаланмыш 28.10.2014. 
Шярти чап вяряги 15,5. Сифариш № 329 
Каьыз форматы 84х108 1/16. Тираж 300
 


Nizami Muradoğlu 
 
248
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Китаб «Елм вя тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя сящифяляниб чап олунмушдур. 
E-mail: nurlan1959@gmail.com 
Тел: 497-16-32  511-37-82;  050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə