89
xəbər göndərdi. Əsmanın kənizi Əli(ə.s)-nin evinə gəlib qapıda dayanaraq bu ayəni ucadan
oxudu:
«Bunlar səni öldürmək üçün məşvərət edirlər. Tezliklə şəhərdən çıx. Mən sənin xeyrini
istəyənlərdənəm».
Bu zaman Xalid qılıncı paltrınının altında gizlətmişdi. Belə sözləşdilər ki, məsciddə imam camaat
(namazda) axırıncı salamı verəndən sonra Xalid qalxıb Əli(ə.s)-ni öldürsün.
Xalidin namazda qurcalanmasından camaat elə başa düşdü ki, guya o, namazını səhv qılmışdır.
Bu zaman imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:
__ Ey Xalid, sənə verdiyim tapşırığı geri götürürəm. Heç nə eləmə!
Fədəyin qəsb olunması.
Əllamə Əbu Mənsur Təbərsi (vəfatı h.q. 588, Miladi təxminən 1184-cü il) «Ehticac» adlı
kitabında və Əli ibn İbrahim isə İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq həzrəti-Əli(ə.s)-
nin belə buyurduğunu qeyd edirlər:
«Elə ki Əbu Bəkrin beyəti sona yetdi və onun xilafəti ənsar və mühacirlər üçün
müəyyənləşdirildi, Əbu Bəkr öz məmurlarını Fədəyə sarı göndərdi ki, Fatimə(ə.s)-nin
nümayəndəsini oradan qovsunlar. Bu əmr icra olundu». İndi Fədək barəsindəki aşağıdakı yazılara
diqqət yetirin.
Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti.
Fatimə(s.ə) Əbu Bəkrin əmrindən xəbərdar olduqda onun yanına gəlib buyurdu:
__ Niyə atam Rəsulullah(s)-ın mənə bağışladığı irsi əlimdən alıb nümayəndəmi Fədəkdən
qovmusan? Axı Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı.
Əbu Bəkr dedi:
__ Söylədiklərin üçün şahid gətir ki, həqiqətən də, Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır.
Fatimə(s.ə) gedib Ümmü__Əyməni (Peyğəmbər(s)-in hörmət bəslədiyi xanımlardan biridir) şahid
kimi Əbu Bəkrin yanına gətirdi.
Ümmü__ Əymən Əbu Bəkrə dedi:
__ Peyğəmbər(s)-in mənim şənimə söylədiklərini sənə sübut etməsəm, şahidlik etmərəm. Səni
Allaha and verirəm, məgər bilmirsənmi həzrəti-Mühəmməd (s) buyurubdur:
«Ümmü Əymən behişt xanımlarındandır».
Əbu Bəkr:
__ Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur.
90
Ümmü Əymən:
__ Şəhadət verirəm ki, Allah Peyğəmbər(s)-ə bu ayəni- «Yaxınlarının haqqını ödə» nazil
edəndən sonra Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı».
Sonra Əli(ə.s) də gəlib eynilə onun dediklərini təsdiqləyərək şəhadət verdi. Beləliklə, Əbu Bəkrə
sübut olundu ki, Fədək Fatimə(s.ə)-nin şəxsi mülküdür. Buna görə də Fədəyin Fatimə(s.ə)-yə
qaytarılması barədə bir məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi.
Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman Əbu Bəkrin yanına gəlib soruşdu:
__ Bu məktub nə üçündür?
Əbu Bəkr dedi:
__ Fatimə(s.ə) iddia etdi ki, Fədək mənim şəxsi mülkümdür, bu sözün doğruluğu üçün Ümmü__
Əymən və Əli(ə.s)-ni şahid kimi bura gətirdi. Mən də buna görə Fədəyin Fatimə(s.ə)-yə
qaytarılması barədə sənəd yazıb imzaladım.
Ömər Fatimə(s.ə)-nin yanına gəlib məktubu əlindən alaraq cırıq-cırıq edib dedi:
__ Fədək (Döyüşsüz kafirlərin əlindən alınmış sərvət) bütün müsəlmanların malı hesab olunur.
Ovs ibn Hədsan, Ayişə və Həfsə şəhadət verirlər ki, Rəsuli- əkrəm(s) buyurmuşdur:
«Biz Peyğəmbərlər (özümüzdən sonra) irs qoymuruq (övladlarımız bizdən irs aparmır), bizdən
sonra nə (mal) qalsa, (ümumi) sədəqədir».
Şahidlərə gəldikdə isə Əli(ə.s) Fatimə(s.ə)-nin əridir, öz mənafeyinə görə şəhadət vermişdir, yəni
onun sözü qəbul deyildir. Amma Ümmü- Əymən əməli–saleh xanımdır, əgər başqa bir şəxs
onunla birgə şahid dursa, bu işə bir də diqqət yetirərik.
Fatimə(s.ə) kədərli halda Əbu Bəkr və Ömərin yanından uzaqlaşdı.
Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti.
Səhəri gün həzrəti-Əli(ə.s) məscidə Əbu Bəkrin yanına gəldi. Ənsar və mühacirlər Əbu Bəkrin
ətrafında dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:
__ Niyə Fatimə(s.ə)-yə atasından qalan irsi əlindən almısan? Halbuki Peyğəmbər(s) sağlığında
ikən onu Fatimə(s.ə)-yə bağışlamışdı.
Əbu Bəkr dedi:
__ Xeyr, belə deyildir.
Əli(ə.s):
__ Əgər bir müsəlman ixtiyarında olub onun hesab olunan mülkü mən iddia edib desəm ki, bu
mülk mənimdir, kimdən iki adil şahid tələb edilməlidir?
91
Əbu Bəkr:
__ Əlbəttə, səndən (iddiaçıdan) iki adil şahid tələb edilməlidir.
Əli(ə.s) buyurdu:
__ Bəs niyə sən Fatimədən sahibi ola-ola ixtiyarında olan mülk üçün iki adil şahid istəyirsən?
Halbuki Fədək Peyğəmbər(s)-in zamanında və ondan sonra da Fatimə(s.ə)-nin şəxsi mülkü hesab
olunurdu. Sən müsəlmanlardan ixtiyarlarında olan mülk barədə başqasının mülkünün mənim
mülküm olduğunu iddia etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə qanunlarına
əsasən iki adil şahid tələb etmirsən.
Əbu Bəkr:
__ Bu dəlilin qarşısında bizim danışmağa qüdrətimiz yoxdur. Əgər ədalətli şahidlər gətirsəniz,
qəbul edərik, yoxsa Fədək müsəlmanlrın ümumi malıdır. Sənin və Fatimə(s.ə)-nin onu
mənimsəməyə heç bir hüququnuz yoxdur.
Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:
__ «Quran»ı oxumusanmı?
Əbu Bəkr dedi:
__ Bəli.
Əli(ə.s) buyurdu:
__ De görüm, bu ayə («Əhzab», 33) kimin şəninə nazil olubdur?
«Allah istəyir ki, günah və çirkinliyi siz Əhli-beytdən uzaqlaşdıraraq sizi pak etsin».
Bu ayə bizim haqqımızda nazil olub, yoxsa başqasının?
Əbu Bəkr:
__ Bəli, sizin şəninizə nazil olub.
Əli(ə.s) buyurdu:
__ Əgər bir neçə nəfər gəlib şəhadət versə ki, Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən
onunla necə rəftar edərsən?
Əbu Bəkr dedi:
__ Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri onun üçün də icra edərəm.
Əli(ə.s) buyurdu:
__ Bu zaman kafir sayılarsan.
Dostları ilə paylaş: |