Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə28/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   24   25   26   27   28   29   30   31   ...   189

BABURNAMƏ 

 

61



günündə [digər oğlu] Müzəffər Mirzə də [Bədiüzzamanın oğlu] Məhəmməd 

Mömin Mirzəni  Əstərabadda məğlub etmişdi. Daha da qəribəsi budur ki

Çərşənbə adlı bir adam Məhəmməd Mömin Mirzəni əsir edərək gətirmişdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



62

FƏRQANƏ - 903 (30 AVQUST 1497 – 19 AVQUST 1498) 

 

DOQQUZ YÜZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Baği-meydanın arxasındakı Külbə çayırında dayandıq. Səmərqəndin 

sipahilərindən və şəhər əhalisindən lap çox adam Məhəmməd Çəb körpüsü-

nün civarında qarşımıza çıxdı. Bizim əsgər müharibəyə hazır deyildi. (43 a) 

İgidlər hazırlaşana qədər Sultanqulunu və Babaqulunu ələ keçirərək hisara 

götürdülər. 

Bir neçə gün sonra qalxıb Kuhəkin arxasındakı Külbənin kənarında 

durduq. Seyid Yusif Bəyi o gün Səmərqənddən çıxardılar, o da oraya gəlib 

bizə xidmət etməyə hazır olduğunu bildirdi. 

Buraya gəldiyimizi görən səmərqənddəkilər elə  zənn etdilər ki, biz 

geri çəkilmişik. Köməkçilər, sipahilər və  şəhərlilər Mirzə körpüsünə  və 

Şeyxzadə darvazasından Məhəmməd Çəb körpüsünə qədər çıxdılar. İgidlərə 

silahlanıb atlara minməyi əmr etdik. Onlar iki tərəfdən – Mirzə körpüsü ilə 

Məhəmməd Çəb körpüsündən düşməni sıxışdırdılar. Allahın köməyilə düş-

mən yenildi. Onların ləyaqətli bəylərini və yaxşı igidlərini əsir edib gətirdi-

lər. Bunlardan biri Məhəmməd Miskin Hafiz Dulday idi, onun şəhadət bar-

mağını  kəsmişdilər. Ondan başqa, Məhəmməd Qasım Nəbirə, onun kiçık 

qardaşı Həsən Nəbirə və daha bunlar kimi sipahilər və əhali tərəfindən tanı-

nan igidlərdən xeyli vardı. 

Şəhərin yetimlərindən Divanə Caməbəf ilə  Kəlqaşığı da gətirdilər; 

bunlar küçə qovğasında və oğurluqda alt təbəqə (43 b) arasında məşhur idi-

lər. Gari-Aşiqanda ölən piyadaların intiqamının alınması üçün işkəncə ilə 

öldürülmələri əmr edildi. Bu, Səmərqənd əhalisi üçün qəti bir məğlubiyyət 

idi. Bundan sonra kurqandan çıxmaları dayandı.  İş o dərəcəyə vardı ki, 

bizimkilər xəndək kənarına qədər gedib əsirlər gətirirdilər. 

Günəş  tərəzi bürcünə girdi. Soyuqlar başladı. Məsləhət toplantısına 

qatıla biləcək bəyləri çağıraraq vəziyyəti müzakirə etdik. Bunlara qərar ve-

rildi: şəhər əhalisi o qədər aciz qalmışdır ki, Allahın inayətilə şəhəri bugün 

də, sabah da ala bilərik. Burada soyuqdan əziyyət çəkməkdənsə şəhərin ya-

xınından qalxıb bir kurqanda qışlaq düzəltmək lazımdır. Əgər getmək lazım 

gəlsə, oradan daha az tərəddüdlə getmək mümkündür.  

Qışlaq üçün Xoca-Didar kurqanı uyğun görüldü. Oradan qalxıb Xoca-

Didarın önündəki çayıra getdik. Kurqana girib ev və koma yerlərini müəy-

yən etdik. Bunları düzəldəcək adamlar ilə təhsildarlar qoyaraq yurda döndük. 

Qışlaq hazır olana qədər bir neçə gün çayırda qaldıq. 

Bu zaman Baysunqur Mirzə Türküstana, Şeybani xana ard-arda 

adamlar göndərərək kömək istəmiş. Qışlaq hazır oldu və biz kurqana (44 a) 

girdik. Şeybani xan Türküstandan hücum edərək o gecə bizim yurdumuzun 




BABURNAMƏ 

 

63



üzərinə doğru gəldi. Bizim əsgərimiz yanımızda deyildi. Qışlak üzündən 

bəziləri Ribati-Xocaya, bəziləri Qəbilə, bəziləri də  Şiraza getmişdi. Buna 

baxmayaraq  əlimizdəki qoşunu toplayıb qarşı  çıxdıq. Lakin Şeybani xan 

müharibəyə girmədən Səmərqəndə doğru geri çəkildi.  Şeybani xanla Bay-

sunqur Mirzənin istəkləri üst-üstə düşmədiyi üçün anlaşa bilməmişdilər. 

Şeybani xan bir neçə gün sonra heç bir şey edə bilmədi və dilxor halda Tür-

küstana qayıtdı. 

Baysunqur Mirzə yeddi ay mühasirə altında qaldı. Şeybani xandan kö-

mək ummuş, lakin bu ümidi də boşa çıxmışdı. Axırda iki-üç yüzə qədər ac 

adamı ilə birlikdə Qunduza, Xosrov şahın yanına getdi. İyulda Amu-Dər-

yadan keçdiyi zaman Sultan Məsud Mirzənin qohumlarından və etibarlı 

adamlarından olan Termiz hakimi Seyid Hüseyn Əkbər bunu xəbər alıb 

Baysunqur Mirzənin üstünə yürüdü. Mirzə çayı keçmişdi, amma Mirim Tar-

xanı orada su götürdü. Seyid Hüseyn də geridə qalan adamlarını və əşyasını 

ələ keçirdi. Baysunqur Mirzənin Tahir Məhəmməd adlı çöhrəsi də ələ keç-

mişdi. Xosrov şah Baysunqur Mirzəni yaxşı qarşıladı (44 b)

Baysunqur Səmərqənddən çıxanda bizə  xəbər gəldi. Xoca-Didardan 

hərəkət edərək Səmərqənd üzərinə yürüdük. Yolda Səmərqəndin böyükləri, 

bəylər və igidlər birər-birər bizi qarşılayıb təbrik etməyə gəldilər. Rəbiyül-

əvvəl ayının sonlarına doğru [=1497 noyabr] ərkə girib Bostan-Saraya 

endim. Tanrı təalanın inayəti ilə Səmərqənd şəhəri və vilayəti zəbt edilib ələ 

keçirildi. 

 

SƏMƏRQƏNDİN QISA TƏSVİRİ 

 

Səmərqənd qədər gözəl bir şəhər dünyada az tapılar. Beşinci iqlimdə-



dir. Koordinatları 99 dərəcə 56 dəqiqə uzunluq və 30 dərəcə 30 dəqiqə en 

dairəsidir

1

. Şəhəri Səmərqənddir, vilayətinə Mavəraünnəhr deyirlər. Heç bir 



düşmən onu güc və üstünlüklə ələ keçirə bimədiyi üçün «Bəldeyi-məhfuzə

2

 



deyirlər. Səmərqənd  əmirəlmöminin həzrəti Osman zamanında islamiyyəti 

qəbul etmişdir. Səhabədən Qusəm bin Abbas buraya gəlmişdir. Onun məzarı 

Ahən darvazasının bayırındadır və bugün də Məzari-Şah adıyla məşhurdur. 

Səmərqəndi İskəndər [Filkus] qurmuşdur. Moğol və türk ulusları Sə-

mizkənd deyirlər. Teymur bəy buranı paytaxt eləmişdi. Teymur bəydən əv-

vəl onun kimi böyük bir padşah Səmərqəndi paytaxt eləməmişdi. Qala di-

varları üzərindən kurqanın uzunluğunun ölçülməsini əmr etdim; ölçdülər, on 

min altı yüz qədəm çıxdı. 

Əhalisi bütünlüklə sünni, pak məzhəb, şəriətə bağlı və dindardır. Həz-

                                                           

1

 Bu koordinatlar ortaçağ hesablarına görədir. Modern standartlara görə, Səmərqənd 67° 



uzunluq və 39° 40' en dairəsindədir. 

2

 Bəldeyi-məhfuzə: (Allahın) hifz etdiyi yer, hifz olunan şəhər deməkdir. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə