Microsoft Word be-8-24. 12 azeri



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#42908
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

 



 

 

 

Irine  Şubitidze 

Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzi  



 

İkidilli təhsildə şagirdlərin akademik nailiyyətlətri üçün ailə amili 

 

Abstrakt 

 

Məqalədə  təhsil  prosesində,  xüsusilə  də  ikidilli  təhsil  prosesində  ailənin/valideynlərin  rolu  verilir. 

Uşağın koqnitik-psixoloji və akademik inkişafına böyük təsir göstərən bir neçə mühüm amil mövcud-

dur: valideynlərin təhsili, onların dünyagörüşləri, övladlarının təhsillərindən gözlənilən nəticələr, təhsil 

üçün müvafiq mühitin yaradılmasını, ailədə intizamı, təhsil prosesinə onların cəlb olunma səviyyəsini, 

ev  tapşırıqlarının  hazırlıq  prosesində  onun  iştirakını  nəzərdə  tutan  dəstəyin  verilməsi.  Bunlar  təhsilin 

səviyyəsini  əhəmiyyətli  şəkildə  müəyyən  edən  səbəblərin  siyahısının  bir  hissəsidir.  Ailə  məsuliyyətlə 

bölüşməklə  həm  öz  övladı  üçün,  eləcə  də  müəllim  üçün  təlim-təhsil  prosesini  asanlaşdıra  və  maraqlı 

edə  bilər.  Məqalədə  xarici  ölkənin  təcrübəsi  və  tədqiqatların  misalında  ikidilli  təhsil  prosesində  vali-

deynin rolunu  təhlil  etməyə  çalışacağıq,  çünki  Gürcüstanda  ikidilli  proqramlar hələ  ki,  pilotlaşdırılma 

prosesindədir  və  bu  cəhətdən  dərinləşdirilmiş  tədqiqalar  mövcuddur,  hansılar  birmənalı  nəticələrin 

edilməsi imkanını verir. 

 

 

Giriş 



Bir çox hallarda tədris prosesində  müəllimin 

rolu  haqqında  danışırıq,  çoxlu  sayda  tədqiqatlar 

keçirilir,  çoxlu  sayda  kitablar  və  ya  məqalələr 

yazılır,  həm  müəllimlərin,  eləcə  də  məktəbin 

administratorları üçün bir çox treninq və seminar-

lar keçirilir. Heç kimin şübhəsi yoxdur ki, onların 

ümumi təhsil prosesində, eləcə də ikidilli təhsilin 

tətbiqində  rolları  əhəmiyyətlidir,  amma  buna  pa-

ralel  olaraq  təhsil  prosesində  heç  də  az 

əhəmiyyətə  malik  olmayan  valideynin  rolunu 

inkar etməməliyik. Nailiyyətli təhsil sistemi məhz 

müəllimin, 

valideynin 

və 


uşağın 

effektli 

əməkdaşlığının  nəticəsidir.  Peşəkar  müəllim  ki-

mi,  valideyn  tərəfindən  də  öz  məsuliyyətini  tam 

dərk  etmək  və  paylaşmaq  şagirdin  akademik 

nailiyyətini 

müəyyənləşdirir. 

İkidilli 

təhsil 

prosesində valideynin rolu daha vacibdir.  



İkidilli  təhsilin  aktuallığına  baxmayaraq 

nəinki Gürcüstanda, eləcə  də bütün dünyada hələ 

ki, bir izahat yoxdur ki, tam olaraq ikidilli təhsilin 

mənasını  və  təyinatını  müəyyənləşdirsin.    Bu 

anlaşılmazlıq valideynlərin çaşbaşlığının daha bir 

səbəbidir,  eləcə  də  az  informasiya  şərtlərində. 

Dilemma  qarşısında  duran  azlıq  nümayəndələri 

olan  valideynlər  tərəfindən  tez-tez  səslənilən 

müəyyən  qorxular  və  suallar  var    ki,  övladlarını 

ikidilli  məktəbə  qoysunlarmı,  harada  uşaqlar  ana 

dili ilə yanaşı, dövlət dilini də öyrənəcəklər və ya 

yalnız  ana  dilində  təhsil  alacaqlar  və  ya  da  ki, 

dövlət  dilində  təhsil  aparılan  məktəbə  qoysunlar. 

İkidilli  təhsillə  əlaqədə  olan  bu  qorxular  və 

mövhumatların  səbəbi  həm  ümumilikdə  ikidilli 

təhsilin,  eləcə  də  onun  üstünlükləri  haqqında 

valideynlərin 

az 


məlumatlandırılmasıdır. 

Məqalədə  valideynlərin  cəlb  olunması  ilə 

əlaqədar  əsas  problemləri  və  Gürcüstanda  2006-

cı  ildən  bu  günə  qədər  mövcud  vəziyyəti  təhlil 

etməyə  çalışacağıq.  Ümumilikdə,  Gürcüstanda 

ikidilli təhsilin tətbiq edilmə prosesini təsvir edən 

bir  neçə  kiçikçiqyaslı  tədqiqatların  nəticələrini 

təhlil edəcəyik. 

 

Təhsil prosesində valideynin rolu 

İkidilli təhsil həm valideynlər üçün, eləcə də 

müəllimlər, 

məktəbin 

müdiriyyəti 

və 


ümumiyyətlə,  tam  əhali  üçün  hələ  də  yeniliyi 

təqdim  edir.    Bu  çox  mürəkkəb  və  çoxtərəfli 

hadisədir  və  onun  lazımi  şəkildə  həyata 

keçirilməsi üçün illər və böyük resurslar lazımdır 

ki,  nəticə  müsbət  olsun.  Bir  çox  treninqlər  və  ya 

seminarlar  müəyyən  şəkildə  yeniliyi  cəmiyyətə 

İkidilli təhsil, #8, 2011 

27 



 

 

çatdıra  bildi,  valideynlər  üçün  müəyyən  şəkildə 



informasiya  çatdırıldı,  amma  bunlar  kifayət 

etmirlər, xüsusilə də böyük şəhərlərdən  və rayon 

mərkəzlərindən  fərqli  olaraq  hələ  də  müəyyən 

informasiya  vakuumu  və  təhsilin  nisbətən  aşağı 

səviyyəsi  mövcud  olan  regionlarda.  Bu,  etnik 

azlıqların  kompakt  şəkildə  yaşadıqları  regionlara 

da  şamil  edilir,  burada  informasiyanın  azlığına 

əhalinin  dövlət dilində aşağı dil bilgisi əlavə olu-

nur. 

Bu 


da 

öz 


növbəsində 

informasiya 

izolyasiyasının  daha  bir  əhəmiyyətli  dəstəkverici 

amilidir. 

Valideynləri  tez-tez  bütün  yenilik  və  ikidilli 

təhsildəki  üstünlüklərlə  tanış  etmək  mümkün  ol-

mur. Bu da öz növbəsində ikidilli təhsilin effektli 

şəkildə  həyata  keçirilmə  prosesinə  mane  olur. 

Valideynlərin bir çoxu övladlarının ictimai işlərin 

istənilən  sahəsinə  inteqrasiyası  və  cəlb  olunması 

üçün  dövlət  dilinin  tədrisinin  üstünülyünü  və 

əhəmiyyətini  dərk  etmir.  Valideynlər  dərk 

etmirlər  ki,  ali  təhsil  almaq,  gələcəkdə  işlə  təmin 

olmaq  və  ümumiyyətlə,  uşağın  aktiv  vətəndaş 

kimi  formalaşması  üçün  dövlət  dilini  bilməsi  nə 

dərəcədə önəmlidir.

 (Beiker, 2007).  

Maraqlıdır ki, valideynin dərs prosesində ro-

luna 

hansı 


amillər 

mane 


olurlar? 

Azlıq 


nümayəndələri  olan  valideynlərin  dominant 

mədəniyyətə,  dilə 

və  xalqa  qarşı 

mənfi 


münasibətləri 

uşağın 


dünyagörüşünün 

formalaşmasında 

öz 

əksini 


tapır. 

Bəzən 


valideynlər  düşünürlər  ki,  ikidilli  təhsil  zamanı 

onların  övladlarına  xüsusi  ehtiyacı  olan  şagird 

kimi  baxacaqlar  və  bu  da  onun  seqreqasiyasına, 

dərs  prosesindən  təcrid  olunmasına  səbəb 

olacaqdır.  Problemin  qarşısının  alınması  üçün 

valideynlərin  bir  hissəsi  yalnız  ana  dilində  təhsil 

alınan  məktəbdə  övladlarının  təhsil  almalarını 

seçirlər,  yaxud  da  dərs  prosesinin    yalnız  dövlət 

dilində  aparıldığı  məktəbi  seçirlər 

  (Pugliese, 

2010). 

Ümumiyyətlə,  təhsil  prosesində  valideynin 



rolu  və  cəlb  olunması  haqqında  çox  söylənib  və 

yazılmışdır da, amma ikidilli təhsil  öz  mənası ilə 

daha  mürəkkəb  haldır,  nəinki  təkcə  ana  dilində 

təhsil  almaq.  Bunun  üçün  də  valideynin  rolu  da 

ikidilli  təhsil  proqramlarının  həyata  keçirilmə 

prosesində  xüsusidir.  Pilotlaşdırmanın  ilkin 

mərhələsində  dövlət  dilini  bilməməklə  yaranmış 

informasiya  vakuumu  ikidilli  təhsilə  qarşı  mənfi 

münasibətlərin  formalaşması  üçün  önəmli  ön 

şərti  yaradırdı.  Dünyanın  müxtəlif  ölkələrində 

keçirilən 

tədqiqatlar 

göstərirlər 

ki, 


təhsil 

prosesində  valideynin  rolu  və  cəlb  olunması, 

peşəkar  müəllim  kimi  vacibdir.  Valideynin  cəlb 

olunması  müxtəlif  formalarla  özünü  büruzə  verə 

bilər,  ən  əhəmiyyətli  amillərdən  birini  isə  vali-

deynin  və  müəllimin  əməkdaşlığı  təqdim  edir, 

xüsusilə də etnik azlıqların  ikidilli/çoxdilli təhsili 

ilə işimiz olduğunda. 

Uşağa  təhsil  prosesində  nailiyyət  əldə 

etməsində valideynin və ailənin cəlb olunması və 

dəstəyi  kimi  heç  nə  yardım  etmir.  Valideynlərin 

soyuqqanlığı  və  az  dəstək  vermələri  uşağın  aka-

demik  nailiyyətinə  təsir  göstərir.  Bunun  üçün  də 

valideynlərin  dərs  prosesində  öz  rollarının 

əhəmiyyəti  barədə  informasiyaya  malik  olmaları 

çox  vacibdir.  Valideynlərin  əksəriyyətinin  yalnız 

bir istəyi var ki, övladı nailiyyətli olsun, amma öz 

rolunu  isə  əhəmiyyətsiz  hesab  edir  və  tez-tez 

nailiyyətsizliyin 

səbəblərini 

müəllimdə, 

məktəbdə,  uşağın    özündə    axtarırlar.  Bütün  bu 

sadalanan  amillər  şübhəsiz  ki,  çox  vacibdir,  am-

ma valideynin rolu onların arasında ən vacib şərti 

təqdim  edir.  Məktəbdə,  həyatda  olduğu  kimi, 

şagirdlərin  maraqlandırılması  və  xoş  əhval-

ruhiyyə əldə etmələri üçün valideynlər tərəfindən 

daimi  dəstəyin  verilməsi  çox  vacibdir.  Uşağın 

təhsili 

və 


ümumiyyətlə, 

şəxsiyyət 

kimi 

formalaşması  prosesinə  bir  neçə  amil  səbəb  olur. 



Valideynlər 

adekvat 


şəkildə 

övladlarının 

imkanlarını  qiymətləndirməli  və  bunu  nəzərə  al-

maqla 


onun 

təhsilini 

və 

gələcəyini 



planlaşdırmalıdırlar. 

Akademik 

nailiyyəti 

asanlıqla  əldə  edə  bilməyən  uşaqlara  xüsusi 

diqqət  verilməlidir.  Uşağın  müəyyən  geriliyinin 

və 


uğursuzluğunun 

hər 


bir 

mərhələsində 

valideynlərin dəstəyi vacibdir. Dəstək xüsusilə də 

məktəbin  ibtidai  pilləsində  təhsil  alan  uşaqlar 

üçün mühümdür, çünki onlar yeni mühitə və qay-

dalara  uyğunlaşmalı  olurlar.  Eləcə  də  hər  bir 

nailiyyət,  ən  əhəmiyyətsizi  belə,  valideyn 

tərəfindən dəstəkləndirilməlidir.  

Yazı-oxu  bacarıqlarının  inkişafı,  riyaziyyat 

və müxtəlif mürəkkəb fənlər – şagirdin məktəbdə 

üzləşdiyi  çətinliklərin  tam  siyahısı  deyil.  Onların 

müəllimlərlə, sinif yoldaşları ilə, yaxud da sadəcə 

həmyaşıdları  ilə  problemləri  ola  bilər.  Bəzən  on-

lara  sadəcə  valideynin  simasında  –  yoldaş 

lazımdır.  Onunla  öz  fikirlərini  bölüşürlər,  onlar-

dan məsləhətlər və dəstək alırlar. 

İkidilli təhsil, № 8, 2011 

28 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə