Baba ocağı
29
əlindəki çay bardaqlarından birini mizin üzərinə
qoydu:
-Çay içarsan?-dedi.
-Qalsın içərəm,- dedi Rövşən.
Bələdçi orta yaşlı, dolu əndamlı erməni
qadınıydı. Rövşən fikirləşdi ki, haqq üçün bu er-
mənilər xidmət sahələrində yaxşı çalışırlar. Bir türk
kişisi heç vədə bir türk qadınını qatarda bələdçi
işləməyə qoymaz. Nədən ki, bunu şərəf-şanlarına bir
əskiklik kimi qəbul edərlər. Amma bu ermənilərdə
elə bir şey yoxdur, kişiləri də heç qısqanmazlar.
Erməni qadınlar hər yerdə işləyərlər.
Bələdçi qadın mənalı-mənalı Rövşəni gözaltı
süzüb əndamını oynatdı:
-Tek darıxmırsınız ki? Balkə başka bir şey
istarsız?
Rövşən bələdçi qadına baxa-baxa özündən asılı
olmadan qollarını yana açıb çiyinlərini çəkdi, gər-
nəşən kimi oldu. Bələdçi qadın fürsəti buraxmadan
daha da məhrəm olmaq istədi:
- Deyasən soyuğa vermisız, istarsınız kürek-
larızı ovum.
Rövşən çox erməni qadını görmüşdü, çoxuyla
da yaxınlıq etmişdi. Amma Selcandan sonra kimsə
onu həqiqi anlamda maraqlandırmamışdı, sadəcə
olaraq vaxt keçirməyə çalışmışdı. Erməni qadın-
larından qəribə bir qoxu gəlirdi. O qoxunu təkcə
Selcanda hiss etməmişdi. Bələdçi qadından gələn
Nizami Muradoğlu
30
tanış qoxu çox şeyləri xatırlatsa da, Rövşən - yox-
dedi. Bələdçi qadın çıxdı. Rövşənin xəyalında yenə
də o intiligent canlandı. Bu dəfə də intiligent
ermənilər haqqında danışırdı. Hətta hərdən bəda-
hətən şeir parçaları da deyirdi. Son günlərdə ha-
mının ağzında əzbər olan bir parça Rövşənin
qulaqlarında səslənirdi:
Zopa görcək erməni,
Atdı, qaçdı xərməni.
Bu satqınlıq ki onda var,
Alçaqlıqdır nədəni.
Amma bu intiligent də dərin adammış. Rövşən
ömründə kimsəyə bu qədər diqqətlə qulaq
asmamışdı. İntiligent danışırdı: “Ermənilərin tarixi
vətəni Balkan tərəflərdə olubdur. Oradan dünyaya
yayılıblar, çayır kimi düşdükləri yerdə bitirlər. Çayırı
hamı tanımır, ona görə də bir az bu haqda məlumat
versək yaxşı olar. Çayır toxumsuz otdur, buğum-
buğum olur. Bir çayır çöpü yüz il quru bir yerdə
qalsa belə, ona heç nə olmaz, çürüməz, rütubət görən
kimi göyərib artar, hər tərəfi tutar. Eynən bu
ermənilər də çayır kimidir. Dünyanın məşhur
adamları onların haqqında ağlasığmayan ifadələr
işlədib, cahanda tanıtmaq istəmişlər. Ermənilər 1828-
ci ilin mart ayının 21-nə qədər yer üzündə rəsmən
qul kimi tanınmışlar. Həmin tarixdə Rusiya çarı I
Baba ocağı
31
Nikolay fərman verib ermənilərin üzərindən “qul”
adını götürmüş, Naxçıvan və İrəvan xanlıqlarının
yerində erməni vilayəti yaratmışdı.
İntiligent bu yerdə çar I Nikolaya bir lənət də
yağdırdı:
-Tümbətün oğlu tümbətün, Allah ona lənət elə-
sin, necə ki, elədi də, erməniləri azad etməklə
bəşəriyyətə bəla gətirdi.
Rövşənin göz qapaqları ağırlaşırdı, arxası üstə
yatağa uzandı. Qatarın təkərlərindən qopan
ahəngdar səs qulaqlarında taqqıldasa da, yavaş-ya-
vaş eşidilməz olurdu. Qatar onu yırğaladıqca rəh-
mətlik anası Güllübəyimin beşiyi xəyalına gəlirdi.
Yuxu görürdü, yoxsa nə idi belə keçmiş günləri ona
xatırladan- ayırd edə bilmirdi. Hər nə idisə, onun
şirinliyi Rövşəni məst eləmişdi. Ara-sıra bu səs-küyü
keçib gələn həzin bir layla səsi ana südü qədər
şirindi:
Laylay, beşiyim, laylay.
Evim, eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay.
Güllübəyim ana kəndin sayılıb seçilən qadınla-
rındandı. Kimsə onu ucadan danışan görməmişdi,
asta danışardı, dodaqlarından sözlər sanki inci kimi
düzülərək axardı. Novruz kişi bir qədər dəli-dolu
olsa da, xanımının davranış tərzinə uymağa çalışırdı.
Nizami Muradoğlu
32
Amma bu, həmişə alınmırdı. Novruz kişi bütün
günü çöldə-bayırda ot biçər, odun tədarük edərdi.
Axşam yorğun-arğın evə gələndə də, hövsələsi bir
tikə olardı. Xüsusən də heyvanlar axşam otlaqdan
qayıdanda, çər dəymiş ovlaqlar yolunu dəyişib
qonşunun qapısına gedəndə Novruz kişi ağzından
söyüş qaçırardı:
-Sənin yiyənin...
Ərinin küçədən əsəbi səsini eşidən kimi Güllü-
bəyim ana tez özünü qapının ağzına yetirirdi:
-Kişi, sən keç içəri, bir dincini al, səhərdən ayaq
üstəsən, yorulmusan, mən bunları yerbəyer eləyim,
bu saat gəlirəm.
Güllübəyimin bu sayaq davranışı Novruz kişi-
nin könlünə yatardı, həyətə keçib pilləkəndə oturar,
Gülübəyimin gəlişini həsrətlə gözləyərdi.
Novruz kişi mal - heyvanın pəyəsini həyətdən
aralı, küçənin o biri tərəfində tikdirmişdi. Gündəlik
olaraq Məmi gəlib mal-heyvanın altını təmizləyir,
peyini daşıyıb çayın kənarında topalayır, oradan da
sahələrə aparılırdı. Məmi Novruz kişinin təsərrüfat
işlərinə kömək edər, evinin də yavanlığını buradan
çıxarardı. Novruz kişi üstəlik hər il Məmiyə iki
qovurmalıq öyəc də verərdi. Yaz-yay aylarında
təsərrüfat fəaliyyəti çoxaldığından bəzən Rövşən də
çöl işlərinə cəlb edilirdi. Quzulara göy ot biçib
gətirmək, yaxud südəmər quzuları süddən kəsilənə
kimi otarmaq hər ailənin öz işiydi. Elə ki quzular
Dostları ilə paylaş: |