Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

olan kiçik molekullubirləşmələrə çevirir. Bəzi qida maddələri diffuziya qanununa 
tabe olmadan xüsusi fermentlərin (permeazaların) köməyi ilə mikrob hüceyrəsinə 
daxil  olular.  Buna    maddələrin  hüceyrəyə  aktiv  daşınması  və  ya  nəql  olunması 
deyilir. 
 
Mənimsədikləri  karbon  mənbəyinə  görə  mikroorqanizmlər  iki  əsas  qrupa 
bölünürlər:  avtotroflar  və  heteretroflar.  Avtotrof  qeyri-üzvi  maddələrədən 
mürəkkəb üzvi maddələr sintez edən orqanizmlərdir ( bir çox torpaq bakteriyaları, 
nitrifikatorlar,  kükrd  bakteriyaları,  fotobakteriyalar).  Bu  orqanizmlər  karbon 
mənbəyi  kimi  karbon  qazı,  azot  mənbəyi  kimi  ammonium  duzları,  nitrat  və 
nitritlərsdən  istifadə  edərək  sintetik  qida  mühitlərində  hüceyrəyə  lazım  olan  üzvi 
maddələr sintez edirlər. 
 
Biosintez  prosesində  istifadə  olunan  enerjinin  alınması  üsuluna  görə  bu 
orqanizmlər xemosintetik və fotosintetik tipə ayrılırlar. Xemosintetik bakteriyalar ( 
Nitrosomonas,  Nitrobakter,  Thiobacillus  və  s.).  qeyri-üzvi  maddələrin 
oksiləşməsindən  alınan  enerjini,  fotosintetiklər  isə  (Chlorobacteriaceae)    günəş 
işığı enerjisini istifadə edirlər. 
 
Istifadə  edilən  elektronun  mənbəyinə  (donora)  görə  mikroorqanizmlər  iki 
tipə bölünürlər: 
-Litotroflar 
-Orqanotroflar. 
 
Litotroflar  elektronu  qeyri-üzvi,  orqanotorflar  isə  üzvi  maddələrdən  alırlar. 
Heterotroflar  metatrof  və  paratrof  olmaqla  hazır  üzvi  maddələrlə  qidalanan 
orqanizmlərdir. Metatroflar saprofitş paratroflara isə parazit həyat tərzi keçirənlər 
aiddir. 
Elə  mikroorqanizmlər  vardir  ki,  avtotroflar  kimi  mineral  azotu  və 
heterotroflar kimi üzvi maddələri mənimsəyirlər. Onlara protoflar deyilir. 


Bəzi miroorqanizmlər şəraitdən asılı olaraq bir qidalanma tipindən başqasına 
keçə  bilirlər  ki,  bunlara  miksotroflar  deyilir,  məsələn,  hodrogen  bakteriyaları 
avtotrof  tipdən  (  hidrogeni  mənimsəmədən)  heterotrof  tipə  (  üzvi  turşuları 
mənimsəməyə) keçirlər. 
 
Mikrob  metabolizminin  əsas  tipləri.  Hüceyrədən  yeni  hüceyrənin 
yaranmasını  (böyümə,inkişaf  və  çoxalmanı)  təmin  edən  proseslər  ümumi  halda 
maddələr  mübadiləsi  və  ya  metabolizm  adlanır.  Maddələr  mübadiləsi  müxtəlif 
istiqamətdə gedən energetik və konstruktiv metobolizmdən ibarətdir. 
 
Energetik  metabolizm  və  ya  katobolozm  proseslərində  maddələrin 
parçalanması  və  enerjinin  ATF  şəkildə  toplanması  və  enerjinin  ATF  şəkildə 
toplanması baş verir. 
 
Konstruktiv metabolizm yaxud an abolizm proseslərində hüceyrənin struktur 
komponentlərinin  təşkili  üçün  lazım  olan  maddələr  (metabolitlər)  sintez  edilir  və 
bu zaman ATF şəklində toplanmış  enerji sərf olunur. Substrat Krebs  tsiklinə daxil 
olduqdan  sonra  anabolizm  baş  verir.  Krebs  tsikli  həm  maddələrin    tam 
oksidləşməsini  təmin  edir,  həm  də  anabolizm  (sintez)  prosesləri  üçün  ilkin 
məhsullar hazırlayır. 
 
Hüceyrədə    katobolizm  və  anabolizm  prosesləri  bir-biri  ilə  sız  qarşılıqlı 
ə
laqədə  gedir.  Bəzi  proseslər  hər  iki    metabolizm  tipini  əhatə  etdiyi  üçün  aralıq 
sayılır və amfibolizm adı altında birləşdirilir. Bu zaman əmələ gələn metobolitlərə 
amfibolitlər deyilir. 
 
Krebs tsiklində iştirak edən metabolitlərin miqdarı heceyrə  daxilində həmişə 
sabit  olur.  Bu  sabitlik    qarşılıqlı  çevrilmə  reaksiyaları  vasitəsilə,  həmçinin  sintez 
olunmuş    amin  turşularının  yenidən  Krebs  tsikli  metabolizmlərinə  çevrilməsi 
hesabına    tənzim  olunur.  Krebs  tsikli  metabolitləri  miqdarının  sabit  qalmasını 
təmin edən fermentativ reaksiyalar anpleoretik reaksiyalar adlanır. 
 
Kimyəvi quruluşca müxtəlif siniflərə mənsub maddələrin mikroorqanizmlər 
tərəfindən  metabolizminin  tətqiqi    nəticəsində  müəyyən  edilmişdir  ki,  bütün 


maddələr  ümumi  metabolizm  yolları  ilə  mənimsənilir.  Ümumi  metabolizm 
yollarına  bütövlükdə    mərkəzi  metabolizm  deyilir.  Müxtəlif  maddələr  mərkəzi 
metabolizmə daxil olmaq üçün əvvəlcə bu metabolizmə xas olan ümumi (standart) 
ilkin metabolitlər və ya  substratlara çevrilirlər. 
 
Hər  bir  maddənin  mərkəzi  metabolizm  substratına  çevrilməsi  ilə  gedən 
proseslər müxtəlif və çoxcəhətlidir. Onlar periferik metabolizm adlanır. Beləliklə, 
maddələr hüceyrələr tərəfindən mənimsənilmək üçün mütləq mərkəzi metobolizmə 
daxil  olmalıdırlar.  Periferik  metabolizmin  əsas  vəzifəsi  substratı  mərkəzi 
metabolizmə  daxil  etmək  məqsədilə  yararlı  hala  salmaqdır.  Prosesə  bəzən 
hazırlayacı metabolizm də deyilir. 
Mikrobioloji  istehsal  proseslərində  istifadə  olunan  xammallar. 
Heterotrof  mikroorqanizmlər  müxtəlif  üzvi  maddələri  metabolizmə  uğratmaq 
qabiliyytinə  malikdirlər,  eyni  zamanda  hər  bir  mikroorqanizm  növü  təbiətdə 
müəyyən  karbon  mənbəyinə  uyğunlaşıb  onu  böyük  fayda  ilə  mənimsəyirlər. 
Bununla əlaqədar olaraq mikroorqanizmlər  çoxlu karbon mənbəyi 9Substrat) olan 
mühitdən  hüceyrə  üçün  ən  faydalı-əvvəlcə  asan,  sonra  isə  çətin  parçalanan 
maddələri mənimsəyərək istifadə edirlər.  
Sadə  şəkərlər  mikroorqanizmlər  üçün  əlverişli  karbon    və  enerji  mənbəyi 
sayılır.  Mikroorqanizmləri  sintetik  qida  mühitlərində  becərmək  məqsədilə  karbon 
mənbəyi  kimi  adətən  qlükoza  və  ya  saxaroza  tətbiq  olunur.  Məsələn,  qlükon, 
izolimon,  fumar  alma,  α-  ketoqlütar,  sirkə  və  propion  turşularını  almaq  üçün 
mikroorqanizmlər  qlükoza;  limon,  yağ,  itakon    quzuqulağı  turşularını  aldıqda  isə 
saxaroza olan mühitdə becərilir. 
Mikrobiologiya  sənayesinin  əsas  tələblərindən  biri  mikrobioloji  sintez 
proseslərində  böyük  iqtisadi  fayda  verən  xammalın  tətbiq  olunmasıdır.  Bu 
məqsədlə  şəkər  və  nişasta  istehsalının  tullantılarından  (melassa,  qidrol,  qarğıdalı 
unu)  istifadə  ediılir.  Sənayedə  Brevibacterium  flavum    bakteriyasını  melassa  və 
qidrolda becərməklə lizin alınır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə