yaratmaqla bərabər ətraf mühiti şirkləndirir. Eyni zamanda, tullantılar
sənaye üçün mühüm material-xammal və istilik-energetika xammalı
resurslarıdır. Texniki ədəbiyyatda tullantıların təsnifatlaşdırılmasına
müxtəlif aspektlərdən yanaşılır. Ümumi halda, tullantılar aşağıdakı kimi
təsnif edilir (şəkil 1.2). (E-Waste yeni yaranmış bərk məişət tullantılarıdır).
Tullantılar insan sağlamlığına və ətraf mühitə vurduğu ziyana və ya
yaratdığı təhlükəyə görə fərqlənir: ziyansız (inert), az, orta, yüksək və
fövqəladə ziyanlı (təhlükəli) ola bilər [ 23].
Şə
kil 1.2. Bərk tullantıların təsnifatı
Tullantılar
Yaranma
mənbəyi
Aqreqat halı
Təhlükə
dərəcəsi
Istehsalat
(sənaye)
Istehlak
(məişət)
Bərk
Maye
Qaz
I sin.
II sin.
E-waste
Elektron
avadanlığı
Elektrik
avadanlığı
F
öv
qə
la
də
d
ər
əc
ə
Z
iy
an
sı
z
(i
ne
rt
)
E-tullantılar (şəkil 1.3) tullantıların bir növüdür və yaratdığı təhlükəyə
görə II və III qruplara (orta və yüksək) aid edilir. Beynəlxalq
Standartlaşdırma Təşkilatının ( SO) təsnifatına görə, E-tullantı qrupuna
elektron cihaz, qurğu və avadanlıqlar, o cümlədən kompüter avadanlıqları ilə
bərabər, elektrotexniki (elektrik) avadanlıqlar da daxildir və beynəlxalq
terminologiyada qısaca olaraq WEEE (Waste Electrical and Electronic
Equipment, Elektrik və Elektron Avadanlıqları Tullantıları) kimi işlənir.
E-tullantılar
Kompüter və Şəbəkə
Elektrotexniki avadanlıq
Ofis elektro texnikası
Komputer
Monitor
Noutbuk
Printer
Faks
Maus
Şə
bəkə avadanlığı
Server
Telekommunikasiya avadanlığı və s.
Tibbi avadanlıq
Məişət texnikası
Televizor
Video avadanlıq
Stereo avadanlıq
Mobil telefon
Kseroks aparatı
Kabel resiver
Player
Proyektor və s.
Şə
kil 1.3. Elektrik və Elektron avadanlıqlarının tullantıları
BMT-nin Ətraf Mühit Proqramının araşdırmalarına görə, E-tullantıların
artımı daha yüksəkdir və ümumi tullantılarda xüsusi çəkisi ildən ilə artır. Bu,
ilk növbədə KT-in sürətli inkişafı, kompüter texnikası istehsalının artımı və
E-tullantıların digər növlərinə nisbətən yenilənmə tezliyinin daha yüksək
olması ilə əlaqələndirilir. Bu günədək mükəmməl milli və beynəlxalq
qanunvericilik bazasının, zərərsizləşdirmə texnologiyalarının işlənməsi və s.
E-tullantıların artımını şərtləndirən səbəblərdən hesab edilir. E-tullantılarda
kompüter texnikası istər xüsusi çəkisinə, istərsə də təhlükə dərəcəsinə görə
başlıca yer tutur. Məsələn, monitorun istehsalında orta hesabla 60 adda
maddə və materialdan istifadə edilir. Istifadə edilən civə, sürmə, kadmium,
mışyak, kükürd və s. kimi çox ziyanlı element və maddələr, qazlar var ki,
ə
nənəvi qaydada tullantı poliqonlarına (zibilxanalara) atılan monitor
(tərkibindəki maddələr) ətraf mühitin təsirlərindən (günəş şüaları, yağış,
külək və s.) tədricən aşınır və bu tərkibli maddələr ətrafa yayılaraq
atmosferi, torpağı, qrunt sularını zəhərləyir. Digər tərəfdən, E-tullantıların
poliqonlarda adi məişət tullantıları kimi yandırılması polixlordefinil,
polivinilxlorid və s. kimi maddələrdən yüksək dərəcəli zəhərli dioksinlərin
yaranmasına səbəb olur [ 25].
Qeyd etmək lazımdır ki, son bir neçə ildə istər əsas sənaye ölkələrində,
istərsə də dünya miqyasında tullantıların həcmi maddi nemətlər istehsalının
həcmini bir neçə dəfə üstələmişdir.
Cədvəl 1.1
2012-ci il üçün maddi nemətlər istehsal və tullantıların növlər üzrə
həcmi
Obyekt
Maddi
nemətlər
(mld.t/il)
Ümumi
tullantılar
(mld.t/il)
Bərk məişət
tullantıları
(mln.t/il)
E-tullantılar
(mln.t/il)
Azərbaycan
-
0.3
1.5
0.05
Rusiya
2
4.3
70
1.5
Dünya
130
250
430
70
Hal-hazırda tullantıların insan sağlamlığı və ətraf mühit üçün yaratdığı
təhlükə çox olduğu üçün tullantılarla, o cümlədən E-tullantılarla bağlı
problemlərin həlli və idarə edilməsi məqsədilə bir sıra ixtisaslaşmış
beynəlxalq təşkilatlar BMT yanında Elmi Tədqiqat Universitetinin E-
tullantılar problemlərinin Həlli Təçəbbüsü, Bazel Konvensiyası Katibliyi
(SBC), eləcə də bir sıra regional və milli təşkilatlar yaradılmışdır. Son illər
qeyd olunan təşkilatların, dünyanın əsas tədqiqat mərkəzlərinin alim və
mütəxəssislərinin istər ayrı-ayrılıqda, istərsə də BMT-nin UN DO proqramı
çərçivəsində SO, UNEP kimi təşkilatları ilə birgə səyləri nəticəsində
e0tullantıların utilizasiyası (təkrar emalı) və zərərsizləşdirilməsi (məhv
edilməsi) üzrə orta göstəricilər 10-15% yaxşılaşmışdır.
Bu günədək e-tullantıların emalı üzrə orta ümumdünya göstəricilərinin
Qərbi Avropa ölkələrinə nisbətən kəskin dərəcədə aşağı olması səbəbi, ilk
növbədə, bu problemin mahiyyəti və səciyyəvi həll xüsusiyyətləri ilə
ə
laqələndirilir [ 28].
Problemin həllini çətinləşdirən əsas səbəbləri kimi aşağıdakıları
göstərmək olar:
-Mükəmməl beynəlxalq və milli qanunvericilik bazasının olmaması.
Bu, ilk növbədə, məsələnin həllinin mürəkkəbliyi, tullantıların idarəçiliyi
sahəsində dövlətlərin milli maraqları üzrə konsensusa gəlməyin çətinliyi ilə
ə
laqədardır;
- ndiyədək kifayət qədər mükəmməl, ucuz və sadə texnika və
texnologiyaların yaradılmaması. Bunun əsas səbəblərindən biri kimi
tullantıların emalı üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin
(ETTK ) böyük məbləğdə maliyyə məsrəfləri tələb etməsidir;
- E-tullantıların utilizasiyası və zərərsizləşdirilməsi prosesinin
mənfəətlilik baxımından ziyanlı və ya az mənfəətli olmasıdır. Bu səbəbdən
Dostları ilə paylaş: |