7. Ölçüləri 10 mm olan rezin ovuntuları əsasında kənd təsərrüfatı
fermalarında və quşçuluq fabriklərində döşəmənin örtülməsində istifadə
olunur. Belə örtüklər sanitar normaların təmin olunmasında əvəzolunmaz
materiallardır.
8. Rezin ovuntularından neft quyularının tamponlaşdırılmasında istifadə
olunur.
III FƏS L. BƏRK SƏNAYE TULLANTILARININ TƏKRAR EMAL
MƏ
HSULLARINDAN SƏ
NAYEN N MÜXTƏ
L F SAHƏ
LƏ
R NDƏ
ST FADƏ
OLUNMASININ QT SAD SƏ
MƏ
RƏ
L Y VƏ
Ə
TRAF
MÜH T N SAĞ
LAMLAŞ
DIRILMASI
3.1.Tə
krar emal metallardan maş
ınqayırma və
baş
qa sə
naye sahə
lə
rində
istifadə
olunması onun iqtisadi sə
mə
rə
liyi
Qara və əlvan metalların tullantıları başqa sənaye tullantılarından
tərkiblərində çox qiymətli xammalın olması ilə fərqlənirlər. Hal-hazırda
metallolomlar metallurgiya sənayesi üçün qiymətli xammal bazası hesab olunur.
Elektrik enerjisinin sərfinin metalların istehsalının bahalaşması səbəb
olmuşdur. Ona görə də təkrar emal məhsullarından xammal kimi istifadə
olunmasına üstünlük verilir. Tərkibində əlvan metallar olan faydalı qazıntıların
çıxarılması və onun emalı nəticəsində alınan məhsullar ilə metal tullantılarının
yaxud metallomoların təkrar emalının müqaisə göstərir ki, təkrar emala sərf
olunan enerji çox azdır, alınan məhsul isə keyfiyyətinə görə təbii xammaldan
alınan məhsuldan geri qalmır. Metal tullantılarından istifadə təbii faydalı
qazıntılardan məhsul istehsalı prosesinin bir çox mərhələlərini aradan qaldırır və
buna görə də enerji sərfi azalır. Aşağıda faydalı qazıntılardan istifadə etmək
ə
vəzinə metallomlardan istifadənin elektrik enerjisinə nə qədər qənaət edilməsinin
faizlərlə miqdarı verilmişdir.
Cə
dvə
l 3.1
Metal tullantılarından istifadə
zamanı elektrik enerjisinə
qə
naə
t
Metallar
Elektrik enerjisinə
qə
naə
t, %
Alüminium
Mis
Sink
Qurğuşun
Polad
95
83
60
64
74
Onu da qeyd etmək lazımdır ki, hal-hazırda təkrar emalın istehsalına qoyulan
kapital həcmi metalın faydalı qazıntıdan istehsalına qoyulan xərclərindən 10 dəfə
azdır. Bu sahədə ABŞ sənayesi daha irəlidə gedir. Belə ki, istehsal olunan
alüminiumun yalnız 31% faydalı qazıntıdan alınır.
Qara metalların təkrar emalından alınan ikinci xammaldan maşınqayırma
sənayesinin müxtəlif sahələrində istifadə olunmasının faizlərlə miqdarı cədvəl 3.2
göstərilmişdir.
Cə
dvə
l 3.2
Sə
naye sahə
lə
ri
Enerjiyə
qə
naə
t, %
Avtomobil və ştamplama sənayesi
Aviasiya sənayesi
Bərkidici istehsal edən sənaye sahəsi
Gəmiqayırma
Maşınqayırma
Elektrotexnika sənayesi
Məişət cihazları və gündəlik tələbat əşyaları
Dəmiryolu sənayesi
Kənd təsərrüfatının maşınqayırma sənayesi
Ş
tamplama sənayesi
Neft və qaz sənayesi üçün dəzgahlar istehsal edən sənaye
Təmir daxil olmaqla tikinti sənayesi
30,8
31,6
29,3
25,9
23,7
27,8
22,7
15,3
18,1
25,7
26,3
4,6
Ikinci xammal kimi xrom paslanmayan polad tullantılarının (lomlarının)
emalından alınır. Xromun ikinci xammal kimi miqdarının artması hər şeydən
ə
vvəl tullantıların tərkibindəki metalların növündən və miqdarından asılı olur.
Sonradan belə xromlardan paslanmayan polad istehsalında istifadə olunur.
Dünyada metal tərkibli tullantılardan ikinci xammal kimi kobalt yalnız
Almaniyada emal olunur. Hər il Almaniyaya 500 ton skrap (metal tullantı) ixrac
edilir. Yaponiyada kobaltdan ikinci xammal kimi neftkimya və neftçıxarma
sənayesi üçün katalizatorlar istehsal edilir.
Ə
lvan metalların skrapindən emal edilən volfromdan spirallar və
elektronikada istifadə edilən məmulatlar istehsal edilir.
Son 15-20 ildə əlvan metalların tullantılarının təkrar emalı genişlənmiş
alınan ikinci xammalın texniki-iqtisadi göstəriciləri yüksəlmiş, mis, alüminium,
civə, manqan və başqa əlvan metalların keyfiyyəti və emal miqdarı daha da
yüksəlmişdir.
Sənayenin yeni sahələrinin inkişafı ilə əlaqədar əlvan metalların xüsusən
mis, nikel, maqnezium, titan və s. metalların metallurgiyası sürətlə inkişaf edir.
Məlum olduğu kimi, tullantıların emal prosesi poliqonlardan başlayır və
istehsal proseslərinə qədər davam edir. Metallar tərkiblərinə görə fərqli
olduqlarına görə onlar sortlaşdırılır, çünki mis və çuqun tərkibli metalların
sıxlıqları və yanma istiliyi müxtəlif olduqları üçün onlar eyni texnoloji proses ilə
emal oluna bilməzlər. Bu isə təkrar istehsalın prosesinin çətinlikləridir. Metal
tullantıların təkrar emalının məqsədi əsasən ətraf mühitin mühafizəsi və iqtisadi
gəlirləridir.
Hal-hazırda istifadə olunan hər bir texniki avadanlıqlar və metal məmulatları
bir neçə mərhələdən keçərək hazır məmulat halına salınır. Onların tətbiq sahələri
isə əsasən metalın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Təkrar emal
alüminiumdan təyyarə və kosmik sənayesində, polad tərkibli ikinci xammallardan
isə gəmiqayırma və avtomobil istehsalında istifadə olunur. Bundan əlavə tikinti,
dəmir yollarının tikintisində, maşın və avadanlıqların hazırlanmasında,
radiotexnikada və başqa sənaye sahələrində ikinci metal xammallardan istifadə
edilir.
Metal tullantıların təkrar emalının iqtisadi səmərəliyi və ətraf mühitin
mühafizəsindəki rolunu aşağıdakı kimi qiymətləndirmək olar:
1.Köhnə metal məmulatlardan ikinci xammalın alınması prosesinə sərf
olunan elektrik enerjinin miqdarı təbii xammaldan metal məmulatların istehsalına