Melassa şəkər qamışı və çuğundurun şəkər istehsalı zamanı alınan
tullantılarıdır, tərkibində 48-55% sadə şəkərələr, (əsasən saxaroza) və cüzi
miqdarda kalloidlər, üzvi turşular, zülal, amin turşuları, vitaminlər, mineral
maddələr vardır.
Qidrol qarğıdalı nişastası və ağac polisaxaridlərindən kimyəvi hidroliz yolu
ilə qlükoza alınarkən əmələ gələn tullantıdır, 38-50% sadə şəkərlər( əsasən
qlükoza), az miqdarda mineral eeelementlər və başqa üzvi qatışıqlardan təşkil
olunmuşdur. Kartof və buğda nişastasından şəkər istehdsalı zamanı alınan qidrol və
eləcə də patoka tullantıları da yuxarıda qeyd edilmiş tərkibə malikdirlər.
Substrat kimi işlədilən qarğıdalı ununu tərkibi 67-70% nişasta, 10% başqa
şə
kərlər, 12% zülal və vitaminlərdən ibarətdir. Nişasta tərkibli xammallar və ya
melassadan mikrobioloji yolla spirt istehsal edilərkən şəkərlərin yalnız 30- 33%-i
spirtə, qalan hissəsi isə başqa qarışıqlarla birlikdə tullantıya çevrilir. Bu tullantı
barda adlanır və ondan mikrobioloji yem zülalı və fermenrlər almaq üçün substrat
(xammal) kimi istifadə olunur.
Süd sənayesinin çox tonlu olan süd cövhəri və ya arbatın quru çəkisinin
70%-ni laktoza şəkəri təşkil edir. Laktoza bakteriyalar və ta maya göbələkləri
tərəfindən asanlıqla mənimsənilən substratdır. Sənayedə karotinli zülali yem
preparatı almaq məqsədilə süd turşusu bakteriyalarını maya göbələkləri ilə
birlikdə süd cövhərində becərirlər, onun tərkibindəki əlavə qida maddələri
mikroorqanizmlərin inkişafıını daha da stimulə edir.
Sirkə turşusu və spirtlər mikrobiologiya sənayesi üçün perspektivli
subsaratlardır. Bu maddələr külli miqdarda neft karbohidrogenlərindən və ağac
emalı prosesində kimyəvi yolla alınır. Sirkə turşusu vitamin və amin turşuları
sintez edən mikroorqanizmlər üçün əlverişli substrat kimi tətbiq edilir. Etil və metil
spirtləri isə təkcə bu məqsədlə deyil, həm də maya göbələkləri vasitəsilə zülalı yem
məhsulunun alınmasında istifadə olunur.
Son dövrədək mikrobiolgiya sənayesində geniş istifadə edilən xammal neft
karbohidrogenləridir. Maya göbələklərini normal parafinlərdə becərməklə hər il
milyon tondan artıq zülali yem konsentratı alınır.
Sənaye miqyasında işlədilən xammalllardan biri də düyü və arpa kəpəyidir.
Kəpəyin tərkibində 25-30% nişasta, 48-50% ekstraktiv maddələr, 11-13% zülal,
2,5-3,0% yağ, 15-17% selüloza və 6-8% mineral və B qrupu vitaminləri vardır.
Göbələklər vasitəsilə texniki sellüloza ferment preparatı almaq üçün onları
nəmləşdirilmiş kəpəkdə becərirlər.
Bitki tullantıları mikrobiologiya sənayesinin xammal bazasının
genişləndirilməsində səmərəli substrat rolunu oynayırlar. Bu zaman bitki
tullatılarının tərkibindəki polisaxaridlər ( həll olmayan şəkərlər) mineral turşuların
köməyi ilə hidroliz olinub monosaxaridlərə (həll olan şəkərlərə) çevrilirlər,
hidrolizat adlanan bu monosaridlər qarışığı mikroorqanizmlər üçün substrat kimi
istifadə edilir.
Son illər liqnosellüloza tərkibli bitki tullantıları ( ağac kəpəyi, buğda və arpa
küləşi, üzümün budama çöpləri, cecəsi və s. kənd təssərrüfatı bitkilərinin qalıqları)
ağacçürüdən bazidili göbələklərin müxtəlif məqsərlə yetişdirilməsində bilavasitə
xammal kimi istifadə edilir.
Mikroroqanizmlərin sənayedə becərilməsini təmin etmək məqsədilə əsas
substratlardan ( karbon mənbəyindən) əlavə qida mühitində çoxlu miqdarda azotlu
maddələr, vitaminlər, stimulyatorlar, mineral elementlər əlavə olunur.
Mikroboloji prosesi sterilliyini saxlamaq və onu xarici mikroorqanizmlərdən
qorumaq üçün əksər hallarda mühitə antibakterial maddələr (furadonin, furasilin,
furazolidin kimi nitrofuranlı birləşmələr) daxi edilir.
Mikroorqanizmlərin becərilmə üsulları. Mikroorqanizmlərin müxtəlif
məqsədlə becərilməsi və ya müxtəlif məhsulların alınması üçün aparılan
mikrobioloji sintez prosesləri fermentasiya adlanır.
Fermentasiya prosesləri texnoloji cəhətdən müxtəlif olub aşağıdakılardan
ibarətdir:
1.
Aerob fermentasiya
2.
Anaerob fermentasita
3.
Səthi fermentasiya
4.
Dərin fermentasiya
5.
Bərk fazalı fermentasiya
6.
Dövri( periodik) və ya fasiləli fermentasiya
7.
Fasiləsiz fermentasiya və ya axar kulturalar.
Mikroorqanizmlərin müxtəlif üsullarla becərilmə texnologiya ümumi olib
üç əsas mərhələdən ibarətdir:
1.Qida mühitinin hazırlanması və sterilizə olunması.
2.Inokulyatın (kulturanı əkmək üçün istifadə edilən hüceyrələr) alınması ilə gedən
fermentasiya
3.Əsas fermentasiya ( qida mühitilə inokulyatın birləşdirilməsi).
Mikrobiologiya sənayesində tətbiq olunan proseslər əsasən aerob şəraitində
gedən fermentasiyadır. Aerob şəraitdə səthi, dərin, bərk fazalı, fasiləli və fasiləsiz
fermentasiya həyata keçirilir.
Səthi fermentasiya. Mikroorqanizmlərin səthi fermentasiyası iki formada
duru və bərk qida mwhitəri səthində aparılır.
Aqarlı qida mühitləri səthində becərilmə metodunu ilk dəfə XIX əsrdə
Robert Kox təklif etmiş və o, müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Bu
üsuldan kulturlaarın fizioloji vö biokimyəvi xassələrinin öyrənilməsi və
muzeylərdə saxlanılmasında geniş istifadə edilir.
Dostları ilə paylaş: |