Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

98 
 
Allaha  şükr  et  ki,  belə  bir  əhəmiyyətli  nemət  (rəhbərlik  rütbəsi)  mənim  vasitəmlə  sənin  əlinə 
keçmişdir. Əlbəttə, hər kim Peyğəmbər(s) minbərində onun yerinə oturursa, həmişə Allaha şükr 
etməlidir. Bu Əbu Talib oğlu Əli möhkəm bir daş kimidir ki, sınmayınca ondan fəvvarə çıxmaz.  
O,  qorxulu  ilan  kimidir,  əfsunsuz  və  hiyləsiz  ram  olmur.  Acı  ağac  kimi  nə  qədər  onu  bal  ilə 
qarışdırsalar  belə,  yenə  şirin  meyvə  verməz.  Əli(ə.s),  Qureyşin  şücaətli  oğullarını  (müşrikləri) 
öldürdü,  dikbaşları  əzdi.  Onun  şimşək  kimi  çaxmağından  vahimələnmə.  Mən  sənə  zərər 
yetirməmiş işini bitirərəm və yolunun üstündə dayanaram. 
Bu zaman Əbu Bəkr Ömərə dedi:  
__  Gəl,  bu  boş-boş  danışıqlarını  kənra  qoy.  Allaha  and  olsun,  Əli(ə.s)  əgər  istəsə,  sağ  əlinə 
ehtiyac duymadan sol əli ilə bizi məhv edər. Bizim müvəffəqiyyətimizə səbəb bunlardır: birincisi, 
O təkdir və köməyi yoxdur; ikincisi, Əli(ə) istəyir ki, həzrəti-Mühəmməd(s)-in vəsiyyətinə uyğun 
əməl  etsin.  O,  bizimlə  Peyğəmbər(s)-in  vəsiyyətinin  xilafına  rəftar  etmir;  üçüncüsü,  ərəb 
qəbilələrindən  hər  birinin  yaxınlarının  onun  əli  ilə  öldürülməsinə  görə  Əli  ilə  düşmənçilikləri 
vardır. Əgər  bu  amillər  olmasaydı,  xilafət  qəti  surətdə  onun  əlinə    keçəcək  və  bizim  səyimizin  
heç bir nəticəsi olmayacaqdır. 
 Xəttabın  oğlu!  Yaxşı  fikir  ver,  Əbutalib  oğlu  Əli  məktubda  yazdığı  kimi  dünyapərəst  deyildir. 
Bizim ölümdən qorxub qaçdığımız kimi, o da dünya həyatından qaçır. Belə bir adamın ölümdən 
nə qorxusu? (Axıra kimi. ) 
Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça. 
Təbərsi «Ehticac» kitabında Abdulla ibn Həsənə əsaslanaraq yazır: 
 «Əbu  Bəkr  Fədəyi  qəsb  edəndə  həzrəti-Zəhra(s.ə)  bundan  xəbər  tutub  başına  çadra  örtərək 
xidmətçiləri,  Bəni-Haşim  qadınlarından  bir  neçə  nəfərlə  məscidə  gəlib  Əbu  Bəkrin  və 
müsəlmanların qarşısında xütbə oxudu. (Bu xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə 
əsaslanmış və kəsərlidir.).  
Həzrəti-Zəhra(s.ə) uzun  paltar geymişdi. Yerişi sanki atası Peyğəmbər(s)-in  yerişini xatırladırdı. 
Məscidə daxil olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə oturmuşdu. Pərdə çəkdilər, 
o Xanım keçib pərdənin arasında əyləşdi. 
Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə ki məsciddəkilər təsirlənib ağladılar. Məclis 
əzadarlıq  və  matəm  məclisinə  çevrildi.  Hamı  bərk  kədərləndi.  Fatimə  (s.ə)  bir  az  sükut  edib 
camaat sakitləşəndən sonra öz sözünə başladı. 
Həzrəti-Zəhra sözünə belə başladı:  
__ Allaha sitayiş edib onun maddi və mənəvi nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün 
dünyanı  əhatə  etmişdir,  belə  ki  biz  onları  saymaq  və  təsəvvür  etmək  iqtidarında  deyilik.  Onun 
sonsuz nemətlərinə şükr etməliyik.  Yalnız bunun sayəsində uca Allahın bizə bəxş etdiyi nemətlər 
bol və davamlı ola bilər. Allahın bol-bol nemətləri isə onun həmd və sitayəşinə səbəb olur. 
Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və 
ixlas isə insanın daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin əlamətləri təfəkkür və 


99 
 
iman nuru altında zahirə çıxır. Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz, nitqimiz 
isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk edə bilməz. 
O,  bütün  mövcudatı  əvvəli  və  maddəsi  olmadan  yaradandır.  Mövcudatı  əvvəlkinə  bənzəmədən 
xəlq  etmişdir.  Öz  iradə  və  qüdrəti  ilə  özü  üçün  fayda  və  mənfəət  nəzərdə  tutmadan  varlıq 
mərhələlərini  təsvir  və  tənzimləyən  Allahın  məqsədi  öz  qüdrət,  hikmət,  lütf  və  məhəbbətini 
bizlərə anladıb bildirməkdən başqa bir şey deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və 
gözəl mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən, əzab və qəzəbindən çəkindirdi. 
Şəhadət  verirəm  ki,  atam  Mühəmməd  ibn  Abdulla(s)  Allahın  qulu  və  rəsuludur.  Allah-təala 
besətdən  qabaq  qeyb  aləmində  onu  seçmişdir,  çünki  adamların  məqamı  əzəl  gündən  qeyb 
aləmində  məlum  və  müəyyən  olmuşdur.  Böyük  Allah  bütün  işlərin  aqibət  və  gedişatından 
xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edir. 
Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və 
azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. O Həzrət(s) peyğəmbərliyə seçiləndə 
bütün insanlar hələ o zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük Allahdan qafil 
və azğın idilər. Allah-təala o Cənab(s)-ın vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın 
Rəsulu(s)  səbir  və  yenilməzliklə  insanların  hidayət  və  nicatı  üçün  çalışmışdır.  Onları  düz  yola, 
haqq dinə dəvət edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə ilahi dini, haqq yolu və 
bəşərin  vəzifələrini  aydınlaşdırmışdır.  Nəhayət,  Böyük  Yaradan  həzrəti-Mühəmməd(s)-i    öz 
dərgahına  apardı.  O,  dünya  zəhmətləri  və  əziyyətlərindən  qurtulub  Allahın  rəhmət  dəryasına 
yaxın mələkləri ilə həmsöhbət və mənus  oldu. Allahın salam və salavatı olsun ona! 
   Böyük ilahi əmanət sayılan «Quran»ın qorunması barədə. 
«Ey ənsar və mühacirlər! 
Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini, haram və halal buyurduqlarını icra edənlərsiniz. 
Siz  Peyğəmbər(s)-in  hədis  və  gətirdiyi  göstərişlərin  daşıyıcısı,  eyni  zamanda  qoruyucusu 
sayılırsınız. Siz ilahi həqiqət və İslam ayinlərinin qorunmasında var gücünüzlə çalışmalısınız. 
Diqqətli  olun  ki,  həzrəti-Mühəmməd(s)-in  çox  qiymətli  və  əzəmətli  bir  əmanəti  olan,  habelə 
səadət  və  təkamülün  kamil  nüsxəsi  sayılan  səmavi  kitab__    «Quran»ı  olduğu  kimi  qoruyasınız. 
Bu  kitab  Allahın  nur  və  kəsərli  dəlilidir.  İlahi  qanunların  höccət  və  həqiqətlərinin  toplusu  bu 
kitabda aydınlaşdırılmışdır, belə ki əgər onun qaydalarına əməl etsəniz, səadət və təkamülün ən 
uca  zirvəsinə  yetişər,  cəhalət  və  zəlalət  kimi  bədbəxtliklərdən  nicat taparsınız. Elə  bir  kamilliyə 
yetişərsiniz ki, başqaları sizin bu uca məqamınızın həsrətini çəkər». 
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə. 
«Ey  müsəlmanlar!  Bilin  və  agah  olun  ki,  sizin  fərdi  və  ictimai  vəzifələriniz  bu  səmavi  kitabda 
gəlmiş,  haqqın  dəlil  və  sübutları,  ilahi  hökmlər  «Quran»da  yazılmışdır.  Həmin  bu  səmavi 
qanunlar sizin səadətə yetişməyiniz və kamilləşməyiniz üçün təyin edilmişdir. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə