Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

83 
 
__  O qadını niyə döyürdülər? 
__  Camaatdan  eşitdim  ki,  deyirdilər,  guya  o  qadının  ayağı  büdrəyib  yerə  yıxılanda  belə  deyib: 
«Ya Fatimə, Allah sənə zülm edənləri öz rəhmətindən uzaqlaşdırsın». Hökumət adamları bu sözü 
eşidən kimi onu tutub döyə-döyə zindana apardılar. 
İmam  Sadiq(ə.s)  bu  sözü  eşitcək  əlini  xurmadan  çəkib  ağladı.  Göz  yaşları  dəsmal  və  mübarək 
saqqalını islatdı. Sonra buyurdu:  
__ Ay Bəşşar, qalx birlikdə Səhle məscidinə gedək. O xanımın azad olması üçün Allaha dua edib 
onun salamatlığını istəyək. 
Doğrusu,  əgər  İmam  Sadiq(ə.s)  Fatimə(s.ə)-ni  sevən  bir  xanım  barədə  belə  xoşagəlməz  hadisə 
eşidib  narahat  olursa,  görəsən,  bəs  anası  Fatimə(s.ə)-nin  müsibətlərini  ona  danışsan,  nə  edər? 
Zalımın o Xanımın mübarək üzünə şillə vurmasına necə baxar? 
Kərbəla hadisəsi ilə müqayisə. 
Ötən bəhslərdən aydın olduğu kimi, əmirəl-möminin Əli(ə.s)-nin müsibəti, günahsızlığı, səbir və 
dözümü ilə müqayisədə demək olar ki, İmam Hüseyn(ə.s)-nin çəkdiyi dərd və ağrılar ondan kiçik 
görünür. Məsələn, Təbərinin «Nəfəsül-məhmum» kitabından nümunə gətiririk:  
 Şimr ibn Zil Cövşən Kərbəlada hücuma keçib nizəsini imam Hüseyn(ə.s)-in xeyməsinə vuraraq 
ucadan qışqırdı:  
__ Bu xeyməni içindəki adamlarla birlikdə yandırmaq üçün mənə od verin. 
Xanımlar  səs-küylə  xeymədən  çölə  çıxdılar.  İmam  Hüseyn(ə.s)  Şimrə  xitab  edərək  ucadan 
buyurdu:  
__  Mənim  evimi  yaxınlarımla  birgə  yandırmaqmı  istəyirsən?  Allah  səni  cəhənnəm  atəşində 
yandırsın. 
Əbu Müxtəf (Kərbəla hədisəsini qələmə alanlardan biri) yazır:  
Süleyman ibn Raşid Həmid ibn Müslimin dilindən belə söyləyir: 
 Şimrə dedim:  
__ Belə iş tutmaq məsləhət deyil. İki günah sahibi olmaqmı istəyirsən? Birincisi, Allahın əzabına 
düçar  olarsan;  ikincisi  isə,  qadınlara  və  uşaqlara  əl  qaldırırsan.  Məgər  sənin  rəhbərin  kişiləri 
öldürməklə razılaşmır? 
Şimr soruşdu:  
__  Sən kimsən? 
__ Kim olduğumu sənə söyləmərəm. 
Qorxdum ki, əgər özümü ona tanıtsam, sultana (İbn Ziyad) xəbər verməklə mənə zərər yetirər. 


84 
 
Bu zaman Şimrə məndən çox itaət edən Şəbəs ibn Rəbi adlı bir şəxs irəli gəlib Şimrə dedi:  
__  Şimr,  heç  sənin  sözündən  çirkin  söz  eşitməmişəm.  Məgər  qadın  və  uşaqları  öldürməyəmi 
göndərilibsən? 
Həmid ibn Müslüm  yazır: «Mən şahid dayanıram ki, Şimr bu sözləri eşitcək həya edib qadın və 
uşaqları yandırmaq fikrindən döndü». 
İndi  deyirəm,    Şimr  bu  qədər  ağılsızlıq  və  həyasızlığı  ilə  yanaşı,  Şəbəs  ibn  Rəbbinin  sözündən 
təsirlənərək həya edib xeyməni yandırmaq fikrindən döndü, lakin Əli(ə.s)-nin evinə hücum edən 
şəxs  evi  içindəki  adamlarla  birgə  yandırmaqla  hədələyərək  deyir:  «And  olsun  Allaha  ki, canım 
onun  əlindədir.  Hökmən  gərək  beyət  etmək  üçün  evdən  çıxasız,  yoxsa  evə  sizlə  birgə  od 
vuracağam».  
Bəziləri ona etiraz edib dedilər ki, Peyğəmbər(s)-in qızı Fatimə(s.ə), Peyğəmbər(s)-in nəvələri, o 
Cənabın izləri var bu evdə. Sən nə edəcəksən?  
Beləliklə,  mən  şahid  dayanıram  ki,  o,  bu  sözlərdən  əsla  həya  etməyib  öz  qərarından  dönmədi. 
Əksinə, necə ki demişdi, elə də etdi. O zaman bir nəfər tapılmadı ki, Əli(ə.s)-yə kömək göstərib 
evini qorusun. Təkcə bir hədisdə qeyd olunur ki, Zübeyr ibn Əvam Əli(ə.s)-nin zorla çəkilə-çəkilə 
məscidə  aparıldığını  gördükdə  əlini  qılınca  atıb  ucadan  dedi:  «Ey  Əbdül  Mütəllib  övladları,  siz 
sağ ola-ola məgər görmürsünüzmü, Əli(ə.s) ilə necə rəftar edirlər?» 
Zübeyr  ibn  Əvam  Ömərə  qarşı    acıqlanıb  qılınc  çəkərək  onu  vurmaq  istədi,  lakin  Ömər  cəld 
qılıncı onun əlindən alıb daşa vurub parçaladı. 
Əli(ə.s)-nin məzlumiyyəti. 
Böyük hədisçi siqətül-islam  Kuleyni Sədirə əsaslanaraq belə yazır:  
İmam  Baqir(ə.s)-in  hüzurunda  idim.  Orada  Peyğəmbər(s)-in  vəfatından  sonra  baş  verən 
hadisələrdən və həzrəti-Əli(ə.s)-nin çətinliklərlə   üzləşməsindən söz düşdükdə, oturanlardan biri 
İmam Baqir(ə.s)-dən  soruşdu:  
__ Allah sənin işini avand etsin, bəs Bəni-Haşimin şövkəti-şanı, qüdrəti nə oldu? 
İmam Baqir(ə.s) buyurdu:  
__ Bən-Haşimdən bir kəs qalmamışdı. Bəni-Haşimin şövkəti Cəfəri-Təyyar və Həmzə  şəhadətə 
yetişəndən sonra iki nəfər zəif, gücsüz və təzəcə islamı qəbul etmiş kişi __ Abbas (Peyğəmbər(s)-
in əmisi) və Əqil (Əli(ə.s)-nin qardaşı) qalmışdı ki, onlar da  Məkkənin fəthində azad olmuşlardan 
idilər. 
«Bilin  və  agah  olun,  Allaha  and  olsun!  Əgər  Həmzə  və  Cəfər  sağ  olsaydılar,  o  iki  nəfər  (Əbu 
Bəkr  və  Ömər)  elə  məqama  yetişə  bilməzdilər.  Əgər  onlar  sağ  qalsaydılar,  o  iki  nəfər  canlarını 
salamat qurtara bilməzdilər». 
Elə  məhz  bu  təkliyinə  və  məzlumluğuna  görə  də  Əli(ə.s)  minbərdə  xütbə  oxuyanda  həmişə 
axırıncı sözü bu olardı: «Peyğəmbər(s) vəfat edən gündən mən həmişə məzlum olmuşam». 


85 
 
Müseyb  ibn  Nəcbə  yazır:  «Bir  gün  həzrəti-Əli(ə.s)  xütbə  oxuyarkən  bir  nəfər  ucadan  səsləndi: 
«Ey vay! Sənə zülm olundu». Həzrəti-Əli(ə.s) ona buyurdu:  
__ Yaxın gəl! 
O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:  
__ Səhranın qum dənələrinin sayı və heyvanların tükü qədər mənə zülm olunmuşdur. 
Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-ın yanından ötəndə demişdi:  
__ Ey məzlum Əmirəl-möminin. 
O zaman Həzrət ona buyurmuşdu:  
__ Əzizim, mənə o qədər zülm olunubdur ki, onun miqdarı səhranın qumları və heyvanların tükü 
qədərdir. 
Əbuzər Qəffari isə Əli(ə.s)-yə: «Məzlumların və zəiflərin şeyxi!» __  deyərək müraciət edərdi. 
Böyük mühəddis Kuleyni belə bir faktı qeyd etmişdir: 
İmam Hadi(ə.s) buyurmuşdur: «Əli(ə.s)-nin qəbrini ziyarət edəndə o Həzrəti bu sözlərlə ziyarət 
edin:  «Salam  olsun  sənə,  ey  Allahın  valisi,  sən  məzlum  və  haqqı  qəsb  olunanda  səbir  edən  ilk 
şəxssən.  Ölənə  qədər  Allahın  rizayətini  istədin.  Şəhadət  verirəm  ki,  sən  şəhid  olaraq  Allaha 
qovuşdun.  Allah  sənin  qatilini  müxtəlif  növ  əzablarla  cəzalandırsın.  Hər  dəfə  onun  əzabını 
təzələsin».  
Müəllif yazır: «Bu sözlər dərdlə dolu sinədən qalxan, alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin 
cüzi hissəsidir ki, qayaları suya döndərər». 
Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən şerlər. 
Biz bu hissəni şeyx Saleh Hillininin yazdığı şeri ilə bitiririk:  
«Peyğəmbər(s)-in  cənazəsi  hələ  yataqda  ikən,  kəfənə  tutulmamış  Ali-Mühəmməd(s)-ə  zülm 
etdilər.  O  zaman  Fatimə(s.ə)-yə  dedilər:  «Peyğəmbər(s)-in  qızı,  kölgəsində  oturub  ah-nalə 
etməsin deyə, ərak ağacını kökündən kəsdilər. Onlar odun yığıb elə bir evi yandırmaq istədilər ki, 
o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar Fatimə(ə.s)-nin evinə hücum edib, ona əl 
qaldıraraq bətnindəki körpəsini siqt etdilər. Bu mənfurlar öz rəhbərlərini qılıncla əsir edib çəkə-
çəkə aparırdılar. Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi: 
 «Əmim oğlunu buraxın. Yoxsa saçımı açıb Allah dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah 
dərgahında  Saleh(s)  peyğəmbərin  dəvəsi  və  o  dəvənin  balası  məndən  üstün  deyildir.  (Saleh(s) 
peyğəmbərin  dəvəsini  öldürənlər  kimi  siz  də  Allah  əzabına  düçar  olacaqsınız.)»Bu  zaman 
Fatimə(s.ə) ağlar gözlə, dərdli qəlblə Peyğəmbər(s)-in qəbrinə yaxınlaşdı. O vaxt müsibət toxumu 
qəlbində  cücərdiyindən  fəryad  edib  dedi:  «Ah  bir  kömək  edənim  yoxdur  ki,  düşmənin  şərini 
özümdən  uzaqlaşdırım,  ey  ata!  İndi  camaat  Samira    və  inəyinə  itaət  edib  Harundan  (Əli(ə.s) 
burada  Musa(ə.s)-nın  qardaşı  Harun(ə.s)-a  bənzədilmişdir)  üz  döndərdilər.  Atacan,  hansı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə