13
Məlumatların hazırlanmasında AR Mərkəzi Bankın Normativ xarakterli sənəd və təlimatlarından,
o cümlədən-«
Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları
» və «
Bankların
likvidliyinin idarə olunması haqqında Qaydalar
» istifadə edilmişdir.
VII fəsil - «Bankların aktiv əməliyyatları və onların təhlükəsizliyi» mövzusunu əhatə
edir. Bu fəsildə bankların aktiv əməliyyatların mahiyyəti, bank aktivlərin təsnifləşdirilməsi,
aktivlərin risk dərəcəsi üzrə ölçülməsi qaydası, bank aktivlərinin təhlükəsizliyini təmin edən
nəzarət mexanizmi kimi mövzular haqqında geniş və hərtərəfli məlumatlar verilir. Burada
məlumatların hazırlanmasında AR Mərkəzi Bankın Normativ xarakterli sənəd və təlimatlarların-
dan, o cümlədən- «
Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
»,«
Banklarda
korporativ idarəetmə standartlarının tətbiqi qaydaları
» və «
Aktivlərin təsnifləşdirilməsi və
mümkün zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları
» istifadə edilmişdir.
VIII fəsil - «Bankların kassa əməliyyatları və nağdsiz hesablaşmalar » mövzularını əhatə
edir. Bu fəsildə Pul dövriyyəsi anlayışı, nağdsiz hesablaşmalar və pul köçürmələri, kredit
təşkilatlarinda kassa əməliyyatlarinin aparilması və qiymətlilərin inkassasiyasının təşkili kimi
məsələlər məlumatlar təqdim edilir. Məlumatların hazırlanmasında «
Azərbaycan Respublikasının
kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili
qaydaları
» və «
Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında
təlimat
» istifadə edilmişdir.
IX fəsil - «Banklarda kreditlərin verilməsi prosedurunu və Mərkəzləşdirilmiş Kredit
Reyestrinin fəaliyyəti» mövzularını əhatə edir. Burada- kreditin mahiyyəti, prinsipləri, forma və
növləri, kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi, banklarinda
kreditlərin verilməsinin qayda və prinsipləri haqqında məlumatlar verilir. Buradakı məlumatların
hazırlanmasında AR Mərkəzi Bankın-«banklarda kreditlərin verilməsi qaydaları» və “Mərkəzləş-
dirilmiş və Kredit reyestri haqqında qaydalar“ istifadə edilmişdir.
X fəsil - «Bankların qiymətli kağızlar bazarında investisiya fəaliyyəti» mövzusuna həsr
olunub. Burada qiymətli kağızlar bazarının investisiya potensialı, investisiya prosesinin maliyyə
təminatı, qiymətli kağızlar bazarında investisiya riskinin qiymətləndirilməsi, Fond bazarında
investisiya fəaliyyəti, qiymətli kağızlar bazarının investisiya imkanlarının fundamental və texniki
təhlil; Banklarının qiymətli kağızlar bazarında fəaliyyəti, bankların investisiya siyasətinin müəy-
yən edən amillər təhlil olunur.
XI fəsil - Beynəlxalq bank işi və bankların valyuta əməliyyatları mövzusu haqqında ətraflı
məlumat verilir. Burada–valyuta bazarı, valyuta mövqeyi, beynəlxalq bankçılığın mahiyyəti,
valyuta böhranı, banklarda valyuta mübadilə əməliyyatlarının aparılması qaydaları haqqında
ə
traflı məlumat verilir. Burada Məlumatların hazırlanmasında AR Mərkəzi Bankın «
Azərbaycan
Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qayda-
lar
», «f
iziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından çıxarılması qaydaları
və
Azərbaycan Respublikası müvəkkil
banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi qaydaları
ndan»
istifadə edilmişdir.
XII fəsil - Banklarda marketinq planı və maliyyə internet xidmətləri mövzuları haqqında
ə
traflı məlumat verilir.
XIII fəsil - Bank sistemində maliyyə hesabatlarının tərkibi, pul vəsaitlərinin hərəkəti və
mühasibat uçotunun əsas vəzifələrinə həsr olunub. Burada Məlumatların hazırlanmasında AR
Mərkəzi Bankın «
Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
», «
Banklarda
korporativ idarəetmə standartlarının tətbiqi qaydaları
», «
Banklarda risklərin idarə olunması
haqqında Qaydalar
», «
Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında müha-
sibat uçotunun aparılması Qaydaları
» «
Maliyyə darəetməsi və Hesabatları Standartı
», «
Bank-
larda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
» və «
Azərbaycan Respublikasının
bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması Qaydaları
»ndan istifadə
edilmişdir.
14
Bank fəaliyyətinin əsasları (Elmi nəzəri və praktiki məlumat nəşri) kitabında beynəlxalq
standartlara uyğun müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə-bank industriyasının müasir
vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatları əhatə edir.
Kitabın metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin
müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə- bank institutlarının
fəaliyyətini tənzimləyən Qanunlar və Azərbaycan Respublikası Mərkəzi Bankının bankların
fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı
Azərbaycan Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olunmuşdur.
Kitab Azərbaycan ali məktəblərində «maliyyə və bankçılıq» ixtisası üzrə tədris planına
daxil edilmiş «bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuyğundur.
Kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq məsələri ilə əlaqədar
məşğul olan mütəxəssislər, ekspertlər və maliyyə və dünya iqtisadiyyatı, mühasibat uçotu və audit
ixtisasları üzrə tədris edən müəllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə
tutulan elmi nəzəri və praktiki nəşrdir.
I FƏS L. MAL YYƏ-BANK X DMƏTLƏR NDUSTR YASI
1.1.
YIĞIM- NVEST S YA ƏLAQƏS
Hər hansı bir ölkədə iqtisadi vahidlər (ev idarələri, şirkətlər və dövlət) gəlirlərinin hamısını
istehlak xərclərinə yönəltmirlər. Onlar gəlirin bir hissəsini yığıma və ya investisiyaya ayırırlar. qtisadi
vahidlərin ən vacib məqsədlərindən biri də gündəlik istehlak ehtiyaclarını artırmaqdır. Ancaq iqtisadi
vahidlərin bugünkü istehlaklarını artıra bilmələri üçün gələcəkdəki istehlak imkanlarından daha çox
fədakarlıq etməyə hazır olmaları lazımdır və ya eyni ifadəni tərsinə söyləsək, şəxslərin bu gün
müəyyən bir istehlak miqdarından əl çəkmələri onlara gələcəkdə, bu gün əl çəkdiklərindən daha çox
həcmdə istehlak imkanı vəd edir. Bu çoxluğu isə faiz həddi müəyyənləşdirir. Məsələn, bir şəxsin
bugünkü 100 manatlıq istehlakından əl çəkməsi ona bir il sonra 120 manatlıq istehlak imkanı təmin
edirsə, deməli, faiz nisbəti 20%-dir (inflyasiyanı nəzərə almadan).
Ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadi artımı o ölkədə yaradılan xalis real aktiv
investisiyaların cəminə bağlıdır. Bu aktiv investisiyanın finans qaynağını isə ölkə daxilində cəlb
edilmiş yığımlar ilə ölkə xaricindən gətirilən sərmayə fondları təşkil edir. Yığım ilə investisiya
arasında qarşılıqlı əlaqə vardır. Yığım olmadan investisiyanın gerçəkləşdirilməsi mümkün deyildir,
eyni zamanda investisiya imkanları və şəraiti olmadığı halda, iqtisadi anlamda yığımın da toplanınası
qeyri-mümkündür. Modern iqtisadi sistemlərdə, yığım sahibləri ilə investisiya qoymaq istəyənlər,
adətən, müxtəlif şəxs və ya qruplardır. Bu səbəblə də müəyyən kəsimlərin planladıqları və
gerçəkləşdirdikləri yığımların toplamı ilə başqa kəsimlərin planladıqları investisiyaların toplamının
bərabər olması, gerçəkləşməsi ideal sayıla biləcək bir haldır.
Ümumiyyətlə, ölkənin iqtisadi artımı yığım (investisiya) miqdarına bağlıdır. nkişaf etməkdə
olan ölkələr yoxsul olduqlarından, onların yığımları da azdır. Sadəcə bu yığımlara əsaslanıb
investisiya qoymaq ölkənin iqtisadi böyüməsini təmin edə bilməz və ya yetərli olmaz. Bu səbəbdən də
inkişaf etməkdə olan ölkələr ölkənin iqtisadi böyüməsini sürətləndirmək məqsədi ilə xarici sərma-
yədən (xarici yığımlardan) yararlanmaq istərlər. Ümumiyyətlə, xarici sərmayə bir ölkəyə: özəl xarici
sərmayə investisiyası və xarici kredit olmaqla iki formada gəlir.
Yığım fərdin pul gəlirinin istehak üçün sərf edilməmiş hissəsidir. Şəxslərin məlum bir dönəmdə
ə
ldə etdiyi cari gəlir (Ce) iki bölümdən ibarətdir: yığım (T) və cari xərclər (He). Bunu riyazi şəkildə
belə göstərmək olar: Ce = T + He.
Cari gəliri sabit olaraq qəbul etsək, o zaman şəxslərin yığımı cari xərclərin böyüklüyünə bağlı
olacaqdır. Cari xərclərin toplamının cari gəlirə bərabər olduğu və ya bu gəlirdən yüksək olduğu bir
halda şəxsi yığım sıfır və ya mənfi olur. Hər hansı bir ölkədə toplanan yığımın qaynağı şəxs və
qurumların gəlirləridir. Yığım qabiliyyəti şəxsin gəlir səviyyəsinə bağlıdır.
Dostları ilə paylaş: |