Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

Melassa  şəkər  qamışı  və  çuğundurun  şəkər  istehsalı  zamanı  alınan 
tullantılarıdır,  tərkibində  48-55%  sadə  şəkərələr,  (əsasən  saxaroza)  və  cüzi 
miqdarda  kalloidlər,  üzvi  turşular,  zülal,  amin  turşuları,  vitaminlər,  mineral 
maddələr vardır. 
Qidrol  qarğıdalı nişastası və ağac polisaxaridlərindən kimyəvi hidroliz yolu 
ilə  qlükoza    alınarkən  əmələ  gələn  tullantıdır,  38-50%  sadə  şəkərlər(  əsasən 
qlükoza),  az  miqdarda  mineral  eeelementlər  və  başqa  üzvi  qatışıqlardan  təşkil 
olunmuşdur. Kartof və buğda nişastasından şəkər istehdsalı zamanı alınan qidrol və 
eləcə də patoka tullantıları da yuxarıda qeyd edilmiş tərkibə malikdirlər. 
 
Substrat  kimi  işlədilən  qarğıdalı  ununu  tərkibi  67-70%  nişasta,  10%  başqa 
şə
kərlər,  12%  zülal  və  vitaminlərdən  ibarətdir.  Nişasta  tərkibli  xammallar  və  ya 
melassadan mikrobioloji yolla spirt istehsal edilərkən şəkərlərin yalnız 30- 33%-i 
spirtə,  qalan  hissəsi  isə  başqa  qarışıqlarla  birlikdə  tullantıya  çevrilir.  Bu  tullantı  
barda adlanır  və ondan mikrobioloji yem zülalı və fermenrlər almaq üçün substrat 
(xammal) kimi istifadə olunur. 
 
Süd sənayesinin  çox tonlu olan süd cövhəri və ya   arbatın quru  çəkisinin 
70%-ni  laktoza  şəkəri  təşkil  edir.  Laktoza  bakteriyalar  və  ta  maya  göbələkləri 
tərəfindən  asanlıqla  mənimsənilən  substratdır.  Sənayedə  karotinli  zülali  yem 
preparatı  almaq  məqsədilə  süd  turşusu  bakteriyalarını    maya  göbələkləri  ilə 
birlikdə  süd  cövhərində  becərirlər,  onun  tərkibindəki  əlavə  qida  maddələri 
mikroorqanizmlərin inkişafıını daha da stimulə edir. 
 
 Sirkə  turşusu  və  spirtlər  mikrobiologiya  sənayesi  üçün  perspektivli 
subsaratlardır.  Bu  maddələr  külli  miqdarda  neft  karbohidrogenlərindən  və  ağac 
emalı  prosesində  kimyəvi  yolla  alınır.  Sirkə  turşusu  vitamin  və  amin  turşuları 
sintez edən mikroorqanizmlər üçün əlverişli substrat kimi tətbiq edilir. Etil və metil  
spirtləri isə təkcə bu məqsədlə deyil, həm də maya göbələkləri vasitəsilə zülalı yem  
məhsulunun alınmasında istifadə olunur.  


 
Son dövrədək  mikrobiolgiya sənayesində geniş istifadə edilən xammal  neft 
karbohidrogenləridir.  Maya  göbələklərini  normal  parafinlərdə  becərməklə  hər  il 
milyon tondan artıq zülali yem  konsentratı alınır. 
 
Sənaye miqyasında işlədilən xammalllardan biri də düyü və arpa kəpəyidir. 
Kəpəyin  tərkibində  25-30%  nişasta,  48-50%  ekstraktiv  maddələr,  11-13%  zülal, 
2,5-3,0%  yağ,  15-17%  selüloza  və  6-8%  mineral  və  B  qrupu    vitaminləri  vardır. 
Göbələklər  vasitəsilə  texniki  sellüloza  ferment  preparatı  almaq  üçün  onları 
nəmləşdirilmiş kəpəkdə becərirlər. 
 
Bitki    tullantıları  mikrobiologiya  sənayesinin  xammal  bazasının 
genişləndirilməsində  səmərəli  substrat  rolunu  oynayırlar.  Bu  zaman    bitki 
tullatılarının tərkibindəki  polisaxaridlər ( həll olmayan şəkərlər) mineral turşuların 
köməyi  ilə  hidroliz  olinub  monosaxaridlərə  (həll  olan  şəkərlərə)  çevrilirlər, 
hidrolizat adlanan bu monosaridlər  qarışığı mikroorqanizmlər üçün substrat kimi 
istifadə edilir. 
 
Son illər  liqnosellüloza tərkibli bitki tullantıları ( ağac kəpəyi, buğda və arpa 
küləşi, üzümün budama çöpləri, cecəsi və s. kənd təssərrüfatı bitkilərinin qalıqları) 
ağacçürüdən  bazidili  göbələklərin  müxtəlif  məqsərlə  yetişdirilməsində  bilavasitə 
xammal kimi istifadə edilir. 
 
Mikroroqanizmlərin  sənayedə  becərilməsini  təmin  etmək  məqsədilə  əsas 
substratlardan ( karbon mənbəyindən) əlavə qida mühitində çoxlu miqdarda azotlu 
maddələr, vitaminlər, stimulyatorlar, mineral elementlər əlavə olunur. 
 
Mikroboloji prosesi sterilliyini saxlamaq və onu xarici mikroorqanizmlərdən 
qorumaq  üçün  əksər  hallarda  mühitə  antibakterial  maddələr  (furadonin,  furasilin, 
furazolidin kimi  nitrofuranlı birləşmələr) daxi edilir. 
 
Mikroorqanizmlərin  becərilmə  üsulları.  Mikroorqanizmlərin  müxtəlif 
məqsədlə  becərilməsi  və  ya  müxtəlif  məhsulların  alınması  üçün  aparılan 
mikrobioloji sintez prosesləri fermentasiya adlanır.  


 
Fermentasiya  prosesləri  texnoloji  cəhətdən  müxtəlif  olub  aşağıdakılardan 
ibarətdir: 
1.
  Aerob fermentasiya 
2.
  Anaerob fermentasita 
3.
  Səthi fermentasiya 
4.
  Dərin fermentasiya 
5.
  Bərk fazalı fermentasiya 
6.
  Dövri( periodik)  və ya fasiləli fermentasiya 
7.
  Fasiləsiz fermentasiya və ya axar kulturalar. 
           Mikroorqanizmlərin  müxtəlif  üsullarla  becərilmə  texnologiya  ümumi  olib 
üç  əsas mərhələdən ibarətdir: 
1.Qida mühitinin hazırlanması və sterilizə olunması. 
2.Inokulyatın (kulturanı əkmək üçün istifadə edilən hüceyrələr) alınması ilə gedən 
fermentasiya 
3.Əsas fermentasiya ( qida mühitilə  inokulyatın birləşdirilməsi). 
Mikrobiologiya sənayesində tətbiq olunan proseslər əsasən aerob şəraitində 
gedən fermentasiyadır. Aerob şəraitdə səthi, dərin, bərk fazalı, fasiləli və fasiləsiz 
fermentasiya həyata keçirilir. 
Səthi  fermentasiya.  Mikroorqanizmlərin  səthi  fermentasiyası  iki  formada 
duru və bərk qida mwhitəri səthində aparılır. 
  
Aqarlı      qida  mühitləri  səthində  becərilmə  metodunu  ilk  dəfə  XIX  əsrdə 
Robert  Kox  təklif etmiş və o, müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Bu 
üsuldan  kulturlaarın    fizioloji  vö  biokimyəvi  xassələrinin  öyrənilməsi  və 
muzeylərdə saxlanılmasında geniş istifadə edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə